Məhkəmə qərarları › İş №2-1(120)-1550/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1550/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1550/2024 19.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «adının Rəsul, soyadının Əliyev, uşaqları X7, X11 və X1 Əliyev, ata qrafasında ata adlarının isə Rəsul adına dəyişdirilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhlkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçının adının Rəsul, soyadının Əliyev, uşaqlarının soyadının Əliyev, ata adlarının isə Rəsul adı ilə əvəz olunması öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmənin 2-1(120)–1550/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla İddia tələbinə İddiaçı Cavabdehnə qarşı “adının Rəsul, soyadının Əliyev, uşaqları X7, X11 və X1 Əliyev, ata qrafasında ata adlarının isə Rəsul adına dəyişdirilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1983-cü il tarixdə Cəlilabad rayonu Şükürlü kəndində doğulmuşdur. Onun əvvəlki adı, soyadı və ata adı X24 olmuşdur. 02 oktyabr 2008-ci il tarixində X13 ilə rəsmi nikah bağlamaqla evlənmişdir Həmin nikahdan üç uşaqları doğulmuşdur. 20 fevral 2007-ci il tarixdə X8, 21 may 2008-ci il tarixində X11, 07 fevral 2013-cü il tarixində isə X9 doğulmuşdur. 23 sentyabr 2013-cü ildə yaranmış zərurətlə əlaqədar olaraq soyadı Əliyevi Xubalıyev soyadına, 05 iyul 2017-ci ildə isə adı Rəsulu Məhəmməd adına dəyişdirmişdir. Bundan sonra onun uşaqlarının soyadı Xubalıyev soyadına, ata adı isə Məhəmməd adına keçirilmişdir. Hazırda o əvvəlki adına və soyadına geri qayıtmaq istəyir. Ona görə də cavabdeh orqana müraciət edərək onun və uşaqlarının əvvəlki soyadı olan «Əliyev» soyadının, adı olan Rəsul adını daşımaq istədiyini və buna görə də ada və soyadlara dəyişiklik edilməsini xahiş etmişdir. Lakin oradan mənə ünvanlanan cavabda həmin hala Qeydiyyat orqanında mümkün olmadığı bildirildi və bununla bağlı məhkəməyə müraciət etməyi izah olundu. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Cavabdehndə xx.xx.2013-cü il tarixdə 11 nömrəli Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında aktın qeydi tərtib edilmiş və soyadı “Əliyev”-dən “Xubalıyeva”-ə dəyişdirilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli 11 nömrəli Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında aktın qeydinə əsasən adınız “Rəsul”-dan “Məhəmməd”-ə dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdiriliməsi Qaydaları” nın 6.3-cü bəndinə əsasən soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Müvafiq sənədləri təqdim etməklə məhkəməyə müraciət edə bilər. İş materialarında olan Azərbaycan Respublikası Cəlilabad Rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı 3-13-71/2-2447/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı Cavabdehnə qarşı adın, soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair 2-1(120)-4376/2023 saylı inzibati işlə bağlı məktuba cavab olara bildirilir ki, Cəlilabad rayonu Gülməmmədli kəndində anadan olmuş, Cəlilabad rayonu Şükürlü kəndində qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdə Cəlilabad RPŞ-dən AZE ******** saylı şəxsiyyət vəsiqəsi almışdır. Cəlilabad RPŞ-də İddiaçı barəsində hər hansı bir təqsirləndirici material aşkar olunmadı. X10 məxsus şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının təsdiq edilmiş surətini göndərilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Cəlilabad Rayon Prokurorluğunun məhkəməyə ünvanladığı 2-2/1-013655/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx xxxxxxx 1983-cü il tarixdə anadan olmuş İddiaçı barəsində rayon prokurorluğunda hər hansı bir təqsirləndirici material (sadələşdirilmiş icraat materialı, cinayət işi və s.) olmamışdır. İş materialarında olan Azərbaycan Respublikası Cavabdeh 3-16-5/810-71/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı Cavabdehnə qarşı “adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı bildirirəm ki, ərizəçinin adı və soyadı Cavabdehndə xx.xx.2013-cü il tarixdə soyadı “Əliyev”dən “Xubalıyev”ə, adı xx.xx.2017-ci il tarixdə “Rəsul”dan “Məhəmməd”ə dəyişdirilmişdir. Qeydiyyat şöbəsində mövcüd qanunvericiliyə əsasən ərizəçinin adı və soyadı bir dəfə dəyişilmişdir. Adın,soyadın növbəti dəfə dəyişdirilməsi qanunvericilikdə göstərilmiş hallar istisna olmaqla qeydiyyat şöbələri tərəfindən mümkün deyildir. Ona görə də ərizəçinin müraciətinin qeydiyyat şöbəsində təmin edilməsi mümkün olmadığından imtina məktubu verilmişdir. Məhkəmədə işin baxılıb nəticə verilməsi ilə bağlı etirazı yoxdur. İş materiallarında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. Cəlilabad rayonu, Şükürlü kəndində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş **********5072017 nömrəli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydindən görünür ki, xx.xx.1983cü ildə Cəlilabad rayonu, Gülməmmədli kəndində doğulmuş vətəndaş X14 adı “Məhəmməd” adına dəyişdirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş ********* nömrəli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydindən görünür ki, xx.xx.1983-cü ildə Cəlilabad rayonu, Gülməmmədli kəndində doğulmuş vətəndaş X6 “Xubalıyev” soyadına dəyişdirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş ********* nömrəli doğum haqqında akt qeydindən görünür ki, xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 “Əliyeva”dan “Xubalıyeva”-ya, ata adı “Rəsul”-dan “Məhəmməd”ə dəyişdirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli doğum haqqında akt qeydindən görünür ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 “Əliyeva”-dan “Xubalıyeva”-ya, ata adı “Rəsul”-dan “Məhəmməd”ə dəyişdirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 “Əliyev”-dən “Xubalıyev”-ə, ata adı “Rəsul”-dan “Məhəmməd”ə dəyişdirilmişdir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” Bənd 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Bənd6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı xx.xx.1983-cü il tarixdə Cəlilabad rayonunda doğulmuşdur. Sonradan ərizə ilə Cavabdehnə müraciət edərək, 2013-cü il tarixdə “Əliyev Rəsul”dan “İddiaçı”ə dəyişdirmişdir və bu barədə Azərbaycan Respublikası Cavabdeh AZ-İ№000267 nömrəli, xx.xx.2013-cü il tarixli adın və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə tərtib edilmişdir. Bundan sonra Cavabdehnə müraciət edərək, uşaqlarının doğum akt qeydləri üzrə də ata qrafasında “Rəsul”dan “Məhəmməd”ə və soyadlarının “Əliyev”dən “Xubalıyev”ə dəyişdirmişdir. Sonradan iddiaçı cavabdeh orqana müraciət edərək, həm öz ad və soyadının və uşaqlarının doğum haqqında şəhadətnamələrində qeyd edilən ata adı və soyadlarının yenidən əvvəlki ad və soyadına dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən iddiaçının tələbinə edilmiş imtina qanuna ziddi sayıla bilməz. Belə ki, ad, soyadının növbəti dəfə dəyişdirilməsi ilə qanunverciliyin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın) nəzərdə tutulduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Eyni zamanda, məhkəmə tərəfindən bildirilir ki, hazırkı iş üzrə adın, soyadın və uşaqlarının soyad və ata adlarının, əvvəlki ad, soyad ilə, yəni ikinci dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmadığından iddia əsaslı sayıla bilməz. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «adının Rəsul, soyadının Əliyev, uşaqları X7, X11 və X1 Əliyev, ata qrafasında ata adlarının isə Rəsul adına dəyişdirilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı «adının Rəsul, soyadının Əliyev, uşaqları X7, X11 və X1 Əliyev, ata qrafasında ata adlarının isə Rəsul adına dəyişdirilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar