Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1547/2025 03.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “sərəncamın ləğv edilməsi və əşyaların qaytarılması” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “sərəncamın ləğv edilməsi və əşyaların qaytarılması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-33/000111S saylı sərəncamın ləğv edilməsi və sözügedən sərəncamda qeyd olunan əşyaların iddiaçıya qaytarılması ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəfindən şəxsi istehlak məqsədilə geyim əşyaları, kiçik ev əşyaları, şəxsi təmizlik məhsulları, velosiped və s. əşyaları Azərbaycan Respublikasına gətirilmək istəmişdir. Lakin əşyalar “Qırmızı körpü” Gömrük Postundan keçərkən gömrük baxışı keçirilmiş və həmin əşyaların gömrük buraxılışına icazə verilməyəcəyi bildirilmişdir və əşyalar xx.xx.2024-cü il tarixli **********00068 nömrəli aktı əsasında İddiaçı Şəfahət oğluna Qırmızı körpü postunun müvəqqəti saxlanc yerində 30 gün müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Qeyd edilən müddətin keçməsinə baxmayaraq, ərizəçinin əşyaları geri qaytarılmamışdır. Belə ki, inzibati orqanın əsassız əməlləri nəticəsində ərizəçiyə külli miqdarda maddi zərər dəymişdir. X1 İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublar ilə ərizəçiyə bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamı əsasında “Azərterminalkompleks” Birliyinə təhvil veriləcəkdir, bununla da sözügedən əşyalar ya satılacaq, ya da məhv ediləcəkdir. Bundan sonra isə Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-33/000111S saylı sərəncam qəbul edilmişdir və sözügedən sərəncam əsasında “Qırmızı Körpü” gömrük postunda müvəqqəti saxlanca götürülən və saxlanc müddəti keçmiş malların təhvil-təslimi ilə əlaqədar tədbirlərin görülməsi Tovuz Gömrük İdarəsinə tapşırılmışdır. Bununla yanaşı siyahıda qeyd olunan malların gömrük hərracında satışı, dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi və gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “MSAİE” alt bölməsində qeydiyyatının həyata keçirilməsi komitənin “Azərterminalkompleks” Birliyinə həvalə edilmişdir. Qeyd edir ki, sözügedən əşyaların 30 gün ərzində müvəqqəti saxlanc yerində saxlanması və sonradan sərəncam əsasında satılması və ya məhv edilməsi mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır və bu hərəkətlərin heç bir normativ əsası mövcud deyildir. Yuxarıda qeyd edilən hərəkətlərinin qanunsuz olması və bunun aradan qaldırılmalı olduğu ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq, hələ də ərizəçinin şəxsi əşyaları qanunsuz olaraq zəbt edilməkdə davam edir. Həmin əşyaların anbarda saxlandığı müddətdə iddiaçıya böyük miqdarda zərər dəyməsi və ardıcıl müraciətlərinin nəticəsiz qalması səbəbindən iddiaçı məcbur qalıb ödənilməsi qanunsuz olaraq tələb edilən dövlət rüsumunu ödəməyi öz üzərinə götürmüşdür. Bununla bağlı, iddiaçı dövlət rüsumunu ödəmək məqsədilə müvafiq dövlət orqanından rüsumun məbləğini öyrənməyə çalışmışdır, lakin digər müraciətlər kimi bu müraciət də nəticəsiz qalmışdır. Azərbaycan Respublikasının inzibati orqanın bu həddə vətəndaşa məsuliyyətsiz və laqeyd yanaşması və ona hərtərəfli zərər vurması bütövlükdə inzibati orqanlara, onların fəaliyyətlərinə inamı dərindən sarsıdan hərəkətdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli **********00068 nömrəli aktdan görünür ki, həmin tarixdə “Qırmızı körpü” gömrük postunda İddiaçı tərəfindən ölkə ərazisinə gətirilən qarışıq malların gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlərin çatışmaması səbəbindən 30 gün müddətinə müvəqqəti saxlanca götürülmüşdür. İddiaçı idxal etdiyi malların müvəqqəti saxlanca götürülməsini, həmin malların müvəqqəti saxlanc müddəti ilə bağlı qanunvericiliyin tələblərinin ona izah edildiyini və ona məxsus malların qanunvericiliklə müəyyən olunmuş saxlanc müddəti bitdikdən sonra tərəfindən gömrük ərazisindən çıxarılmadığı təqdirdə həmin mallardan dövlətin xeyrinə imtina etməsini imzası ilə təsdiq etmişdir. Həmçinin iddiaçının Tovuz Gömrük İdarəsinə etdiyi müraciətlərə cavab məktublarından görünür ki, iddiaçıya gömrük qanunvericiliyi və prosedurlarla bağlı kifayət qədər ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2 nömrəli əlavəsi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.11-ci bəndinə əsasən hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları gömrük sərhədindən keçirilməsinə icazə verir. Qaydaların 1.5-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9.0.3-cü, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddələrinin və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 4.1.3-cü yarımbəndinin tələblərinə əsasən gömrük orqanlarının gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179-cu maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsində göstərilən müddət çərçivəsində uzadır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla, gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Qaydaların 3.2-ci bəndində göstərilən müddət çərçivəsində uzadır. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nın tələblərinə əsasən, saxlanc müddəti bitmiş mallar xx.xx.2024-cü il tarixində “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı hazırki iddia ərizəsi təmin edilməməlidir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçı İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehə qarşı hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv olunmasını xahiş edir. Belə iddialar isə mübahisələndirmə haqqında iddia olmaqla inzibati mübahisədir. Həmçinin iddiaçının yaşadığı ünvan Füzuli rayonudur. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Xüsusi mümkünlük şərti kimi iddiaçı tərəfindən ötürülmüş prosessual müddət məhkəmə tərəfindən bərpa edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X2 Komitəsinə ünvanladığınız 22 aprel 2024-cü il tarixli müraciətinizə baxılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Sizin ölkəyə gələrkən gətirdiyiniz mallar **********00068 nömrəli akt əsasında “Qırımızı Körpü” gömrük postunda 30 (otuz) gün müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Saxlanc müddətində malların anbardan təhvil alınması üçün Tovuz Gömrük İdarəsinə müraciət daxil olmamış və bununla da saxlanca götürülmüş mala təyin olunmuş müddət başa çatmışdır. Bildiririk ki, müvəqqəti saxlanc müddəti bitdiyi üçün **********00068 nömrəli akt əsasında “Qırımızı Körpü” gömrük postunda 30 (otuz) gün müddətinə müvəqqəti saxlanca götürülmüş mallar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 mart 2014-cü il tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nın müddəalarına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamı əsasında “Azərterminalkomojeks” Birliyinə təhvil veriləcəkdir. Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair **********00068 nömrəli Aktla iddiaçıya aid mallar 30 gün müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Dövlət Gömrük Komitəsinin Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postunda müvəqqəti saxlanca götürülən və saxlanc müddəti keçmiş mallara dair tədbirlərin görülməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-33/000111S nömrəli sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 5.6.11-ci yarımbəndinə əsasən: Tovuz Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postunda müvəqqəti saxlanca götürülən və saxlanc müddəti keçmiş mallarla bağlı təhvil-təslim prosesi ilə əlaqədar müvafiq tədbirlərin görülməsini təmin etsin (siyahı əlavə olunur). Komitənin “Azərterminalkompleks” Birliyi təmin etsin: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 oktyabr 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın tələblərinə uyğun olaraq siyahıda qeyd olunan malların gömrük hərraclarında satışını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nın 2.4-cü və 2.7-ci bəndlərinin tələblərinə uyğun claraq dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan malların xüsusiyyətləri nəzərə alınmaqla müvafiq tədbirlərin həyata keçirilməsini; 2.3. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallara dair tərtib edilmiş protokollar və malların xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilən tədbirlər barədə gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “MSAİE” alt bölməsində qeydiyyatın aparılmasını. Malların təhvil-təslim prosesi Gömrük İnzibatçılığı Baş İdarəsi Gömrük işinin təşkili idarəsinin Buraxılış məntəqələri üzrə iş şöbəsinin iştirakı ilə həyata keçirilsin. Komitənin Katibliyi sərəncamın aidiyyəti üzrə göndərilməsini təmin etsin. Sərəncamın icrasına nəzarət Komitə sədrinin müavini Cavad Qasımova həvalə edilsin. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş mübahisələndirilən xx.xx.2024-cü il tarixli Sərəncam qüvvədədir, əşyalar toxunulmaz olaraq Azərterminalkompleks Birliyinin istifadəsində olan (icarəsində olan) ünvan 3 ünvanında yerləşən anbarda saxlanılır və həmin mallar iddiaçıya geri qaytarılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 299.1-ci maddəsinə əsasən hazırlanmışdır və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir. 2.1. Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər: 2.1.1. səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar; 2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar; 2.1.3. bu qaydaların 2.1.12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla, gömrük ərazisindən aparılan mallar; 2.1.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;[7] 2.1.5. bu qaydaların 2.1.12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar; 2.1.6. avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq; 2.1.7. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan dərman vasitələri, həmçinin “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsində qeyd olunan dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri; 2.1.8. müvəqqəti qalma müddətində, istehsal və kommersiya məqsədləri üçün idxal olunmuş istənilən mal istisna olmaqla, mədəniyyət, turizm, idman, peşəkar görüşlər, səhiyyə, tədris və sair məqsədlərlə səyahətin bütün şərtləri nəzərə alınmaqla, səyahət boyu xarici səyahətçinin şəxsi istifadəsi üçün bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq müvəqqəti keçirilən mallar; 2.1.9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə); 2.1.10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz; 2.1.11. hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları; 2.1.12. hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü; 2.1.13. əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər. 2.1-1. Bu qaydaların 2.1.2-ci və 2.1.10 - 2.1.12-ci yarımbəndlərində nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir. 2.1-2. Bu qaydaların 2.1.2-ci, 2.1.10-cu və 2.1.11-ci yarımbəndlərində nəzərdə tutulan malların güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilməsi üçün həmin malların ümumi gömrük dəyəri bu qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Əks halda, bu qaydaların 2.2-ci bəndi tətbiq edilir. 2.2. Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir. 2.4. Gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya plastik kart vasitəsilə ödənilir. 2.5. Fiziki şəxslərin gömrük ərazisinə güzəştli qaydada müvəqqəti gətirdiyi və ya bu ərazidən müvəqqəti apardığı malların (avtonəqliyyat vasitələri istisna olmaqla) müvafiq olaraq gömrük ərazisində və ya bu ərazidən kənarda qalma müddəti fiziki şəxsin həmin ərazidə qalma müddəti əsasında müəyyən edilir. 2.6. Bu Qaydaların 2.1.8-ci yarımbəndinə uyğun olaraq, fiziki şəxslər tərəfindən güzəştli qaydada gömrük ərazisinə müvəqqəti gətirilən mallar gömrük ərazisində qalma müddəti başa çatdıqdan sonra gömrük ərazisindən çıxarılmalı və ya sərbəst dövriyyəyə buraxılması üçün bəyan olunmalı, gömrük ərazisindən müvəqqəti aparılan mallar isə gömrük ərazisindən kənarda qalma müddəti başa çatdıqdan sonra gömrük ərazisinə qaytarılmalı və ya ixrac edilməsi üçün bəyan olunmalıdır. Gömrük Məcəlləsinin: 162-ci (Malların buraxılışı) maddəsinə əsasən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə isə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. 179.1. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. 179.3. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. 180.1. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi əməliyyatlara məruz qala bilərlər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilmir. 180.2. Müvəqqəti saxlanc bu Məcəllənin 180.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarında həyata keçirilir. 180.3. Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 183.1. Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç il) müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrıayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. 183.2. Bu Məcəllənin 183.1-ci maddəsində müəyyən edilən müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir. 183.3. Gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin bu Məcəlləyə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Araşdırma zamanı müəyyən olundu ki, iddiaçı şəxsi istehlak məqsədilə geyim əşyaları, kiçik ev əşyaları, şəxsi təmizlik məhsulları və.s əşyaları Azərbaycan Respublikasına gətirmişdir. Lakin əşyalara “Qırmızı körpü” Gömrük Postundan keçərkən gömrük baxışı keçirilmiş və həmin əşyaların gömrük buraxılışına icazə verilməyəcəyi bildirilmiş və həmin əşyalar Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair **********00068 nömrəli Aktla 30 gün müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Daha sonra isə Dövlət Gömrük Komitəsinin Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postunda müvəqqəti saxlanca götürülən və saxlanc müddəti keçmiş mallara dair tədbirlərin görülməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-33/000111S nömrəli sərəncam qəbul edilmiş və qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 5.6.11-ci yarımbəndinə əsasən: Tovuz Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postunda müvəqqəti saxlanca götürülən və saxlanc müddəti keçmiş mallarla bağlı təhvil-təslim prosesi ilə əlaqədar müvafiq tədbirlərin görülməsini təmin etsin (siyahı əlavə olunur). Komitənin “Azərterminalkompleks” Birliyi təmin etsin: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 oktyabr 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın tələblərinə uyğun olaraq siyahıda qeyd olunan malların gömrük hərraclarında satışını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nın 2.4-cü və 2.7ci bəndlərinin tələblərinə uyğun claraq dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan malların xüsusiyyətləri nəzərə alınmaqla müvafiq tədbirlərin həyata keçirilməsini; 2.3. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallara dair tərtib edilmiş protokollar və malların xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilən tədbirlər barədə gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “MSAİE” alt bölməsində qeydiyyatın aparılmasını. Malların təhviltəslim prosesi Gömrük İnzibatçılığı Baş İdarəsi Gömrük işinin təşkili idarəsinin Buraxılış məntəqələri üzrə iş şöbəsinin iştirakı ilə həyata keçirilsin. Komitənin Katibliyi sərəncamın aidiyyəti üzrə göndərilməsini təmin etsin. Sərəncamın icrasına nəzarət Komitə sədrinin müavini Cavad Qasımova həvalə edilsin. Hal-hazırda ididaçıya məxsus siyahısı məhkməyə təqdim edilmiş mallar “Azərterminalkompleks”-də saxlanılır. Belə ki, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda da qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş mübahisələndirilən xx.xx.2024-cü il tarixli Sərəncam qüvvədədir, əşyalar toxunulmaz olaraq “Azərterminalkompleks” Birliyinin istifadəsində olan (icarəsində olan) ünvan 3 ünvanında yerləşən anbarda saxlanılır və həmin mallar iddiaçıya geri qaytarılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 3-33/000111S saylı sərəncam iddiaçıya münasibətdə ləğv edilməli və sözügedən sərəncamda qeyd olunan əşyaların İddiaçı qaytarılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 23.1-ci, 68-69-cu, 75, 78-79, 81 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-33/000111S saylı sərəncam iddiaçıya münasibətdə ləğv edilsin və sözügedən sərəncamda qeyd olunan əşyaların İddiaçı qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1547/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1547/2025
03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver