Məhkəmə qərarları › İş №2-1(120)-154/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-154/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-154/2025 13.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 оğlunun katibliyi, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Lerik rayon XDS İK-nin 30 may 1990-cı il tarixli 5 saylı iclas protokolunun 15-87 saylı qərarına əsasən “Sosialist Kubası” X4 10 nömrəli, 30 dekabr 1989-cu il tarixli əmri və təhkim aktı ilə Cəngəmiran kəndində “Velikulət” adlanan ərazidə asudə həyətyanı torpaq fondundan verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın vahid daşınmaz əmlak obyekti olaraq texniki pasportun verilməsi və daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Lerik rayon XDS İK-nin 30 may 1990-cı il tarixli 5 saylı iclas protokolunun 15-87 saylı qərarına əsasən “Sosialist Kubası” X4 10 nömrəli, 30 dekabr 1989-cu il tarixli əmri və təhkim aktı ilə Cəngəmiran kəndində “Velikulət” adlanan ərazidə asudə həyətyanı torpaq fondundan verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın vahid daşınmaz əmlak obyekti olaraq texniki pasportun verilməsi və daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(120)-383/2024 nömrəli qərardadı ilə Lerik rayonu Cəngəmiran Bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1988-ci il tarixdə “Sosialist Kubası” X5 ərizə ilə müraciət edərək fərdi yaşayış evi tikintisi üçün Lerik rayonu, Cəngəmiran kəndi ərazisində torpaq sahəsi ayrılmasını xahiş etmişdir. “Sosialist Kubası” X4 10 nömrəli, 30 dekabr 1989-cu il tarixli əmri ilə Cəngəmiran kəndindəki “Velikulət” adlanan ərazidə 0.07 ha torpaq sahəsi ayrılmışdır. 30 dekabr 1989-cu il tarixdə komissiya tərəfindən ölçü aktı tərtib edilmiş və torpaq sahəsi naturadan ayrılaraq ona təhvil verilmişdir. Lerik rayon XDS İK-nin 30 may 1990-cı il tarixli, 5 saylı iclas protokolunun 15- 87 saylı qərarına əsasən “Sosialist Kubası” X4 10 nömrəli, 30 dekabr 1989-cu il tarixli əmri və təhkim aktı ilə Cəngəmiran kəndində “Velikulət” adlanan ərazidə asudə həyətyanı torpaq fondundan verilmiş 0.07 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin vaxt fərdi yaşayış evinin layihəsi (tipovoy proyekt) işlənib hazırlanmış və həmin layihə əsasında fərdi yaşayış evi inşa edilmişdir. Lerik rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında Cəngəmiran kəndinə aid 1991-1995-ci illərin 13 saylı Təsərrüfatbaşına kitabın 640 saylı hesabında onun şəxsi hesabında 0.07 ha həyətyanı torpaq sahəsinin olması barədə qeydiyyatın mövcud olması qeyd edilmişdir. X1 tərəfindən yer quruluşu planından çıxarış verilmişdir. Həmin vaxtdan da bu torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi onun istifadəsindədir, sahibliyindədir və faktiki olaraq mülkiyyətçi hüquqlarını həyata keçirir. Bu qeyd edilənlər torpaq sahəsi və fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Fərdi yaşayış evinə vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və mavafiq çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh 19 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən əsassız olaraq tədbir görülməmişdir. xx.xx.2022-ci il tarixdə verilmiş bildirişlə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir və tərəfindən inşa edilmiş fərdi yaşayış evinin digər şəxslərin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri kimi göstərilən ərazidə yerləşməsi qeyd edilmişdir. Bu tamamilə əsassızdır, belə ki, bu torpaq sahəsi torpaq islahatı aparılmazdan qabaq artıq onun mülkiyyətimə verilmişdir və torpaq islahatı aparıldığı ərəfələrdə bu torpaq sahəsində fərdi yaşayış evi mövcud olmuşdur və bu torpaq sahəsi hər hansı bir şəxsə pay torpağı kimi ayrılmamışdır. Həmçinin 1989-cu ildən hazırki dövrədək torpaq sahəsi mübahisələndirilməmiş, tələb edilməmiş və hər hansı bir sakin tərəfindən torpaq sahəsinə dair iddia tələbi irəli sürülməmişdir. Yəni kimsə bu torpaq sahəsinin ona aid olması barədə fikir irəli sürməmişdir. Cəngəmiran Bələdiyyəsində də bu torpaq sahəsinin digər şəxsin pay torpaq sahəsi olması barədə hər hansı bir məlumat yoxdur. Fərdi yaşayış evinin daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün əsaslar mövcuddur, cavabdeh tərəf imtina etməklə hərəkətsizliyə yol vermişdir və çıxarışın verilməsi onun yaşayış sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Təqdim edilən sənədlərin surətindən görünür ki, torpaq sahəsi 1989-cu ildən onun sahibliyinə verilmişdir. Fərdi yaşayış evinin qeydiyata alınmasından imtina edilməsi süni maneə yaradılmasıdır, bu qanunvericliyə ziddir və vətəndaş hüquqlarının pozulmasıdır. Bu fərdi yaşayış evi dövlət hakimiyyəti orqanlarının gözü qarşısında inşa edilmişdir, hər hansı bir dövlət orqanı tərəfindən fərdi yaşayış evinin başqa şəxsə aid torpaq sahəsində inşa edilməsi və yaxud qanunsuz inşa edilməsi barədə xəbərdarlıq edilməmişdir. Lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Halbuki cavabdeh tərəf yaşayış sahəsi üzərində hüquqların qeydiyyata alınaraq çıxarışın verilməsi barədə tədbir görməli idi. Heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. Yuxarıda göstərilənlərə əsasən və AR İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsini rəhbər tutaraq, məhkəmədən Lerik rayon XDS İK-nin 30 may 1990-cı il tarixli 5 saylı iclas protokolunun 15-87 saylı qərarına əsasən “Sosialist Kubası” X4 10 nömrəli, 30 dekabr 1989-cu il tarixli əmri və təhkim aktı ilə Cəngəmiran kəndində “Velikulət” adlanan ərazidə asudə həyətyanı torpaq fondundan verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın vahid daşınmaz əmlak obyekti olaraq texniki pasportun verilməsi və daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Lerik rayonu Cəngəmiran Bələdiyyəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə üçüncü şəxs Lerik rayonu Cəngəmiran Bələdiyyəsinin nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********08 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış, 2022-cı il 05 sentyabr tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən, Lerik rayonu “Sosialist Kubası” sovxozunun 20 dekabr 1989-cu il tarixli, 10 saylı əmri və təhkim aktı ilə sizə ayrılmış 0.07 ha torpaq sahəsində Lerik rayon XDS İcrayə Komitəsinin 30 may 1990-cı il tarixli, 05 saylı iclas protokolundan çıxarış əsasında tərəfinizdən inşa edilmiş sizə məxsus fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim etdiyiniz sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Məlumat üçün bildiririk ki, tərəfinizdən təqdim olunmuş sözü gedən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, tərəfinizdən inşa edilmiş fərdi yaşayış evi digər şəxslərin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri kimi göstərilən ərazidə yerləşir. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunan səbəblərdən həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması proseduru Ərazi İdarəsinin imkanları xaricindədir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materiallarına əlavə olunmuş “Sosialist Kubası” X4 10 nömrəli, 30 dekabr 1989cu il tarixli əmrindən və ölçü aktından görünür ki, “Sosialist Kubası” X4 10 nömrəli, 30 dekabr 1989-cu il tarixli əmri ilə İddiaçı Cəngəmiran kəndindəki “Velikulət” adlanan ərazidə 0.07 ha torpaq sahəsi ayrılmış, 30 dekabr 1989-cu il tarixdə komissiya tərəfindən ölçü aktı tərtib edilmiş və torpaq sahəsi naturadan ayrılaraq ona təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Lerik rayon XDS İK-nin 30 may 1990-cı il tarixli, 5 saylı iclas protokolunun 15-87 saylı qərarına əsasən “Sosialist Kubası” X4 10 nömrəli, 30 dekabr 1989-cu il tarixli əmri və təhkim aktı ilə Cəngəmiran kəndində “Velikulət” adlanan ərazidə asudə həyətyanı torpaq fondundan verilmiş 0.07 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarına əlavə olunmuş Lerik rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 71 nömrəli arxiv arayışından görünür ki, Cəngəmiran kəndinə aid 1991-1995-ci illərin 13 saylı Təsərrüfatbaşına kitabın 640 saylı hesabında onun şəxsi hesabında 0.07 ha həyətyanı torpaq sahəsinin olması barədə qeydiyyatın mövcud olması qeyd edilmişdir. X1 tərəfindən yer quruluşu planından çıxarış verilmişdir. İş materiallarına əlavə olunmuş Lerik rayonu Lerik bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 05 nömrəli məktubunda qeyd edilmişdir ki, Lerik rayon,Cəngəmiran kənd sakini İddiaçı Cəngəmiran kənd ərazisində “Sosialist Kubası” sovxozunun 20 dekabr 1989-cu il tarixli 10 nömrəli əmri və təhkim aktı ilə özünə fərdi yaşayış evi tikməsinə icazə verilən 0.07 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsinə (texniki pasportun və çıxarışın verilməsinə) Lerik bələdiyyəsi etiraz etmir. İş materiallarına əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1162/2024 saylı mütəxəssis rəyində araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir:

1. “Sosialist Kubası” X4 30 dekabr 1989-cu il tarixli, 10 nömrəli əmri və təhkim aktı ilə Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən ərazidən İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) inzibati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,07 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə əsasən koordinatları müəyyən olunmuşdur.

2. “Sosialist Kubası” X4 30 dekabr 1989-cu il tarixli, 10 nömrəli əmri və təhkim aktı ilə Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən ərazidən İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsinin (faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən hüquqi statusunun-bələdiyyə mülkiyyətində, kateqoriyasının-kənd təsərrüfatı təyinatlı torpaqlar, islahat uqodiyasının kollu örüş, faktiki uqodiyasının tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir.

3. “Sosialist Kubası” X4 30 dekabr 1989-cu il tarixli, 10 nömrəli əmri və təhkim aktı ilə Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən ərazidən İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır.

4. “Sosialist Kubası” X4 30 dekabr 1989-cu il tarixli, 10 nömrəli əmri və təhkim aktı ilə Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən ərazidən İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsinin (iddia olunan vəziyyətə əsasən) faktiki olaraq iddiaçının öz istifadəsində olması müəyyən olunmuşdur.

5. “Sosialist Kubası” X4 30 dekabr 1989-cu il tarixli, 10 nömrəli əmri və təhkim aktı ilə Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən ərazidən İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsinin faktiki koordinatlarının digər şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur.

6. “Sosialist Kubası” X4 30 dekabr 1989-cu il tarixli, 10 nömrəli əmri və təhkim aktı ilə Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən ərazidən İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsi kimi İddiaçı tərəfindən iddia olunan və onun faktiki istifadəsində olan torpaq sahəsinin üzərində fərdi yaşayış evinin mövcud olması müəyyən olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/4593 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1162-2024 saylı mütəxəssis rəyinə əsasən “Sosialist Kubası” X4 30 dekabr 1989-cu il tarixli, 10 nömrəli əmri və təhkim aktı ilə Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən ərazidən İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) inzibati iş sənədləri əlavə olunmağından və ya koordinatlrını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə əsasən koordinatları müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1162-2024 saylı mütəxəssis rəyinə əsasən, “Sosialist Kubası” X4 30 dekabr 1989-cu il tarixli, 10 nömrəli əmri və təhkim aktı ilə Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən ərazidən İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin (faktiki koordinatlara əsasən) mövcud baza məlumatlarına əsasən, hüquqi statusunbələdiyyə mülkiyyətində, kateqoriyasının-kənd təsərrüfat təyinatlı torpaqlar, isahat uqodiyasının kollu örüş, faktiki uqodiyasının tikinti altında olan torpaq olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1162-2024 saylı mütəxəssis rəyinə əsasən, “Sosialist Kubası” X4 30 dekabr 1989-cu il tarixli, 10 nömrəli əmri və təhkim aktı ilə Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən ərazidən İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Qərardadın dördüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1162-2024 saylı mütəxəssis rəyinə əsasən, “Sosialist Kubası” X4 30 dekabr 1989-cu il tarixli, 10 nömrəli əmri və təhkim aktı ilə Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən ərazidən İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin (iddia olunan vəziyyətə əsasən) faktiki olaraq iddiaçının öz istifadəsində olması müəyyən olunmuşdur. Qərardadın beşinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1162-2024 saylı mütəxəssis rəyinə əsasən, “Sosialist Kubası” X4 30 dekabr 1989-cu il tarixli, 10 nömrəli əmri və təhkim aktı ilə Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən ərazidən İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin sahəsinin faktiki koordinatlarının digər şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın altıncı sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1162-2024 saylı mütəxəssis rəyinə əsasən, “Sosialist Kubası” X4 30 dekabr 1989-cu il tarixli, 10 nömrəli əmri və təhkim aktı ilə Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən ərazidən İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin sahəsi kimi İddiaçı tərəfindən iddia olunan və onun faktiki istifadəsində olan torpaq sahəsinin üzərində fərdi yaşayış evinin mövcud olması müəyyən olunmuşdur. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə etimad hüququnun qorunması prinsipinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Sosialist Kubası” X4 10 nömrəli, 30 dekabr 1989-cu il tarixli əmri ilə Cəngəmiran kəndindəki “Velikulət” adlanan ərazidə 0.07 ha torpaq sahəsi ayrılmışdır. 30 dekabr 1989-cu il tarixdə komissiya tərəfindən ölçü aktı tərtib edilmiş və torpaq sahəsi naturadan ayrılaraq ona təhvil verilmişdir. Lerik rayon XDS İK-nin 30 may 1990-cı il tarixli, 5 saylı iclas protokolunun 15-87 saylı qərarına əsasən “Sosialist Kubası” X4 10 nömrəli, 30 dekabr 1989-cu il tarixli əmri və təhkim aktı ilə Cəngəmiran kəndində “Velikulət” adlanan ərazidə asudə həyətyanı torpaq fondundan verilmiş 0.07 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin vaxt fərdi yaşayış evinin layihəsi (tipovoy proyekt] işlənib hazırlanmış və həmin layihə əsasında fərdi yaşayış evi inşa edilmişdir. Lerik rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında Cəngəmiran kəndinə aid 1991-1995-ci illərin 13 saylı Təsərrüfatbaşına kitabın 640 saylı hesabında onun şəxsi hesabında 0.07 ha həyətyanı torpaq sahəsinin olması barədə qeydiyyatın mövcud olması qeyd edilmişdir. X1 tərəfindən yer quruluşu planından çıxarış verilmişdir. İddiaçı Sosialist Kubası” X4 10 nömrəli, 30 dekabr 1989-cu il tarixli əmri əsasında ona ayrılmış 0.07 ha torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin ilkin hüquqmüəyyənedici sənəd üzrə göstərilənlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcud olduğu üçün cavabdeh tərəfindən ərizənin təmin olunmasından imtina olunmuşdur. Bundan başqa iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/4593 nömrəli ekspert rəyi ilə sözügedən torpaq sahəsinin digər şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmədiyi, 0.07 ha torpaq sahəsinin (iddia olunan vəziyyətə əsasən) faktiki olaraq iddiaçının öz istifadəsində olması, həmçinin üzərində yaşayış sahəsinin inşa edildiyi müəyyən olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Lerik rayon XDS İK-nin 30 may 1990-cı il tarixli 5 saylı iclas protokolunun 15-87 saylı qərarına əsasən “Sosialist Kubası” X4 10 nömrəli, 30 dekabr 1989-cu il tarixli əmrinin qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyini, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini, həmçinin həmin torpaq sahəsinin üçüncü şəxslərə verilməsi halı mövcud olmamış, cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasını təşkil edən dəlilinə münasibətdə torpaq sahəsinin sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. Bundan başqa, mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olması və təyinaytı üzrə istifadə etməsi, üzərində yaşayış sahəsi inşa etməsi və üçüncü şəxslərin hüquqlarının pozulmadığı, sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluğun olmaması, Lerik rayonu Lerik bələdiyyəsinin mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına etiraz etmədiyi məhkəmə tərəfindən müəyyən olundu. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Lerik rayon XDS İK-nin 30 may 1990-cı il tarixli 5 saylı iclas protokolunun 15-87 saylı qərarına əsasən “Sosialist Kubası” X4 10 nömrəli, 30 dekabr 1989-cu il tarixli əmri və təhkim aktı ilə Cəngəmiran kəndində “Velikulət” adlanan ərazidə asudə həyətyanı torpaq fondundan verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın vahid daşınmaz əmlak obyekti olaraq texniki pasportun verilməsi və daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı iddia tələbi təmin edilsin. Lerik rayon XDS İK-nin 30 may 1990-cı il tarixli 5 saylı iclas protokolunun 15-87 saylı qərarına əsasən “Sosialist Kubası” X4 10 nömrəli, 30 dekabr 1989-cu il tarixli əmri və təhkim aktı ilə Cəngəmiran kəndində “Velikulət” adlanan ərazidə asudə həyətyanı torpaq fondundan verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın vahid daşınmaz əmlak obyekti olaraq texniki pasportun verilməsi və daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar