Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1513/2025 17.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və s” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndələri X4 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə 17 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyinə ( bundan sonra mətndə Energetika Nazirliyi) qarşı cavabdehin xx.xx.2024-cü il tarixli 3-15/3-2- 223/2024 saylı əmrinin ləğv edilməsini, 28 aprel 2024-cü il tarixdən etirbarən daimi dövlət qulluğuna qəbul edilmiş hesab edilməsini, “Dövlət qulluğu haqqında” Qanuna əsasən müvafiq ixtisas dərəcəsinin verilməsini, əvvəlki vəzifəsinə bərpa olunmağını, məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ( vəzifə maaşı, əlavələr və mükafatlar) hesablanaraq ona ödənilməsini və əmək kitabçasında müvafiq dəyişikliklər edilməsini öhdəlik olaraq cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( iddianın dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli 3-15/3-2-223/2024 saylı əmrin 2ci hissəsinin ləğv edilməsini, 28 aprel 2024-cü il tarixdə etibarən daimi dövlət qulluğuna qəbul edilmiş hesab edilməyini, “Dövlət qulluğu haqqında” Qanuna əsasən müvafiq ixtisas dərəcəsinin verilməsini, əvvəlki vəzifəsinə bərpa olunmağını, məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ( vəifə maaşı, əlavələr və mükafatlar) hesablanaraq ona ödənilməsini və əmək kitabçasında müvafiq dəyişikliklər edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində müvafiq olaraq Enerji səmərəliliyi şöbəsi Binalarda enerji səmərəliliyi sektorunda aparıcı məsləhətçi vəzifəsi və İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə X12 tərəfindən vakant inzibati vəziflərin tutulması məqsədilə təşkil olunan müsabiqənin müsahibə mərhələsində iştirak edərək maksimal 20 baldan müvafiq olaraq 16.3 və 16 bal toplayaraq müsahibədən keçərək müvəffəqiyyət qazanmışdır. Daha sonra Binalarda enerji səmərəliliyi sektorunda xx.xx.2023-cü il tarixindən etibarən energetika nazirinin əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 28.7-ci maddəsi uyğun olaraq 6 ay müddətinə staj müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir.Qanunun 28.7-ci maddəsinə əsasən 6 ay müddətinə staj müddəti ilə dövlət qulluğuna qəbul olunan şəxsə staj müddəti ərzində kurator təyin edilir və 6 ay sonunda kuratorun müsbət rəyi olarsa stajçı ilə 3 ay müddətinə dövlət qulluğunun sınaq mərhələsi üzrə nümunəvi forması Azərbaycan Respublikası Prezidentin 3 sentyabr 2001-ci il tarixli 567 saylı Fərmanı ilə təsdiq edilən əmək müqaviləsi bağlanır və 3 ay ərzində müqavilə şərtləri pozulmamış olarsa müddətin sonun sınaq müddəti ilə dövlət qulluğu keçən şəxs ilə daimi dövlət qulluğuna keçməsi barədə müvafiq əmək müqaviləsi bağlanılır.Qanunun tələblərinə uyğun olaraq ona staj müddəti ərzində qulluq keçdiyi Enerji səmərəliliyi şöbəsinin müdiri X1 təyin edilmiş və staj müddətinin bitdiyi günə 2 gün qalmışxx.xx.2024-cü il tarixində kurator-şöbə müdiri N.Bağırlı tərəfindən müsbət rəy verilmiş və energetika nazirinin müvafiq əmri ilə xx.xx.2024-cü il tarixindən 3 ay müddətinə dövlət qulluğunun sınaq müddəti başlanmışdır.Üç aylıq sınaq və altı aylıq staj müddəti ərzində heç bir intizam tənbeh tədbiri, xəbərdarlıq almadığı və ona tapşırılan bütün işləri vəzifə təlimatına qanunvericilyə uyğun şəkildə icra etdiyi halda, öncədən heç bir məlumat verilmədən xx.xx.2024-cü il tarixində (sınaq müddətinin bitməyinə 6 gün qalmış nazirliyin Kadrlar və Dövlət qulluğu şöbəsinin müdiri Əsəd İsmayılov tərəfindən dəvət edilərək ona xx.xx.2024-cü il tarixindən etibarən onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddətindən uğursuz çıxma) xitam veriləcəyi barədə rəsmi yazılı xəbərdarlıq təqdim edilmişdir. Xəbərdarlıq ilə tanış olmağı və imzalamağı tələb olunmuşdur. Xəbərdarlıqda intizam qaydalarını pozduğu, qulluq funksiyalarını düzgün icra etmədiyi və bu səbəblə əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ona məlumat verilməliydi, lakin Əmr rəsmi qaydada ona son iş günü olan xx.xx.2024-cü il tarixindən bugünə kimi hələ də təqdim edilməmiş və bu barədə məlumatı başqa işçinin elektron kabinetindən əldə etmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır”, lakin əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi göstərilən N.Bağırlı tərəfindən yazılmış təqdimatdakı məsələlər araşdırılmamışdır, 23 aprel 2024-cü il tarixində yazılmış təqdimat barədə ona 24 aprel tarixində işdən azad olunmağı ilə bağ xəbərdarlıq təqdim edilərkən sadəcə şifahi məlumat verilmişdir. Nərgiz Bağırlı tərəfindən orqan rəhbərinə xidməti yazı-təqdimat 23 aprel 2024-cü il tarixində yazılıb və bu xidməti ya təqdimat barədə rəsmi məlumat verilməyib, heç bir araşdırma aparılmayıb. Dövlət qulluğunda adından da məlum olduğu kimi birinci mərhələ Staj mərhələsi ikinci mərhələ Sınaq mərhələsidir. Həm Staj, həm də Sınaq mərhələsində təcrübə qazanmalıdır. Ona tapşırılan işlərdə səhv yanaşmasıda ola bilərdi, bu da normal hallardan biridir. Belə ki, bu sahədə ilk dəfə çalışmış və yeni-yeni təcrübə toplamağa başlamışdır. 6 (altı) aylıq staj müddətinin sonunda sınaq müddətinə keçdikdən sonra ona demək olar ki, iş tapşırılmamışdır, 3 (üç) aylıq müddət ərzində dörd sənəd icra etmişdir və onlar da fevral ayının ilk 15 günlüyündə olmuşdur. Bu sənədlərdən ikisi eyni məzmunlu sənəd idi biri isə ezam sənədi idi, yəni xüsusi araşdırılması tələb olunmayan idi. Sınaq müddətində fevral ayının son 15 günlüyü və mart, aprel aylarında heç bir iş tapşırılmamışdır. Sınaq müddəti onunla bağlı fikirlərin təsdiqlənməsi üçün bir dövrdür, lakin bu 3 aylıq dövrdə fəaliyyətsiz qalmışdır.Birinci altı aylıq staj müddətində ona sənəd əsasən oktyabr və dekabr aylarında verilmişdir. Staj mərhələsində gələn sənədlərin təxminən 1 (bir) təkrar sənədlər idi və xüsusi araşdırma tələb etmirdi. Onun barəsində təqdimat verilməsinin əsaslardan biri də staj müddəti ərzində onun və şöbənin digər iki stajçı əməkdaşları Orxan Məmmədli və Seymur Bağbanlının Azərbaycan Respublikası Prezidentinin 1610 saylı Fərmanı ilə dövlət qulluqçularının sosial rifahının artırılması məqsədilə vəzifə maaşına əlavə olaraq verilən 1 misli aylıq əlavələrin əksər dövlət orqanlarında xüsusən də 2-ci kateqoriya dövlət orqanlarında sınaq müddəti ilə qulluq keçən şəxslərə (6 aylıq staj müddətində sonrakı 3 ay) verildiyini, lakin staj müəddəi ilə qulluq keçdikləri Energetika Nazirliyində verilmədiyini müzakirə ediblər. Bununla bağlı X3 Şurasına hər üçü birlikdə işlədikləri orqanın adı qeyd edilmədən sadəcə məlumat almaq istəyən vətəndaşlar kimi kollektiv müraciət etmək istəmişdirlər. Bununla bağlı hazırladıqları layihəni şöbə müdirləri Nərgiz Bağırlıya təqdim etdərək, Şuradan müsbət cavab ala bilmədikləri üçün bu məsələnin nazirlik daxilində müzakirə olunması barədə fikirlərini bildirmişdirlər. Nərgiz Bağırlı tərəfindən bununla bağlı sərt reaksiya vermişdir. Bundan sonra Orxan Məmmədli müraciət etmək istəmədiyi üçün o və Seymur Bağbanlı müraciəti imzalayaraq 1.1 misli əlavələrin sınaq müddəti ilə qulluq keçən şəxslərə verilməli olubolmaması və verilməli olduğu, lakin verilmədiyi hallarda nə edilməli olması barədə sorğu xaraqterli müraciətlərini X10 Şurasına xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərmişdirlər. Bir neçə gündən sonra Nərgiz Bağırlı müraciəti göndərib göndərmədiklərini barədə soruşmuş, onlarda artıq müraciət etdiklərini bildirmişdirlər. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. İddiaçı 2024-cü il 31 iyul tarixli 3-15/3-2- 442/2023 nömrəli əmr ilə 01 avqust tarixindən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 (altı) ay müddətinə stajçı kimi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin Binalarda enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra iddiaçı 2024-cü il 29 yanvar tarixli 3-15/3-2-46/2024 nömrəli əmr ilə 2024-cü ilin 1 fevral tarixindən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq eyni vəzifəyə 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir.Lakin iddiaçı sınaq müddəti ərzində özünü doğrultmamış və bu səbəbdən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası energetika nazirinin 2024-cü il 27 aprel tarixli 3-15/-2-223/2024 nömrəli əmri ilə 2024-cü il 1 may tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli fərmanı ilə təsdiq edilmiş Sınaq müddəti ilə müvafiq dövlət ornanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsi (kontraktı) formasına uyğun olaraq İddiaçı ilə 2024-cü il 1 fevral tarixində əmək müqaviləsi bağlanılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə kontraktı birtərəfli qaydada poza bilər.İddiaçı 24 aprel 2024-cü il tarixdə xəbərdarlıq elan edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Həmin xəbərdarlıq ilə iddiaçı 24 aprel 2024-cü il tarixində tanış edilmişdir .Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.Həmin xəbərdarlıqda iddiaçı tərəfindən sınaq müddəti ona verilən tapşırıqları düzgün, tələb olunan səviyyədə və vaxtında icra etmədiyi, bununla yanaşı xidməti fəaliyyətində dəfələrlə nöqsanlara yol verdiyi iddiaçıya bildirilmişdir.“Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası energetika naziri tərəfindən verilmiş 2024-cü il 27 aprel tarixli 3- 15/3-2- 223/2024 nömrəli əmrdə İddiaçı barəsində Energetik Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri-kurator xanım Nərgiz Bağırlı tərəfindən hazırlanmış 2024-cü il 23 aprel tarixli 3-15/3-102/2024 nömrəli mənfi rəy xitamın əsası kimi göstərilmişdir.Şöbə müdiri kurator Nərgiz Bağırlı tərəfindən hazırlanmış 2024-cü il 23 aprel tarixli 3-15/3-102/2024 nömrəli mənfi rəydə iddiaçının sınaq müddəti ərzində verilən tapşırıqları tələb olunan səviyyədə icra etmək bacarığına malik olmadığı qeyd edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən, işçi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir.Həmçinin İddiaçı öz işinə laqeyd yanaşmış və ona həvalə edilmiş tapşırıqları vaxtında və düzgün yerinə yetirməmişdir.Belə ki, Qarabağ İqtisadi Rayonuna X15 Azad Edilmiş Ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynovun 2024-cü il 10 yanvar tarixli 25/01-05 nömrəli məktubu Energetika Nazirliyinə daxil olmuşdur. Həmin məktub Ağdam şəhərində tikiləcək Pavilyonun binası ilə bağlı hazırlanmış konsept layihələrə münasibət bildirilməsi üçün göndərilmişdir. Həmin məktubun icrası X8 sistemi vasitəsi ilə İddiaçı həvalə edilmişdir. Sənədin icrası ilə bağlı şöbə müdiri-kurator xanım Nərgiz Bağırlı tərəfindən sənədin icra edilməsi ilə bağlı müvafiq göstərişlər verilməsinə baxmayaraq İddiaçı sənədi düzgün və tələb olunan səviyyədə icra etməmişdir. Nəticədə sənədin icrası gecikmiş və sənəd icra edilməsi üçün şöbənin digər əməkdaşı Əli Salmanlıya həvalə edilmişdir (həmin sənədlər əlavə olunur).Bununla yanaşı İddiaçı sınaq müddəti ərzində özünü inkişaf etdirməmiş və tapşırıqları tələb olunan səviyyədə icra etməmişdir. Şöbə müdiri-kurator Nərgiz Bağırlı tərəfindən hazırlanan arayışda İddiaçı tərəfindən sınaq müddəti ərzində icra edilən və qənaətbəxş olmayan sənədlər ilə bağlı detallı məlumatlar qeyd edilmişdir (həmin arayış əlavə edilir).İddiaçı işdə ona qərəzli yanaşılması ilə bağlı iddiası da tamamilə əsassızdır. İddiaçı işlədiyi dövr ərzində şöbə müdiri və digər işçilər tərəfindən dəstək verilmiş, həmçinin verilən tapşırıqların icrası ilə bağlı şöbə müdiri tərəfindən müvafiq izahlar verilmişdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsində dövlət qulluqçusunun əsas vəzifələri müəyyən edilmişdir.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən, dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; etik davranış qaydalarına əməl etməlidir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.Həmin məcəllənin 11-ci maddəsinə əsasən, Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək; ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.Həmçinin İddiaçı “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli 1610 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularına vəzifə maaşının 1.1 misli həcmində müəyyən edilmiş əlavənin sınaq müddəti ərzində ona şamil edilib edilməməsi məsələsi ilə bağlı X3 Şurasına ünvanlandığı məktub ilə bağlı işdən çıxarılması məsələsi tamamilə əsassız və absurddur. Belə ki, həmin məktub İddiaçı tərəfindən staj dövründə -17 yanvar 2024-cü il tarixində Şuraya ünvanlanmışdır. Həmin məsələyə görə şöbə müdirikuratorun ona qərəzli yanaşması olsa idi, tərəfindən İddiaçı ilə bağlı müsbət rəy verərək sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinə icazə verilməzdi.Sözügedən “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli 1610 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularına vəzifə maaşının 1.1 misli həcmində əlavə müəyyən edilmişdir. Göründüyü kimi fərmanda inzibati vəzifə tutan dövlət qulluqçularının vəzifə maaşına verilən əlavədən bəhs olunur.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra - Qanun) 1.1.3-cü maddəsinə əsasən, dövlət qulluqçusu dedikdə yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi başa düşülür.Qanunun 28.7-ci maddəsinə əsasən stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır.Qanunun 28.10-cu maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.Həmçinin, Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.Qeyd olunanlara əsasən, dövlət qulluqçusu dedikdə Qanunun 1.1.3-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən və Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi alan Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi başa düşülür.Göründüyü kimi qanunvericiliyin müvafiq normalarına əsasən sınaq müddəti ilə dövlət qulluğu keçən şəxslər qanunun 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu hesab edilmir və onlara vəzifə maaşının 1.1 misli həcmində əlavə verilməsi nəzərdə tutulmamışdır.Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndələri X4 və X9 ayrı-ayrılıqda məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın 27 aprel 2024-cü il tarixli qərarın ona aid hissədə ləğv edilməsini və 28 aprel 2024-cü il tarixdən etibarən daimi dövlət qulluğuna qəbul edilmiş hesab edilməyini, Dövlət qulluğu haqqında Qanuna əsasən müvafiq ixtisas dərəcəsinin verilməsini, əvvəlki vəzifəsinə bərpa olunmağını, məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ( vəifə maaşı, əlavələr və mükafatlar) hesablanaraq ona ödənilməsini və əmək kitabçasında müvafiq dəyişikliklər edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir.
Faktiki hallar və sübutlar: Azərbaycan Respublikasının Energetika Nazirliyinin: 3-15/3-2-442/2023 saylı, xx.xx.2023-cü il tarixli “Vəzifəyə təyin olunma haqqında” əmrinin surətindən müəyyən olunur ki, İddiaçı 2023-cü il 1 avqust tarixindən 6 (altı) ay müddətinə stajçı kimi Enerji səmərəliliyi şöbəsinin Binalarda enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş ( 2-ci bənd), Enerji səmərəliliyi şöbəsinin müdir müavini N.Bağırlı staj müddətində İddiaçı kuratoru təyin edilmişdir ( 2.1-ci bənd). 3-15/3-2-46/2024 saylı, xx.xx.2024-cü il tarixli “Sınaq müddəti ilə dövlət qulluğuna qəbul haqqında” əmrin surətindən müəyyən olunur ki, Enerji səmərəliliyi şöbəsinin Binalarda enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi-stajçı İddiaçı 1 fevral 2024-cü il tarixdən 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir.Əsas: Enerji səmərəliliyi şöbəsinin müdiri- kurator N.Bağırlının xidməti yazısı, İddiaçı ərizəsi və tərəflər arasında bağlanmış əmək müqaviləsi. X12 tərəfindən İddiaçı Firidun oğluna ünvanlanmış 9-3/2-C-1-137/2024 saylı, 06 mart 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1610 nömrəli Fərmanının 1-ci hissəsi ilə dövlət qulluqçularının vəzifə maaşına müəyyən edilən müvafiq məbləğdə əlavənin sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərə şamil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı Azərbaycan Respublikasının X6 Şurasına ünvanladığı və aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının X12nə göndərilmiş kollektiv müraciətlərinə baxılmışdır.Yuxarıda adıçəkilən Fərmanın 1-ci hissəsi ilə Azərbaycan Respublikasının dövlət orqanlarında çalışan dövlət qulluqçularının və diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına müvafiq həcmlərdə əlavələr müəyyən edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 567 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) Nümunəsinin 10-cu hissəsinə əsasən, dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə də şamil edilir.Qeyd edilən normativ hüquqi akta uyğun olaraq, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları (dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla) sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə də şamil edildiyi üçün dövlət qulluqçuları üçün nəzərdə tutulan təminatlar, o cümlədən dövlət qulluqçularının əmək haqlarının artırılmasını nəzərdə tutan Fərman sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərə münasibətdə tətbiq olunur.Qeyd edilən əlavənin ödənilməsi məqsədilə qulluq keçdiyi dövlət orqanına müraciət etməkləri tövsiyə olunmuşdur. Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı tərəfindən tərtib olunmuş arayışda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən Sınaq müddətində icrası qeyri-qənaətbəxş tapşırıqlar: xx.xx.2024, 3-15/1-154/2024-“X11 konspekt layihələrinə münasibət bildirilməsi barədə”- Məktub şöbəyə xx.xx.2024-cü il tarixində daxil olmuş və həmin gün İddiaçı icraya göndərilmişdir. Məktub 2 həftə icrasız qalmış və cavab layihəsi xx.xx.2024-cü il tarixində ona e mail göndərilmişdir. Məktub cavab layihəsi qənaətbəxş hesab edilməmiş və digər icraçıya həvalə olunmuşdur ( əsas- daxil olan məktub, imtina edilmiş cavab layihəsi və yekun imzalanmış məktub). -xx.xx.2024, 3-21/2-638/2024-Qanun layihəsinə rəy və təkliflərin bildirilməsi barədə- Hazırladığı təkliflər məqsədəuyğun hesab edilməmişdir. Belə ki, Qanun layihəsində bəzi maddələrdə digər maddələrdə istinad olunduğu, lakin həmin maddələrin mövcud olmadığını qeyd etmişdir. Tərəfindən həmin təkliflər araşdırılmış və müəyyən edilmişdir ki, maddələrin sadəcə nömrələnməsində xətalar var ( əsas: imtina edilmiş məktub layihəsi, imtina tarixçəsi və yekun imzalanmış məktub). - Naxçıvan Muxtar Respublikası üzrə məcburi enerji auditi subyektlərinin siyahısının hazırlanması tapşırığı (Energetika Nazirliyinin 2024-cü ilin il planına əsasən)- İddiaçı daxil olan məlumatlar əsasında hazırladığı siyahılar qeyri-qənaətbəxş, bir sıra səhvlərlə təqdim edilmişdir. Onun dəfələrlə izahlarına və onun birbaşa sektor müdiri olan A.Rzayevin izahlarına baxmayaraq, hazırlanan siyahılarda (o cümlədən hesablamalarda) bir sıra səhvlər, təkrarlar var idi. Qurumlara göndərilən məktubun əlavələrində izahı verilmiş məsələlərə özü riayət etməmişdir.İddiaçı verilmiş bu tapşırıq üzrə 27 fevral-13 mart tarixləri aralığında Naxçıvan MR-dən sorğu edilmiş məlumatlar daxil olmuş və İddiaçı göndərilmişdir. Bu məlumatlar müvafiq qaydada təhlil edilməli, hesablamalar aparılmalı, çatışmayan məlumatlar sorğu edilməli və sektor müdiri ilə razılaşdırmaqla nəticədə yekun ümumiləşdirilmiş cədvəllər ona təqdim edilməli idi. Düzgün olmayan icra nəticəsində tapşırıq başqa əməkdaşa icraya göndərilmişdir. İddiaçı belə siyahıların hazırlanması üçün artıq təcrübəyə malik idi. Belə ki, staj müddətində də oxşar tapşırığın icrası ona həvalə eidlmişdir ( əsas: Naxçıvanın Nazirlər Kabinetinə ünvanlanan məktub, daxil olan məlumatların siyahısı, iddiaçı tərəfindən hazırlanmış siyahılar). Ölkə üzrə məcburi enerji auditi subyektlərinin siyahısının hazırlanması tapşırığı (Energetika Nazirliyinin 2024-cü ilin iş planına əsasən)- Aprel ayında tapşırığın icra vəziyyətini öyrənmək üçün A.Rzayev, İddiaçı və N.Haşımovanın (şöbənin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun məsləhətçisi) iştirakı ilə otağında iclas keçirmişdir. Müzakirə nəticəsində İddiaçı Naxçıvan üzrə məlumatları yekunlaşdırdığını bildirmişdir. Ölkənin digər regionları üzrə daxil olmuş məlumatların çoxluğunu nəzərə alaraq, onların bir hissəsinin ümumiləşdirilməsini ona tapşırmışdır. Nəticədə natamam iş təhvil verilmiş və tapşırıq başqa əməkdaş tərəfindən yerinə yetirilmişdir. Qarabağ İqtisadi Rayonuna X15 Azad Edilmiş Ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Energetika naziri cənab Pərviz Şahbazova ünvanlanmış 25/-01-05 №-li, xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Xidmət tərəfindən layihəçi şirkətlərlə hazırlanmış Ağdam şəhərində yaradılması nəzərdə tutulan Pavilyonun konsept layihələrinə münasibət bildirilməsi üçün nazirliyə göndərilmişdir. (xx.xx.2024-cü il tarixdə elektron poçt vasitəsi ilə icra üçün İddiaçı göndərilmişdir). 3-15/3-9-608/2024 saylı xx.xx.2024-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, Qarabağ iqtisadi rayonuna X15 azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı”nın Tədbirlər Planında qeyd olunan “X16 Nümayiş Pavilyonunun yaradılması” tədbirinin icrası ilə bağlı konsept layihələri barədə xx.xx.2024-cü il tarixli 25/01-05 nömrəli müraciətinə Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı tərəfindən cavablandırılmışdır. Energetika Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış 3-15/2-565/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1433 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq məcburi enerji auditi keçirilməli olan subyektlərin siyahısının təsdiq edilməsi Azərbaycan Respublikasının Energetika Nazirliyinə həvalə edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 309 nömrəli Qərarı ilə “Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarlar” təsdiq edilmişdir.Qeyd edilənləri nəzərə alaraq, təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının 2023- cü il üzrə enerji istehlakı (təbii qaz, elektrik və istilik enerjisi), həmçinin qeyri-yaşayış binalarının tikinti sahəsi barədə məlumatların aidiyyəti üzrə əlavə edilmiş formalara uyğun olaraq (o cümlədən, elektron formada) cari ilin 05 mart tarixinədək Energetika Nazirliyinə təqdim edilməsi xahiş olunur. Əlaqələndirici şəxs qismində Enerji səmərliliyi şöbəsinin aparıcı məsləhətçisi İddiaçı qeyd olunmuşdur. Azərbaycan Respublikası Energetika Nazirliyinin 3-15/3-102/2024 saylı, xx.xx.2024cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən İddiaçı 2023-cü ilin 1 avqust tarixindən 6 ay müddətinə stajçı kimi təyin edilmiş, staj müddətinin sonunda isə 3 aylıq sınaq müddətinə Enerji səmərəliliyi şöbəsinin Binalarda enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə qəbul edilmişdir. İddiaçı Binalarda enerji səmərəliliyi sektorunda vəzifələrini və tapşırıqları yerinə yetirmək üçün tələb olunan biliyə və ixtisasa sahib deyil. Bu isə öz növbəsində onun tərəfindən tapşırıqların lazımi səviyyədə icrasında çətinliklər yaratmaqadadır. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli Bildirişdə ( xəbərdarlıqda) qeyd olunmuşdur ki, sınaq müddətində vəzifə təlimatına və qulluq funksiyalarına uyğun davranış nümayiş etdirmədiyinizə, verilən tapşırıqları tələb olunan səviyyədə yerinə yetirmədiyinə və dəfələrlə əmək intizamını pozduğuna görə onunl aböğlanmış əmək müqaviləsinə 29 aprel 2024-cü il tarixindən xitam veriləcəkdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin 3-15/3-2-223/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrdən müəyyən olunur ki, Enerji səmərəliliyi şöbəsinin iqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi X5 və həmin şöbənin Binalarda enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi İddiaçı sınaq müddətində qulluq funksiyaların tam icra etməmiş, işdə buraxdıqları nöqsanları aradan qaldırılmasına səy göstərməmiş, verilən tapşırıqları tələb olunan səviyyədə, keyfiyyətlə yerinə yetirməmiş və dəfələrlə əmək intizamını pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53cü maddəsini, 70-ci maddəsinin “d” bəndini və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.5.7-ci yarımbəndini rəhbər tutaraq-Enerji səmərəliliyi şöbəsinin Binalarda enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi İddiaçı sınaq müddəti ərzində özünü doğrultmadığına görə 1 may 2024-cü il tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas: Enerji səmərəliliyi şöbəsinin müdiri-Kurator N.S.Bağırlının xx.xx.2024-cü il tarixli 3-15/3-9-1791/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-15/3-102/2024 saylı mənfi rəyləri. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx0002X0 №-li, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi Bildirişindən müəyyən olunur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadığı üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir.
Tətbiq edilən hüquq.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 1. Əsas anlayışlar. 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; ... 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; ... 1.1.6. dövlət məvacibi – dövlət qulluqçusuna pul formasında nağdsız qaydada ödənilən aylıq haqq; 1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi;
Maddə 2. Qanunun tətbiq dairəsi.
2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir.
Maddə 6. Dövlət qulluğu haqqında qanunvericilik
Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.
Maddə 10. Dövlət orqanlarında vəzifələrin təsnifatı
10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür.
Maddə 15-3. Dövlət qulluqçularının reyestri
15-3.1. Dövlət qulluqçularının reyestri dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır. 15-3.2. Dövlət qulluqçularının reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 15-3.3. Dövlət qulluqçuları reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri
18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 1 8.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir.
Maddə 28. Dövlət qulluğuna qəbul ... 28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28.10. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırda iddiaçı əmri və onun yaratdığı hüquqi nəticələri mübahisələndirir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona qarşı şöbə müdiri – kurator Nərgiz Bağırlı tərəfindən qərəzli münasibət göstərilmiş, bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının Energetika Nazirinə mənfi təqdimat verilmiş, işdən azad edilməsi zamanı barəsində hər hansı xidməti araşdırma aparılmamış, izahatı alınmamış, mənfi təqdimat ona təqdim edilməmiş və işdən azad edilməsinin əsasını şöbə müdirinin ona qarşı qərəzli münasibəti təşkil etmişdir. Cavabdehin mövqeyinə görə, iddiaçının dövlət qulluğuna xitam verilməsinin səbəbi sınaq müddətində qulluq funksiyalarını tam icra etməməsi, işdə buraxdıqları nöqsanların aradan qaldırılmasına səy göstərilməməsi, verilən tapşırıqların tələb olunan səviyyədə, keyfiyyətdə yerinə yetirilməməis və dəfələrlə əmək intizamnı pozmasıdır. “Dövlət qulluğu haqqında” Qanunda göstərilmişdir ki, dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir (1.1.3.). İntizam məsuliyyəti – dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə (intizam xətasına), habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə bu Qanunda nəzərdə tutulmuş intizam tənbehinin tətbiqini nəzərdə tutan hüquqi məsuliyyət növüdür (1.1.26.). Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur (25.1.). Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: töhmət; bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; ixtisas dərəcəsinin bir pillə aşağı salınması; dövlət qulluğundan azad edilməsi (25.2.). Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur (25.3.). Qanunun qeyd edilən müddəalarından göründüyü kimi dövlət qulluqçusu dedikdə daimi dövlət qulluğuna qəbul edilmiş və ixtisas dərəcəsi verilmiş dövlət orqanının işçisi nəzərdə tutulur. Belə olan halda stajçı kimi və ya sınaq müddəti ilə dövlət qulluğu vəzifəsinə qəbul edilmiş şəxs qeyd edilən qanunda nəzərdə tutulmuş “dövlət qulluqçusu” kateqoriyasına aid edilə və “dövlət qulluqçusu” üçün qanunla müəyyən edilmiş bütün prosedurlar ona aid edilə bilməz. Təhlil olunan normalardan belə nəticə çıxır ki, qeyd edilən Qanunun 25.2-ci maddəsi ilə müəyyən edilmiş intizam tənbeh tədbirləri və həmin tədbirlərin həyata keçirilməsi üçün Qanunun 25.3-cü maddəsi ilə nəzərdə tutulmuş prosedur qaydalar yalnız daimi dövlət qulluğuna qəbul edilmiş şəxslərə aiddir və stajçı kimi və ya sınaq müddəti ilə dövlət qulluğu vəzifəsinə qəbul edilmiş şəxslərə aid edilə bilməz. İşin hallarından müəyyən olunur ki, iddiaçı stajçı kimi dövlət orqanına işə qəbul edilmiş, sonradan sınaq müddəti ilə dövlət qulluğuna götürülmüş və sınaq müddətində özünü doğrultmadığı üçün təyin edilmiş kurator tərəfindən verilmiş mənfi rəyə əsasən işdən azad edilmişdir. Belə olan halda isə Qanunda iddiaçı ilə bağlı xidməti araşdırmanın aparılması, onun izahatının alınması və qanunda nəzərdə tutulmuş prosedurların həyata keçirilməsi zərurəti müəyyən edilməmişdir. İddiaçı işdən azad edilməsinin şöbə müdiri tərəfindən ona qarşı qərəzli münasibtlə əlaqələndirsə də, bunun əsaslarını sübut edə bilməmişdir. Belə ki, onun X6 Şurasına müraciət etməsi onun staj dövründə baş vermiş və buna baxmayaraq staj dövründən sınaq müddəti dövrünə keçirilmişdir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. (14.1, 14.2, 14.3). Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Bu mənada, işin hallarından görünür ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinin xitam verilməsinin səbəbi sınaq müddəti ərzində qulluq funksiyalarını tam icra etməməsi, işdə buraxdığı nöqsanları aradan qaldırmağa səy göstərməməsi, verilən tapşırıqları tələb olunan səviyyədə, keyfiyyətlə yerinə yetirməməsi olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşidə Quliyeva