Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1515/2024 23.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1981-xx.xx.1991-ci illərdə İmişli RİC-də, xx.xx.1991-xx.xx.1994-cü illərdə Qarabağ kolxozunda, xx.xx.1994-xx.xx.1994-cü illərdə təmir-tikinti sahəsində, xx.xx.1994xx.xx.1995-ci illərdə İmişli Avtonəqliyyat müəssisəsində, xx.xx.1995-xx.xx.2009-cu illərdə Qaradonlu kooperativ cəmiyyətində işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1981-xx.xx.1991-ci illərdə İmişli RİC-də, xx.xx.1991-xx.xx.1994-cü illərdə Qarabağ kolxozunda, xx.xx.1994-xx.xx.1994-cü illərdə təmir-tikinti sahəsində, xx.xx.1994xx.xx.1995-ci illərdə İmişli Avtonəqliyyat müəssisəsində, xx.xx.1995-xx.xx.2009-cu illərdə Qaradonlu kooperativ cəmiyyətində işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İşin hallarının araşdırılması məqsədilə iş üzrə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə məhkəmə iclasları təyin edilmiş və iddiaçının ünvanına bu barədə bildirişlər göndərilməklə iştirakının zəruri olduğu nəzərinə çatdırılmışdır, lakin iddiaçı tərəf məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdə, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması iddiaçıya bildirilmişdir. Göründüyü kimi (sərəncam, xəbərnamə və məhkəmə iclas protokollarından məlum olur), məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdırlar. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1981-xx.xx.1991-ci illərdə İmişli RİC-də, xx.xx.1991-xx.xx.1994-cü illərdə Qarabağ kolxozunda, xx.xx.1994-xx.xx.1994-cü illərdə təmir-tikinti sahəsində, xx.xx.1994-xx.xx.1995-ci illərdə İmişli Avtonəqliyyat müəssisəsində, xx.xx.1995-xx.xx.2009-cu illərdə Qaradonlu kooperativ cəmiyyətində işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinin geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah olunsun ki, o, gələcəkdə hüquqi marağına uyğun Qaradonlu Kooperativ Cəmiyyətində işlədiyi illərin sığorta stajına əlavə edilməsi məqsədilə ilk öncə qeyd edilən illər üzrə məcburi dövlət sosial sığorta ödənişlərin ödənilməsi və ya hesabatların (B1 və B3 kodları üzrə) tam (şəxsin adı qeyd edilməklə) təqdim edilməsi məqsədilə işlədiyi cəmiyyətə, yəni Qaradonlu Kooperativ Cəmiyyətinə müraciət etməli, cəmiyyət tərəfindən tələbi icra olunaraq iddiaçıya məxsus məcburi dövlət sosial sığorta ödənişləri üzrə hesabatlar təqdim edilərsə müvafiq ələblə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməlidir. Qaradonlu Kooperativ Cəmiyyəti tərəfindən tələbi icra edilmədiyi təqdirdə cəmiyyətə qarşı müvafiq ümumi məhkəmədə qeyd edilən əsaslar üzrə iddia qaldırmaq hüququ vardır. Qaradonlu Kooperativ Cəmiyyəti tərəfindən tələbi icra edilərsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətindən imtina olunduğu təqdirdə sübutları təqdim etməklə, cavabdehi düzgün müəyyən etməklə və tələbinə hüquqi yardım məktubuna uyğun düzəliş edərək eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və İPM-in 55.3, 55.5 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1981-xx.xx.1991-ci illərdə İmişli RİC-də, xx.xx.1991-xx.xx.1994-cü illərdə Qarabağ kolxozunda, xx.xx.1994-xx.xx.1994-cü illərdə təmir-tikinti sahəsində, xx.xx.1994xx.xx.1995-ci illərdə İmişli Avtonəqliyyat müəssisəsində, xx.xx.1995-xx.xx.2009-cu illərdə Qaradonlu kooperativ cəmiyyətində işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1515/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1515/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver