Məhkəmə qərarları › İş №2-1(120)-155/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-155/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-155/2023 12.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “pensiyanın düzgün hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 9 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, pensiyanın düzgün hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 9 saylı regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqddan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 1992-ci ildən yaşa görə əmək pensiyası alır. 1992-ci ilə kimi 43 il əmək stajı olmuşdur. Bu müddət ərzində həmişə yüksən əmək haqqı almışdır. Dəfələrlə müraciət etmişdir ki. onun pensiyasıdüzgün hesablanmamışdır. 1992- ci ildən başlayaraq 24 manat pensiya almışdır. Sonralar onun pensiyası 186 manata qaldırılmışdır. O, ağır texnikalar işlətmişdir, həmişə də yüksən əmək haqqı və mükafatlar almışdır. Onunla birlikdə işləyənlər 250 manatdan yuxarı pensiya alırlar.Hesab edir ki. onun pensiyasıdüzgün hesablanmamışdır. Bu barədə dəfələrlə cavabdeh təşkilata müraciət etmişdir, lakin bir nəticəsi olmamışdır. Sonuncu dəfə cavabdeh tərəf ona imtina məktubu yazaraq, onun pensiyasının “Əmək pensiyaları haqqında" AR Qanunun tələblərinə uyğun düzgün hasablandığını qeyd etmişdirlər. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı məhkəməyə ünvanladığı iddiaya yazılı münasibətində (etirazında) qeyd edir ki, iddiaçı iddia ərizəsində ona təyin edilən yaşa görə əmək pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.İddiaçı hal hazırda ona ödənilən pensiya məbləğinin düzgün hesablanmadığını, daha artıq məbləğdə pensiya təyin edilməli olduğunu iddia edir.xx.xx.1998-ci il tarixdə İddiaçı yaşa görə əmək pensiyası təyin olunmuşdur.Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.2006-cı il tarixədək 37 il 2 ay 26 gün sığorta stajına əsasən yaşa görə əmək pensiyası hesablanmışdır. Həmçinin Qanunun 29 1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən əmək pensiyası indeksləşdirilərək xx.xx.2021 -ci il tarixindən 301,15 manata çatdırılmışdır. İddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir:“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Həmin Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.Həmin Qanunun 29.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan stehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır.Sözügedən Qanunun 29,2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir.Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH.Həmin Qanununun 10.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (xx.xx.2016-cı il tarixə 110 manat müəyyən edilmişdir.) Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T düsturu ilə müəyyən edilir. T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı= 144 ay Sözügedən Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən "esablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən: 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. İddiaçı Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1740/2013 saylı qətnaməsi ilə təsdiq olunan 01,07.1957-ci il tarixindən xx.xx.1967-ci il tarixinədək Cəlilabad rayonu “22- ci Qurultay” adına kolxozdakı fəaliyyət dövrləri və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin xx.xx.2013-cü il tarixli arayışı əsasında xx.xx.1955-ci ildən xx.xx.1957-ci il tarixədək hərbi xidmətdə olması, xx.xx.1967-xx.xx.1967-ci illər, xx.xx.1968-xx.xx.1969-cu illər, xx.xx.1969- xx.xx.1969-cu illər, xx.xx.1970-xx.xx.1971-ci illər, xx.xx.1972-xx.xx.1973-ci illər, xx.xx.1973-xx.xx.1973-ci illər, xx.xx.1973-xx.xx.1973-cü illər, xx.xx.1973-xx.xx.1987-ci illər, xx.xx.1990-xx.xx.1998-cı illər işlədiyi dövrlər 01.01,2006-cı il tarixədək 37 il 2 ay 26 gün sığorta stajı təşkil edir.Qeyd olunanları nəzərə alaraq bildiririk ki, İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır.Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154-cü və AR İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(120)-423/2022 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə etmiş və 1992-ci il tarixdən bu vaxta kimi aldığı pensiya məbləği ilə razı olmadığını, buna görə cavabdeh orqanın üzərinə pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Cəlilabad rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən sübutlarla əsaslandırmışdır: - Məhkəmə iclasında elan edilmiş iddiaçının pensiya işindən görünür ki, iddiaçıya 03 mart 1998-ci ildən yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin olunarkən iddiaçının 40 nömrəli X1 işləyib qazandığı 1982-1986-cı illərin 133130,58 AZM orta aylıq əmək haqqı və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda nəzərdə tutulmuş 33 il iş stajı əsas götürülmüş, pensiyanın əsas məbləği 114861 AZM (135130x85%), işləməyən pensiyaçılara ödənilən 11000 AZM kompensasiya ilə birlikdə pensiyasının ümumi məbləği 125861 AZM təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə minməsi ilə əlaqəlar 01 yanvar 2006-cı il tarixdən şərti çevrilmə aparılaraq pensiyanın aylıq məbləği 25 manat baza hissəsi və 0,17 manat sığorta hissəsindən ibarət olmaqla, 25,17 manat müəyyənləşdirilərək ödənilmişdir. Əmək pensiyalarının baza və sığorta hissəsinin artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən iddiaçının pensiyası yenidən haqq-hesab edilməklə 01 aprel 2006-cı il tarixdən 30,17 manat (30+0,17), 01 oktyabr 2006-cı il tarixdən 35,17 manat (35+0,17), 01 yanvar 2007-ci il tarixdən 40,18 manat (40+0,18), 01 fevral 2007-ci il tarixdən 50,18 manat (50+0,18), 01 yanvar 2008-ci il tarixdən 60,21 manat (60+0,21), 01 sentyabr 2008ci il tarixdən 75,21 manat (75+0,21) məbləğində aylıq pensiya təyin edilərək ödənilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli Qanununa əsasən iddiaçının pensiyasının yenidən hesablanması nəticəsində baza hissəsi 85 manat, 40 il 28 gün iş stajına görə 77,75 manat sığorta hissəsi olmaqla, aylıq pensiya məbləği 162,75 (85+77,75) manata çatdırılaraq 01 iyul 2011-ci il tarixdən ödənilmişdir. 01 yanvar 2012-ci il tarixdən iddiaçının pensiyasının sığorta hissəsi indeksləşdirilərək pensiyasının aylıq məbləği 168,89 (85+83,89) manata, 01 yanvar 2013-cü il tarixdə pensiyanın sığorta hissəsi yenidən indeksləşdirilməklə pensiyanın aylıq məbləği 169,81 manat (85+84,81) manata, 01 sentyabr 2013-cü il tarixdən pensiyanın baza hissəsi artırılmaqla pensiyanın aylıq məbləği 184,81 (100+84,81) manata, 01 yanvar 2014-cü il tarixdən pensiyanın sığorta hissəsi yenidən indeksləşdirilməklə pensiyanın aylıq məbləği 186,85 (100+86,85) manata, 01 yanvar 2015-ci il tarixdən pensiyanın sığorta hissəsi yenidən indeksləşdirilməklə pensiyanın aylıq məbləği 188,07 manata (100+88,07) çatdırılaraq ödənilmişdir. İddiaçının pensiyasının məbləği hesablanarkən onun xx.xx.1955-ci il tarixdən xx.xx.1957-ci il tarixə kimi hərbi xidmətdə olduğu və Cəlilabad rayon Məhkəməsinin 18 oktyabr 2013-cü il tarixli 2(073)-1740/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1957- 1967-ci illərdə Cəlilabad rayon «22-ci qurultay» kolxozunda işlədiyi dövrlər iş stajı kimi nəzərə alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 9/284 №-li ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspert qarşısında qoyulan suallara cavab olaraq mülki iş materiallarında olan sənədləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-500465/23 saylı məktubu ilə təqdim olunan İddiaçı pensiyasının hesablanmasına dair mütəxəssis tərəfindən tərtib edilmiş rəyi nəzərə alınmaqla, pensiyanın ümumi məbləği aşağıdakı qaydada hesablandığı müəyyən olunur: 01.01.2012- 77,76+77,76x7,9%+85(baza hissə)= 168,90 01.01.2013- 83,90+83,90x1,1%+85(baza hissə)= 169,82 01.09.2013- 84,82+100 (baza hisse)= 184,82 01.01.2014- 84,82+84,82x2,4%+100 (baza hissə)= 186,85 01.01.2015- 86,85+86,85x1,4% +100 (baza hisse)= 188,07 01.01.2016- 88,07+88,07x4%+100 (baza hissə)= 191,59 01.02.2016- 91,59+110 (baza hisse)= 201,59 01.01.2017- 91,59+91,59x12,4%+110 (baza hissə)=212,95 01.01.2018- 212,95+212,95x5,7%=225,09 01.01.2019- 225,09+225,09x3%=231,84 01.01.2020- 231,84+231,84x16,6%=270,33 01.01.2021- 270,33+270,33x11,4%=301,15 01.01.2022- 301,15+301,15x3,4%=311,38 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər emək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablandığı müəyyən olunur.Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının mebleği xx.xx.2023-cü il tarixindən 328,04 manat müəyyən edilib.Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş emək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 376,27 manat təşkil edildiyi müəyyən olunur. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3-cü maddəsinə görə yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə görə yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Həmin Qanunun 26.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmçinin Qanunun 29 1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən əmək pensiyası indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 301,15 manata çatdırılmışdır. İddiaçının pensiya işindən və qanunvericiliyin qeyd olunan müddəalarından görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanaraq ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli 9/284 nömrəli rəyindən də görünür ki, iddiaçının pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 376.27 manat təşkil edir və düzgün hesablanmışdır. İddiaçının pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablandığı üçün iddiaçı pensiyasının düzgün hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. Nəticəvi hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “pensiyanın düzgün hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvanşəhəri, Naxçıvanküçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar