Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1535/2024 28.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh Cəlilabad rayon Astanlı Bələdiyyəsinə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddiası üzrə inzibati işə 28 noyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh Cəlilabad rayon Astanlı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəlilabad rayon Astanlı bələdiyyəsinin xx.xx.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 7227,92 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə 11960 manat məbləğində siyahıya alınmış əmlakın satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1535/2024 nömrəli qərardadı ilə, iş üzrə X21, X22 və X23 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cəlilabad rayon Astanlı Bələdiyyəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafıə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə yaranan 9727,82 manat borcuna görə 11960 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli, **********8 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna 7227,92 manat ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. VM-in 52.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafıq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. VM-in 52.3-cü maddəsinə əsasən məhkəmənin maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. VM-in 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. VM-in 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Eyni zamanda həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Bu da, Azərbaycan Respublikasının ən ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında konstitusion vəzifə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən «Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur». VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Qeyd olunmalıdır ki, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddianın qaldırılmasına dair Azərbaycan Respublikası Bakı Apellyasiya və Ali Məhkəmələrinin mövqeyləri də formalaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 10.4-cü bəndində Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qaldıra biləcəyi, həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu qeyd edilməklə, mübahisənin maddi hüquqi əsasının ümumi hüquq normaları təşkil etdiyi halına da işin inzibati məhkəməyə aidliyinin göstəricisi kimi hüquqi qiymət verilmiş, bununla da hətta vergi ödəyicisi olmayan hüquqi və fiziki şəxslərin də cavabdeh qismində inzibati mübahisəyə cəlb edilməsinin mümkünlüyü müzakirələri yekunlaşmış olmuşdur. Ali Məhkəmənin respublikanın məhkəmələrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli, 2-388 nömrəli metodiki məktubunda isə məhkəmələrə tövsiyə olunmuşdu ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna tabe olan struktur qurumlar tərəfindən məcburi sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qaldırılmış iddialara məhkəmə təcrübəsində hələ də məhkəmə aidiyyəti qaydalarına zidd olaraq mülki mühakimə icraatı qaydasında iqtisadi mübahisə kimi baxılmaqda davam edilir. Halbuki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinin tələbinə əsasən həmin mübahisələrə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, “Sosial sığorta haqqında” Qanunla tənzimlənən mübahisə tərəfləri arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir və həmin münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bu səbəbdən, tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsində müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış iddialara da İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr baxır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 7227,92 manat məbləğində borcu yaranmışdır. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı əsasında xx.xx.2023-cü il tarixli, **********8 saylı protokolla, həmin protokola 1 nömrəli əlavədə qeyd olunan, mülkiyyət hüququ cavabdehə məxsus, əmlak – ünvan 2i ünvanında yerləşən dəyəri 600,0 manat məbləğində siyahıya alınmış 3.0 hektar kənd təsərrüfatı təyinatlı **********64 reyster nömrəli torpaq sahəsi, dəyəri 1000.0 manat məbləğində siyahıya alınmış 5,0 hektar kənd təsərrüfatı təyinatlı **********32 reyester nömrəli torpaq sahəsi, dəyəri 1700,0 manat məbləğində siyahıya alınmış 6,0 hektar kənd təsərrüfatı təyinatlı **********80 reyester nömrəli torpaq sahəsi, dəyəri 1000,0 manat məbləğində siyahıya alınmış 5,0 hektar **********81 reyester nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, dəyəri 2040,0 manat məbləğində siyahıya alınmış 0,12 hektar **********29 reyster nömrəli torpaq sahəsi, dəyəri 2040,0 manat məbləğində siyahıya alınmış 0,12 hektar **********30 reyster nömrəli torpaq sahəsi, dəyəri 2040,0 manat məbləğində siyahıya alınmış 0,12 hektar **********91 reyster nömrəli torpaq sahəsi, dəyəri 2040,0 manat məbləğində siyahıya alınmış 0,12 hektar **********92 reyster nömrəli torpaq sahəsi siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2023-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak Cəlilabad rayon Astanlı bələdiyyəsinin nümayəndəsi X29 məsul saxlanmaya verilmişdir. X32 aktı və protokolu imzalayaraq surətlərini almışdır. İş materiallarından görünür ki, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarından görünür ki, cavabdehə 11960 manat məbləğində siyahıya alınmış əmlaklara qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarında olan Cəlilabad rayon Astanlı Bələdiyyəsinin məhkəməyə ünvanladığı 07 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, **********32 reyestr nömrəli çıxarışla 5,0 ha, **********64 reyestr nömrəli çıxarışla 3,0 ha, **********80 reyestr nömrəli çıxarışla 6,0 ha, **********81 reyestr nömrəli çıxarışla 5,0 ha əkinə yararlı torpaq sahələri ayrı-ayrı vətəndaşlara 49 il müddətinə hərrac yolu ilə icarəyə verilmişdir. **********29 reyestr nömrəli çıxarışla 0,12 ha, **********30 reyestr nömrəli çıxarışla 0,12 ha , **********91 reyestr nömrəli çıxarışla 0,12 ha, **********92 reyestr nömrəli çıxarışla 0,12 ha bələdiyyənin prespektiv inkişaf fondu torpaqlarından fərdi yaşayış evi tikmək üçün kənd sakinlərinə həyətyanı torpaq sahələri satılmışdır. İcarəyə verilmiş və həyətyanı məqsədilə özgəninkiləşdirilmiş həmin torpaq sahələrinin icarə və alqı-satqısı müqavilələrini göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2349/2024 saylı məktubunda bildirilmişdir ki, **********64 reyestr nömrəli 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14, **********32 reyestr nömrəli 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15, **********80 reyestr nömrəli 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16, **********81 reyestr nömrəli 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 icarəsinə verilmişdir. **********81 reyestr nömrəli torpaq sahəsi alqı-satqı edilmişdir. Məktubda qeyd olunmuş digər torpaq sahələri ilə bağlı hər hansı bir yüklülük və ya özgəninkiləşdirmə qeyd alınmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Suluçeşmə kəndində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı tam mülkiyyət hüququ üzrə Cəlilabad rayon Astanlı bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********64 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Suluçeşmə kəndində yerləşən 5,0 ha kənd təsərrüfatı təyinatlı tam mülkiyyət hüququ üzrə Cəlilabad rayon Astanlı bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********32 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Sulu-Çeşmə kəndində yerləşən 6,0 ha kənd təsərrüfatı təyinatlı tam mülkiyyət hüququ üzrə Cəlilabad rayon Astanlı bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********80 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Fərzili kəndində yerləşən 5,0 ha kənd təsərrüfatı təyinatlı tam mülkiyyət hüququ üzrə Cəlilabad rayon Astanlı bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********81 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Fərzili kəndində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı tam mülkiyyət hüququ üzrə Cəlilabad rayon Astanlı bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********30 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Fərzili kəndində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı tam mülkiyyət hüququ üzrə Cəlilabad rayon Astanlı bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********91 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarından, o cümlədən Cəlilabad rayon Astanlı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən **********91 reyster nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini X2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Fərzili kəndində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı tam mülkiyyət hüququ üzrə Cəlilabad rayon Astanlı bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********92 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarından, o cümlədən Cəlilabad rayon Astanlı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən **********92 reyster nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini X6. İş materiallarından, o cümlədən Cəlilabad rayon Astanlı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 7 ünvanında yerləşən **********30 reyster nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini X7. İş materiallarından, o cümlədən Cəlilabad rayon Astanlı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 7 ünvanında yerləşən **********29 reyster nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini X3. İş materiallarından, o cümlədən Cəlilabad rayon Astanlı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş xx.xx.2019-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 7 ünvanında yerləşən **********81 reyster nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 5.0 ha olan torpaq sahəsini X11 icarəyə vermişdir. İş materiallarından, o cümlədən Cəlilabad rayon Astanlı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş xx.xx.2019-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 7 ünvanında yerləşən **********81 reyster nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 5.0 ha olan torpaq sahəsini X11 icarəyə vermişdir. İş materiallarından, o cümlədən Cəlilabad rayon Astanlı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 8 ünvanında yerləşən **********80 reyster nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 6.0 ha olan torpaq sahəsinin 1 ha hissəsini X23na icarəyə vermişdir. İş materiallarından, o cümlədən Cəlilabad rayon Astanlı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 8 ünvanında yerləşən **********80 reyster nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 6.0 ha olan torpaq sahəsinin 2 ha hissəsini Mİrzəyev Marif Ayaz oğluna icarəyə vermişdir. İş materiallarından, o cümlədən Cəlilabad rayon Astanlı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 8 ünvanında yerləşən **********80 reyster nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 6.0 ha olan torpaq sahəsinin 1 ha hissəsini X8 icarəyə vermişdir. İş materiallarından, o cümlədən Cəlilabad rayon Astanlı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 8 ünvanında yerləşən **********80 reyester nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 6.0 ha olan torpaq sahəsinin 1 ha hissəsini X12 icarəyə vermişdir. İş materiallarından, o cümlədən Cəlilabad rayon Astanlı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 8 ünvanında yerləşən **********80 reyster nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 6.0 ha olan torpaq sahəsinin 1 ha hissəsini X24 icarəyə vermişdir. İş materiallarından, o cümlədən Cəlilabad rayon Astanlı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 9 ünvanında yerləşən **********32 reyster nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 5.0 ha olan torpaq sahəsini X18 icarəyə vermişdir. İş materiallarından, o cümlədən Cəlilabad rayon Astanlı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 8 ünvanında yerləşən **********64 reyster nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 3.0 ha olan torpaq sahəsini X19 icarəyə vermişdir. İş materiallarından, o cümlədən Cəlilabad rayon Astanlı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 11 nömrəli məktubunda göstərilmişdir ki, siyahıya alınmış X21, X22 və X23 6 saylı vergilər Baş İdarəsinin siyahıya alınmış əmlakın çıxarışını sizə göndərilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Suluçeşmə kəndində yerləşən 6,0 ha kənd təsərrüfatı təyinatlı daşınmaz əmlakın dövlət reyestrində **********80 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi X16 xeyrinə hüquq yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Suluçeşmə kəndində yerləşən 6,0 ha kənd təsərrüfatı təyinatlı daşınmaz əmlakın dövlət reyestrində **********80 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi X16 xeyrinə hüquq yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Sulu-Çeşmə kəndində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı daşınmaz əmlakın dövlət reyestrində **********64 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi X14 xeyrinə hüquq yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Suluçeşmə kəndində yerləşən 5,0 ha kənd təsərrüfatı təyinatlı daşınmaz əmlakın dövlət reyestrində **********32 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi X15 xeyrinə hüquq yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokolla siyahıya alınmış ünvan 2i ünvanında yerləşən dəyəri 600,0 manat məbləğində siyahıya alınmış 3.0 hektar kənd təsərrüfatı təyinatlı **********64 reyster nömrəli torpaq sahəsi, dəyəri 1000.0 manat məbləğində siyahıya alınmış 5,0 hektar kənd təsərrüfatı təyinatlı **********32 reyester nömrəli torpaq sahəsi, dəyəri 1700,0 manat məbləğində siyahıya alınmış 6,0 hektar kənd təsərrüfatı təyinatlı **********80 reyester nömrəli torpaq sahələri kənd təsərrüfatı təyinatlı olduqları üçün və həmçinin üçüncü şəxslərə icarəyə verildiyi üçün həmin torpaq sahələrinin satılması mümkün deyil. Həmçinin xx.xx.2023-cü il tarixli protokolla siyahıya alınmış Cəlilabad rayon Astanlı bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********91 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Cəlilabad rayonu, Fərzili kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1, **********92 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Cəlilabad rayon Astanlı bələdiyyəsinin adına Cəlilabad rayonu, Fərzili kəndində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X4, **********30 reyester nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla Cəlilabad rayon Astanlı bələdiyyəsinin adına qeydə alınmış 0.12 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X5. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdəsahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçı tərəfindən cavabdeh tərəfindən artıq satılmış, başqa şəxsə məxsus əmlaklar siyahıya alınmışdır ki, bu da digər üçüncü şəxslərin mülkiyyət hüquqlarına məhdudiyyət yaratmış və maraqlarına toxunmuşdur. Göründüyü kimi, borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən yüklülüyünün növü müəyyən edilmədən siyahıya alınmış və ixtisaslaşdırılmış açıq hərracda satılması tələb edilən 11960.0 manat dəyərində Bələdiyyənin mülkiyyətinə verilmiş mübahisəli torpaq sahələri Astanlı bələdiyyəsinin mülkiyyətinə aid olsa da, torpaq icarə müqaviləsi əsasında müvəqqəti istifadə üçün üçüncü şəxslərə icarəyə verilmişdir, digər mübahisəli torpaq sahələri isə alqı-satı müqavilələri əsasında satılmışdır. Belə olan halda, torpaq münasibətlərini tənzimləyən qanunvericilik aktlarına əsasən tələb həmin torpaq sahəsinə yönəldilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1 və 706.2-ci maddələrinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş torpağa yönəldilməsinə yol verilmir. Sadalanan qanunvericilik aktı normalarına əsaslanaraq və torpaq sahəsinin icarə müqavilələri əsasında müvəqqəti istifadə üçün üçüncü şəxslərə icarəyə verildiyini, iddiaçının mövcud tələbinin üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğunu, o cümlədən, icarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş torpağa yönəldilməsinə yol verilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia tələbi 11960.0 manat borcun ödənilməsini təmin etmək məqsədilə vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı əsasında xx.xx.2023-cü il tarixli, **********8 saylı protokolla siyahıya alınmış və həmin protokola 1 nömrəli əlavədə qeyd olunan mülkiyyət hüququ cavabdehə məxsus, əmlak – ünvan 2i ünvanında yerləşən dəyəri 600,0 manat məbləğində siyahıya alınmış 3.0 hektar kənd təsərrüfatı təyinatlı **********64 reyster nömrəli torpaq sahəsi, dəyəri 1000.0 manat məbləğində siyahıya alınmış 5,0 hektar kənd təsərrüfatı təyinatlı **********32 reyester nömrəli torpaq sahəsi, dəyəri 1700,0 manat məbləğində siyahıya alınmış 6,0 hektar kənd təsərrüfatı təyinatlı **********80 reyester nömrəli torpaq sahəsi, dəyəri 1000,0 manat məbləğində siyahıya alınmış 5,0 hektar **********81 reyester nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, dəyəri 2040,0 manat məbləğində siyahıya alınmış 0,12 hektar **********29 reyster nömrəli torpaq sahəsi, dəyəri 2040,0 manat məbləğində siyahıya alınmış 0,12 hektar **********30 reyster nömrəli torpaq sahəsi, dəyəri 2040,0 manat məbləğində siyahıya alınmış 0,12 hektar **********91 reyster nömrəli torpaq sahəsi, dəyəri 2040,0 manat məbləğində siyahıya alınmış 0,12 hektar **********92 reyster nömrəli torpaq sahəsinin satılması təmin edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1 və 24.0.12-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəlləinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh Cəlilabad rayon Astanlı Bələdiyyəsinə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh Cəlilabad rayon Astanlı Bələdiyyəsinə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1535/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1535/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver