Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1533/2025 18.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 noyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində İİ qrup əlilliyin bərpa edilməsinin, ağlabatan müddət ərzində pensiyasının dayandırılan tarixdən hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən, Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0007 №-li qərarının ləğv olunması, xx.xx.2024-cü il tarixli xxxxxxx0007 №-li qərarın ləğv olunduğu tarixdən( hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) müvafiq qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonu, Amankənd kəndində doğulmuş və hazırda Dərvişli kəndində yaşayır. On ildən artıqdır ki, “Qaraciyər Serrozundan” əziyyət çəkir. Hər ay mütəmadi olaraq müalicə və müayinələr almağına baxmayaraq müsbət nəticə əldə etməmişdir. Bu xəstəliklə bağlı onun pensiya almaq hüququ olmağına baxmayaraq heç vaxt pensiya almaq üçün müraciət etməmişdir. Bir neçə dəfə ayrı-ayrı xəstəxanalarda müalicə alsa da heç bir nəticə əldə edə bilməmişdir. Xəstəliyi ilə bağlı, Forma 88-də əlilliyi barədə sistem üzrə məlumatlar ətraflı şəkildə qeyd edilmişdir. Əlilliyinin bərpa edilməsi ilə bağlı Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyinə müraciət etsə də Əlilliyin təyin edilməsindən xx.xx.2024-cü il tarixdə əsassız yerə imtina edərək səbəb kimi “Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı : Müalicənin davam etdirilməsi qərarı verilmişdir”.Hazırkı vəziyyətdə əlavə müalicə və müayinə edilsə də sağalmaq üçün nəticə əldə edə bilməmişdir. Dərmanları almağa pul tapa bilmir, xəstəliyi daha da şiddətlənir və getdikcə ağırlaşır, yeriməkdə əziyyət çəkir, ayaq üstə qala bilmir, o səbəbdən işləyə bilmir, çox əziyyət çəkir. 27 fevral 2024-cü il tarixdə müayinə olunmaq üçün “Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası’na getmişdir və bir daha Qaraciyər serrozu olmağı təsdiqlənmişdir. X2 15 mart 2024-cü il tarixdən 26 mart 2024-cü il tarixədək müayinə olunmuşdur və Əsas xəstəlik “Qaraciyər serrozu,dekompensasiya mərhələsi, Əsas xəstəliyin ağırlaşması və “Hepatit C” virus mənşəli olmağı təsdiqini bir daha tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Agentlik tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun Mətni: K74.0 Qaraciyər fıbrozu, Qaraciyərin sirozu, dekompensasiya mərhələsi.. Məzkəzə göndərilmənin /imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Şəxsir əlillik hüququnu dəqiqləşdirmək üçün DTSERA-ya yaxınlaşmağı tövsiyyə olunur.əsası ilə Mərkəzə geri göndərilmişdir.Müəyyən olunmuşdur ki, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı (FİN-xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin L00167122VYC nömrəli göndərişinə əsasən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı verilmişdir. Ətraflı səbəb: “Diaqnostik müayinərin nəticələri əlilliyin təyininə əsas vermir.”.Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin L00167122VYC nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Diaqnoz əlillik əlaməti təyin etməməsi" səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir.Lakın əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epıkriz. tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırkı vəziyyəti lə tibbi sənədlərində qeyd edilmiş (Qaraciyərin sirrozu. dekompensasiya mərhələsi. Hepatit C virus mənşəli.) diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və ona müvafiq əlilliyin təyin olunmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmənin 2-1(120)-1533/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia mümkündür.
Faktiki hallar və sübutlar:
İş materiallarında olan
İddiaçı aid aşağıdakı; - xx.xx.2011-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 İ Sinif -Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19-Virus hepatiti =>B18- Xroniki virus hepatiti=> B18.8-Digər xroniki virus hepatiti...Diaqnozun mətni: Xroniki virus etiologiyalı hepatiti B. Xroniki qastroduodenit.Xroniki pankkirikatit. MBSF pozğunluğu. Ümumi qidalanma Zəifliyi...Meyar: 2.2. İkinci dərəcə əlillik 2.2.7=> Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə. - xx.xx.2014-ci il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 İ Sinif -Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19-Virus hepatiti =>B18- Xroniki virus hepatiti=> B18.8-Digər xroniki virus hepatiti...Diaqnozun mətni: Xroniki virus etiologiyalı hepatiti B. Xroniki qastroduodenit.Xroniki pankkirikatit. MBSF pozğunluğu. Ümumi qidalanma Zəifliyi...Meyar: 2.2. İkinci dərəcə əlillik 2.2.7=> Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə. - xx.xx.2015-ci il tarixli, xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 İ Sinif -Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19-Virus hepatiti =>B18- Xroniki virus hepatiti=> B18.8-Digər xroniki virus hepatiti...Diaqnozun mətni: Xroniki hepatit B-virusu tez-tez kəşkinləşmələrlə. Qara ciyərin funksiyasının pozulması.Qidalanma ilə İİ dərəcəli anemiya.Xroniki pankreatitlər...Meyar: 2.2. İkinci dərəcə əlillik 2.2.7=> Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə. - xx.xx.2016-ci il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 İ Sinif -Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19-Virus hepatiti =>B18- Xroniki virus hepatiti=> B18.8-Digər xroniki virus hepatiti...Diaqnozun mətni: Xroniki hepatit B-virusu tez-tez kəşkinləşmələrlə. Qara ciyərin funksiyasının pozulması.Qidalanma ilə İİ dərəcəli anemiya.Xroniki pankreatitlər...Meyar: 2.2. İkinci dərəcə əlillik 2.2.7=> Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə. - xx.xx.2024-cü il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Qaraciyər sirrozu, dekompensasiya mərhələsi. Hepatit C virus mənşəli. İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb-Müalicənin davam etdirilməsi” qərarı verilmişdir. xx.xx.2024-cü il tarixli əyani müayinə aktında (surətində) qeyd olunmuşdur ki, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı (FİN-xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin L00167122VYC nömrəli göndərişinə əsasən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı verilmişdir. Ətraflı səbəb: “Diaqnostik müayinərin nəticələri əlilliyin təyininə əsas vermir.”.Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, səhiyyə müəssisəsinin L00167122VYC nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir.Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Qaraciyərin sirrozu, dekompensasiya mərhələsi. Hepatit C virus mənşəli.) diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” yə əsasən “Müalicə davam etdirilsin” qərarı verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixliU00194782UPR saylı göndərişdə İddiaçı əsas diaqnoz-K74.0 Qaraciyər fibrozu, Qaraciyərin sirrozu, dekompensasiya mərhələsi; Ağırlaşma: D69.3-İdiopatik trombostopenik purpura. Trombostopeniya; K72.1-Xroniki qaraciyər çatmamazlığı; R18- Assit; K76.6- Portal hipertenziya; Yanaşı xəstəliklər: Bİ 8.9-Dəqiqləşdirilməmiş xroniki virus hepatiti. Xroniki “B” virus mənşəli hepatit müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli, xxxxxxx0007 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: K74 Qaraciyər fibrozu, Qaraciyərin sirozu, dekompensasiya mərhələsi. İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb; Şəxsin əlillik hüququnu dəqiqləşdirmək üçün DTSERA-ya yaxınlaşmağı tövsiyyə olunur. Agentliyin 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0007 №-li xx.xx.2024-cü il tarixli qərarı ilə göndərişin natamam doldurulması səbəbilə əlillik verilməsindən imtina edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin T 781/2024 №-li ekspert rəyindən müəyyən olunur ki, ekspertiza xx.xx.2024-cü il tarixdə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Ekspert aşağıdakı nəticəyə gəlmişdir: 1.2.3.5.6.7.İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli U00194782UPR saylı Forma 088 göndərişində qeyd edilmiş “K74.O-Qaraciyər fıbrozu. Qaraciyərin sirrozu, dekompensasiya mərhələsi; Ağırlaşma: D69.3-İdiopatik trombostopenik purpura. Trombostopeniya; K72.1-Xroniki qaraciyər çatmamazlığı; R18- Assit; K76.6- Portal hipertenziya; Yanaşı xəstəliklər: Bİ 8.9-Dəqiqləşdirilməmiş xroniki virus hepatiti. Xroniki “B” virus mənşəli hepatit.” diaqnoz şəxsin DTSERA-da həm əyani, həm də laborator müayinələri nəticəsində öz təsdiqini tapmadığından əliliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də, xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin maddələrindən hər hansı birinə aid etmək mümkün olmadı 4.8.9.Həmin diaqnozlardakı xəstəliklər İddiaçı olmadığından reabilitasiya barədə fikir söylənilmədi. Məhkəmənin 2-1(120)-1533/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən “X6” X3 18.1-2/2-1426/2025 saylı cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixində saat 14:26-da X4 terapiya şöbəsinə müraciət etmişdir. Xəstəyə müvafiq kliniki labarator müayinələr olunmuşdur və tibbi yardım göstərilmişdir. Xəstə xx.xx.2024-cü il tarixində saat 11:00-da sahə terapevtinin abulator nəzarəti altına evə yazılır. Diaqnoz: Qara ciyərin serrozu dekompensasiya mərhələsi.Ə/X: Portal hipertenziya, assit D69.3 trombositopeniya xroniki qara ciyər çatmamazlığı Y/X: Hepatit virus “C” mənşəli. Əlavə olaraq bildirilmişdir ki, tibbi rəyin verilməsi Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyi səlahiyyətinə daxil olduğundan X5 tərəfindən təmin edilməsi mümkün deyildir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin T 727/2025 №-li ekspert rəyindən müəyyən olunur ki, ekspertiza xx.xx.2025-ci il tarixdə başlamış, xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Ekspert aşağıdakı nəticəyə gəlmişdir: -Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: K74.0- Qaraciyər fibrozu. Qaraciyərin sirrozu, dekompensasiya mərhələsi; Ağırlaşma: D69.3-İdiopatik trombostopenik purpura. Trombostopeniya; K72.1-Xroniki qaraciyər çatmamazlığı; R18-Assit; K76.6-Portal hipertenziya; Yanaşı xəstəliklər: B18.9-Dəqiqləşdirilməmiş xroniki virus hepatiti. Xroniki “B” virus mənşəli hepatit” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Şəxsin xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı assit (qarında maye), aşağı ətraflarda ödem müşahidə edilmədi. -Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında İddiaçı adına icra edilmiş xx.xx.2025-ci il tarixli ultrasəs müayinəsində qeyd edilir: qaraciyər- qabırğa qövsündən 3,0 sm kənara çıxır, ölçüləri: sağ pay-14,3, sol pay-8,9 sm. Exogenliyi: güclənib. Exostrukturası: saxlanmış bircinsli deyil, diffuz fibroz toxuma çoxdur. -Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında İddiaçı adına icra edilmiş xx.xx.2025-ci il tarixli qanın ümumi analizində HGB-Hemoqlobin: 11,6 g/dL, HCT-Hematokrit: 34,1%, MPV- Trombositlərin orta həcmi: 8,2 fL, PDW- Trombositlərin dağılım genişliyi: 7,3%, P-LCR- Trombositlərin%-lə miqdarı: 19,7%, EÇS-Eritrositlərin çökmə sürəti: 35 mm/ssat. Həmin tarixli qanın biokimyəvi analizində ALT, AST normal olmuşdur. Triqliseridlər: 344 mg/dL, LDL xolesterol: f143 mg/dL, VLDL xolesterol: 68,8 mg/dL. HBsAg Hepatit B (kart-test): pozitiv (+). 2.4.Ümumiyyətlə həmin xəstəliklər tam reabilitasiya olunmurlar, vətəndaş X.Ə.Bgağırovanın hazırkı sağlamlıq durumu ilə əlaqədar müayinə və müalicəsi yalnız xəstəliyin daha da ağırlaşmasının və kəskinləşməsinin qarşısını ala bilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ...
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); ...
2. Göndərişin verilməsi qaydası 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): ... 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. ... 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: ... 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. ... 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. ... 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. ... 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. ... 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)
1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. ... 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. .... MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırda qüvvədə olan qanunvericiliyin tələbindən də göründüyü kimi Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında cavabdeh tərəfindən şəxsin əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən edilməkdədir. Lakin, qeyd olunmalıdır ki, hazırkı iş üzrə əlilliyin təyininə dair müraciət və imtina tarixləri nəzərə alınmaqla aparılan qiymətləndirmə zamanı “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri də nəzərə alınmalıdır. Nəzərə alınma ilə bağlı tələblər isə konkretdir. Cavabdeh tərəfindən göndərişdə adları sadalanan və yuxarıda adıçəkilən normativ hüquqi aktlarda təsbit edilmiş xəstəliklərin iddiaçıda mövcud olubolmaması yoxlanılmaqla əlillik dərəcəsinin təyininə dair və ya imtinaya dair qərar qəbul edilməlidir ki, cavabdeh hər iki normativ hüquqi aktın tələblərinə uyğun olaraq yoxlama aparmış və adıçəkilən təyinatı üçün əsasın olmaması qənaətinə gəlinmişdir. İş materiallarından da göründüyü kimi hazırkı mübahisə həmin xəstəliklərin mövcud olduğu, lakin mövcud olmasına baxmayaraq əlilliyin təyininə əsas verməməsi ilə bağlıdır. Odur ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün adıçəkilən kodlarda nəzərdə tutulmuş xəstəliklərin hazırda “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də mövcud olubolmaması müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli U00194782UPR nömrəli göndərişdən görünür ki, iddiaçıya əsas diaqnoz K74-Qaraciyər fibrozu, Qaraciyərin sirozu, dekompensasiya mərhələsi müəyyən edilmişdir. İş üzrə mötəbər sübut kimi qiymətləndirilməsinə hər hansı şübhəli halın olmadığı ekspert rəylərində qeyd edilmişdir ki, müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz:“K74.O-Qaraciyər fıbrozu. Qaraciyərin sirrozu, dekompensasiya mərhələsi; Ağırlaşma: D69.3-İdiopatik trombostopenik purpura. Trombostopeniya; K72.1-Xroniki qaraciyər çatmamazlığı; R18- Assit; K76.6- Portal hipertenziya; Yanaşı xəstəliklər: Bİ 8.9-Dəqiqləşdirilməmiş xroniki virus hepatiti. Xroniki “B” virus mənşəli hepatit.” diaqnoz şəxsin DTSERA-da həm əyani, həm də laborator müayinələri nəticəsində öz təsdiqini tapmadığından əliliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də, xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin maddələrindən hər hansı birinə aid etmək mümkün olmamışdır.Şəxsin xx.xx.2025-ci il tarixdə məhkəmətibbi müayinəsi zamanı assit (qarında maye), aşağı ətraflarda ödem müşahidə olunmamışdır. Göründüyü kimi iş üzrə təyin edilmiş ekspert tərəfindən verilmiş rəylə iddiaçının əlilliyin təyinatına əsas verə biləcək əsas diaqnoz və ağırlaşmaların iddiaçıda mövcud olmadığı, diaqnozların xəstənin hazırkı obyektiv vəziyyətin deyil, subyektiv şikayətlərinə əsasən müəyyən edildiyi aşkar edilmişdir ki, məhkəmə hesab edir ki, işin tam və obyektiv araşdırılması, xüsusi bilik tələb edən hallarla bağlı qiymətləndirmənin aparılması üçün təyin edilmiş məhkəmə tibbi ekspertizasına dair ekspert rəyi ilə iddiaçıda xəstəliklərin mövcud olmaması öz təsdiqini tapmışdır ki, həmin rəyin şübhə altına alınmasına əsas ola biləcək hər hansı hal müəyyən edilməmiş, verilmiş rəyin mötəbərliyi məhkəmədə şübhə doğurmamışdır. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşidə Quliyeva