Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1542/2023 09.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ”artıq ödənilmiş 3989.76 manat məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Masallı şəhəri, Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “artıq ödənilmiş 3989.76 manat məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onu Şirvan Kommersiya Məhkəməsinə dəvət edərək bildirilmişdirlər ki, ona 1902.06 manat gəlir vergisi hesablanmışdır. 2022-ci il fevral-mart aylarında xəstə olmuşdur. Hal-hazırda şəxsi hesab vərəqəsində 3989.76 manat artıq ödəmə məbləği yaranmışdır. Bununla bağlı olaraq xx.xx.2022-ci il tarixli artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdeh Azərbaycn Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edilmişdirlər. Belə ki, müraciətə cavab olaraq vergi orqanı tərəfindən müraciətinə baxılmanın nəticəsi haqqında məktubla bildirilmişdir ki, xx.xx.2016-cı il tarixdə 4000,0 manat sadələşdirilmiş vergi dövlət büdcəsinə ödənilmişdir. 2016-cı ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən 10.0 manat sadələşdirilmiş vergi hesablanmış və 21 oktyabr 2016-cı il tarixə şəxsi hesab vərəqəsində 3989.76 manat sadələşdirilmiş vergi üzrə artıqödəmə qalmışdır. Vergi Məcəlləsinin 85.5. maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Göründüyü kimi artıq ödəmənin yarandığı tarixdən 5 il keçmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq 3989,76 manat məbləğin tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsindən vergilər üzrə vərəqəyə köçürülməsindən imtina edilmişdir. Uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində 38260,00 manat dəyərində e_qaimə fakturalar (görülmüş iş və xidmətlərə görə) təqdim edilmiş və xx.xx.2021-ci il tarixdə fəaliyyətiniz dayandırlımışdır. Fəaliyyətin dayandırdıldığı tarixdən 30 gün keçməsinə baxmayaraq hesabat ili üçün gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Qeyd olunanlara əsasən mikro sahibkarlıq subyektinə aid olduğunuzu nəzərə alaraq 1902,06 manat gəlir vergisi hesablamaq nəzərdə tutulmuşdur. Bu barədə xx.xx.2022-ci il tarixli **********745100 nömrəli bəyannamənin təqdim edilməsi haqqında bildiriş göndərilmişdir. 2021-ci il üçün gəlir vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarını əsas götürülməklə 1902,06 manat gəlir vergisi hesablanmışdır. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.qov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Cavabdeh vergi orqanı ona olan 4000 manat borcunun geri qaytarılmasından boyun qaçırır və ona ünvanladığı imtina məktubu tam olaraq qanunsuzdur. Belə ki, artıq ödəmənin geri qaytarılması barədə Vergi Məcəlləsinin 87-ci maddəsində və Nazirlər Kabinetinin 48 saylı qərarına əsasən artıq ödəmənin geri qaytarılması qaydası qeyd olunmuşdur. Yəni həmin mübahisələndirilən məbləğin geri qaytarılmamasına fəaliyyət göstərdiyi dövr üzrə dövriyyə məlumatlarının vergi partnyorluğu sazişinə əsasən ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsinə mane olacaq bir hall mövcud olmamışdır. Həmçinin bu barədə dəfələrlə ərizə ilə vergi orqanına müraciətlər etməyinə baxmayaraq vergi orqanının hərəkəsizliyindən aydın olur ki, artıq ödəmənin geri qaytarılmasından imtina etmişdir. Vergi orqanı tərəfindən artıq ödəmənin geri qaytarılmasının mümkün olub-olmaması barədə hər hansı cavab məktubunun təqdim edilməməsi qanunsuz və əsassızdır. Şəxsi hesab vərəqəsində yaranmış 3989.76 manat aıtıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasının təmin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi lazımi qaydada xəbərdar edilmişdir. Lakin, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Cəlilabad rayonunda anadan olub, Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsi, ev 58, mənzil 8-də yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçıya göndərdiyi imtina məktubunda göstərilmişdir ki, iddiaçının tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsində olan vəsaitin şəxsi hesab vərəqəsinə işlənməsi haqqında xx.xx.2022ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********619200nömrəli) müraciətinizə aidiyyəti üzrə 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə 4000,0 manat sadələşdirilmiş vergi dövlət büdcəsinə ödənilmişdir. 2016-cı ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən 10,0 manat sadələşdirilmiş vergi hesablanmış və 21 oktyabr 2016-cı il tarixə şəxsi hesab vərəqəsində 3989,76 manat sadələşdirilmiş vergi üzrə artıqödəmə qalmışdır. Vergi Məcəlləsinin 85.5. maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Göründüyü kimi artıq ödəmənin yarandığı tarixdən 5 il keçmişdir.Yuxarıda qeyd olunanları nəzərə alaraq 3989,76 manat məbləğin tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsindən vergilər üzrə vərəqəyə köçürülməsindən imtina edilmişdir.Əlavə olaraq bildiriri ki, uçot-baza məlumatlarına əsasən iddiaçı tərəfindən 2021-ci il ərzində 38260,00 manat dəyərində e_qaimə fakturalar (görülmüş iş və xidmətlərə görə) təqdim edilmiş və xx.xx.2021-ci il tarixdə fəaliyyəti dayandırlımışdır. Fəaliyyətinin dayandırdıldığı tarixdən 30 gün keçməsinə baxmayaraq hesabat ili üçün gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Qeyd olunanlara əsasən mikro sahibkarlıq subyektinə aid olduğunu nəzərə alaraq 1902,06 manat gəlir vergisi hesablamaq nəzərdə tutulmuşdur.Bu barədə Sizə xx.xx.2022-ci il tarixli **********745100 nömrəli bəyannamənin təqdim edilməsi haqqında bildiriş göndərilmişdir. Tərəfinizdən 2021-ci il üçün gəlir vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarını əsas götürülməklə 1902,06 manat gəlir vergisi hesablanmışdır. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. - İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********375800 saylı “Tələbin icraya yönəldilməsi haqqında” Qərardan göstərilmişdir ki, İddiaçı tərəfindən 1.899,91 əsas, 437,27 manat faiz, 0, manat maliyyə sanksiyası olmaqla ümumilikdə 2.337,18 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 6 saylı Ərazi Vergilər Baş idarəsinin xx.xx.2022-ci il tarixli **********280900 nömrəli qərarları xx.xx.2022-ci il tarixindən icraya yönəldilməsi qərara alınmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, **********707000 nömrəli, xx.xx.2023-cü il tarixli, **********812200 nömrəli məktublarında göstərilmişdir ki, İddiaçı (VÖEN: **********) vergi orqanına etdiyi müraciəti barədə məlumatların təqdim edilməsi haqqında məktubunuza 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Vergi ödəyicisi İddiaçı tərəfindən 2016-2021-ci illər üzrə artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə vergi orqanına müraciət edilməmişdir. - İş materiallarında olan məktublara əsasən, İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə artıq ödənilmiş məbləğin ailinməsi barədə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, **********149600 nömrəli məktubda göstərilmişdir ki, iddiaçı cavabdehə qarşı “artıq ödənilmiş 3989.76 manat məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1 -ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarının 2.3.-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmin Qərarın 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. Qərarlar). Həmin qərarlarda iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri- mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Sözügedən Qərara əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi ilə əlaqədar iddia tələbi üzrə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edəsiniz. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, **********707000 nömrəli, məktubda göstərilmişdir ki, Azərbaycm Respublikası Şirvan İnzibati Məhkəməsinin vergi ödəyicisi İddiaçı (VÖEN **********) tərəfindən 2016-2021-ci illər üzrə ödənilmiş vergilər barədə məlumat verilməsi haqqında daxil olmuş məktuba 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Qeyd olmanlarla əlaqədar olaraq İddiaçı (VÖEN **********) tərəfindən 2016-2021-ci illər ərzində ödənilmiş 4000,0 manat vergi məbləği qəbzinin surəti təqdim edilmişdir. - İş materiallarına cavabdeh orqan tərəfindən İddiaçı (VÖEN:**********) məxsus şəxsi hesab vərəqəsi təqdim edilmişdir və şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə ödəniş qəbzi təqdim edilmişdir. Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, 3989.76 manat azalma qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının verdiyi izahatlardan və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə 4000 manat məbləğində ödəniş qəbzi ilə ödəniş edilmişdir, 2016-cı ilin 3-cü rübü çün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən 10.0 manat sadələşdirilmiş vergi hesablanmışdır. xx.xx.2021-ci il tarixdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, 3989.76 manat pul məbləği silinmə həyata keçirilmişdir. Bundan sonra İddiaçı tərəfindən 2022-ci il tarixdə artıq ödənilmiş 3989.76 manat pul məbləğinin cavabdeh orqan tərəfindən geri qaytarılmasını xahiş etmiş, cavabdeh orqan tərəfindən imtina edilmiş və iddiaçı məhkəmə qaydasında Şəxsi hesab vərəqəsində yaranmış 3989.76 manat aıtıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasının təmin edilməsini xahiş etmişdir. İddiaçı uzun müddət xəstə olması səbəbi ilə işləmədiyini və artıq ödəməni tələb etmədiyini əsas gətirmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ödəmə tapşırığı üzrə 2.15 manat ödəniş edilmişdir, 1.899.91 manat qalıq qalmışdır. xx.xx.2022-ci il tarixli **********375800 saylı “Tələbin icraya yönəldilməsi haqqında” Qərarla cavabdeh orqan tərəfindən İddiaçı barəsində 1.899,91 əsas, 437,27 manat faiz, 0, manat maliyyə sanksiyası olmaqla ümumilikdə 2.337,18 manat vergi, faiz və maliyyə sanksiyası hesablanmışdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını və tədqiq olunan sübutları aşağıdakı hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. 85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. İddiaçının dəlili ilə bağlı məhkəmə hesab edir ki, İddiaçı tərəfindən 2016-cı ilin sentyabr ayından 2021-ci ilin –dekabr ayınadək (silinmə həyata keçirilənədək) xəstə olması və cavabdeh orqana və məhkəməyə artıq ödənilmiş məbləğin silinməsi tələbi müraciət edə bilməməsi barədə sübut təqdim etməmişdir, bununla bağlı iddiaçının dəlilləri də iş materiallarında olan sənədlər ilə öz təsdiqini tapmamış, cavabdeh orqan tərəfindən məhkəməyə İddiaçı 2016-2021-ci illərdə müraciətinin olmaması barədə rəsmi məlumat verilmişdir. Göründüyü kimi xx.xx.2016-cı il tarixdə iddiaçı tərəfindən ödənilmiş 4000 manat məbləğində pul məbləğindən 5 il müddət keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdən sonra xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, 3989.76 manat pul məbləği silinmə həyata keçirilmişdir. Bu əməliyyat həyata keçirildikdən bir müddət sonra, yəni 2022-ci lin fevral ayında İddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək Vergi orqanlarının hüquqlarına daxildir. Bununla da məhkəmə yuxarıda qeyd edilən əsaslara görə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən artıq ödənilmiş 3989.76 manat məbləğin geri qaytarılması barədə imtinası haqlıdır və qanunidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. AzərbaycanRespublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər idarəsinə qarşı ”artıq ödənilmiş 3989.76 manat məbləğin geri qaytırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ”artıq ödənilmiş 3989.76 manat məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1542/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1542/2023
09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver