Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1544/2025 18.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Masallı Regional “Asan Xidmət” X2rşı (X20 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “övladı 28 aprel 2016-cı il təvəllüdlü X18 barədə atalığın müəyyən edilməsinə dair akt qeydiyyatında ata məlumatları ilə bağlı düzəliş edilərək, ata adının “X20” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi ilə, İddiaçı cavabdeh Masallı Regional “Asan Xidmət” X2rşı (X20 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “övladı 28 aprel 2016-cı il təvəllüdlü X18 barədə atalığın müəyyən edilməsinə dair akt qeydiyyatında ata məlumatları ilə bağlı düzəliş edilərək, ata adının “X20” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Masallı Regional “Asan Xidmət” X2rşı (X20 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “övladı 28 aprel 2016-cı il təvəllüdlü X18 barədə atalığın müəyyən edilməsinə dair akt qeydiyyatında ata məlumatları ilə bağlı düzəliş edilərək, ata adının “X20” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1544/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X13 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin may ayında el adəti ilə toy edərək Bakı şəhəri Suraxanı rayon sakini X20 ilə ailə həyatı qurmuşdur. Nikahlarını isə 12 aprel 2018-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 28 aprel 2016cı il təvəllüdlü Murad adlı övladları anadan olmuşdur. Lakin uşağa doğum haqqında şəhadətnamə Vüqarla rəsmi nikahlarından sonra alınmışdır. Doğum haqqında şəhadətnamədə uşağın soyadı Hüseynov kimi, ata adı isə Vüqar kimi qeyd edilmişdir. Sonradan aralarında narazılıq yarandığından ayrılmalı olmuşlar. Nikahları Masallı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Məhkəmə qətnaməsi əsasında nikahları pozularkən uşağın ananın yanında qalması və uşağa görə Vüqar Hüseynovdan aliment tutulması qət edilmişdir. Vüqar Hüseynovla nikahları pozulduqdan sonra 08 oktyabr 2019-cu il tarixdə Bakı şəhər sakini X9 ilə nikahları rəsmi qeyd edilməklə ailə həyatı qurmuşlar. X22 ilə bağlı doğum haqqında şəhadətnamə götürülsə də o, əvvəlki nikahından öncə doğulduğundan atalıq müəyyən edilməli idi. Lakin atalıq müəyyən edilməmişdir. Sonradan ailə qurduğu Elvin Məmmədov birinci nikahından doğulmuş övladının atası kimi qeyd edilməsinə razılıq verdiyindən bu barədə müvafiq qeydiyyat aparılaraq yeni doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamədə isə uşağın atası kimi X9 göstərilmişdir. Bu onların razılığı əsasında olsa da, əslində uşağın atası X20 olmuşdur. Elvin Məmmədovla da münasibətləri pisləşdiyindən ayrılmalı olmuşlar, nikahları Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Sonradan uşağı ilə atalığın müəyyən edilməsi haqqında akt qeydində ata məlumatları ilə bağlı düzəliş edilməsi barədə müraciət etsə də, cavabdeh müraciətini təmin etməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxs X15 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi şöbənin əməkdaşının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmiş, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə PM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia tələbi mümkün sayılmalıdır. Faktiki hallar və sübutlar: İş materiallarına əlavə edilmiş 25 iyul 2024-cü il tarixli, 3-16-5/8-26xx-xx/2024 nömrəli Arayışdan görünür ki, X20 və İddiaçı nikahı haqqında 12 aprel 2018-ci il tarixdə 792 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer 4 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsidir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Nikah Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2019-cu ildə 269 nömrəli akt qeydi ilə Suraxanı rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş 25 iyul 2024-cü il tarixli, 3-16-5/8-26xx-xx/2024 nömrəli Arayışdan görünür ki, X9 və İddiaçı nikahı haqqında 08 oktyabr 2019-cu il tarixdə 2413 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Nikah Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2023-cü ildə 145 nömrəli akt qeydi ilə Masallı rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş 25 iyul 2024-cü il tarixli, 3-16-5/8-26xx-xx/2024 nömrəli Arayışdan görünür ki, X9 və İddiaçı nikahı Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2023-cü ildə 145 nömrəli akt qeydi ilə Masallı rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş 16 aprel 2024-cü il tarixli, 03-16-05/07-M-4xxxx/2024 nömrəli Arayışdan görünür ki, X18 28 aprel 2016-cı ildə Masallı rayonu, Masallı şəhərində anadan olmuşdur. Bu barədə 06 mart 2019-cu il tarixdə Masallı regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsində 279 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X16 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 16 aprel 2024-cü il tarixli, 3-16-5/7-M-4xx-xx/2023 nömrəli Arayışından görünür ki, 28 aprel 2016-cı ildə Masallı rayonu Masallı şəhərində X5 doğulmuş X10 X1 hesab edilmişdir. Bu barədə 02 iyun 2021-ci il tarixdə Masallı regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsində 209 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Atalıq müəyyən edildikdən sonra vətəndaşın soyadı: Məmmədov, adı: Murad, Ata adı: Elvin oğlu olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli Arayışın surətindən görünür ki, X16 xx.xx.1995 təvəllüdlü, 27 aprel 2015-ci il tarixdən Masallı rayonu, Çıxarlı Ə/D, Kəlbəhüseynli kəndində qeydiyyatdadır. İş materiallarında olan Masallı Regional “ASAN Xidmət” X4 Arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. İddiaçı xx xxx 1995-ci ildə Masallı rayonu, Kəlbəhüseynli kəndində anadan olmuşdur. X6 (xx.xx.2016). İş materiallarında olan Atalığın müəyyən edilməsinin ləğv edilməsi və uşaq barədə növbəti dəfə atalığın müəyyən edilməsi ilə bağlı ərizənin qəbulundan imtina barədə Rəyinin surətindən görünür ki, Masallı regional "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsində 26 iyul 2024-cü il tarixdə vətəndaş İddiaçı övladı X11 ata məlumatları dəyişdirilərək X13 uşağın atası kimi yazılması barədə ərizəsinə baxılmışdır. Ərizəçi İddiaçı izah olundu ki, övladı X18 barəsində xx.xx.2021-ci il tarixdə Masallı regional "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsində valideyinlərin birgə iştirakı ilə atalıq müəyyən edilmiş və uşağın atası kimi X9 yazılmışdır. Lakin İddiaçı bildirdi ki, uşağın əsil atası X20 olduğu üçün uşağın atası haqqında mövcud məlumatlar ləğv edilərək növbəti dəfə atalıq müəyyən edilməlidir. Ərizəçi İddiaçı izah edildi ki, Azərbaycan Respublikasının Aliə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Eyni zamanda həmin məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1- ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Belə olan halda mövcud məlumatların ləğv edilməsin və növbəti dəfə atalığın müəyyən edilməsi yalnız məhkəmə tərəfindən həll edilə bilər. Qeyd olunanları və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq vətəndaş İddiaçı övladı barəsində növbəti dəfə atalıq müəyyən edilərək uşağın atası kimi X13 qeyd edilməsi barədə ərizəsinin qəbulundan imtina edilmişdir. İş materiallarında olan Masallı Regional “ASAN Xidmət” X4 xx.xx.2024-cü il tarixli, 3-16-518-13-745/24 nömrəli məktubundan görünür ki, Murad Məmmədovun doğumu və atalığın müəyyən edilməsindən ötrü valideyinlərinin şöbəyə təqdim etdikləri ərizə, tibbi sənəd və şəxsiyyət vəsiqələrinin surətləri qanunvericiliklə nəzərdə tutulmuş saxlama müddəti başa çatdığı üçün məhv edildiyindən məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan **********6032019 nömrəli Doğum haqqında akt qeydinin ikinci nüsxəsindən görünür ki, Masallı rayonu “ASAN Xidmət” X4 xx.xx.2021-ci il tarixli rəyə əsasən onun soyadında “Hüseynova”dan “Paşayeva”ya, “Paşayeva”dan isə “Məmmədova”ya düzəliş olunmuşdur. Atalıq müəyyən etmə-Masallı rayonu “ASAN Xidmət” Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli 209 nömrəli akt AZ-İV 575439, xx.xx.2021-ci il. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2466/2019 nömrəli Qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı X17 ilə cavabdeh X20 arasında 12 aprel 2018-ci ildə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 792 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 28 aprel 2016-cı il təvəllüdlü X19 boşanmadan sonra iddiaçı X8 yanında qalması, 28 aprel 2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X12 iddiaçı X8 xeyrinə hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat miqdarında alimentin tutulması qət edilmişdir. Alimentin tutulmasının əvvəli 27 mart 2019-cu il tarixdən hesablanmışdır. İş materiallarında olan Masallı Regional “ASAN Xidmət” X4 28 noyabr 2022-ci il tarixli, 05/944-69 nömrəli Arayışından görünür ki, xx.xx.1995-ci ildə Azərbaycan Respublikası Masallı rayonu Kəlbəhüseynli kəndində anadan olmuş vətəndaş X16 xx.xx.2019-cu il tarixdə, xx.xx.2016-cı il tarixdə doğulmuş övladına doğum haqqında şəhadətnamə almaq istədiyini bildirərək, ana ərizəsi ilə şöbəyə müraciət etmişdir. Ərizə əsasında doğum qeydi aparılmış, ananın deməsinə görə uşağın soyadı "Hüseynov", ata adı "Vüqar" qeyd edilmişdir. Həmin vaxt X25 Hüseynovla nikahda olsa da, uşağa atalıq müəyyən etdirməmişlər. xx.xx.2021-ci il tarixdə X16 nikahda olduğu (nikah xx.xx.2019) X9 ilə yaxınlaşaraq birgə ərizələri əsasında övladı X14 atalıq müəyyən edilmiş, atalıq müəyyən olunduqdan sonra uşağa “X26" oğlu soyadı, ata adı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarına dair sənədin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 50.2 ci maddəsinə valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəlləni 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, **********06032019 nömrəli Doğum haqqında akt qeydində “X28” oğlunun soydı və ata adı qrafasına dəyişiklik edilərək “X26” oğlu qeyd olunmuşdur. Belə ki, İddiaçı ilə X20 ilə 2015-ci ilin may ayında fakitiki nikaha girməklə ailə həyatı qurmuşlar. Nikahlarını isə 12 aprel 2018-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 28 aprel 2016-cı il təvəllüdlü Murad adlı övladları olmuşdur. Lakin uşağa doğum haqqında şəhadətnamə Vüqar Hüseynovla rəsmi nikahlarından sonra əldə edilmişdir. Doğum haqqında şəhadətnamədə uşağın soyadı Hüseynov kimi, ata adı isə Vüqar kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2466/2019 nömrəli Qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı X17 ilə cavabdeh X20 arasında 12 aprel 2018-ci ildə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 792 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 28 aprel 2016-cı il təvəllüdlü X19 boşanmadan sonra iddiaçı X8 yanında qalması, 28 aprel 2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün X12 iddiaçı X8 xeyrinə hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat miqdarında alimentin tutulması qət qedilmişdir. Həmin məhkəmə qətanməsi ilə müəyyən edilir ki, X20 məhkəmə iclasında iştirak etmiş, onun iştirakı ilə məhkəmə qətnaməsi qəbul edilmiş, qətnamə qəbul edilən zaman X20 28 aprel 2016-cı il təvəllüdlü X10 atası olamamasını mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, X9 və İddiaçı nikahı haqqında 08 oktyabr 2019-cu il tarixdə 2413 nömrəli akt qeydi ilə qeydə alınmışıdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(010)-2466/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı hazır ki, iş üzrə üçüncü şəxs X20 ilə nikahları pzulduqdan sonra qeydə alınmışdır. X19 isə 28 aprel 2016-cı il tarixdə anadan olmuşdur. Bu hal onu deməyə əsas verir ki, X9 ilə İddiaçı ailə münasibətləri xx.xx.2019-cu il tarixdən başlamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(010)-2466/2019 nömrəli qətnaməsi ilə hazır ki, iş üzrə üçüncü şəxs X13 üzərinə 28 aprel 2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat miqdarında alimentin ödənilməsi öhtəliyi qoyulmuşdur. Doğum akt qeydinə sonradan hər hansı bir hüquqi əsas olmadan üzərinə xətt çəkilməklə dəyişiklik edilməsi, akt qeydinin ata adı hissəsinə X3 adının qeyd edilməsi həmin qətnamənin icrasının həyata keçirilməsinə qeyri müəyyənlik yaratmış olacaqdır. Məhkəmə xüsusi ilə qeyd edir ki, uşağın hüquqi marağı baxımından bialoji atasının adının doğum akt qeydinə düzəliş edilərək qeyd edilməsi məqsədə müvafiqdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının Azərbaycan Respublikasının Aliə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən edilməsini əsas gətirsə də, doğum haqqında akt qeydini Suraxanı rayon Məhkəməsinin qətnaməsini nəzərə almamışdır. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddiası təmin edilsin. “övladı 28 aprel 2016-cı il təvəllüdlü X18 barəsində atalığın müəyyən edilməsinə dair akt qeydiyyatında ata məlumatları ilə bağlı düzəliş edilərək, ata adının “X20” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Masallı Regional “Asan Xidmət” X7 həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1544/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1544/2025
18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver