Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-154/2024 20.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (qardaşı) X1 iştiakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Azərbaycan vətən müharibəsində şəhid olmuş, oğlu X3 mülkiyyətinə 0,06 ha torpaq sahəsinin verilməsi barədə JN-322A saylı şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi, şəhid oğlunun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin şəriksiz olaraq onun xüsusi mülkiyyətinə verilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan vətən müharibəsində şəhid olmuş oğlu X3 mülkiyyətinə 0,06 ha torpaq sahəsinin verilməsi barədə JN-322A saylı şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi, şəhid oğlunun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin şəriksiz olaraq onun xüsusi mülkiyyətinə verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmə tərəfindən 2-1(120)-154/2024 saylı, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarla hüquqi yardım edilmişdir. İddiaçı nümayəndəsi (qardaşı) X2 məhkəmədə bildirmişdir ki, iddiaçı vəfat etmişdir və torpaqla mübahisəni başqa qaydada həll etmək üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür və barəsində Lənkəran rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məhkəmə iddiaçının “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdurvə iddiaçının (və ya nümayəndəsinin) belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 55 və 80-ci maddələrinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı Azərbaycan vətən müharibəsində şəhid olmuş, oğlu X3 mülkiyyətinə 0,06 ha torpaq sahəsinin verilməsi barədə JN-322A saylı şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi, şəhid oğlunun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin şəriksiz olaraq onun xüsusi mülkiyyətinə verilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-154/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-154/2024
20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver