Məhkəmə qərarları › İş №2-1(120)-1512/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1512/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1512/2022 12.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «xx.xx.1994-cü il tarixli, 1 saylı ölüm haqqında akt qeydinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 12 oktyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayon Qaradolaq kənd icra nümayəndəliyində xx.xx.1994-cü il tarixdə aparılmış ölüm haqqında akt qeydinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Ağcabədi rayon Qaradolaq kənd icra nümayəndəliyində xx.xx.1994-cü il tarixdə aparılmış 1 saylı ölüm haqqında akt qeydinin etibarsız hesab edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci ildə Ağcabədi rayon Qaradolaq kəndində anadan olmuşdur. X2, anası X10r. O, uşaqlıq illərini Ağcabədi rayonu Qaradolaq kəndində keçirmiş və orada qeydiyyatda olmaqla həmin kənddə orta məktəbə də getmişdir. Ağcabədi rayon Qaradolaq kənd sakini X11 ilə ailə qurmuş, birgə nikahdan iki övladları anadan olmuşdur. Birgə nikahdan olan uşaqlarının pensiya kartının vaxtı qurtardığı üçün kart almaq üçün müraciət edən zaman məlum oldu ki, onun adına xx.xx.1994-cü il tarixdə Ağcabədi rayon Qaradolaq kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydiyyatı aparılıbdır. Onun haqqında aparılmış ölüm haqqında akt qeydinin olması onun vətəndaş kimi ona aid digər sənədlərində əldə edilməsi və ona məxsus hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Artıq məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı barəsində xx.xx.1994-cü il tarixdə Ağcabədi rayon Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 1 saylı ölüm haqqında akt qeydinin ləğv olunması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 05/76-317/15 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, Ağcabədi rayon Qaradolaq kənd icra nümayəndəliyində xx.xx.1994-cü il tarixdə X5 barəsində 01 saylı ölüm haqqında akt qeydi tərtib edilmiş, lakin vətəndaş AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə müraciət edərək sağ olduğunu bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”na əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında ləğv edilir. İzah edirik ki, Ağcabədi rayon Qaradolaq kənd icra nümayəndəliyində xx.xx.1994-cü il tarixdə tərtib edilmiş 01 saylı ölüm haqqında akt qeydinin ləğv olunması rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36-cı maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər (maddə 36.1). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (maddə 36.2). Müəyyən etmə və ya haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddət ərzində həll edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (maddə 36.3). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. İş materiallarında olan Ağcabədi rayon Hindarx kənd soveti tərəfindən verilmiş XVİ –ЖГ № 483321 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1992-ci il tarixdə Ağcabədi rayon Qaradolaq kəndində doğulmuş, akt qeydinin ata qrafasında X18, ana qrafasında anası X19 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin məhkəməyə ünvanlanmış xx.xx.2022-cü il tarixli, 05/2-3554/13 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı doğumu və ölümü haqqında akt qeydinin, eləcədə həmin akt qeydlərinin tərtib olunmasına əsas olmuş sənədlərin surətlərinin istənilməsi barədə sorğunuza baxılmışdır. Bildiririk ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı doğumunun xx.xx.1992-ci ildə, ölümünün isə xx.xx.1994-cü ildə, Ağcabədi rayonunun Qaradolaq icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. Müraciətinizlə əlaqədar G.Abbasovanın (Qurbanova) doğumu və ölümü haqqında akt qeydlərinin kserosurətlərini Sizə göndəririk. Eyni zamanda qeyd edirik ki, qeydiyyat aparılan dövrdə qüvvədə olan “VVAQQ orqanlarının sənədlərinin saxlanma müddətini göstərən Siyahı”nın 4.3-cü və 4.8-ci bəndinə uyğun olaraq ölüm və doğum haqqında akt qeydinin tərtib olunmasına əsas olan sənədlər qeydiyyat şöbələrinin arxivində 1 il saxlanıldıqdan sonra məhv edilirdi. Bu qəbildən olan sənədlərin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində saxlanılması isə qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Bu səbəbdən G.Abbasovanın (Qurbanova) doğumu və ölümü haqqında akt qeydlərinin tərtib edilməsinə əsas olan sənədlərin surətlərinin göndərilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin məhkəməyə ünvanlanmış xx.xx.2022-cü il tarixli, 05/2-3554/13 nömrəli məktubuna əlavə edilmiş Ağcabədi rayon Qaradolaq kənd soveti tərəfindən tərtib olunmuş 16 noyabr 1992-ci il tarixli, 121 nömrəli Doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1992-ci ildə Ağcabədi rayonu Qaradolaq kəndində doğulmuş, akt qeydinin ata qrafasında X18, ana qrafasında anası X19 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin məhkəməyə ünvanlanmış xx.xx.2022-cü il tarixli, 05/2-3554/13 nömrəli məktubuna əlavə edilmiş 1 nömrəli, xx.xx.1994-cü il tarixli Ölüm haqqında Akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1994-cü ildə Ağcabədi rayon Qaradolaq kəndində vəfat etmişdir. İş materiallarında olan və Ağcabədi rayon Qaradolaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş “nikah haqqında şəhadətnamə”dən görünür ki, X11 ilə X12 arasında nikah xx.xx.2011-ci il tarixdə bağlanaraq, 10 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra arvada “Qurbanova” soyadı verilmişdir. İş materiallarında olan Ağcabədi Rayon İHB-nın Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 08 saylı arayışından görünür ki, aparılmış qeydiyyat əməliyyatları hər ilin sonunda Cavabdehnə təhvil verildiyi üçün idarənin arxivində qeydiyyat əməliyyatına dair sənəd qalmamışdır. Qeyd: Qaradolaq kənd sakini İddiaçı hal-hazırda Ağcabədi rayon Qaradolaq kəndində yaşayır və aşağıdakı tərkibdən ibarət ailə üzvləri var. 1) Əri-X11-xx.xx.1987; 2) X3 qızı-xx.xx.2010; 3) X7 qızıxx.xx.2013. İş materiallarında olan Ağcabədi Rayon İHB-nın Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 166 saylı arayışından görünür ki, Ağcabədi rayon Qaradolaq kənd sakini İddiaçı hal-hazırda Ağcabədi rayon Qaradolaq kənd nümayəndəliyi ərazisində yaşayır. 1) X15 oğlu-xx.xx.1961; 2) X16 qızı-xx.xx.1961; 3) X4 oğlu-xx.xx.1996. İş materiallarında olan A № 631510 saylı, xx.xx.2008-ci il tarixli Əsas Təhsil haqqında Şəhadətnamənin surətindən görünür ki, X1 rayonu H.Məmmədov adına Qaradolaq kənd orta məktəbində oxumuşdur. Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 446 nömrəli xx.xx.2006-cı il tarixli Fərmanı ilə (1.6-cı bənd) hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları əsasında hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı işinin sadələşdirilməsi məqsədilə yerlərdə rayon (şəhər) qeydiyyat şöbələri yaradılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsasnamənin 1-ci bölməsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: - (maddə 65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; - (maddə 65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; - (maddə 65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; - (maddə 65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; - (maddə 65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; - (maddə 65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşdə olan sübutlar əsasında müəyyən olunur ki, iddiaçı Abbasova (Qurbanova) Gülnar Əjdər qızı xx.xx.1992-ci ildə Ağcabədi rayon Qaradolaq kəndində anadan olmuş, orta məktəbi həmin kənddə oxuyub 2008-ci ildə qurtarmış, xx.xx.2011-ci il tarixdə X11 ilə rəsmi nikah daxil olmaqla ailə qurmuş və həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 anadan olmuş, hal-hazırda Ağcabədi rayon Qaradilaq kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Belə olan halda, Abbasova (Qurbanova) Gülnar Əjdər qızının ölümünün xx.xx.1994-cü ildə Ağcabədi rayon Qaradolaq kənd icra nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınmasına dair 1 saylı ölüm haqqında akt qeydi iddiaçının mülki hüquqlarına və manefələrinə uyğun gəlməyən hal kimi qiymətləndirilməsinə əsas verir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Ağcabədi rayon Qaradolaq kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1992-ci il tarixdə doğulmuş Qurbanova (Abbasova) Gülnar Əjdər qızının qızının adına tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 1 saylı ölüm haqqında akt qeydi etibarsız sayılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62.3-cü, 69-cu, 75-ci, 78-79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Ağcabədi rayon Qaradolaq kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1992-ci il tarixdə doğulmuş Qurbanova (Abbasova) Gülnar Əjdər qızının qızının adına tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 1 saylı ölüm haqqında akt qeydi etibarsız sayılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar