Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-152/2025 24.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Hacıqabul rayon Ələtli Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı "Hacıqabul rayon Ələtli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 07 saylı qərarına əsasən əkinçilik məqsədi ilə ayrılmış 2.1 ha torpaq sahəsinə dair **********015 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə dair qeydə alınmış məlumatların elektron məlumat bazasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 İddiaçı Hacıqabul rayon Ələtli Bələdiyyəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı "Hacıqabul rayon Ələtli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 07 saylı qərarına əsasən əkinçilik məqsədi ilə ayrılmış 2.1 ha torpaq sahəsinə dair **********015 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə dair qeydə alınmış məlumatların elektron məlumat bazasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 27 sentyabr 2022-ci il tarixli, **********25 nömrəli imtina barədə bildirişin surətindən görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞnin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarında Hacıqabul rayonu Ələtli Bələdiyyəsinin ərazisində yerləşən 2.1 ha torpaq sahəsinə dair **********0015 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin arxiv məlumatları aşkar olunmamış, lakin elektron kadastr məlumat bazasında Hacıqabul rayonu Ələtli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 07 saylı qərarına əsasən əkinçilik məqsədilə ayrılmış 2.1 ha torpaq sahəsinə dair **********0015 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin uçotu aparılmışdır. Bununla əlaqadar olaraq, aidiyyəti üzrə **********0015 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə dair arxiv məlumatlarının 13 saylı Şirvan Ərazi İdarəsinə verilməsi üçün sorğu ünvanlanmışdır, sorğunun cavabında **********0015 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi, eləcədə onun işlənməsinə əsas olmuş sənədlər aşkar edilmədiyi bildirilmışdır. İddiaçı tərəfindən **********0015 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin əsli təqdim edilmədiyindən və eləcə də onun işlənməsinə əsas olmuş sənədlər aşkar edilmədiyindən həmin məlumatların elektron bazadan silinməsi mümkün olmamışdır. Belə ki, "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin əsli və ya məlumatların elektron bazadan silinməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə müraciətin icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 29 dekabr 2022-ci il tarixli, **********24 nömrəli məktubun surətindən görünür ki, əkinçilik məqsədi ilə 2.1 ha torpaq sahəsinin ayrılmasına dair Hacıqabul rayon Ələtli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 07 saylı qərarının və həmin qərarın verilməsinə əsas olan sənədlərin, həmçinin həmin qərar əsasında verilmiş **********015 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi barədə 13 saylı Şirvan Ərazi İdarəsində mövcud arxiv materiallarında məlumat aşkar edilməmişdir. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivinin 3-48-17RA/xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktububdan görünür ki, Hacıqabul rayon Ələtli Bələdiyyəsinin 2014-cü ilə aid sənədləri Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Hacıqabul rayon Ələtli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 12 nömrəli protokolundan çıxarışdan görünür ki, Hacıqabul rayonu Ələtli kəndində yerləşən Ələtli bələdiyyəsinin adında olan icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinə aid verilmiş **********0015 saylı şəhadətnamənin failiyyətinə xitam verilməsi barədə İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın yanında DƏDKR-in Publik Hüqüqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsindən xahiş edilsməsi, adı gedən torpaq sahəsinin gələcəkdə hərrac-müsabiqə yolu ilə icarəyə verilməsini təmin etmək bələdiyyənin rəhbərliyinə həvalə edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1197/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən inzibati iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerşünaslıq ekspertizasının aparılması üçün tədqiqat obyektinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi mütaxəssisləri tərəfindən baxış keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə 3-21-3-38/2-99/024 nömrəli məktub göndərilərək, mütəxəssis rəyinin verilməsi üçün xərc barədə smeta göndərilərək, qeyd olunan xərc müvafiq hesaba ödənildikdən sonra rəyin məhkəməyə təqdim ediləcəyi bildirilmişdir. Qeyd olunan smeta dəyərinin ödənilməsi məqsədilə iddiaçıya 26 fevral 2024-cü il tarixdə məktub göndərilmiş və xərc ödənilməməsinin nəticələri izah edilmiş, lakin iddiaçı tərəfindən müvafiq ödəniş edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının iddia üzrə hüquqi marağının olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, Qərara aldı: İddiaçı Hacıqabul rayon Ələtli Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı "Hacıqabul rayon Ələtli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 07 saylı qərarına əsasən əkinçilik məqsədi ilə ayrılmış 2.1 ha torpaq sahəsinə dair **********015 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə dair qeydə alınmış məlumatların elektron məlumat bazasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-152/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-152/2025
24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver