Məhkəmə qərarları › İş №2-1(120)-1523/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1523/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1523/2025 08.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydinə dəyişiklik edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı “müvafiq düzəliş edilməklə, mərhum əri barəsində 12 oktyabr 1959-cu il tarixdə, Ağdam rayon Qeydiyyat Şöbəsində tərtib edilmiş 403 saylı doğum haqqında bərpa akt qeydinin uşaq qrafasında ad və soyadın “Taqiyev Rəhiməli”dən “Çingizi Rəhman”a düzəliş edilməsi, həmçinin X22 ilə Çingizi (Hüseynova) Naira Rəhim qızının barəsində nikah haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1959-cu il tarixdə Xocavənd rayonu Niri kəndində doğulmuş, 27 aprel 1981-ci il tarixdə X22 ilə nikahlarını 29 nömrəsi ilə qeyd etdirməklə ailə qurmuşlar. X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Ərinə aid bütün sənədlərdə onun adı X7 qeyd olunmuşdur. Lakin müəyyən sənədləşmə işləri aparılarkən müəyyən olunmuşdur ki, 12 oktyabr 1959-cu tarixdə Ağdam rayon Qeydiyyat Şöbəsində tərtib edilmiş 403 saylı doğum haqqında bərpa akt qeydinin uşaq qrafasında adı, soyadı və ata adı “X15”, təqdim olunan sənədlərdə isə “X23” yazılmışdır. Həmçinin onun əri ilə nikahı haqqındakı 27 aprel 1981-ci il tarixdə X11 tərtib olunmuş şəhadətnamədə onun adı X8 qeyd olunmuşdur. Sənədlərdə uyğunsuzluq olduğuna görə öz hüquqlarını həyata keçirməklə bağlı müəyyən sənədləşmə işləri aparmaqdan ona imtina olunur. Qeyd edilən ziddiyyətlərin aradan qaldırılması üçün ərizə ilə cavabdeh Ağcabədi rayonu Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Cavabdeh 09 avqust 2024-cü il tarixdə rəsmi məktubla ona bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları»nın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda şəxsin seçdiyi ərazi qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Təqdim olunmuş sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğundan 12 oktyabr 1959-cu il tarixdə Ağdam rayon Qeydiyyat Şöbəsində tərtib edilmiş 403 saylı doğum haqqında bərpa akt qeydinin uşaq qrafasında ad və soyadına “Taqiyev Rəhiməli”dən “Çingizi Rəhman”a düzəliş edilməsi, həmçinin təqdim olunan sənədlərdə ziddiyyət olduğu üçün X23 ilə Çingizi (Hüseynova) Naira Rəhim qızının barəsində nikah haqqında akt qeydinin bərpa edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyil, məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdeh təşkilat qeyd edilən vəziyyəti bilə-bilə ona əsassız şəkildə imtina etmişdir. Hesab edir ki, Cavabdeh doğum akt qeydində düzəlişin edilməsi ilə bağlı müraciəti təmin etməməsi onun qanunvericilikdə müəyyən olunmuş hüquqlarını məhdudlaşdırır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı doğum haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Həmçinin cavabdeh inzibati orqanın ünvanı Ağcabədi şəhəridir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası “apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.2024-cü il tarixli, №xx/xx-1878/69 nömrəli arayışında qeyd edilmişdir ki, X15 xx.xx.1957-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. Bu barədə xx.xx.1959-cu il tarixdə Ağdam rayonunda 403 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. X1r. X16 məxsus HC № ******* nömrəli, xx.xx.1978-ci il tarixli hərbi biletin surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X6 Orudusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci il tarixli, Н-ЖГ № 418556 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X20 arasında xx.xx.1981-ci il tarixdə rəsmi nikah bağlanmışdır. AZ-İİ № 056221 nömrəli, xx.xx.2020-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2020-ci il tarixdə kəskin ürək çatmamazlığından vəfat etmişdir (ölmüşdür). Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, xx/xx-1878/69 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.1959-cu il tarixdə Ağdam rayon qeydiyyat şöbəsində tərtib edilmiş 403 saylı doğum haqqında bərpa akt qeydinin uşaq qrafasında adı, soyadı və ata adı “X17”, təqdim olunan sənədlərdə isə “X23” yazılmış, həmçinin X23 ilə Çingizi (Hüseynova) Naira Rəhim qızının barəsində 1981-ci ildə Xocavənd rayon qeydiyyat şöbəsində nikahlarının qeyd edilməsi barədə sənəd təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydaları” na əsasən vətəndaşlıq vəziyyəti akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda şəxsin seçdiyi ərazi qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edilir ki, təqdim olunan sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1959-cu il tarixdə Ağdam rayon qeydiyyat şöbəsində tərtib edilmiş 403 saylı doğum haqqında bərpa akt qeydinin uşaq qrafasında ad və soyadına “Taqıyev Rəhiməli”dən “Çingizi Rəhman”a düzəliş edilməsi, həmçinin təqdim olunan sənədlərdə ziddiyyət olduğu üçün X23 iılə Çingizi (Hüseynova) Naira Rəhim qızının barəsində nikah haqqında akt qeydinin bərpa edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 123 nömrəli arxiv arayışından görünür ki, Qeydiyyat şöbəsinin sənədləri Ağcabədi rayon Dövlət Arxivində 1949-cu ilə qədər mühafizə olunur. Bu səbəbdən “Taqiyev Rəhiməli”dən “Çingizi Rəhman”a düzəliş edilməsi, həmçinin X22 ilə Çingizi (Hüseynova) Naira Rəhim qızı barəsində sizə heç bir məlumat vermək mümkün olmadı. Səhiyyə Nazirliyi Ağdam X26 məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, ünvan 6 ünvanda yaşayan, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı və X22 və ya X2 Ruhi Əsəb Dispanserində dispanser müşahidəsində deyil. Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Ağdam rayon qeydiyyat şöbəsinin xx.xx.1959-cu il tarixli 403 saylı doğum bərpa akt qeydi Cavabdeh arxivində saxlanılmır və Xocavənd rayon qeydiyyat şöbəsinin xx.xx.1981-ci il tarixli 29 saylı nikah akt qeydi X33 Vilayətinə aid olan rayon qeydiyyat şöbələrinin (X33 Vilayətinin Xocavənd rayon) arxiv sənədləri (Vətəndaşlıq vəziyyəti aktlarına dair akt qeydləri) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Reyestri Xidmətində saxlanılmır. Ədliyyə Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, əvvəllər qüvvədə olmuş “Qeydiyyat orqanlarının fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətini göstərən nümunəvi siyahı”ya əsasən doğumun qeydə alınması haqqında vətəndaşların ərizələrinin, eləcə də tibbi şəhadətnamələrin saxlanma müddəti 1 il idi. Eyni zamanda qeyd edirik ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması zamanı təqdim olunan sənədlərin Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılması qanunvericiliklə nəzərdə tutulmamışdır. Bununla yanaşı araşdırma nəticəsində (əldə olunmuş nikah haqqında şəhadətnamənin surətindəki məlumatlara əsasən) R.Çingizinin nikahı haqqında xx.xx.1981-ci il tarixli 29 nömrəli akt qeydinin Xocavənd rayon qeydiyyat şöbəsində tərtib edildiyi aşkar edilmişdir. Məlum olduğu kimi,1992-ci ildən Ermənistan Respublikasının işğalı altında olan Xocavənd rayonu 2020-ci ildə azad edilmişdir və həmin vaxtdan bütün Qarabağ bölgəsində başlamış tikinti-bərpa işləri hazırda da davam etdirilir. Həmçinin sözügedən ərazilərdə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin fəaliyyəti hələ də bərpa olunmamışdır. xx.xx.1959-cu il tarixli, 403 nömrəli Doğum qeydlərinin bərpa aktının surətindən görünür ki, X15 xx.xx.1957-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. X1r. Ədliyyə Nazirliyi Ağdam Rayon Qeydiyyat Şöbəsinin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1959-cu ildə 403 nömrə ilə Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən doğumu qeydə alınmış X9 ata-ana, bacı qardaşları barədə bir qardaşının X27 barəsində məlumat müəyyən edilərək akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə göndərilir. xx.xx.1959-cu il tarixli, 404 nömrəli Doğum qeydlərinin bərpa aktının surətindən görünür ki, X28 xx.xx.1955-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. X1r. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat Və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-34655/24 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü X13 xx.xx.2005-ci il tarixdə AZE 02965143 nömrəli və xx.xx.2012-ci il tarixdə AZE 09663188 nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün deyildir. Ağcabədi Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayon Dövlət Arxivi bildirir ki,arxivdə mühafizə olunan Ağcabədi şəhər İƏD üzrə nümayəndəliyinin sənədlərinə baxış keçirildi.Baxış zamanı məlum oldu ki, Ağcabədi şəhər İƏD - üzrə nümayəndəliyin 2000-2020-ci illəri əhatə edən təsərrüfatbaşına kitabları axivdə mühafizə olunmur.Bu səbəbdən Ağdam rayonunda anadan olmuş 01 iyun 1957-ci ildə anadan olmuş X14 S.Vurğun küç. 271 ünvanında qeydiyyatda olub olmaması barədə sizə heç bir məlumat vermək mümkün olmadı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü X17 barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin arxiv-uçot sənədlərində mövcud deyil. Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Çingizi Rahman (Taqıyev Rəhiməli) Kərim oğlunun nikah, övladlarının doğum, ata, ana, bacı və qardaşlarının doğum və ölüm haqqında məlumatları aşkar olunmamışdır. xx.xx.2020-ci il tarixli, Seriya Az-İİ 056221 nömrəli ölüm akt qeydindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X4 ürək çatmamazlığından xx.xx.2020-ci il tarixdə vəfat etmişdir (ölmüşdür). Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat Və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü X13 xx.xx.2005-ci il tarixdə AZE 02965143 nömrəli və xx.xx.2012-ci il tarixdə AZE 09663188 nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Əlavə olaraq bildiririk ki, AZE 09663188 nömrəli şəxsiyyət vəsiqəsi “ölüm” səbəbilə xx.xx.2022-ci il tarixdə fəaliyyətsizləşdirilmişdir. Ağcabədi Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş X18 verilmiş AZE09663188 seriya nömrəli şəxsiyyət vəsiqəsinə aid fərdi uçot kartoçkasının təsdiq olunmuş kserosurətindən görünür ki, X23 xx.xx.1957-ci il tarixdə Ağdam şəhərində doğulmuşdur, Ağcabədi şəhəri, S. Vurğun küçəsində qeydiyyatdadır, İddiaçı ilə evlidir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Mülki Məcəllənin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.7-ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. 1.14-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 2.2-ci bəndinin 3-cü hissəsinə görə doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 9.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən, təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”: Preambulaya əsasən, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir.

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.

13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

15. Vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

17. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır.

18. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Ərizə sahibinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında aktın qeydi, bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizə verən şəxsin yaşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir.

19. Vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

20. Rəy toplanmış bütün materiallarla birlikdə itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələrində və konsulluq idarələrində bərpa qeydiyyat kitabında qeydə alınır.

21. Vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, qeydiyyat şöbələri və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır.

22. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir. Ailə Məcəlləsi: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağı mərhum əri barəsində tərtib edilmiş akt qeydində adının “Taqiyev Rəhiməli”dən “Çingizi Rəhman”a düzəliş edilməsi, həmçinin barələrində tərtib edilmiş nikah haqqında akt qeydinin bərpa edilməsindən ibarətdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, №xx/xx- 1878/69 nömrəli arayışından görünür ki, X17 xx.xx.1957-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. Bu barədə xx.xx.1959-cu il tarixdə Ağdam rayonunda 403 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. X3r, xx.xx.1981-ci il tarixli, Н-ЖГ № 418556 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X22 ilə X20 arasında xx.xx.1981-ci il tarixdə rəsmi nikah bağlanmış və AZ-İİ № 056221 nömrəli, xx.xx.2020-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2020-ci il tarixdə kəskin ürək çatmamazlığından vəfat etmişdir (ölmüşdür). Məhkəmə qeyd edir ki, şəxsin doğumu təsdiq edən ilkin sənəddə, yəni doğum akt qeydində onun adı və soyadı X5 qeyd olunmuşdur. Şəxsə məxsus digər şəxsiyyətini təsdiq edən sənədlər işə həmin akt qeydinə müvafiq olaraq tətbiq olunmalı idi. Lakin iddiaçının mərhum ərinə məxsus olan nikah akt qeydindən, şəxsiyyət vəsiqəsindən və ölüm akt qeydindən müəyyən olunur ki, onun adı və soyadı Çingizi Rəhman kimi qeyd olunmuşdur. Həmçinin həmin şəxsin qardaşına məxsus xx.xx.1959-cu il tarixli, 404 nömrəli Doğum qeydlərinin bərpa aktının surətindən görünür ki, X28 xx.xx.1955-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. X1r. Beləliklə də, qardaşının soyadı da onun soyadı ilə eynilik təşkil etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mərhum əri barəsində sonradan tərtib edilmiş sənədlərdə yanlışlığa yol verilmiş, ad və soyadı fərqli qeyd olunmuşdur. Həmçinin iddia tələbinin ikinci hissəsinə, yəni nikah akt qeydinin bərpa edilməsinə münasibətdə isə məhkəmə diqqətə çatdırır ki, həmin akt qeydi məhkəmə sorğusu əsasında nə cavabdeh inzibati orqanda, nə də ki, arxivlərdə müəyyən edilməmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına istinadən məhkəmənin qənaətinə görə, iddiaçı mərhum ərinin doğum akt qeydində dəyişiklik edilməsinə dair heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda Ailə Məcəlləsinin və həmin akt qeydində dəyişiklik etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 3 və 4-cü bəndlərində qeyd olunan kifayət qədər əsaslar müəyyən edilmədiyindən cavabdehin imtinası qanuni hesab edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilmədiyindən İddiaçı Cavabdehnə qarşı “müvafiq düzəliş edilməklə, mərhum əri barəsində 12 oktyabr 1959-cu il tarixdə, Ağdam rayon Qeydiyyat Şöbəsində tərtib edilmiş 403 saylı doğum haqqında bərpa akt qeydinin uşaq qrafasında ad və soyadın “Taqiyev Rəhiməli”dən “Çingizi Rəhman”a düzəliş edilməsi, həmçinin X22 ilə Çingizi (Hüseynova) Naira Rəhim qızının barəsində nikah haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar