Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1518/2024 03.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial yardımın dayandırıldığı vaxtdan bərpa olunması və sosial yardım üzrə 2023-cü ilin iyul-avqust ayları üzrə ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial yardımın dayandırıldığı vaxtdan bərpa olunması və sosial yardım üzrə 2023-cü ilin iyul-avqust ayları üzrə ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 X30 cavabdehlər siyahısından çıxarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “ünvanlı sosial yardımın alınmasından imtina olunması, bu sahədə hüququnun 1 il müddətinə məhdudlaşdırılması barədə Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, ünvanlı sosial yardımın bərpa edilməsi, məhdudiyyətin götürülməsi və ödənilməyən 2023-cü ilin iyul-avqust aylarının sosial yardımının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasına davam etdirilməsi qərara alınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “sosial yardımın dayandırıldığı vaxtdan bərpa olunması və sosial yardım üzrə 2023-cü ilin iyul-avqust ayları üzrə ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması barədə qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur. 2006-cı ildə ailə həyatı qurmuş və bu nikahdan 4 övladı olmuşdur. Bundan sonra həyat yoldaşı vəfat etmiş və o, ikinci dəfə ailə həyatı qurmuş və bu nikahdan da 2 övladı dünyaya gəlmişdir. Hər iki ailəlikdən nikahı qeydə alınmamışdır. Övladlarının atalığı müəyyən edilmişdir. Hazırda 6 övladı ilə birgə ünvan 1 ünvanında yerləşən anasına məxsus 19,8 kv.metr sahəsi olan 1 otaqlı mənzildə anası və qardaşı ilə birgə yaşayır. xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi ilə Kürdəmir şəhəri, Soltan Şıxalıyev küçəsində yerləşən sahibkar X5 məxsus ərzaq mağazasında satıcı işləyir. Ünvanlı sosial yardımın alınması ilə bağlı xx.xx.2022-ci il tarixli **********01102 nömrəli müraciəti əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ailəsinə 882 manat məbləğində ÜDSY ödənişi təyin edilmiş və o, həmin məbləği xx.xx.2023-cü il tarixə kimi almışdır. xx.xx.2023-cü il tarixdə özlərini DSMF-nin işçiləri kimi təqdim edən adlarını bilmədiyi 2 nəfər şəxs yaşadığı ünvana gəldilər, mənzildə telefonla çəkliş aparıblar və övladlarının şəkillərini çəkiblər, onların, anasının və qardaşının doğum haqqında şəhadətnamələrinə və şəxsiyyət vəsiqələrinə baxıblar. Bundan sonra yaşadığı mənzilin qarşısındakı küçədə saxlanmış minik maşınlarını çəkdilər və həmin maşınlardan onun istifadə etməyi ilə maraqlanıblar. Həmin maşınlar qonşulara məxsusdur və onlardan onun istifadə etmək hüququnun olub-olmaması ilə əlaqədar maraqlanıblar. O, bu barədə onlara bildirb ki, bu maşınlardan onun istifadə etmək hüququna dair heç bir rəsmi sənəd mövcud deyil. Bundan sonra növbəti ayın, yəni 2023-cü ilin iyul ayının yardımını almaq üçün kartını Bank aparatına salmış və karta pul vurulmadığını müəyyən etmişdir. Bundan sonra DSMF-nin Kürdəmir rayon filialına müraciət etmiş və burada ona sosial yardımın təyin olunmasından imtina bildirişi təqdim etmişlər. Bildirişlə tanış olduqda ona məlum oldu ki, imtinanın səbəbi istifadəsində nəqliyyat vasitəsinin olması qeyd olunmuş və yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Bir mənalı olaraq diqqətə çatdırır ki, ailənin nə mülkiyyətində, nə də ki, istifadəsində nəqliyyat vasitəsi mövcud deyil. Bundan sonra bu barədə xx.xx.2023-cü il tarixdə ƏƏSM-nin X28 teleqram ünvanlamış, xx.xx.2023cü il tarixdə isə Göyçay şəhərində Nazirliyin aparat rəhbəri Fuad Musayevin qəbulunda olmuşdur və baş vermiş hadisəni olduğu kimi ona söyləmişdir. Bundan əlavə bu barədə 4 dəfə “142'’ qaynar xəttinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə ünvanına DSMF-nin X1 X30ndan məktub daxil olmuş və şikayətinin araşdırıldığı bildirilməklə guya istifadəsində “Volswagen Touareg” markalı **- OY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olması aşkar edilmişdir. Təkrarən bildirir ki, ailənin mülkiyyətində və istifadəsində heç bir nəqliyyat vasitəsi yoxdur, o cümlədən məktubda qeyd olunan minik maşını. Bundan sonra məktubda qeyd olunan “Volswagen Touareg” markalı 99- OY-397 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kimə məxsus olması barədə Yol Polis Xidmətindən məlumat almış və ona məlum oldu ki, həmin minik maşını Bakı şəhəri, Xətai rayonu, Zığ şössesi, ev 22B, giriş 2, mənzil 21-də yaşayan X9 məxsusdur və etibarnamə ilə Kürdəmir rayonu, Atakişili kənd sakini X4 istifadəsindədir. Bundan sonra Taleh Zərbalıyevlə əlaqə saxlamış və sözügedən minik maşınının qeydiyyat şəhadətnaməsinin və elektron talonun surətlərini əldə etmişdir. Qeyd olunanlardan və şərhdən aydın olur ki, ünvanlı sosial yardımın alınmasından imtina olunması və bu sahədə hüququnun 1 il müddətinə məhdudlaşdırılması barədə DSMF-nin X1 X24 xx.xx.2023-cü il tarixli qərarının heç bir hüquqi əsası yoxdur və buna görə həmin qərar ləğv olunmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********01102 nömrəli ərizə ilə VEMTAS-a müraciət etmişdir. Həmin müraciətə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq baxılmış və Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi X30 tərəfindən aparılmış X1 nəticəsində ailəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 882 manat məbləğində ÜDSY təyin olunmuşdur. Daha sonra ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixdə monitorinq aparılmış və ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq, yəni ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi aşkar edilmişdir. Belə ki, iddiaçı monitorinq zamanı istifadəsində avtomobil olmasını bildirmiş, həyata keçirilmiş monitorinq video çəkilişlə qeydə alınmış, müayinə zamanı verilən məlumatlar akta qeyd edildikdən sonra İddiaçı şəxsi imzası ilə təsdiqlənmişdir. X23 filialı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə iddiaçı və onun ailə üzvlərinin adına rəsmiləşdirilən etibarnamələr (mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsinin olmasına dair) və onların qüvvədə olma müddəti barədə sorğu ünvanlanmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş məlumatlara əsasən "Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində xx.xx.2022-ci il tarixdə Bakı səhəri 5 saylı notariat ofisində İddiaçı adına (xx.xx.2022-ci bildə xitam verilmişdir), xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 30 saylı notariat ofisində X14 adına (xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür) etibarnamələrin rəsmiləşdirildiyi müəyyən olunmuşdur. Bu səbəblə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ünvanlı dövlət sosial yardımın ödənilməsi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Belə ki, “Ünvanlı Dövlət Sosial Yardımı” haqqında Qanunun 10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bundan başqa Qanunun 10.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əmək haqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Eyni zamanda 10.4-cü maddədə göstərilmişdir ki, ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. Göründüyü kimi iddiaçı tərəfindən qeyd olunan Qanunun 10-cu maddəsində göstərilən tələblərin pozulması aşkar olunduğundan sosial yardımın ödənilməsi dayandırılaraq daxil olan müraciətə imtina verilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Odur ki, “ünvanlı dövlət sosial yardımın dayandırılması barədə qərarın ləğv edilməsi və ödənilməmiş yardımın ödənilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 535 nömrəli arayışından görünür ki, Kərimova X15 şəhəri, Koroğlu küçəsi, bina 62 mənzil 16 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan ünvanlı sosial yardımın alnması üçün müraciətdən imtina edilməsinə dair bildirişdən görünür ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır.İmtinanın əsası kimi, maddi X13 zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi,ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 X24 iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ailəni təmsil edən şəxs qismində ÜDSY-nin alınması ilə bağlı xx.xx.2022-ci il tarixli **********01102 nömrəli müraciətinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı İlə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarına uyğun olaraq xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ailəyə aylıq 882 manat məbləğində ÜDSY ödənişi təyin edilmişdir. Ailəyə təyin olunmuş ÜDSY ödənişi xx.xx.2023-cü il tarixində ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması səbəbilə rəsmi yenilik imtina əsasında dayandırılmışdır. Qeyd edir ki, Mərkəzi Filial tərəfindən ailənizə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə xx.xx.2023-cü il tarixində "ərizə-bəyannamə”də qeyd olunmuş ünvanda təkrar müayinə həyata keçirilmişdir. Müayinə zamanı sizin istifadənizdə “Volkswagen Touareg” markalı ** OY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. Müayinə zamanı sizin tərəfinizdən nəqliyyat vasitəsinin qohumunuza məxsus olduğu və həmin nəqliyyat vasitəsini şəxsi məqsədlər üçün istifadə ediyiniz bildirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, sizin işəgötürən X12 ilə xx.xx.2023cü il tarixindən bağlanmış aktiv əmək müqaviləsi mövcuddur. Bildirir ki, müayinə zamanı tərtib olunmuş aktda qeyd olunanlarla tanış olduqdan sonra məlumatlar sizin tərəfinizdən imzalanaraq təsdiqlənmişdir. Nəzərə çatdırır ki, ailənizin sosial yardımı almaq hüququnun 1 (bir) illik məhdulaşdırma müddəti bitdikdən sonra rəsmi qaydada VEMTAS-a müraciətiniz olduğu halda, ailənizin sosial yardım almaq hüququna mövcud qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. İş materiallarında olan Elektron talondan görünür ki, **-OY-*** qeydiyyat nişanlı, xx.xx.2022-ci il tarixli VOLKSWAGEN TOUAREG minik avtomobili X6 mülkiyyətindədir, etibarnamə üzrə sahibi X7r. İş materiallarında olan İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş X24 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4.-cü yarımbəndinə əsasən ailənin mülkiyyətində və va istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, İddiaçı (FİN: xxxxxxx) və onun ailə üzvləri: X2 (FİN: 4VHB38A), X14 (FİN: 6PDC2EY) mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələrinə dair verilmiş etibarnamələr və həmin etibarnamələrin qüvvədə olma müddəti barədə məlumatların mümkün qədər qısa müddətdə təqdim edilməsinə dair göstəriş verməyinizi xahiş edirəm. İş materiallarında olan İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş X24 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X32 İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı istifadəsində “Volkswagen Touareg” markalı 99- OY-397 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması ilə əlaqədar ailəyə ödənilən ünvanlı dövlət sosial yardım dayandırılmışdır. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, İddiaçı (FİN: xxxxxxx), onun ailə üzvləri X10 (FİN: 4VHB38A) və X14 (FİN: 6PDC2EY,) mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri, həmin nəqliyyat vasitələrinin hansı tarixdən özgənirikiləşdirilməsi, həmçinin **- OY-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kimin mülkiyyətində və istifadəsində olması barədə məlumatların mümkün qədər qısa müddətdə təqdim edilməsinə dair göstəriş verməyinizi xahiş edirəm. İş materiallarında olan Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş X32 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, DİN Baş X32 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən İddiaçı, X3 və X14 adlarında və ya etibarnamə ilə istifadələrində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Eyni zamanda diqqətə çatdırır ki, **-OY-*** dövlət qeydiyyat nişanlı "VOLKSWAGEN TOUAREG" markalı nəqliyyat vasitəsi 19.01,2022-ci il tarixdən ünvan 5 ünvanda qeydiyyatda olan 24.11,1983-cü il təvəllüdlü X6 adında qeydiyyatdadır. Nəqliyyat vasitəsinin X6 adma rəsmiləşdirilməsinə əsas olmuş 19.01,2022-ci il tarixli alqı-satqı müqaviləsinin, əlavə olaraq digər sənədlərin surəti və kompüter çıxarışı sizə göndərilir. İş materiallarında olan Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası Əmok və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı məktubunda qeyd edilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində İddiaçı adına (xx.xx.2022-ci il tarixdə xitam verilmişdir). xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 30 saylı notariat ofisində X14 adına (xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür) etibarnamənin rəsmiləşdirildiyi müəyyən olunmuşdur. X3 adına rəsmiləşdirilən hər hansı etibarnamə aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində xx.xx.1988-ci il təvəllüdlü İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sorğu edilən məlumatların təqdim edilməsi Fondun Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” ilə müəyyən edilmiş fəaliyyət istiqamətləri xaricindədir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X21 Xidməti haqqında Əsasnamə”nin 3.1.1-ci yarımbəndinə əsasən, öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifələrinə daxil olduğundan müraciət aidiyyəti üzrə baxılması üçün adıçəkilən quruma göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 25.01,2022-ci il tarixdə Bakı şəhər 5 saylı notariat ofisində X8 tərəfindən İddiaçı adına “Hyundai Accent” markalı **-MA-*** nömrə nişanlı nəqliyyat vasitəsindən istifadə edilməsi ilə bağlı etibaredilməsi etibaretmə qaydasında etibarnamə təsdiq edilmiş, xx.xx.2022-ci il tarixdə isə həmin etibarnaməyə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş X32 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, DİN Baş X32 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "HYUNDAİ ACCENT" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən X11 adında qeydiyyatdadır. İş materiallarında olan İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş X24 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mövcud qanunvericilikdə ünvanlı dövlət sosial yardımının dayandırılmasına dair inzibati aktın qərar şəklində tərtib edilməsi barədə müddəa nəzərdə tutulmamışdır. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1ci bəndinə uyğun olaraq, “Elektron hökumət" portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və nəticə ilə bağlı təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrindən birinə məlumat göndərilir. Bu Qaydaların 4.4-cü bəndinə əsasən, sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. Göründüyü kimi sosial yardımın dayandırılması barədə qərarın bilavasitə tərtib edilməsi Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulmamış, dayandırmanın VEMTAS vasitəsilə elektro qaydada həyata keçirilməsi müəyyən edilmişdir. Məhkəmə sorğusunun ikinci hissəsinə münasibətdə bildiririk ki, iddiaçının xx.xx.2022- ci il tarixli müraciəti əsasında ailəyə xx.xx.2022-ci il tarixdən ünvanlı dövlət sosial yardım təyin edilmiş, lakin ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbilə xx.xx.2023-cü il tarixdən sosial yardımın ödənişi dayandırılmışdır. Sorğunun üçüncü hissəsinə münasibətdə qeyd edirik ki, İddiaçı təyin edilmiş ünvanlı dövlət sosial yardımın verilməsinə dair sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə müvafiq kart hesabına köçürülmüşdür. Həmçinin məhkəmə iclaslarında iddiaçı öz izahatında bildirmişdir ki, o, 6 uşaq anasıdır və ünvanlı sosial yardımın kəsilməsi ilə övladlarına baxmaqda çox çətinlik çətir, həmin etibarnamə ona 2-3 günlük işlədiyi yerdə sürücü işə çıxmadığı üçün və həmin işi icra etmək məqsədilə verilmişdir və daha sonra etibarnaməyə xitam verilmişdir.Əlavə etmişdir ki, nə rəsmi olaraq, nə də ki, müvəqqəti istifadəsində heç bir nəqliyyat vasitəsi olmamışdır. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən, Sosial yardım almaq hüququ olan ailələr, Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 4. Sosial yardımın məqsədi və prinsipləri 4.1. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. 4.2. Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir: 4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur; 4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur; 4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur. Maddə 5. Sosial yardımın maliyyə mənbəyi Sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur Maddə 10. Sosial yardım almaq hüququna yenidən baxılması 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. 10.5. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır. 10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Ailəni təmsil edən şəxs qismində sosial yardım almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********01102 nömrəli müraciətinə əsasən Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 X30 tərəfindən aparılmış müayinə nəticəsində ailəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 882 manat məbləğində sosial yardım təyin olunmuşdur. Daha sonra ailəyə təyin olunmuş sosial yardım 07.2023-cü il tarixində ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması səbəbilə rəsmi yenilik imtina əsasında dayandırılmışdır. Mərkəzi Filial tərəfindən ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə xx.xx.2023-cü il tarixində "ərizə-bəyannamə”də qeyd olunmuş ünvanda təkrar müayinə həyata keçirilmiş, müayinə zamanı iddiaçının istifadəsində “Volkswagen Touareg” markalı 99QY397 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması aşkar edilmişdir.Bu səbəblə də ona ünvanlı dövlət sosial yardımın ödənişi dayandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1.) ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2.) əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; 1.2.3.) ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4.) ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5.) ailə üzvünün vəfat etməsi; 1.2.6.) ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7.) ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8.) ailə üzvünün olduğu yerin məlum olmaması. Qeyd olunan qaydaların 2-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən natariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum və ya patron olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir.(2.1) Ailəni təmsil edən şəxs müraciəti elektron formada və ya kağız üzərində edə bilər.(2.2) Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi «komunikasiya vəsaitlərindən (kompyuterlərdən, mobil telefonlardan və.s) habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciəti qeydiyyata alınması məqsədi ilə “Elektron nökumət” və ya Nazirliyin “ Elektron xidmətlər” portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “ərizə-bəyannamə”ni dolduraraq X26 və X29 (bundan sonra VEMTAS) göndərir. (2.3) Qaydaların 3-cü bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir (3.1) VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron Hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndidə göstərilən qurumlarının informasiya sistemləri və ehtiyatları ilə xüsuisi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.(3.2) Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi X13”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompyuter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejmində VEMTAS -a ötürür. (3.4) VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə- Bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirir (3.4.1) məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. (3.4.2) Qaydaların 3.7-ci bəndinə əsasən,aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: -“Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda (3.7.1) -sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda (3.7.2) -sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə (3.7.3); -ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) (3.7.4) -ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır) (3.7.5) -ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda (3.7.6); -ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda (3.7.7). Qaydaların 3.8-ci bəndinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir yə ya bildirilir. Qaydaların 5.1-ci bəndinə əsasən, Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr,mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.2. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. 5.5. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir:5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. İddiaçının müraciət etdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi və ailə üzvünün olduğu yerin məlum olmaması səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin X1nin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin X1”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Sadalanan normaların tələbindən göründüyü kimi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir. Mövcud qanunvericilik normalarının təhlilinə istinadən məhkəmə qeyd edir ki, cavabdehin vurğuladığı ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi ünvanlı sosial yardımın ödənilməsindən imtinaya əsas ola bilməz. Həmçinin cavabdehin imtinasının ikinci əsasına münasibətdə məhkəmə diqqətə çatdırır ki, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, nə İddiaçı, nə də ki, onunla birgə yaşayan ailə üzvləri- X3 və X14 adlarında və ya etibarnamə ilə istifadələrində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Eyni zamanda sübuta yetirilmişdir ki, **-OY-*** dövlət qeydiyyat nişanlı "VOLKSWAGEN TOUAREG" markalı nəqliyyat vasitəsi 19.01,2022-ci il tarixdən ünvan 5 ünvanda qeydiyyatda olan 24.11,1983-cü il təvəllüdlü X6 adında qeydiyyatdadır. Bundan başqa Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası Əmok və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı məktubunda qeyd edilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində İddiaçı adına (xx.xx.2022-ci il tarixdə xitam verilmişdir). xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 30 saylı notariat ofisində X14 adına (xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür) etibarnamənin rəsmiləşdirildiyi müəyyən olunmuşdur. X3 adına rəsmiləşdirilən hər hansı etibarnamə aşkar edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilən ünvanlı sosial yardımın dayandırılmasına səbəb olan ikinci hal etibarnamə ilə verilən **-OY-*** dövlət qeydiyyat nişanlı "VOLKSWAGEN TOUAREG" markalı nəqliyyat vasitəsinin iddiaçının isitfadəsində olmasıdır. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən ünvanlı sosial yardım ərizəsi ilə bağlı inzibati orqana müraciət edilən zaman, ünvanlı sosial yardım təyin edilən zaman, eləcə də dayandırılan zaman qeyd edilən avtomobilin iddiaçının mülkiyyətində və etibarnamə ilə istifadəsində olmadığı müəyyən edilir. Həmçinin **-OY-*** dövlət qeydiyyat nişanlı "VOLKSWAGEN TOUAREG" markalı nəqliyyat vasitəsinin iddiaçının istifadəsində olduğunu təsdiq edən sübut inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən hər iki əsas sübuta yetirilmədiyindən təyin edilən ünvanlı sosial yardımın dayandırılması ilə bağlı inzibati orqanın hərəkətləri əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyə əsasən iddiaçıya təyin edilən ünvanlı sosial yardım 1 il müddətinə təyin edildiyindən və xx.xx.2023-cü i tarixdən dayandırıldığından iddiaçı 2023-cü ilin iyul-avqust ayları üçün ödənilməmiş yardımın ödənilməsini də tələb etməkdə haqlı olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respuiblikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respuiblikası Qanununun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan, barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər, inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. PM-in 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı sosial yardım ödənişinin dayandırıldığı vaxtdan bərpa olunması və sosial yardım üzrə 2023-cü ilin iyul-avqust ayları üzrə ödənilməyən məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. İş üzrə prosessual xərc mövcud deyil. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı sosial yardımın dayandırıldığı vaxtdan bərpa olunması və sosial yardım üzrə 2023-cü ilin iyul-avqust ayları üzrə ödənilməyən məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1518/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1518/2024
03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver