Məhkəmə qərarları › İş №2-1(120)-1549/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1549/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1549/2025 21.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair mümkünlük məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı “Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 1153.3 kvadrat metr “Əmlak kompleksi kimi müəssisə”, həmçinin onun yerləşdiyi və istifadəsində olan 21907.6 kvadrat metr torpaq sahəsi iddiaçının mülkiyyətindən və istifadəsindən məhrum edilərək söküntü, tikinti, təmir işləri aparıldığı üçün 590000 AZN kompensasiyanın Cavabdehndən tutularaq onun xeyrinə ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 20 iyun 2025-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti adi cəlbetmə qaydasında 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən Əmlak kompleksi kimi müəssisə xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Əmlak kompleksinin üzərindəki qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1153.3 kvadrat metr olmaqla (xususi mülkiyyət), əmlak kompleksinin istifadəsindəki ümumi torpaq sahəsi 21907.6 kvadrat metr (istifadə hüququ) təşkil etməkdədir. Bildirir ki, İddiaçı mülkiyyət hüququ kobud şəkildə pozulmuş, heç bir əsas olmadan, məhkəmə qərarı olmadan, kompensasiya ödənilmədən Cəlilalabad rayonu Göytəpə şəhərində yerləşən ona məxsus əmlak kompleksi kimi müəssisə sökülərək, həmçinin istifadəsində olan torpaq sahəsi qanunsuz olaraq istifadəsindən alınaraq mülkiyyətindən məhrum edilmişdir. Belə ki, “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən şifahi şəkildə bildirilmişdir ki, onlar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin sifarişi əsasında ərazidə xəstəxana tikintisi aparılmaqdadır. Mülkiyyətçi tərəfindən müvafiq qurumlara müraciətlər edilmiş, lakin nəticə əldə olunmamışdır. Torpaqların dövlət ehtiyacları üçün alınması dedikdə, dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına həmin torpağın könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması başa düşülür. Torpaqların dövlət ehtiyacları üçün alınması müxtəlif qanunvericilik aktları ilə tənzimlənir ki, bunlar Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, Mülki Məcəllədən, Mənzil Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən etiraz onunla əsaslandırılır ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 4 fevral 2020-ci il tarixində notarial qaydada ərizə verərək Cəlilabad rayonu, Göytəpə şəhəri, Fəzail Bayramov küçəsində yerləşən mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi 21769.2 kv.m torpaq sahəsinin 20000 kv.m-dən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətinə ümumi sahəsi 1153.3 kv.m əmlak kompleksi kimi müəssisə və istifadəsinə 0.1214 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tikilməkdə olan X1 şəhər xəstəxana binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə rayon icra hakimiyyətinə müraciəti əsasında Göytəpə şəhəri, Fəzail Bayramov küçəsində 2,0 ha torpaq sahəsi seçilmişdir. 60 çarpayılıq Göytəpə şəhər xəstəxana binası üçün torpaq sahəsinin ayrılmasına Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən etiraz edilməmişdir. Torpaq sahəsinin ayrılmasına müvafiq qurumlardan verilən rəylər zamanı ərazidə hər hansı tikili mövcud olmamış və rayon icra hakimiyyəti tərəfindən hər hansı söküntü, tikinti işləri aparılmamışdır. Cavabdeh başçısının 29 oktyabr 2020-ci il tarixli, 92 nömrəli sərəncamı ilə Göytəpə şəhər xəstəxanasının tikintisi üçün qeyd olunan ərazidən 2,0 ha torpaq sahəsi ayrılmışdır. İnşası nəzərdə tutulan 60 çarpayılıq Göytəpə şəhər xəstəxana binasının layihə sənədlərinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən və layihə sənədlərinin ekspertiza olunması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Ağentliyi Təsisatdan kənar Dövlət Ekspertiza Baş İdarəsindən müvafiq rəylər verilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı iddia ərizəsinin məhkəmə qaydasında araşdırılmasına etiraz edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun icraata başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxslərin nümayəndəsi iclasda iştirak etmirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etmədiklərini bildirərək iddia tələbinin eədd edilməsini xahiş edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən dövlət mülkiyyətində olan və istifadəyə verilmiş 0.1214 ha torpaq sahəsində ümumi sahəsi 1153.3 ha Əmlak kompleksinə dair mülkiyyət hüququ İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planläşdirma Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin Azerbaycan Respublikası Səhiyyə Mazırlıyirım sifarişi əsasında xəstəxana binasının tikintisi məqsədilə aynimasına rəy bildirilməsi barədə xx.xx.2020-ci il tarixli, 129 nömrəli məktubunuza Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Bildiririk ki, yuxarıda qeyd olunan məktuba qoşma edilmiş cizgi üzrə ayrılması təklif olunan 2,0 ha torpaq sahəsinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanının müddəalarına riayət etmək, həmçinin torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə ayrılmasına etiraz etmirik. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən dövlət mülkiyyətinə aid 2,0 hektar torpaq sahəsinin Azerbaycan Respublikasının Səhiyyə Nazirliyinin sifarişi əsasında xəstəxana tikintisi məqsədilə aynlmasına rəy bildirilməsi barədə 6 fevral 2020-ci i! tarixli 128 nömrəli müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. 21 fevral 2020-ci il tarixli **********57 nömrəli cavab məktubuna əlavə olaraq bildiririk ki, qeyd edilən 2,0 hektar torpaq sahəsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin sifarişi əsasında xəstəxana tikintisi məqsədilə ayrılmasına etiraz etmirik. Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 92 nömrəli sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2020-cı il 22 yanvar tarixli 11/19-379 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2020-cı il 20 oktyabr tarixli **********44 nömrəli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2020-cı ıl 13 mart tarixli 02/1175-R nömrəli məktubları və Memarlıq və tikinti şöbəsinin 2020-cu ıl 28 oktyabr tarixli 76 nömrəli vəsatəti nəzərə alınaraq Goytəpə şəhər xəstəxanasının tikintisi uçun Göytəpə şəhəri ərazisində dövlət mülkiyyətinə aid 2.0 ha torpaq sahəsi ayrılsın. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 **********429 nömrəli, 04 fevral 2020-ci il tarixində notarial qaydada verdiyi ərizədən müəyyən olunur ki, o, Cəlilabad rayonu, Göytəpə şəhəri, F.Bayramov küçəsində yerləşən mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi 21769.2 kv.m torpaq sahəsinin 20000 kv.m-dən imtina etmiş və 1769.2 kv.m istifadəsində qalmaqla texniki pasportda cari dəyişiklik edilməsinə və yeni çıxarış verilməsinə etiraz etməmişdir. Cavabdeh Başçısının aparatının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 1035 nömrəli məktubunda qeyd edilmişdir ki, Göytəpə şəhərində xəstəxana tikintisi ilə əlaqədar Cavabdeh başçısının 2020-ci il 29 oktyabr tarixli 92 nömrəli Sərəncamı ilə rayonun Göytəpə şəhəri ərazisində 2,0 hektar torpaq sahəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin istifadəsinə ayrılmışdır. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin e-2(006)-3068/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər “X13” MMC-yə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Baki Kommersiya Məhkəməsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-210/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilmiş, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan istehsal təyinatlı, ümumi sahəsi 1153,3 m2 (torpaq sahəsi 0,1214 ha) olan “Əmlak kompleksi kimi müəssisə”də, həmçinin onun yerləşdiyi və (dövlət mülkiyyətində olmaqla) istifadəsində olan torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, söküntü, tikinti, təmir işlərinin aparılması “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinə və digər şəxslərə qadağan olunmuşdur. Müvəqqəti təminat tədbiri 1 ay müddətinə tətbiq edilməklə, xx.xx.2024-cü il qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 X5 Ekspertiza Baş İdarəsinin “Cəlilabad rayonu, 60 çarpayılıq Göytəpə şəhər xəstəxana binası” obyektinin tikinti layihəsinə aid № 36060 nömrəli, xx.xx.2023-cü il tarixli ekspertiza rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Cəlilabad rayonu, 60 çarpayılıq Göytəpə şəhər xəstəxana binası (İ mərhələ üzrə ümumi tikinti işləri)nın resurs metodu ilə hesablanan lokal smetalar üzrə cəmi - 4995,378 min manat, o cümlədən TQİ 4995,378 min manat dəyərində layihəsmeta sənədləri razılaşdırılır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonun Göytəpə şəhərində yerləşən dövlət mülkiyyətində olan, xəstəxana tikintisi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ayrılması nəzərdə tutulan 2.0 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanmasından ötrü Cəlilabad rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 128 nömrəli məktubu X4 Təşkili üzrə Dövlət Agentliyinə daxil olmuşdur. Həmin müraciətə əsasən yerquruluşu planının hazırlanmasından ötrü, Əmlak Məsələləri Dövlət Xidtmətinin Cəlilabad Ərazi şöbəsinin nümayəndəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad Layihə Tədqiqat İdarəsinin nümayəndəsinin, Cavabdeh nümayəndəsinin iştirkaları ilə naturada həmin torpaq sahəsinə baxış keçirilmiş və akt tərtib edilmişdir. Hazırlanmış yerquruluşu planı xx.xx.2020-ci il tarixdə ********** nömrəli məktubla aidiyatı üzrə təqdim edilmişdir. Əlavə olaraq bildirir ki, müraciətnizdə qeyd etdiyiniz akt naturada baxış keçirilən zaman tərtib edilmiş baxış aktıdır və müraciətinzə qoşma etdiyiniz baxış aktı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin elektron sənəd dövriyyəsində olan baxış aktı ilə eynilik təşkil edir. Həmin 2020-ci il tarixli baxış aktı ilə baxış zamanı torpaq sahəsinin mülkiyyət növünün dövlət, kateqoriyasının ehtiyat fondu torpaqları, uqodiyasının örüş, tikili və obyektin mövcud olmaması, kommunikasiya xətlərinin 10 kv elektrik xəttinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Dövlət reyestrindən verilmiş **********23-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın, 20000 kv.metr torpaq sahəsindən imtina etməsi barədə və həmin ərizənin icra olunmadan geri qaytarılması barədə İddiaçı nümayəndəsi X2 ərizələrinin təsdiq olunmuş surətləri göndərilir. Eyni zamanda qeyd olunur ki, əmlak kompleksinin məhv olunması və onun üzərində əmlakın məhvinə dair hər hansı əməliyyat aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət daxil olmadığından **********23-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış qüvvədə qalmışdır. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyərək, iddia, etiraz ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə müəyyən edir ki, iddiaçının hüquqi marağı Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan 1153.3 kvadrat metr “Əmlak kompleksi kimi müəssisə”, həmçinin onun yerləşdiyi və istifadəsində olan 21907.6 kvadrat metr torpaq sahəsi iddiaçının mülkiyyətindən və istifadəsindən məhrum edilərək söküntü, tikinti, təmir işləri aparıldığı üçün 590000 AZN kompensasiyanın Cavabdehndən tutularaq onun xeyrinə ödənilməsindən ibarətdir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən dövlət mülkiyyətində olan və istifadəyə verilmiş 0.1214 ha torpaq sahəsində ümumi sahəsi 1153.3 ha Əmlak kompleksinə dair mülkiyyət hüququ İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 **********429 nömrəli, 04 fevral 2020ci il tarixində notarial qaydada verərək Cəlilabad rayonu, Göytəpə şəhəri, F.Bayramov küçəsində yerləşən mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi 21769.2 kv.m torpaq sahəsinin 20000 kv.m-dən imtina etmiş və 1769.2 kv.m istifadəsində qalmaqla texniki pasportda cari dəyişiklik edilməsinə və yeni çıxarış verilməsinə etiraz etməmişdir. Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 92 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2020-cı il 22 yanvar tarixli 11/19-379 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2020-cı il 20 oktyabr tarixli **********44 nömrəli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2020-cı ıl 13 mart tarixli 02/1175-R nömrəli məktubları və Memarlıq və tikinti şöbəsinin 2020-cu ıl 28 oktyabr tarixli 76 nömrəli vəsatəti nəzərə alınaraq Goytəpə şəhər xəstəxanasının tikintisi uçun Göytəpə şəhəri ərazisində dövlət mülkiyyətinə aid 2.0 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planläşdirma Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin Azerbaycan Respublikası Səhiyyə Mazırlıyirım sifarişi əsasında xəstəxana binasının tikintisi məqsədilə aynimasına rəy bildirilməsi barədə xx.xx.2020-ci il tarixli, 129 nömrəli məktubunuza Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Bildiririk ki, yuxarıda qeyd olunan məktuba qoşma edilmiş cizgi üzrə ayrılması təklif olunan 2,0 ha torpaq sahəsinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanının müddəalarına riayət etmək, həmçinin torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə ayrılmasına etiraz etmirik. Bundan sonra həmin torpaq sahəsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin sifarişi əsasında xəstəxana tikintisi məqsədilə ayrılmasına dair müvafiq rəylər alınmış və sifariş əsasında tikintiyə başlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 X5 Ekspertiza Baş İdarəsinin “Cəlilabad rayonu, 60 çarpayılıq Göytəpə şəhər xəstəxana binası” obyektinin tikinti layihəsinə aid № 36060 nömrəli, xx.xx.2023-cü il tarixli ekspertiza rəyi tərtib edilmiş və rəyin nəticə hissəsində qeyd edilmişdir ki, Cəlilabad rayonu, 60 çarpayılıq Göytəpə şəhər xəstəxana binası (İ mərhələ üzrə ümumi tikinti işləri)nın resurs metodu ilə hesablanan lokal smetalar üzrə cəmi - 4995,378 min manat, o cümlədən TQİ 4995,378 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılır. Bundan başqa İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonun Göytəpə şəhərində yerləşən dövlət mülkiyyətində olan, xəstəxana tikintisi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ayrılması nəzərdə tutulan 2.0 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanmasından ötrü Cəlilabad rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 128 nömrəli məktubu X4 Təşkili üzrə Dövlət Agentliyinə daxil olmuşdur. Həmin müraciətə əsasən yerquruluşu planının hazırlanmasından ötrü, Əmlak Məsələləri Dövlət Xidtmətinin Cəlilabad Ərazi şöbəsinin nümayəndəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad Layihə Tədqiqat İdarəsinin nümayəndəsinin, Cavabdeh nümayəndəsinin iştirkaları ilə naturada həmin torpaq sahəsinə baxış keçirilmiş və akt tərtib edilmiş, hazırlanmış yerquruluşu planı xx.xx.2020-ci il tarixdə ********** nömrəli məktubla aidiyatı üzrə təqdim edilmişdir. Əlavə olaraq bildirir ki, müraciətdə qeyd edilən akt naturada baxış keçirilən zaman tərtib edilmiş baxış aktıdır və müraciətinzə qoşma etdiyiniz baxış aktı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin elektron sənəd dövriyyəsində olan baxış aktı ilə eynilik təşkil edir. Həmin 2020-ci il tarixli baxış aktı ilə baxış zamanı torpaq sahəsinin mülkiyyət növünün dövlət, kateqoriyasının ehtiyat fondu torpaqları, uqodiyasının örüş, ərazidə tikili və obyektin mövcud olmaması, kommunikasiya xətlərinin 10 kv elektrik xəttinin olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olmuş əmlak kompleksinin cavabdeh tərəfindən sökülməsi öz təsdiqini tapmır, həmçinin iddiaçı tərəfindən də həmin halı sübut edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulduğunu əsaslandıra bilmir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya müxtəlif tarixlərdə hüquqi yardım məktubları ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Beləliklə, məhkəmə işin faktiki və hüquqi əsaslarına istinadən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar