Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-155/2021 12.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 оğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş idarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********3205 saylı qərarın ləğv edilməsi” tələbinə dair işə xx xxxx 2021-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********3205 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin 3 saylı Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin Qusar rayonun Cağar kəndi ərazisində yerləşən Çəyirdəkli-Tumlu meyvə bağında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada bağlanmış əmək müqavilələsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək “Operativ vergi nəzarətinin həyata keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli **********0761 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərarla yanaşı “Operativ Vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2020-ci il tarixli **********0797 nömrəli Tələbnamə tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə həmçinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********0796 nömrəli Qərar qəbul edilmişdir. Bu qərarlar və tələbnamə iddiaçıya təqdim edilmədən, onu tanış etmədən Vergi əməkdaşları tərəfindən İddiaçı MMC-nin Qusar rayonun Cağar kəndi ərazisində yerləşən Çəyirdəkli-Tumlu meyvə bağında yoxlama aparılaraq xx.xx.2020-ci il tarixli yerli Akt tərtib edilmiş, meyvə bağında işləyən 30 nəfər işçinin izahatlarını almış, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamənin təqdim edilməsinə dair xx.xx.2020-ci il tarixli akt tərtib etmiş, Əmək müqaviləsi bildirişlərinin siyahısının götürülməsi barədə xx.xx.2020-ci il tarixli DVX seriyalı 000025 saylı Protokol tərtib edilmişdir. Qeyd olunan sənədlər əsasında yoxlamaya cəlb edilmiş vergi əməkdaşları tərəfindən “Əmək müqaviləsi bildirişlərinin siyahısına, sonra isə həmin akt əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakti) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətini nəticəsi haqqında” xx.xx.2020-ci il tarixli, DVX seriyalı 000052 saylı AKT tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli DVX seriyalı 000052 saylı Akt əsasında isə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər idarəsi tərəfindən Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən xx.xx.2020-ci il tarixli **********3205 saylı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən İddiaçı MMC Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 30 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 60000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilmişdir. Qərar akta istinad edildiyindən Qərarda işin halları qeyd edilməmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinədə nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qərarda istinad edilmiş xx.xx.2020-ci il tarixli 000052 saylı Aktda qeyd edilmişdir ki, İddiaçı MMC-nin Qusar rayonun Cağar kəndi ərazisində yerləşən Çəyirdəkli-Tumlu meyvə bağında 30 nəfər işçi Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmaqla, onlarla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş, eyni zamnada Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Həmin işçilərin siyahısı və izahatları akta əlavə olunmuşdur. Vergi Məcəlləsinin 218.1-ci maddəsinə görə aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər (218.4.4). Göründüyü kimi, Vergi orqanının tərtib etdiyi Aktda istinad etdiyi qanunvericilik normasında iddiaçının fəaliyyət sahəsi və orda çalışan işçilərin adları yoxdur. Cavabdeh 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli **********3205 saylı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar əsassız və qaunsuzdur. Belə ki, Vergi Məcəlləsinin 50.3-cu maddəsinin tələbinə görə Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Lakin opertativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri İddiaçı MMC-nin Qusar rayonun Cağar kəndi ərazisində yerləşən Çəyirdəkli-Tumlu meyvə bağında vergi nəzarətini həyata keçirərkən vergi orqanının qərarını Vergi ödəyicisi olan İddiaçı MMC-nin rəhbər işçisinə təqdim etməmiş, nəzarətin həyata keçirilməsini ona bildirməmiş, qanunvericiliyin tələbini pozaraq vergi ödəyicisi və ya onun qanuni nümayəndəsinin iştirakı olmadan vergi nəzarətini həyata keçirmiş, qeyri-obyektiv, həqiqəti əks etdirməyən, iddiaçının hüquqlarını pozan və maraqlarına toxunan, qanunsuz, əlverişsiz inzibatı akt tərtib etmişdir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri İddiaçı MMC-nin meyvə bağları sahəsinə daxil olduqdan sonra Cəmiyyətin Nəzarət kitabçacına gəlişini və gəlişinin məqsədini qeyd etməmiş, həmçinin bağdan çıxanda da Nəzarət Kitabçasında çıxışını qeyd etməmişdir. İddiaçı MMC-nin meyvə bağlarında operativ nəzarəti həyata keçirərkən özlərinin qanunsuz hərəkətlərinə don geyindirmək üçün heç bir səlahiyyəti olmayan Cəmiyyətin işçisi X2 adını tərtib etdikləri sənədlərdə hallandıraraq Operativ vergi nəzarəti orqanının qərar və təlimatlarını sıravi işçiyə təqdim etdiklərini, onun bu sənədləri qəbul etməkdən imtina etməsini qeyd etmişlər. Faktiki olaraq VM-nin 40.1-ci maddəsinin tələbinə görə vergi yoxlamasının keçirilməsi haqqında qərarı təqdim etdikdən sonra yoxlamanı həyata keçirməli idilər. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri xx.xx.2020-ci il tarixli, DVX seriyalı 000052 saylı Aktda iddiaçının bağ sahəsində 30 nəfər şəxsin əmək müqavilələrinin hüquqi qüvvəyə minmədən həmin şəxslərin bağda meyvə toplanması işinə cəlb edilməsini göstərmişlər. Xüsusi olaraq qeyd etmək istərdik ki, iddiaçının hüquqi ünvanı və ofisi Lənkəran rayonunda yerləşir. Operativ vergi nəzarəti isə Qusar rayonunda həyata keçirilmişdir. Bu rayonlar arasında 450 km məsafə vardır. Vergi nəzarəti ilə bağlı telefon vasitəsi ilə Cəmiyyətin mühasibinə bildirildikdə onun tərəfindən elektrton formada əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyata alınmasına dair reyestrdən çıxarış göndərilmiş və nəzarəti həyata keçirən vəzifəli şəxslərə təqdim edilmişdir. Bundan əlavə heç bir sənəd tələb edilməmişdir. Həmin işçilərlə əmək müqaviləsinin xx.xx.2020-ci il tarixdə bağlandığı və elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edildiyi və xx.xx.2020ci il tarixdə əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyata alındığı reyestrdən çıxarışda öz əksini tapmışdır. Lakin operativ vergi nəzarətini həyata seçirən 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən həmin sənədin həqiqiliyi heç bir əsas olmadan, qanunsuz olaraq şübhə altına alınmış, əmək müqavilələrinin operativ vergi nəzarəti həyata keçiriləndən sonra sistemə işlənməsini qeyd etmişlər. Cavabdehin tərtib etdiyi sənədlərdən görünür ki, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri xx.xx.2020-ci il tarixdə saat 9-27-də iddiaçının bağ sahəsinə daxil olmuşlar. Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatına dair reyestrdən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli, DVX seriyalı 00052 saylı AKT-da qeyd olunan 30 ədəd əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması barədə təsdiqləyici məlumatlar işəgötürənə xx.xx.2020-ci il tarixdə saat 09-26, 09-29, 09-30, 09-31, 09-32, 09-33 və bu ardıcıllıqla saat 10-00-a kimi göndərilmişdir. Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbinə görə Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Yəni, elektron imza vasitəsi ilə elektrton informasiya sisteminə daxil edilmiş 30 ədəd əmək müqavilələrinin bildirişləri (faktiki olaraq xx.xx.2020ci il tarixdə 34 əmək müqaviləsi bildirişi qeydiyyata alınmışdır-çıxarış əlavə olunur) bir-bir elektron sistemə daxil olmaqla elektron imza ilə təsdiq edilməklə işlənmişdir ki, bunun üçün də xeyli vaxt lazımdır. xx.xx.2020-ci il tarixdə elektron sistemdə 34 ədəd əmək müqaviləsi bildirişinin təsdiq edilməsi açıq-aşkar göstərir ki, həmin bildirişlər təsdiqlənmələrindən əvvəl sistemə işlənmişdir. Bu da cavabdehin şübhə ilə yanaşdığı sənədlərin doğruluğunu təsdiq edir və vergi orqanı tərəfindən əsassız və qanunsuz akt tərtib edildiyini təsdiqləyir. Bundan başqa, Vergi orqanı xx.xx.2020-ci il tarixli aktın 09-00 başlanıb 15-00 qurtardığını qeyd etmişdir. Saat 15-00 kimi isə bütün müqavilələr qeydiyyatdan keçmişdir. Belə olan halda, cavabdehin həmin müqavilələrinin həqiqiliyini şübhə altına almasına heç bir əsas yoxdur, bu akt qeyri-obyektiv, qərəzli tərtib edilmişdir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri iddiaçının bag sahəsində çalışan 30 nəfər işçidən izahat almışlar. İzahatı alınmış işçilər "İddiaçı” MMC-nin Qusar rayonunun Cağar kəndidə yerləşən bag sahəsində işləmək üçün xx.xx.2020-ci il tarixdə cəmiyyətə ərizə ilə müraciət etmələrini və xx.xx.2020-ci il tarixdə saat 08-00-dən bağ sahəsində işə başladıqlarını, lakin əmək müqaviləsi bağlamadıqlarını göstərmişlər. Əmək müqaviləsi bağlamadıqları və onu imzalamadıqları barədə izahatlarının vergi əməkdaşlarının diktəsi ilə yazılması heç bir şiibhə doğurmur, vergi əməkdaşları niyyətli Aktlarını tətrib etmək üçün bu məzmunda işçilərə izahat yazdırmışlar. Lakin yanlışlığa yol vermişlər. Əvvəla, həmin şəxslərlə xx.xx.2020-ci il tarixdə əmək müqavilələri bağlanmış, müqavilələri özləri imzaları ilə təsdiq etmiş, ərizələri, müqavilələr və şəxsiyyət vəsiqələrinin surətləri sistemə işlənmiş və əmək müqavilələrinin bildirişləri xx.xx.2020-ci il tarixdə elektron sistemdə qeydiyyata alınmışdır. Yəni operativ nəzarət həyata keçirildiyi anlarda 450 km məsafədən əmək müqavilələrini imzalamaq imkan xaricindədir. Bu da həmin izahatların təsir altında və ya aldadılaraq yazıldığını təsdiq edir. Bundan başqa, bir anlıq cavabdehin mövqeyindən yanaşsaq, yenə də cavabdeh tərəfindən əsassız və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, izahatı alınmış və əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi göstərilən 30 nəfər şəxsin etiraflarından görünür ki, onlar yoxlama günü ilk dəfə işə çıxmışlar. Belə olan halda, 1-2 saat ərzində 30 nəfər səxslə əmək müqaviləsi bağlamaq, onları sistemə işləmək qeyri-mümkündür. xx.xx.2020-ci il tarixli DVX seriyyalı 000052 nömrəli Aktın əsassız və qanunsuz olması Aktda göstərilən 30 nəfər şəxslə xx.xx.2020-ci il tarixdə əmək müqavilələrinin bağlanması və onları işə götürmələri barədə əmrlərin olmasıdır. Təbii ki, yenə də xx.xx.2020-ci il tarixdə saat 09-00-dan 09-27 kimi 30 nəfər şəxs barəsində əmr yazmaq imkan xaricindədir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərində də qeyd olunan 30 nəfər şəxslə xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinin bağlandığı, bildirişlərin xx.xx.2020-ci il tarixdə təsdiqləndiyi öz əksini tapmışdır.(Əmək müqaviləsi bildirişləri əlavə edilir) Müvafiq zəruri sənədlərin vergi orqanına təqdim edilməsi barədə tələbnamə Cəmiyyətə elektron formada xx.xx.2020-ci il tarixdə təqdim edilmiş, xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi - Baş mühasibi zəruri olan bütün sənədləri Lənkəran rayonundan Quba rayonuna 3 saylı Ərazi Vergi İdarəsinə aparmış, lakin cavabdehin vəzifəli şəxsləri (idarə rəisinin müavini Vüqar və Elman adlı şəxslər) tələb olunan sənədləri qəbul etməkdən imtina etmiş və bundan sonra xx.xx.2020-ci il tarixdə həmin aktı sistemə işləmişlər. Bu da vergi əməkdaşlarının qərəzli mövqeyini və qanunsuz Akt yazdıqlarını təsdiqləyir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı iddiaçı və ya onun səlahiyyətli nümayəndələri iştirak etməmiş, onların iştirakı təmin edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən İddiaçı MMC-nin “Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 30 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 60 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsinə dair xx.xx.2020-ci il tarixli **********3205 saylı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarını maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz əlverişsiz inzibati akt hesab edib ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirib, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X4 Haqqında şəhadətnamədən görünür ki, İddiaçı MMC xx.xx.2016cı il tarixdə ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********0761 nömrəli qərardan görünür ki, İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2i ünvanında yerləşən çəyirdəkli-tumlu meyvə bağları sahəsində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Operativ Vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********0797 nömrəli xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, iddiaçının İddiaçındən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada bağlanmış əmək müqavilələrinin (kontraktın) hüquqi qüvvəyə minməsi barədə bildirişlər, bağlanmış xidmət müqavilələri, şəxsiyyəti təsdiq edən sənədlərin surəti, nəzarət kitabçası və operativ vergi nəzarəti ilə əlaqədar digər zəruri sənədlər tələb olunmuşdur. İş materiallarında olan KY201456715 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Operativ Vergi nəzarətinin həyata keçirilməsi barədə məlumat xx.xx.2020-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli, seriya DVX № 000025 nömrəli protokoldan görünür ki, İddiaçındən işçilərinin əmək müqaviləsi bildirişlərinin siyahısı götürülməsinin həyata keçirilməsi saat 09.20-də başlamış və 15.00-da qurtarmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, seriya DVX № 000025 nömrəli aktdan görünür ki, İddiaçı ünvan 2i ünvanında yerləşən çəyirdəkli-tumlu meyvə bağlarında meyvə yığılması işlərinin görülməsinə cəlb olunmuş 45 nəfər fiziki şəxsdən 30 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və operativ vergi nəzarəti tədbiri nəticəsində izahatı alınmış 30 nəfər fiziki şəxsin (işçinin) yazılı izahatlarından görünür ki, nahar fasiləsi 2 saat olmaqla, onların iş saatı 08.00-dan başlayır və 18.00-da başa çatır. İş materiallarında olan 3 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktın məzmunundan görünür ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********0761nömrəli qərarın icrası ilə bağlı İddiaçınə məxsus olan ünvan 3i ünvanında yerləşən meyvə bağında xx.xx.2020-ci il tarixində saat 08.55-də operativ vergi tədbirinə başlanılmış, tərəflərindən 09.20-dək bağ sahəsində işləyən 45 işçi aşkar edilmişdir. Daha sonra onlarla əmək müqavilələrinin bağlanılması vəziyyəti vergi orqanında olan məlumatlarla üzləşdirilmiş və həmin şəxslərdən 30 işçi ilə əmək müqavilələrinin bağlanılmadığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********3205 saylı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərardan görünür ki İddiaçı MMC-nə 30 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 60.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktubuna əlavə olunmuş İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, operativ vergi nəzarəti tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçilərin bildirişləri xx.xx.2020-ci il saat 09:26-dan başlayaraq qeydiyyata alınmışdır. İş materiallarında olan əslinə baxış keçirilərək surəti iş materiallarına əlavə olunmuş əmrlər kitabından görünür ki, operativ vergi nəzarəti tədbiri nəticəsində ünvan 2ində yerləşən bağ sahəsində aşkar edilmiş işçilər İddiaçı müvafiq əmri ilə xx.xx.2020-ci il tarixindən işə qəbul edilmişdirlər və həmin işçilərin iş yeri ünvan 4ində yerləşən bağ sahəsi göstərilmişdir. İş materiallarında olan eyni məzmunlu xx.xx.2020-ci il tarixli əmək müqavilələrinin məzmunundan görünür ki, əmək müqaviləsi üzrə işçi işə xx.xx.2020-ci il tarixindən başlayır, aylıq ödənişi 250 manat olmaqla, hər ay əmək haqqı ödənilir. İşçinin iş saatı 09.00-dan başlayır, 17.00-da qurtarır, iş bir növbəlidir, birinci növbə 08.00-dan başlanır və saat 17.00-da qurtarır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, **********862300 nömrəli etirazında qeyd edilmişdir: “məlumat üçün bildiririk ki, icraatınızda İddiaçı MMC-nin (VÖEN: **********) (bundan sonra iddiaçı) cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (bundan sonra cavabdeh) inzibati mübahisəyə dair iş vardır. İddiaçı cavabdehə qarşı “xx.xx.2020-ci il tarixli, **********3205 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, iddia ərizəsi üzrə iddia tələbi tam əsassızdır: Öncəliklə iddianın əsassızlığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirik: Təqdim edilən iddia ərizəsi üzrə mübahisə predmeti ilə əlaqədar bildiririk ki, İddiaçınə (VÖEN:**********) məxsus, ünvan 4i ünvanında yerləşən Cəyirdəkli-tumlu meyvə bağları sahəsi (**********- 47001) obyektində 3 saylı Ərazi Vergilər İdarəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrinə əsasən xx.xx.2020-ci il tarixli **********0761 nömrəli Qərarı ilə operativ vergi nəzarəti keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 30 (otuz) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə xx.xx.2020-ci il tarixli, DVX seriyalı, 000052 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş akt əsasında 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********3205 nömrəli ‘‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Operativ vergi nəzarəti zamanı vergi qanunvericiliyinin pozulması faktlarını təsdiq edən işlərin yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin izahatları və şəxsiyyət vəsiqələrinin surətləri alınmışdır. İddia ərizəsində qeyd olunan faktları, dəlilləri və arqumentləri təkzib edən sübutların təsdiq olunmuş surətləri məhkəmə təqdim olunmuşdur. Bununla yanaşı qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı təqdim etdiyi iddia ərizəsində birmənalı şəkildə işçilərlə əmək müqavilələrinin xx.xx.2020-ci ildə bağlandığını, əmək müqavilələri üzrə bildirişlərin xx.xx.2020-ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alındığlarını təsdiq edir. Eyni zamanda iddiaçı sanki özünü müdafiə məqsədi ilə qeyd etmək istədiyi faktın belə mübahisələndirilən inzibati aktın qanuni və əsaslı olmasını təsdiq etməsi də iddia ərizəsində aşkar görünməkdədir. Belə ki, iddiaçı özünü müdafiə məqsədi ilə qeyd edir ki, “əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi göstərilən 30 nəfər şəxsin etiraflarından görünür ki, onlar yoxlama günü ilk dəfə işə çıxmışlar. Belə olan halda, 1-2 saat ərzində 30 nəfər şəxslə əmək müqaviləsi bağlamaq, onları sistemə işləmək qeyri-mümkündür. İddia ərizəsində qeyd olunan dəlillərin əsassızlığı ilə bağlı qeyd etməyi zəruri hesab edirəm ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsi üzrə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinin əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığı təşkil edir. Yuxarıda qeyd olunan fakt və dəlillərdən də göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 30 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsi cəlb edilmişdir. Lakin vergi nəzarətinin həyata keçirildiyini görən iddiaçı vergi məsuliyyətindən yayınmaq məqsədi ilə həmin işçilərin yoxlama keçirilən zaman, yəni artıq vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas olan faktlar aşkar olunduqdan dərhal sonra sözügedən işçilərin elektron informasiya sistemində qeydiyyata alınmalarını təmin etmişdirlər. Vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas olan mübahsiə predmeti üzrə əməlin (hərəkət və ya hərəkətsizliyin) baş verməsi hüquq pozuntusu sayılmaqla əməli törədən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün əsas yaradır. Həmçinin qeyd edirik ki, Vergi Məcəlləsinin 54-cü mədəsinə əsasən hüquq pozuntusunun daha sonra aradan qaldırılması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hal hesab edilmədiyindən iddiaçının iddia ərizsində qeyd etdiyi fakların əsassızlığı bir daha təsdiqini tapır. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin təqdim etdiyi iddia ərizəsi üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edəsiniz”. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlardan və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, İddiaçınə (VÖEN:**********) məxsus, ünvan 4i ünvanında yerləşən Cəyirdəkli-tumlu meyvə bağları sahəsi (**********- 47001) obyektində 3 saylı Ərazi Vergilər İdarəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrinə əsasən xx.xx.2020-ci il tarixli **********0761 nömrəli Qərarı ilə operativ vergi nəzarəti keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 30 (otuz) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə xx.xx.2020-ci il tarixli, DVX seriyalı, 000052 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş akt əsasında 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********3205 nömrəli ‘‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Hazırda iddiaçı həmin qərarla razılaşmayaraq onun ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını və tədqiq olunan sübutları aşağıdakı hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə görə işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə görə işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü madəsinin 5-ci əndinə görə əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-1-ci bəndinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 3-cü maddəsinin 8-ci bəndinə görə iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddənin 1-ci bəndinin “h” yarım bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Həmin Məcəllənin 47-ci maddəsinin “b” bəndinə əsasən təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-2-ci bəndinə görə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə görə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-2-ci bəndinə görə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Həmin Məcəllənin 49-cu maddəsinin 3-cü bəndinə görə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Həmin Məcəllənin 49-cu maddəsinin 4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən hüquq normalarının təbiətindən görünür ki, işçi ilə işəgötürən arasında əmək münasibətləri tərəflər (işçi ilə işəgötürən) arasında bağlanmış əmək müqaviləsi ilə tənzimlənir. Eyni zamanda müəyyən olunur ki, əmək müqaviləsi bu barədə bildirişin qeydiyyata alındığı andan hüquqi qüvvəyə malik olur. Həmçinin qeyd olunan hüquq normaları ilə müəyyən olunur ki, işçinin əmək funksiyalarının icrasına başlanması və qurtarması anı, o cümlədən əmək funksiyalarının icrası yeri əmək müqaviləsi ilə tənzimlənir. İş materiallarında olan əmək müqavilələrindən görünür ki, iddiaçı tərəfindən cəlb olunmuş 30 nəfər işçi işə xx.xx.2020-ci il tarixindən başlayır və işə başlama saatı 09:00, birinci növbənin başlama saatı isə 08:00 göstərilmişdir. Hətta iş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və operativ vergi nəzarəti tədbiri nəticəsində izahatı alınmış 30 nəfər fiziki şəxsin (işçinin) yazılı izahatlarından görünür ki, həmin işçilər işə başlama saatının 08:00 (əmək müqaviləsi üzrə birinci növbəli) olduğunu təsdiq edirlər. Belə olduğu halda, yəni işçinin işə başlamalı olduğu ana kimi iddiaçı (işəgötürən) sözügedən əmək müqavilələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmasını təmin etməli idi. Bu hal həmçinin işçilərin əmək hüquqlarının (əmək haqqının hesablanması, məzuniyyət hüququnun yaranması və s.) və gələcəkdə pensiya təminatının təmin olunmasına xidmət etmiş olur. Lakin işin faktiki hallarından görünür ki, xx.xx.2020-ci il tarixindən əvvəlki ötən günlər ərzində, yəni əmək müqaviləsi bağlandığı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi, hətta faktiki əmək funksiyalarını icra etdiyi ana (xx.xx.2020-ci il tarixə saat 08:00-a) kimi işçilərin əmək müqavilələrinin qeydiyyatı aparılmamışdır. Belə ki, iddiaçı tərəfindən əmək müqavilələrinin xx.xx.2020-ci il tarixində qeydiyyata alınmasına dair bildiriş olmasına baxmayaraq, iş materiallarında olan sənədlərdən (AR ƏƏSM Naziriliyi yanında DƏMX-nin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubundan) müəyyən olunur ki, cəlb olunmuş 30 nəfər fiziki şəxsin əmək müqavilələrinə dair bildirişlər elektron informasiya sistemində həmin günü saat 09:26-da sonra yəni işçilərin işə başlama saatından (09:00-dan, birinci növbə üzrə isə 08:00-dan) sonra qeydiyyata alınmışdır. Hansı ki, iş materialında olan sənədlərdən (akt, protokol, izahat) təsdiq olunur ki, artıq 09:20-ə kimi əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş sözügedən 30 nəfər işçi iş yerində olmuşlar. Göründüyü kimi, əmək müqaviləsinin qeydiyyatının aparılması (elektron informasiya sisteminə yerləşdirilməsi) işəgötürən kimi iddiaçının bir başa vəzifəsi olmasına baxmayaraq, iddiaçı öz vəziəfəsini icra etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək Vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı məsələləri (50.1.7-ci bəndi) əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını hazırkı işə tətbiqi baxımdan qeyd edir ki, operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinə (iddiaçıya) maliyyə sanksiyası o halda tətbiq oluna bilər ki, iddiaçı (işəgötürən) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri (30 nəfər işçini) hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş olsun. İşin müəyyən edilən hallarından görünür ki, xx.xx.2020-ci il tarixdə yəni, operativ vergi nəzarəti tədbirinin həyata keçirlidiyi vaxt iddiaçı ilə əmək müqaviləsi bağlayan işçilər (30 nəfər) əmək funksiyalarının icrası üçün nəzərdə tutulmuş iş yerində olmuş, işçilərin əmək funksiyasının icrasına başlanma tarixinin və vaxtının xx.xx.2020-ci il tarixi saat 09:00, birinci növbə üçün isə 08:00 (işçilərin verdiyi izahata görə isə 08:00) olduğunu nəzərə alsaq (hətta xx.xx.2020-ci il saat 09:00 olsa belə) həmin vaxt üçün əmək müqaviləsi bildirişləri qeydiyyatdan keçməmiş, yəni işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməmişdir. Başqa sözlə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 30 nəfər işçini işə cəlb etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində qeyd edilən faktlar aşkar edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli, DVX seriyalı, 000052 nömrəli akt tərtib edilmişdir. Məhz bu akta əsasən maliyyə sanksiyasının təbiqi ilə bağlı xx.xx.2020-ci il tarixli **********3205 nömrəli ‘‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Məhkəmə onu da qeyd edir ki, işə götürülmüş işçilərin əmək funksiyalarının icrasına xx.xx.2020-ci il tarixindən deyil, məhz xx.xx.2020-ci il tarixindən başlanmalı olması ilə bağlı iddiaçının dəlilləri də iş materiallarında olan sənədlər ilə öz təsdiqin tapmır. Ümumiyyətlə xx.xx.2020-ci il tarixində bağlanmış və əmək funksiyalarının icrasına həmin tarixdən başlanması şərtləndirilmiş əmək müqaviləsinin, müqavilənin bağlandığı və ya ən çoxu sonrakı gündən deyil, 21 gündən sonra (xx.xx.2020-ci ildə) qeydiyyata alınması anlaşılan deyildir. Belə ki, iddiaçı tərəfindən cəlb edilmiş işçilərin görəcəyi işlərin mövsümi xarakter daşıması və yaxud işlərinin başlanmasının hər hansı hadisə ilə (hava şəraiti, meyvələrin yetişməsi və s.) şərtdləndirilməsi ilə bağlı əmək müqaviləsində hər hansı qeyd yoxdur. İşin faktiki haları onu deməyə imkan verir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 30 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsi cəlb etmişdir. Lakin vergi nəzarətinin həyata keçirildiyini görən iddiaçı vergi məsuliyyətindən yayınmaq məqsədi ilə həmin işçilərin yoxlama keçirilən zaman, yəni artıq vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas olan faktlar aşkar olunduqdan sonra sözügedən işçilərin elektron informasiya sistemində qeydiyyata alınmalarını təmin etmişdir. Bununla da məhkəmə yuxarıda qeyd edilən əsaslara görə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********3205 nömrəli qərarı qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********3205 saylı qərarın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********3205 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-155/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-155/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver