Məhkəmə qərarları › İş №2-1(120)-152/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-152/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-152/2024 07.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 illik ümumi iş stajını nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1954-cü ildə Masallı rayonun Yelağac kəndində anadan olmuş, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi ordu sıralarında olmuş, xx.xx.1976-cı il tarixli 101/13 nömrəli əmrlə sabiq “sovxozlararast Tikinti Sahəsi”nə sürücü kimi işə qəbul edilmiş, xx.xx.1977-ci il tarixli 119/2 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1978-ci il tarixli 87/L nömrəli əmrlə “X10 Texniki dəstəsi”nə sürücü işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixli 16/ş saylı əmrlə işdən azad edilmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X12 Birliyi”ndə sürücü işləmişdir. Qeyd edilən illərdə onun həmin idarədə işləməyini təsdiq edən şahidləri vardır. Ona pensiya təyin olunmasından ötrü DSMF Masallı rayon şöbəsinə müraciət etmiş, lakin DSMF əsassız olaraq bundan imtina edilmişdir. Bundan əvvəldə məhkəməyə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, lakin cavabdeh təşkilat apellyasıya şikayəti vermiş, apellyasiya məhkəməsi işdə olan “Sovxozlararası Tikinti Sahəsi”nin xx.xx.1977-ci il tarixli 119/2 saylı əmrində ata adının “Ağabala” kimi yazılmasını həmin sənədin ona məxsus olmasını təsdiq edən sənəd olmadığından iddiası rədd edilməsi barədə qərar qəbul etmişdir. Daha sonra Masallı rayon məhkəməsinə müraciət edərək həmin arxiv arayışının ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Masallı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tələbi təmin edilmişdir. Həmin qətnamədən də cavabdeh təşkilat apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti təmin edilməmişdir. Odur ki, cavabdeh təşkilat onun pensiya işini illərdir ki süründürməsini nəzərə alıb yuxarıdakı əsaslara görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı 15 avqust 2019-cu il tarixdə Fondun Masallı rayon şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Masallı rayon şöbəsinin 26 avqust 2019-cu il tarixli **********9 nömrəli məktubu ilə İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsasını İddiaçı sosial sığorta stajının 21 il 07 ay 20 gün olması təşkil edir. Daha sonra iddiaçı N.M.X7 Məhkəməsinə müraciət edərək iddia ərizəsində ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Belə ki, İddiaçı mərkəzi filiala təqdim etdiyi arxiv arayışlarının və hərbi biletin surətinə əsasən onun ümumi sosial sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978- ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlər nəzərə alınmaqla) 21 il 06 ay 20 gün təşkil edir. Həmçinin bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997ci il tarixdən 2001-ci ilin dekabr ayının sonuna qədər işlədiyi "xxxx" ATSC-nin araşdırılması zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinhdən daxil olmuş 02 mart 2021-ci il tarixli **********00200 nömrəli məktuba əsasən idarədə olan reyestrdə "xxxx" ATSC adlı kommersiya qurumu aşkar edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Masallı Rayon Dövlət Arxivinin 04 mart 2021-ci il tarixli 90 nömrəli məktubunda "xxxx" ATSC-nin sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Həmçinin İddiaçı xx.xx.1997-ci il tarixdən 2001-ci ilin dekabr ayının sonuna qədər işlədiyi "xxxx" ATSC-nin Dövlət Sosial Müdafiə Fonduna məcburi dövləöt sığorta haqlarının ödənilməsinə dair hesabatları aşkar edilməmişdir. İddiaçı mərkəzi filiala təqdim etdiyi 14 dekabr 2001-ci il tarixli Masallı Kəndkimya” ATSC-nin əmrlər kitabından çıxarışda 05 iyul 1998ci il tarixdə RK 304 nömrəli şəhadətnamə ilə QAZ-52 60-46 nömrəli nəqliyyat vasitəsinin X1 adına özəlləşdirilməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyəti olan fakt qaydasında müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənləri və İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, icraatınızda olan 2-1(120)-356/2023 nömrəli inzibati iş üzrə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuş, Masallı rayonunun Yelağac kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan "xxxx" X13 Cəmiyyətinin xx.xx.2001-ci il tarixli, 1 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cəmiyyətin üzvü H.Bəhmənov yoldaşa göstərilən nəqliyyat vasitəsinin sürücüsü İddiaçı özəlləşdirilməsini təmin etməklə bərabər balansdan çıxarılması təmin edilmişdir. İşdə olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 140 nömrəli arxiv arayışının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı sabiq “Sovxozlararası Tikinti Sahəsi”ndə işləmişdir. Belə ki, xx.xx.1976-cı il tarixli, 101/3 nömrəli əmrlə sürücü qəbul edilmiş, xx.xx.1977-ci il tarixli, 119/2 nömrəli əmrlə işdən azad edilmişdir. İşdə olan Masallı rayon İcra Hakimiyyəti başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2018-ci il tarixli, 220 nömrəli arayışından görünür ki, Yelağac kənd sakini İddiaçı soyadı sabiq “Sovxozstroy” adlı idarənin bəzi sənədlərində onun atasının adı Atabala kimi yazılmışdır. Bundan əlavə kənd arasında onun atası Atabala kimi də tanınır. Belə ki, İddiaçı (Atabala) oğlu kənddə eyni şəxs kimi tanınır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 99 nömrəli arayışından görünür ki, 1954-cü il təvəllüdlü vətəndaş İddiaçı dekabr 1973-cü ildən 15 dekabr 1975-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində xidmət etmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 02/18 nömrəli arayışından görünür ki, Masallı rayonu, Yelağac kəndində qeydiyyatda olan İddiaçı həqiqətən xx.xx.1978-ci il tarixdə 87/L nömrəli əmrlə X10 Texniki dəstəsində (hazırki "xxxx" ASC) sürücü işinə qəbul edilmişdir. İdarə etməsi üçün ona “Qaz 52” markalı, 10-90 dövlət qeydiyyat nişanlı avtomobil tərkim edilmişdir. sürücü İddiaçı xx.xx.1997-ci il tarixdə 16/ş h nömrəli əmrlə tutduğu işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı rayon Statistika idarəsinin xx.xx.2020-ci il tarixli, 25 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ATSC xx.xx.1996-cı il tarixdən Masallı rayonu üzrə statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********702100 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2458 nömrəli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Sərəncamına əsasən Ədliyyə Nazirliyindən təhvil alınmış "xxxx" ASC-nin (VÖEN **********) qeydiyyat qovluğunda keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 229 nömrəli sərəncamına əsasən X2 bazasında "xxxx" ATSC-nin yaradıldığı, xx.xx.1998-ci il tarixdə D234 nömrə ilə Ədliyyə Nazirliyində qeydiyyata alındığı və "xxxx" ASC kimi Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində qeydiyyatdan keçdiyi barədə məlumat mövcuddur. Hazırda "xxxx" ASC fəaliyyəti dayandırılmış vəziyyətdədir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilərə yaşa görə (xx.xx.2018-ci il tarixədək 63 yaş 6 ay) əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (16742.88 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə 2019-cu il yanvarın 1-dən etibarən müəyyən edilmiş yaş həddinə çatmış (xx.xx.2019-cu il tarixədək 64 yaş) sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İddiaçı Fondun Masallı rayon şöbəsinə təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 99 nömrəli (12.1973-xx.xx.1975-ci il tarixə olan dövr hərbi xidmət), Masallı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 140 nömrəli (xx.xx.1976xx.xx.1977-ci il tarixə olan dövr işdən azad olunma əmrində ata adı Ağabala qeyd edilmişdir) və "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 02/18 nömrəli (xx.xx.1978-xx.xx.1997-ci il tarixə olan dövr) arayışlarına əsasən 21 il 7 ay 20 gün iş stajı ("xxxx" ASC Fondun Masallı rayon şöbəsində sosial sığorta ödəyicisi kimi qeydiyyatı barədə məlumat yoxdur) və bu stajına uyğun pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun yaşa görə əmək pensiyası hüququna imtina verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********65 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyata alınmış "xxxx" ASC Dövlət Əmlak Komitəsinin 652 nömrəli, xx.xx.1997ci il tarixli sərəncamı ilə yaradılmış və xx.xx.2007-ci il tarixdə cəmiyyətin səhmləri 100 (yüz) faiz özəlləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********590700 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2458 nömrəli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Sərəncamına əsasən Ədliyyə Nazirliyindən təhvil alınmış "xxxx" ATSC-nin (VÖEN **********) qeydiyyat qovluğu, habelə baş idarənin arxivində saxlanılan vergi iş qovluğundakı məlumatlara əsasən adı çəkilən hüquqi şəxsin rəhbəri X3r. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-597/2020 nömrəli qərarı ilə İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X14 Birliyində sürücü işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Masallı rayon filialının üzərinə qoyulmuşdur. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(106)-173/2021 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(120)-597/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir. İşdə olan Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-2051/2021 nömrəli qətnaməsi ilə sabiq “Sovxozlararası Tikinti Sahəsi” tərəfindən İddiaçı işdən azad olunmasına dair verilmiş xx.xx.1977-ci il tarixli, 119/2 saylı əmrin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-1(102)-1750/2021 nömrəli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(106)-173/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-2884/2021 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin 8 saylı regional ərazi filialının apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-2051/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli ərizəsindən görünür ki, İddiaçı 15 avqust 2019-cu il tarixdə Fondun Masallı rayon şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Masallı rayon şöbəsinin 26 avqust 2019cu il tarixli **********9 nömrəli məktubu ilə İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsasını İddiaçı sosial sığorta stajının 21 il 07 ay 20 gün olması təşkil edir. Daha sonra iddiaçı N.M.X7 Məhkəməsinə müraciət edərək iddia ərizəsində ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2-1(120)-597/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 04 iyun 2.021-ci il tarixli 2-1(106)-173/2021 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2-1 (120)-597/2020 nömrəli qərarı ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2-1(102)- 1750/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcud olduğundan onun hazırki iddia tələbi mümkünsüz hesab edilməlidir. İddiaçı iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. İşdə olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2051/2021 nömrəli məktubunda qeyd edilmişdir ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi" barədə ərizəsi Masallı Rayon Məhkəməsinin 2(050)-2051/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Maraqlı şəxs tərəfinədən verilmiş apellyasiya şikayət Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2884/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2051/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi 27 dekabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı) həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək Sovxozlararası Tikinti Sahəsində işlədiyi müddət sözügedən qaydalara uyğun olaraq üzləşdirilməsi aparıldıqdan sonra mübahisələndirilən və mübahisələndirilməyən dövrlər barədə ətraflı məlumat veriləcəkdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək Sovxozlararası Tikinti Sahəsində işlədiyi müddət mübahisələndirilən dövr kimi sığorta stajına əlavə edilməmişdir. İşdə olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2116/2023 nömrəli qətnaməsi ilə "xxxx" ATSC tərəfindən Səhmdar Cəmiyyətinin sabiq sürücüsü İddiaçı xx.xx.1997-ci ildən 2001-ci ilin dekabr ayına kimi sürücü işləməsi barədə arayışın, X14 ATSC üzrə 14 dekabr 2001-ci il tarixli 1 saylı əmrin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İşdə olan Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2116/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-2116/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-2116/2023 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X6 tərəfindən şikayət verilmişdir. Masallı Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(050)-2116/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 2(050)-2116/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd edilən iş hazırda Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və 25 il sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır. Vətəndaşın xx.xx.1978-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Masallı Avtonəqliyyat ASC-ə aid təqdim etdiyi arxiv arayışı yoxlanılsada uyğunsuzluqlar aşkarlandığından həmin dövrü tələb olunan sosial sığorta stajına daxil etmək mümkün deyildir. Belə ki, vətəndaş müəssisənin özünə aid arxiv arayışı təqdim etsədə yoxlama zamanı müəssisənin əmr kitablarının, əmək haqqı cədvəllərinin Masallı rayon Dövlət Arxivin 3 təhvil verilmədiyi və həmçinin qeyd edilən sənədlərin harada saxlanıldığı barədə məlumat olmadığından vətəndaşın təqdim etdiyi arxiv arayışının verilməsi ziddiyyət təşkil edir. Vətəndaş sosial müavinət alır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-151199/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mirzəbaia oğlunun pensiya hüququna yenidən baxılmışdır. İddiaçı xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2001 -ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixinədək ümümilikdə 7 il 7 ay 9 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, xx.xx.1978ci il tarixindən xx.xx.1997-ci il tarixinədək İddiaçı işlədiyi Masallı Avtonəqliyyat ASC-nin əmr kitabları, əmək haqqı cədvəlləri Masallı Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrü araşdırmaq mümkün olmamışdır. Qeyd olunan səbəbdən həmin dövr onun sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Nəticədə İddiaçı qanunla tələb olunan sığorta stajı və pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2017-ci il tarixdən 30 iyun 2018-ci il tarixədək kişilərin pensiya yaşı 63 il 06 ay müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (63 il 06 ay) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1954-cü il tarixdə doğulması, 30 iyun 2018-ci il tarixində, yəni 63,5 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, onun kolxozda işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən kolxozda işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müvafiq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Şirvan inzibati məhkəməsinə əvvəl müraciəti olmuş və Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2-1(120)-597/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 04 iyun 2.021-ci il tarixli 2-1(106)-173/2021 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2-1 (120)-597/2020 nömrəli qərarı ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2-1(102)- 1750/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün hesab edilməmişdir. Həmin dövrlərdə inzibati orqan tərəfindən yaranmış mübahisə iddiaçının işlədiyi xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər mübahisəli hesab edilmiş və həmin dövrlərdə işləməsi faktının təsdiq edilməməsi səbəbindən tələbi yekun olaraq təmin edilməmişdir. İnzibati orqan tərəfindən hal-hazırki iş üzrə təqdim edilən etiraza əsasən iddiaçının 21 il 06 ay 20 gün (xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlər nəzərə alınmaqla) ümumi sosial sığorta stajı mübahisəsiz hal kimi qəbul edilmişdir. Mübahisə xx.xx.1997-xx.xx.2001-ci illər bağlı olmuşdu. İş materiallarına əlavə edilən sənədlərə əsasən müəyyən edilir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)- 2051/2021 nömrəli qətnaməsi ilə sabiq “Sovxozlararası Tikinti Sahəsi” tərəfindən İddiaçı işdən azad olunmasına dair verilmiş xx.xx.1977-ci il tarixli, 119/2 saylı əmrin İddiaçı məxsus olması faktı müəyyən edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2884/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-2051/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Digər bir sənədə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(050)-2116/2023 nömrəli qətnaməsi ilə "xxxx" ATSC tərəfindən Səhmdar Cəmiyyətinin sabiq sürücüsü İddiaçı xx.xx.1997-ci ildən 2001-ci ilin dekabr ayına kimi sürücü işləməsi barədə arayışın, X14 ATSC üzrə 14 dekabr 2001-ci il tarixli 1 saylı əmrin İddiaçı məxsus olması faktı müəyyən edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2884/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Yekun olaraq inzibati orqan tərəfindən məhkəməyə 02 iyul 2024-cü il tarixli, 3-17-1/2- 151199/2024 nömrəli məktub daxil olmuşdur ki, həmin məktuba əsasən İddiaçı pensiya hüququna yenidən baxılmışdır. İddiaçı xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2001 -ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixinədək ümümilikdə 7 il 7 ay 9 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Sonuncu məktuba əsasən inzibati orqan xx.xx.1978-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək İddiaçı işlədiyi Masallı Avtonəqliyyat ASCnin əmr kitabları, əmək haqqı cədvəlləri Masallı Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrü araşdırmaq mümkün olmaması əsası ilə həmin dövrləri mübahisəli hesab etmiş və əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 02/18 nömrəli arayışından görünür ki, Masallı rayonu, Yelağac kəndində qeydiyyatda olan İddiaçı həqiqətən xx.xx.1978-ci il tarixdə 87/L nömrəli əmrlə X10 Texniki dəstəsində (hazırki "xxxx" ASC) sürücü işinə qəbul edilmişdir. İdarə etməsi üçün ona “Qaz 52” markalı, 10-90 dövlət qeydiyyat nişanlı avtomobil tərkim edilmişdir. sürücü İddiaçı xx.xx.1997-ci il tarixdə 16/ş h nömrəli əmrlə tutduğu işdən azad edilmişdir. Eləcə də, məhkəmə sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2022ci il tarixli, 03.22 saylı məktub ilə xx.xx.2018-ci il tarixli, 02/18 nömrəli arayışın verilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etmiş və tərəflərin iştirakı ilə həmin sənədlərə baxış keçirilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən pozuntular iddiaçının işləmədiyi və səhvi nəticəsində yarandığı anlamına gəlməməlidir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Belə ki, iş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********702100 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2458 nömrəli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Sərəncamına əsasən Ədliyyə Nazirliyindən təhvil alınmış "xxxx" ASC-nin (VÖEN **********) qeydiyyat qovluğunda keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 229 nömrəli sərəncamına əsasən X2 bazasında "xxxx" ATSC-nin yaradıldığı, xx.xx.1998-ci il tarixdə D234 nömrə ilə Ədliyyə Nazirliyində qeydiyyata alındığı və "xxxx" ASC kimi Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində qeydiyyatdan keçdiyi barədə məlumat mövcuddur. Hazırda "xxxx" ASC fəaliyyəti dayandırılmış vəziyyətdədir. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Göründüyü kimi məhkəməyə təqdim edilən sənədlərə baxış keçirilən zaman qeyd edilən hallar (pozuntular) arayışda aşkar edilməmiş, arayış tərtib edildiyi zaman qanunvericiliyin qeyd edilən normaları pozulmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, arxiv arayışında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. İnzibati orqan tərəfindən tam araşdırılma aparılmadan hər dəfə iddiaçının ayrı-ayrı dövrləri mübahisələndirilmişdir ki, həmin imtinalar formal xarakter daşımış, hər hansı əsaslı sübutlara istinad edilməmiş və yekun olaraq qeyd edilən hallar məhkəmə mübahisəsinin uzadılmasına, narazıçılıqlara səbəb olmuşdur. Son imtina üçün dövrlər dəyişdirildiyi zamanda inzibati orqan əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərar verən zaman həmin dövrlərlə bağlı "xxxx" ASC-nin arayışını, arayışın verilməyinə əsas olan sənədlərin təqdim edildiyini və sorğu cavablarına əsasən müəssisənin qeyd edilən dövrdə fəaliyyətdə olmuş təşkilat olduğunu nəzərə almadığı müəyyən edilir. xx.xx.2024-cü il tarixli imtina qərarında müəssisə tərəfindən təqdim edilən arayışın yoxlanılması zamanı müəyyən uyğunsuzluqların olduğu qeyd edilsə də, həmin uyğunsuzluqların nədən ibarət olması qeyd edilməmiş, eləcə də məhkəmə iclasında həmin hissə nümayəndələr tərəfindən əsaslandırıla bilməmişdir. İş materiallarında olan arayışların isə saxta olması barədə hər hansı bir şübhə olmamış və şübhə doğuracaq bir əsas təqdim edilməmişdir. Yalnız sənədlərin arxivə təhvil verilməməsi əsası ilə imtinanı məhkəmə formal imtina kimi və iddiaçının hüquqlarını pozan hal kimi qəbul edir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.2006-cı ilə kimi əmək fəaliyyəti dövrü onun sığorta stajına daxil edir. Bundan başqa, məhkəmə iddiaçının xx.xx.2001-ci illədək işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx.xx.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (xx.xx.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (xx.xx.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmənin qənaətinə görə iddiaçı arayışlardakı iş illəri və hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə kimi işlədiyi müddət nəzərə alınmaqla ümumilikdə 25 ildən çox ümumi iş stajı mövcuddur. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən 3-cü əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçının 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Beləliklə, əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və iddiaçıya hüququnun yarandığı tarixdən, yəni xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyası ilə bağlı inzibati orqana ilkin müraciəti 2019-cu il tarixdə olduğundan ona hüququ yarandığı tarxidən, yəni xx.xx.2018-ci il tarixindən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdehin İddiaçı ilə bağlı əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilsin və ona hüququnun yarandığı tarixdən, yəni xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar