Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1511/2024 01.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 01 may 2024-cü il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16 oktyabr 1992-ci ildə Lənkəran rayon polis şöbəsində polis şöbəsinin rəis köməkçisi, qərargah rəisi işləyən vaxtı pensiyaya çıxmışdır. Onun pensiyasını polis şöbəsinin rəis köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə hesablamayıblar. Ona şöbə rəisi köməkçisi -ərazi bölməsinin rəisi vəzifəsinin aylıq əmək haqqı akladı ilə pensiya verirlər. O, şöbə rəisinin köməkçisi ərazi bölməsinin rəisi işləməmişdir. O, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi fılialın direktor müavini Elnur Qurbanovla söhbət etmişdir. Lənkəran rayon Polis Şöbəsinin mühasibatından 16 oktyabr 1992-ci ildə pensiyaya çıxanda işlədiyi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi işləyərkən bu vəzifənin aylıq əmək haqqı akladı (maaşı) ilə əmək haqqı akladını (maaşı) göstərən polis işçisinin şəxsi əmək kartokasını iki vərəqədən ibarət sənədini, kadr arayışını Elnur Qurbanova vermişdir. Həmin sənəddə işlədiyi vəzifəyə görə aylıq əmək haqqı akladı (maaşı) 710 manat olması yazılıb. Elnur Qurbanov özündə olan sənəddə ona göstərdi ki, “sənə şöbə polis rəisi köməkçisi ərazi bölməsinin rəisi kimi pensiya veririk”. O isə Elnur Qurbanova demişdir ki, “mən polis şöbə rəisi köməkçisi ərazi bölmə rəisi işləməmişəm”. Elnur Qurbanova demişdir ki, onun aylıq əmək haqqı pensiyası polis şöbə rəis köməkçisi qərargah rəisi işlədiyi vəzifənin aylıq əmək haqqı akladı ilə hesablansın və ona verilsin. 16 oktyabr 1992-ci ilə kimi şöbə rəisin köməkçisi qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyası göstərdiyi vəzifənin aylıq əmək haqqı akladı (maaşı) ilə hesablanıb ona verilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.1992-ci il tarixdən təyin edilmiş hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçı mahiyyətcə eyni iddianı Daxili İşlər Nazirliyinə qarşı vermiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 240/2018 nömrəli qərarı ilə həmin iddia rədd edilmişdir. Həmin iş üzrə üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi cəlb edilmişdır. xx.xx.2007-ci il tarixədək iddiaçının pensiya təminatını həyata keçirən inzibati orqan X5muş, həmin tarixdən sonra isə bu səlahiyyət 2-1(81)-240/2018 nömrəli işdə üçüncü şəxs qismində cəlb edilmiş Fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin hüquqi varisi olan Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilınişdir. İddiaçının mövqeyinə əsasən pensiyasınıı hesablanması zamanı onun vəzifəsinə uyğun oklad (maaş) nəzərə alınmamış və buna uyğun olaraq inzibati orqan tərəfindən əskikvermə halı yaranmısdır. Buna uyğun olaraq iddiacı xx.xx.1992-ci il tarixdən müvafiq tarixədək olan dövrə ödənişlərin həyata keçirilməsini, eləcə də mənəvi zərərin və maddi ziyanın ödənilməsini tələb etmisdir. Məhkəmə iddianı rədd edərək bildirmişdir ki, pensiya qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Bununla yanaşı iddiaçının hansı vəzifəni tutduğu, eləcə də təminat xərcliyi barədə məlumatlar Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala göndərilmis və ona uygun olaraq onun pensiyasının ödənisi davam etdirilmisdir. Göründüyü kimi, əvvəlki iddia ərizəsində qevd olunan “kompensasiyanın ödənilməsi” tələbinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və həmin qərarda iddiaçının pensiyasının hesablanmasına hüquqi qiymət verilmişdir. Hazırkı tələbdə iddia ərizəsinin texniki tərtibatı dəyişdirilərək tələb “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində ifadə edilsə də, faktiki olaraq iddiaçının nail olmaq istədiyi hüquqi nəticə eynidir və həmin hüquqi nəticəyə uyğun olaraq artıq bir dəfə inzibati məhkəmə arasdırması aparılaraq yekun məhkəmə aktı qəbul edilmis və iddia tələbi təmin edilməmişdir. Buna görə hazırki hııquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir. Belə ki, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. İnzibati məhkəmə icraatında iddianın ınümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varislərı üçün məcburidir. Qanunvericiliyin tələbindən aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətiərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ıddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.1992-ci il tarixli, 2027 ş/h nömrəli əmri ilə Lənkəran ŞRPŞ-nin rəisinin köməkçisi, qərargah rəisi vəzifəsindən polis mayoru rutbəsi ilə «yaşa görə» xx.xx.1992-ci il tarixdən X3 xaric edilmiş, iddiaçı X3 xaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə 23 il, 6 ay, 1 gün, imtiyazlı xidmət müddəti 26 il, 6 ay, 1 gün təşkil etmiş, X3 xaric olunduğu vaxt qüvvədə olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli, 109 nomrəli Qanununa əsasən pensiya almaq hüququ olan imtiyazlı xidmət illəri nəzərə alınaraq, xidmət etdiyi sonuncu vəzifənin müvafiq təminat xərcliyinin 73 faizi hesabı ilə İddiaçı xx.xx.1992-ci il tarixdən pensiya təyin edilmiş və 31 dekabr 2006-cı il tarixədək Daxili işlər Nazirliyi tərəfindən ödənilmişdir. İş materiallarında olan məhkəmə zamanı əslinə baxış keçirilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Lənkəran Şöbəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 007579 nömrəli Pensiyaçının uçot vərəqindən görunür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə X2 barəsində “Məlumat vərəqi” tərtib olunaraq göndərilmiş, 2007-ci il tarixdə Məlumat vərəqi həmin idarəyə daxil olmuş və tuduğu vəzifəyə uyğun olaraq (Lənkəran şəhər polis şöbəsinin ştab (qərargah) rəisi kimi) 16 oktyabr 1992-ci il tarixdən pensiya təyin olunmuş, barəsində təkrar 05 sentyabr 2016-cı il tarixli, 027-6074-1216 nömrəli məktubla dəqiqləşdirilmiş 19963 nömrəli Məlumat vərəqi Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə daxil olmuş və o, tutduğu (Lənkəran şəhər polis şöbəsinin rəis köməkçisi, qərərgah rəisi kimi) vəzifəyə uyğun olaraq pensiyası 01 yanvar 2007-ci il tarixdən yenidən heşablanıb ödənilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə iddiaçının iddia etdiyi kimi ona bölmə rəisi vəzifəsinə deyil, tutduğu sonuncu (Lənkəran şəhər polis şöbəsinin rəis köməkçisi, qərargah rəisi) vəzifəyə uyğun olaraq qərargah rəisi kimi pensiyasının hesablanıb ödənilməsi öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2-1(81)-240/2018 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə lş İdarəsi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə iddiaçıya rəis köməkçısi (həmin vaxt qərargah rəisi) vəzıfəsinin aylıq əmək haqqının artımlarla birlikdə hesablanıb ödənilməsi, həmçinin xidmət illərinə görə 40 % müavinətin, 4000 rnanat məbləğində mənəvi ziyanın və 2.800 manat məbləğində maddi ziyanın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Qeyd olunan məhkəmə aktından görünür ki, İddiaçı mahiyyətcə hazırki iddia tələbi ilə eynilik təşkil edən tələbi üzrə işin halları tam və hərtərəfli araşdırılaraq təmin olunmamış, ona əmək pensiyasının düzgün təyin edildiyi təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinin tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının hüquqi əsası yoxdur. Həmçinin, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı əmək pensiyasının yenidən hesablanaraq ona ödənilməsi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsindən imtina etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1511/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1511/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver