Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-153/2024 17.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Xudat oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarının üçüncü şəxslər X6, X15, X9 və X16 dair hissədə ləğv edilməsi” barədə iddia ərizəsi üzrə işə Şirvan şəhərində məhkəmənin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarının üçüncü şəxslərə dair hissədə ləğv olunması və həmin qərar əsasında verilmiş JN-1023F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1214/2022 nömrəli qərardadı ilə iddia ərizəsi üzrə iddiaçının olduğu kimi saxlanılması, cavabdeh qismində Lənkəran rayon İcra Hakimiyyətinin tanınması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin cavabdeh siyahısından çıxarılması, iddia tələbinə “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarının üçüncü şəxslər X6, X15, X9 və X16 dair hissədə ləğv edilməsi” kimi baxılması, X4, X13, X7 və X14 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, tərəflər işin halları və mübahisənin vəziyyəti, həmçinin iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün 17 iyul 2024-cü il tarixdə, saat 17:00-da məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarının üçüncü şəxslər X6, X15, X9 və X16 dair hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Hacızadə X21 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarının üçüncü şəxslər X6, X15, X9 və X16 dair hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə və üçüncü şəxslər X6, X15, X9 və X16 məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinin nümayəndəsinin və üçüncü şəxslər X4, X13, X7 və X14 iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1023F, kod 80206016 saylı şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə X2 və onun ailə üzvləri İddiaçı, X6, X15, X9 və X16 0.06 hektar torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İş materiallarında olan Lənkəran şəhər İcra hakimiyyəti Başçısının aparatının məhkəməyə ünvanladığı 06 may 2022-ci il tarixli 10-54/7-528 nömrəli məktubundan görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlər X23 filialına təhvil verilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: 1 Lənkəran rayonu Gərmətük kənd “Həzi Aslanov” adına sovxozun 18 sentyabr 1987-ci il tarixli, 217 nömrəli əmri ilə İddiaçı (əvvəlki sahibi X2) ayrılmış 0,06 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s.əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,06 ha torpaq sahəsinin sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır.Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə JN-1023F (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında X1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,06 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. 2 Məlumdur ki, “Torpaq islahatı haqqında” qanuna müvafiq olaraq ölkəmizin vahid torpaq fondu üç mülkiyyət formasına (dövlət, bələdiyyə və xüsusi) ayrılmışdır. (İddiaçı (əvvəlki sahibi X2) 0,06 ha torpaq sahəsinin ayrılma tarixi 1987-ci il). Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə JN-1023F (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında X1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,06 ha torpaq sahəsinin isə torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi olması müəyyən edilmişdir. 3 və 4 Lənkəran rayonu Gərmətük kənd “Həzi Aslanov” adına sovxozun 18 sentyabr 1987-ci il tarixli, 217 nömrəli əmri ilə İddiaçı (əvvəlki sahibi X2) ayrılmış 0,06 ha torpaq sahəsinin 1-ci sualın cavabında qeyd olunduğu kimi sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. 5 Lənkəran rayonu Gərmətük kənd “Həzi Aslanov” adına sovxozun 18 sentyabr 1987ci il tarixli, 217 nömrəli əmri ilə İddiaçı (əvvəlki sahibi X2) ayrılmış 0,06 ha torpaq sahəsinin əvvəlki sualların cavablarında qeyd olunduğu kimi sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin koordinatlarının digər şəxslərin o cümlədən Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə JN-1023F (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında X1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,06 ha torpaq sahəsinin koordinatları ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, araşdırma zamanı X1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 0,06 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) mövcud olması və torpaq sahəsinin sənəd üzrə ölçüsü ilə faktiki vəziyyətdəki (faktiki vəziyyətdə ölçüsü 0,21 ha) ölçüsünün uyğun gəlməməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı sözügedən 1023F (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin “Planı və sərhədlərinin ölçüsü”ndə (sxem hissəsində) torpaq sahəsinin üzərində bir fərdi yaşayış evinin olması, lakin faktiki vəziyyətdə isə torpaq sahəsinin üzərində isə iki fərdi yaşayış evinin olması müəyyən olunmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/525 nömrəli ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2380/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Gərmətük kənd “Həzi Aslanov” adına sovxozun 18 sentyabr 1987-ci il tarixli, 217 nömrəli əmri ilə İddiaçı (əvvəlki sahibi X3) ayrılmış 0.06 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və.ks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0.06 ha torpaq sahəsinin sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1023F, kod 80206016 nömrəli şəhadətnamə əsasında X1 və ailə üzvlərinin adına qeyd alınmış 0.06 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2380/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1023F, kod 80206016 nömrəli şəhadətnamə əsasında X1 və ailə üzvlərinin adına qeyd alınmış 0.06 ha torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi olması müəyyən edilmişdir. Qərardadın üçüncü və dördüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2380/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Gərmətük kənd “Həzi Aslanov” adına sovxozun 18 sentyabr 1987-ci il tarixli, 217 nömrəli əmri ilə İddiaçı (əvvəlki sahibi X3) ayrılmış 0.06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2380/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Gərmətük kənd “Həzi Aslanov” adına sovxozun 18 sentyabr 1987-ci il tarixli, 217 nömrəli əmri ilə İddiaçı (əvvəlki sahibi X3) ayrılmış 0.06 ha torpaq sahəsinin əvvəlki sualların cavablarında qeyd olunduğu kimi sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin koordinatlarının digər şəxslərin o cümlədən Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1023F, kod 80206016 nömrəli şəhadətnamə əsasında X1 və ailə üzvlərinin adına qeyd alınmış 0.06 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə X2 və onun ailə üzvləri İddiaçı, X6, X15, X9 və X16 0.06 hektar torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. Həmçinin Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı əsasında “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1023F, kod 80206016 saylı şəhadətnamə tərtib olunmuşdur. Hazırda iddiaçı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarının üçüncü şəxslər X6, X15, X9 və X16 dair hissədə ləğv edilməsini, yəni Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarını mübahisələndirir. Məhkəmə iddiaçıların hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçıların hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən onlara yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Hansı ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdə də bunun əksini təsdiq edən sənəd və sübutlar müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxslərin torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmalıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən üçüncü şəxsə məxsus torpaq sahəsinin kordinatları iddiaçıya məxsus torpaq sahəsinin üzərinə qeydiyyata alınsın. Lakin, iş materiallarında olan sənədlərdən (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/525 nömrəli ekspert rəyindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin mütəxəssis rəyindən) müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi hazırda mübahisələndirilən üçüncü şəxslərə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxslərə məxsus torpaq sahəsi ayrı-ayrı ərazilərdə yerləşir və həmin torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən olunmur. Eyni zamanda iddiaçının iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxslərin torpaq sahəsi ilə üst-üstə düşməməsi məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş X8nun (mübahisəli əraziyə baxış keçirən mütəxəssis) ifadəsi ilə də təsdiq olunur. Şahid X5 rayonu Gərmətük kənd “Həzi Aslanov” adına sovxozun 18 sentyabr 1987-ci il tarixli, 217 nömrəli əmri ilə İddiaçı (əvvəlki sahibi X3) ayrılmış 0.06 ha torpaq sahəsinin əvvəlki sualların cavablarında qeyd olunduğu kimi sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin koordinatlarının digər şəxslərin o cümlədən Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1023F, kod 80206016 nömrəli şəhadətnamə əsasında X1 və ailə üzvlərinin adına qeyd alınmış 0.06 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq yuxarıda qeyd edilən məsələrlə bağlı iddiaçıya yazılı şəkildə və məhkəmə iclasında nümayəndəsinə şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi aparılmamışdır və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş digər şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır (maddə 12). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı, Lənkəran rayon Aqrar İslahat Komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. Eyni zamanda hazırda islahat işləri sona çatmış və iddiaçının qərarından narazı qaldığı müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuşdur. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarının üçüncü şəxslər X6, X15, X9 və X16 dair hissədə ləğv edilməsi” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarının üçüncü şəxslər X6, X15, X9 və X16 dair hissədə ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-153/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-153/2024
17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver