Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-155/2025 28.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə verilmiş İmişli şəhəri, P.Həsənov küçəsi, 126 saylı ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair arayışın (hüququn ölmüş şəxs Babaşov Vəli Qəhrəman oğluna aid hissədə ona məxsus olması haqqında) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “mərhum Babaşov Vəli Qəhrəman oğlunun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-385/2024 nömrəli qərardadı ilə X7, Babaşova Fidan Əyyam qızı və Babaşov Saleh Əyyam oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(120)-155/2025 nömrəli qərardadı ilə iddia tələbinə “İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə verilmiş İmişli şəhəri, P.Həsənov küçəsi, 126 saylı ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair arayışın (hüququn ölmüş şəxs Babaşov Vəli Qəhrəman oğluna aid hissədə ona məxsus olması haqqında) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçının vəkili X8 şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxslər X6, Babaşova Fidan Əyyam qızına və Babaşov Saleh Əyyam oğluna məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə üçüncü şəxslər X4, Babaşova Fidan Əyyam qızının və Babaşov Saleh Əyyam oğlunun iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 115 nömrəli arxiv çıxarışından görünür ki, İmişli şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli, 03 nömrəli qərarı ilə Babaşov Vəli Qəhrəman oğluna yaşadığı Şərq küçəsindəki torpağı hesabına 0.06 hektar həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1378A, KOD 90701004 nömrəli şəhadətnamədən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə 0.06 hektar torpaq sahəsi Babaşov Vəli Qəhrəman oğlunun və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmçinin torpaq sahəsinin yerləşmə sxemi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.1975-ci il tarixli, İİİ-JQ 495004 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşova İlhamə Vəli qızı xx.xx.1975-ci il tarixdə anadan olmuş, ata qrafasında Babaşov Vəli Qəhrəman oğlunun adı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.1993-cü il tarixli, Vİ-JQ 345316 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşova İlhamə Vəli qızı xx.xx.1993-cü il tarixdə X9 ilə nikaha daxil olmuş və Əliyeva soyadını qəbul etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, AZ-İİ 112575 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Babaşov Vəli Qəhrəman oğlu 18 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********36 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli şəhəri, P.Həsənov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mərhum Babaşov Vəli Qəhrəman oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 10 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, müraciətiniz əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. Aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyəti ilə müraciətinizə əlavə etdiyiniz JN-1378A, KOD 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən torpaq sahəsi arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Belə ki, inventarlaşdırma (çöl ölçmə) işləri zamanı torpaq sahəsinin faktiki texniki göstəriciləri və konfiqurasiyası ilə müraciətinizə əlavə etdiyiniz JN-1378A, KOD 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən torpaq sahəsinin texniki göstəriciləri və konfiqurasiyası ilə eynilik təşkil etmədiyi və torpaq sahəsinin şəhadətnamə üzrə 0.045 ha təşkil etməsi müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun torpaq sahəsi 0.045 ha olmaqla qeydiyyata alınması sizə təklif edilsə də razılaşmamısınız. Həmçinin bildiririk ki, baxış zamanı müraciətinizə əlavə etdiyiniz JN-1378A, KOD 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində bir fərdi yaşayış evinin bir hissəsi şəhadətnamədə göstərilən torpaq sahəsindən kənarda yerləşməklə iki ədəd fərdi yaşayış evinin mövcud olması, bir hissəsi şəhadətnamədə göstərilən torpaq sahəsindən kənarda yerləşən fərdi yaşayış evində başqa bir şəxsin yaşamağı müəyyən edilmiş və həmin şəxs tərəfindən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında İmişli şəhəri, P.Həsənov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mərhum Babaşov Vəli Qəhrəman oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 10 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizin icrasından imtina edilir. İş materiallarına əlavə olunmuş İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 134 nömrəli arxiv çıxarışından görünür ki, İmişli şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli, 03 nömrəli qərarı ilə Babaşov Vəli Qəhrəman oğluna yaşadığı Şərq küçəsindəki torpağı hesabına 0.06 hektar həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 134 nömrəli məktuba əlavə olunmuş İmişli şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli, 03 nömrəli qərarı ilə Babaşov Vəli Qəhrəman oğluna yaşadığı Şərq küçəsindəki torpağı hesabına 0.06 hektar həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, **********14 nömrəli etirazında qeyd edilmişdir ki, iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “mərhum Babaşov Vəli Qəhrəman oğlunun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə münasibət bildirilməsi haqqında məhkəmə sərəncamına Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. Aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyəti ilə JN-1378A, KOD 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən torpaq sahəsi arasında uyğunsuzluq olması müəyyən edilmişdir. İnventarlaşdırma (çöl ölçmə) işləri zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki texniki göstəriciləri və konfiqurasiyası ilə JN-1378A, KOD 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən torpaq sahəsinin texniki göstəriciləri və konfiqurasiyası ilə eynilik təşkil etmədiyi və torpaq sahəsinin şəhadətnamə üzrə 0.045 ha təşkil etməsi müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki, sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnuzun torpaq sahəsi 0.045 ha olmaqla qeydiyyata alınması təklif edilsə də İddiaçı razılaşmamışdır. Həmçinin, JN-1378A, KOD 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində yerləşən ikinci evin bir hissəsi şəhadətnamədə göstərilən torpaq sahəsindən kənarda yerləşir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilərək hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsivası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 8, 9 və 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və 140-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “mərhum Babaşov Vəli Qəhrəman oğlunun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2- 6401/2023 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyinin nəticəsi hissəsində qeyd edilmişdir:
1. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərar, ilə JN- 1378A. 90701004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsninin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. 2 İmişli rayon Aqrar islahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə JN- 1378A, 90701004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi xx.xx.2006-cı ildə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi olmuşdur. Hazırda da yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olmaqla həyətyanı torpaq sahəsidir.
3. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə JN-1378A, 90701004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və həyətyanı torpaq sahəsi kimi istifadə olunur.
4. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ile JN-1378A, 90701004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair' şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi eyni ərazidir
5. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərar, ilə JN-1378A, 90701004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür.
6. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə JN-1378 A, 90701004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinində olan fərdi yaşayış evi JN-1378 A, 90701004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan ərazinin hüdudları daxilində yerləşir texniki pasportda göstərilən texniki göstəricilərə uyğundur və istifadə üçün yararlıdır. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8803 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə: İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərar, ilə JN-1378A. 90701004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsninin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi xx.xx.2006-ci ildə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyani torpaq sahəsi olmuşdur.Hazırda da yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olmaqla həyətyani torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və həyətyani torpaq sahəsi kimi istifadə olunur. Qərardadın dördüncü sualı üzrə İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi eyni ərazidir. Qərardadın beşinci sualı üzrə İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatları üçünçü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Qərardadın altıncı sualı üzrə İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinində olan fərdi yaşayış evi JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan ərazinin hüdudları daxilində yerləşir texniki pasportda göstərilən texniki göstəricilərə uyğundur və istifadə üçün yararlıdır. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İmişli şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli, 03 nömrəli qərarı ilə Babaşov Vəli Qəhrəman oğluna yaşadığı Şərq küçəsindəki torpağı hesabına 0.06 hektar həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. Həmin qərar əsasında verilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN- 1378A, KOD 90701004 nömrəli şəhadətnamə ilə 0.06 hektar torpaq sahəsi Babaşov Vəli Qəhrəman oğlunun və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmçinin torpaq sahəsinin yerləşmə sxemi tərtib olunmuşdur. İddiaçı İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə verilmiş İmişli şəhəri, P.Həsənov küçəsi, 126 saylı ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair vəfat etmiş Babaşov Vəli Qəhrəman oğlunun mülkiyyət hüququnun qeydiyyata alınması” ilə bağlı 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddiaçıya xx.xx.2022-ci il tarixli, **********36 nömrəli məktub göndərərək, qeyd etmişdir ki, İmişli şəhəri, P.Həsənov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mərhum Babaşov Vəli Qəhrəman oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 10 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyəti ilə müraciətə əlavə etdiyi JN-1378A, KOD 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən torpaq sahəsi arasında uyğunsuzluq olması müəyyən edilməsini, inventarlaşdırma (çöl ölçmə) işləri zamanı torpaq sahəsinin faktiki texniki göstəriciləri və konfiqurasiyası ilə müraciətinə əlavə etdiyi JN-1378A, KOD 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən torpaq sahəsinin texniki göstəriciləri və konfiqurasiyası ilə eynilik təşkil etmədiyi və torpaq sahəsinin şəhadətnamə üzrə 0.045 ha təşkil etməsi, şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində bir fərdi yaşayış evinin bir hissəsi şəhadətnamədə göstərilən torpaq sahəsindən kənarda yerləşməklə iki ədəd fərdi yaşayış evinin mövcud olması, bir hissəsi şəhadətnamədə göstərilən torpaq sahəsindən kənarda yerləşən fərdi yaşayış evində başqa bir şəxsin yaşamağı müəyyən edilməsi və həmin şəxs tərəfindən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz edilməsi əsas gətirilərək müraciətinin icrasından imtina edilmişdir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsininin mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8803 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi xx.xx.2006-ci ildə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi olmuşdur. Hazırda da yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olmaqla həyətyani torpaq sahəsidir. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və həyətyani torpaq sahəsi kimi istifadə olunur. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi eyni ərazidir. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatları üçünçü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinində olan fərdi yaşayış evi JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan ərazinin hüdudları daxilində yerləşir texniki pasportda göstərilən texniki göstəricilərə uyğundur və istifadə üçün yararlıdır. Cavabdeh inzibati orqanın imtinasında və etirazında istinad etdiyi torpaq sahəsinin faktiki vəziyyəti ilə iddiaçının müraciətinə əlavə etdiyi JN-1378A, KOD 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən torpaq sahəsi arasında uyğunsuzluq olması, faktiki texniki göstəriciləri və konfiqurasiyası ilə müraciətə əlavə etdiyi JN-1378A, KOD 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən torpaq sahəsinin texniki göstəriciləri və konfiqurasiyası ilə eynilik təşkil etmədiyi və torpaq sahəsinin şəhadətnamə üzrə 0.045 ha təşkil etməsi cavabdehin inzibati orqan tərəfindən tərtib edilmiş mütəxəssis rəyində, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində və məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Bundan başqa cavabdehin imtinasında və etirazında istinad etdiyi ikinci dəlil olan göstərilən torpaq sahəsi üzərində bir fərdi yaşayış evinin bir hissəsi şəhadətnamədə göstərilən torpaq sahəsindən kənarda yerləşməklə iki ədəd fərdi yaşayış evinin mövcud olması, bir hissəsi şəhadətnamədə göstərilən torpaq sahəsindən kənarda yerləşən fərdi yaşayış evində başqa bir şəxsin yaşamağı müəyyən edilmiş və həmin şəxs tərəfindən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz edilməsi qeyd edilsədə cavabdehin inzibati orqan tərəfindən tərtib edilmiş mütəxəssis rəyində, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində və məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının tələbi fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınması yox torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ibaarət olmuşdur. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə verilmiş İmişli şəhəri, P.Həsənov küçəsi, 126 saylı ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair arayışın (hüququn ölmüş şəxs Babaşov Vəli Qəhrəman oğluna aid hissədə ona məxsus olması haqqında) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı iddia tələbi təmin edilsin. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə verilmiş İmişli şəhəri, P.Həsənov küçəsi, 126 saylı ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair arayışın (hüququn ölmüş şəxs Babaşov Vəli Qəhrəman oğluna aid hissədə ona məxsus olması haqqında) verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən Şahəli Musayev