Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1551/2025 18.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Qanuni nümayəndə iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdən, 60 yaşdan “Əmək Pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibаti Məhkəməsinin 18 mart 2025-ci il tаriхli, 2-1(120)-1551/2025 nömrəli qərardadı ilə iddia tələbinə “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982xx.xx.1984-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan NT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək işləyir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-87/2-364/2023 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində “Qarabağ Müharibəsi” iştirakçılarının qeydiyyatındadır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 10 nömrəli arayışında qeyd edilmişdir ki, xx xxxxxx 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1987-ci ildə (Əmr №-
664. xx.xx.1987-ci il) 4-cü dərəcəli termoizolyasiyaçı peşəsinə qəbul edilib. xx.xx.1988-ci ildə (Əmr № 86, xx.xx.1988-ci il) Tarif dərəcələrində dəyişikliklə əlaqədar olaraq, Termoizolyasiya sahəsinə izolyasiyaçı peşəsinə keçirilib və xx.xx.1991-ci ildə (Əmr № 112. xx.xx.1991-ci il) Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. Yuxarıda qeyd edilənlərə əsasən. İddiaçı işlədiyi termoizolyasiyaçı və izolyasiyaçı peşələrində işləyən işçilərin sağlamlığına mənfi təsir göstərən amillərə aiddir: İşçi zonasinin havasının yüksək tozlu və qazlı olması, izolə edilən avadanlıqların, qurğuların, işçi zonanın havasının yüksək tempratura malik olması, işlərin görüldüyü ərazidə 1.3 metr və daha artıq hündürlükdə dəyişmələr. 100-200° C tempratura qədər qızdırılmış izoləedici materiallarla (bitum qətranı və s.) iş zamanı yanıq alma təhlükəsi və belə materialların qızdırılması ilə buxarlanan kimyəvi maddələrin tənəffüs sisteminə mənfi təsiri, şüşəli liflərdən (rusca-steklovata) tozlanan şüşə tozunun tənəffüs yollarına düşməsi və dəriyə təması nəticəsində sağlamlığa təhlükə yaratması və s. aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-İi Qərarının 29-cu "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" Fəslinə əsasən termoizolyasiyaçılar və izolyosiyaçılar bəndinə və 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmişdir. “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən 2290000a- 12520 şifrəsi ilə qeyd edilmiş izolyasiyaçılar və 2290000a-12531 şifrəsi ilə qeyd edilmiş termoizolyasiyaçılar peşəsinə tam uyğun olması və həmin siyahılarda göstərilən peşələrin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Güzəştli pensiya üçün staj: 03 il, 04 ay, 12 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" Müəssisəsi ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01-PH/49 nömrəli arayışında qeyd edilmişdir ki, 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1991-ci ildən (Əmr-№ 26-l, xx.xx.1991-ci il) xx.xx.2002-ci ilədək (Əmr № 07-ş. xx.xx.2002-ci il) “Azərenerjixüsusitəmir” Xüsusiləşdirilmiş təmir müəssisəsinin Əli-Bayramlı sahəsində suvaqçı işləmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2009-cu ildə (Əmr № 01/17-kş, xx.xx.2009-cu il) "xxxx" ASCnin Energetik Avadanlıqların Təmiri İdarəsinin İstilik İzolyasiyası və Hörgü sexinə sarıyıcı peşəsinə qəbul edilib. xx.xx.2012-ci ildə (Əmr № 101/17-kş, xx.xx.2012-ci il) Kimyəvi Mühafizə, Boya və İzolyasiya İdarəsinin Şirvan İzolyasıya sahəsinə izoləedici peşəsinə keçirilib və xx.xx.2013-cü ildə Əmr №-13/11-kş, xx.xx.2013-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsi xitam edilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektinin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” Fəhlələr bəndinə əsasən izolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olanlar, yəni izoləedicilər və sarıyıcıların işi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXVİİ fəslinin "Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə 2290000a-12533 saylı şifrəsinə əsasən “izolyasiyaçılar-plyonkaçılar, o cümlədən avadanlığın təmiri və hazırlanması ilə məşğul olanlar” yəni izoləedici və sarıyıcılar ilə eynidir və xüsusi zərərli əmək şəraitli işlər hesab edildiyinə görə güzəştli şərtlərin pensiyası hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 3 il, 11 ay təşkil edir. Məlumat üçün bildiririk ki, Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "Azenco” ASC adlandırılıb. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X5 Stansiyası” MMC-nin xx.xx.2023-cü il tarixli, 206/17-xx/xx-2023 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2004-cü ildən (əmr № 19/n, xx.xx.2004-cü il) xx.xx.2009-cu ilə kimi “X5 Stansiyası MMC”-nin qazan turbin sexinin işini təmin edən istilik izolyasiya və hörgü sexində sarıyıcı yəni izoləedici (odadavamlı materiallarla işləyənlər) işləmişdir. xx.xx.2013cü ildən (əmr № 15-n xx.xx.2013-cü il) 18.06 2015-ci ilə kimi “X5 Stansiyası” MMC-nin qazan turbin sexinin işini təmin edən istilik izolyasiya və hörgü sexində izoləedici (odadavamlı materiallarla işləyənlər); xx.xx.2015-ci ildən (əmr № 12/k, xx.xx.2015-ci il) xx.xx.2016-cı ilə kimi “X5 Stansiyası” MMC-nin qazan turbin sexinin işini təmin edən istilik izolyasiya və hörgü sexində hörgüçü (odadavamlı materiallarla işləyənlər); xx.xx.2016-cı ildən (əmr № 45/k, 20.04 2016-cı il) xx.xx.2020-ci ilə kimi “X5 Stansiyası” MMC-nin qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexinin istilik izolyasiya və hörgü sahəsində hörgüçü (odadavamlı materiallarla işləyənlər) işləmişdir. İşlədiyi vəzifə üzrə zərərli iş stajı 11 (on bir) il, 5(beş) ay, 29 (iyirmi doqquz) gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, zərərli odadavamlı materiallarla (şamot kərpici, azbes, şüşə döşəkcə, maye şüşə və s.) işləməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü fəsil. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a) fəhlələr bölməsində odadavamlı materiallarla işləyənlər (hörgüçülər, izoləedicilər (yəni sarıyıcılar)) bəndinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısıda Xİİİ fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a) fəhlələr bölməsində 2140000a- 15416 vəzifə kodunda müəyyən edilmiş odadavamlı materiallarla işləyənlər (hörgüçülər, izoləedicilər (yəni sarıyıcılar)) vəzifəsinin xüsusiyyətləri ilə eyni olduğundan, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Qeyd: Hörgüçülər odadavamlı materiallarla (rus dilində obmurovşik) bu vəzifədə çalışarkən yüksək temperaturlara məruz qalan qazan qurğusunun, sobanın, buxar qazanı və s.ətraf mühitdən izolyasiya edilərək istilik itkisini azaltmaq (bu qazan qurğusunun faydalı iş əmsalını artırır), yanmış qazların axınına istənilən istiqamət vermək, xarici havanın qazan qaz kanallarına daxil olmasının qarşısını almaq və s.məqsədlər üçün həmin qurğuların daxilinə odadavamlı kərpiclə (samot kərpici ilə) isolyasiya qatı hörürlər. Həmin hörgü işləri qeyd edilən qurğuların daxilində həyata keçirilir. lzolyasiyaçılar, sarıyıcılar,izoləedicilər-onların iş funksiyaları eyni olmaqla, buxar qazanında, buxar turbinində buxar kəmərlərinin odadavamlı materiallarla (şüşə parçalar,maye şüşə, şüşə liflər, azbest və s zərərli materiallar) istilik izolyasiya və ya sarğı işlərini yerinə yetirirlər. Bu vəzifələrdə çalışarkən ona ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12 faiz əlavə verilmişdir. Qeyd: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 iyul 1993-cü il tarixli, 373 saylı Qərarına əsasən “Şərəf Nişanı” ordenli iliç adına X13 Rayon Elektrik Stansiyasının adı dəyişilərək X13 Rayon Elektrik Stansiyası adlandırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" ASC-nin 05 yanvar 2006-cı ıl tarixli, AÜ/002 saylı əmrinə əsasən X13 Rayon Elektrik Stansiyasının adı dəyişilərək “X11 Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" ASC-nin 14 may 2008-ci il tarixli, AÜ/117 saylı əmrinə əsasən “X11 Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişilərək “X5 Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-K-16143/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 25 dekabr 2023-cü il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axınncı iş yerində-:, asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verər: incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr bəndində (a) odadavamlı materialla işləyənlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin sizə dair xx.xx.2023-cü il tarixli 01-PH/602 nömrəli arayışında qeyd olunan xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində işlədiyiniz "xxxx" ASC-nin Energetika Avadanlıqların Təmiri İdarəsinin İstilik İzolasiyası və Hörgü sahəsi sözügedən arayışda istinad olunan elektrik stansiyaları, enerji qatarlan, buxar və güc təsərrüfatı sahəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 3 ay 28 gün (xx.xx.2004-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2009-cu il, xx.xx.2009xx.xx.2009-cu il, xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-K-180003/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 29 aprel 2024-cü il tarixli, 3-17-1/2-K-100305/2024 məktubla cavablandırılmış 15 iyul 2024-cü il tarixində daxil olmuş eyni məzmunlu müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin sizə dair xx.xx.2024-cü il tarixli 10 nömrəli arayışında xx.xx.1987-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Yujenerqoteploizolasiya” Kombınatının “İttifaqenerjisənayetikinti” İB-də termoizolyasiyaçı peşəsində işlədiyiniz qeyd olunmuşdur. Bununla əlaqədar dəqiqləşdirmə zamanı, “Yujenerqoteploizolasiya” Kombinatının “İttifaqenerjisənayetikinti” İB-nə dair verilmiş arayışların həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin həmin müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt AZENCO ASC-nin birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (12 il 1 ay 28 gün (xx.xx.2004-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01-PH/429 nömrəli arayışında qeyd edilmişdir ki, xx xxxxxx 1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1987-ci ildə (Əmr №-664. xx.xx.1987-ci il) "xxxx" Kombinatının “İttifaqenerjisənayetikinti” İstehsalat Birliyinə 4-cü dərəcəli termoizolyasiyaçı peşəsinə qəbul edilib, xx.xx.1988-ci ildə (Əmr № 286, xx.xx.1988-ci il) Tarif dərəcələrində dəyişikliklə əlaqədar olaraq, Termoizolyasiya sahəsinə izolyasiyaçı peşəsinə keçirilib və xx.xx.1991-ci ildə (Əmr № 112, xx.xx.1991-ci il) Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı işlədiyi termoizolyasiyaçı və izolyasiyaçı peşələrində işləyən işçilərin sağlamlığına mənfi təsir göstərən amillərə: Normal tempraturdan artıq qızdırılmış izoləedici materiallarla işləməsi, materialların qızdırılması ilə buxarlanan kimyəvi maddələrin tənəffüs sisteminə mənfi təsiri, şüşəli liflərdən (steklovata) tozlanan şüşə tozunun tənəffüs yollarına düşməsi və təması nəticəsində sağlamlığa təhlükə yaratması və s. aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Saylı Qərarı ilə təsdiq edilmiş, “Əmək şəraiti zərəli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən 2290000a-12520 şifrəsi ilə qeyd edilmiş izolyosiyaçılar və 2290000a-12531 şifrəsi ilə qeyd edilmiş termoizolyasiyaçılar peşəsinə uyğun. Güzəştli pensiya üçün staj: 03 il, 04 ay, 12 gün təşkil edir. Xahiş edirik nəzərə alasınız. İşdə olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 01-PH/44 nömrəli arayışında qeyd edilmişdir ki, xx xxxxxx 1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu ildə (əmr № 01/17-kş, xx.xx.2009-cu il) "xxxx" ASAC-nin Energetik Avadanlıqların Təmiri İdarəsinin İstilik İzolyasiyası və Hörgü sexinə sarıyıcı peşəsinə qəbul edilib. xx.xx.2012-ci ildə (əmr №- 101/17-kş, xx.xx.2012-ci il) Kimyəvi Mühafizə, Boya və İzolyasiya İdarəsinin Şirvan İzolyasiya sahəsinə izoləedici peşəsinə keçirilib və xx.xx.2013-cü ildə (əmr №-13/11-kş, xx.xx.2013-cü ildə) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsi xitam edilib. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı işlədiyi izolyasiyaçı peşəsində işləyən işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Saylı Qərarı ilə təsdiq edilmiş, “Əmək şəraiti zərəli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Suyahısı”nın XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən 2290000a-12520 şifrəsi ilə qeyd edilmiş izolyosiyaçılar peşəsinə uyğundur. xx.xx.2012-ci ildən-xx.xx.2013cü ilədək Güzəştli pensiya üçün staj: 10 ay təşkil edir. Xahiş edirik nəzərə alasınız. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X5 Stansiyası” MMC-nin xx.xx.2025-ci il tarixli, 20/206-17/03-25 nömrəli arayışında qeyd edilmişdir ki, “X5 Stansiyası” MMC-yə ünvanladığınız İddiaçı barədə xx.xx.2024-cü il tarixli, 2-1(120)- 4456/2024 saylı məktubunuza tərəfimizdən baxılmışdır. Məlum edirik ki, "xxxx"ASC, “X5 Stansiyası” MMC-nin (“X11 Elektrik Stansiyası” MMC) istismar müddəti başa çatmış, istehsal fəaliyyəti tam dayandırılmışdır. Enerji blokları köməkçi avadanlıqları ilə müvafiq qanunvericiliyə uyğun olaraq balansdan silinmiş və söküntü işləri yekunlaşmışdır. Bu səbəbdən kadrlarla bağlı əhəmiyyət kəsb edən sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilmişdir. Məlumat üçün bildiririk ki, A.Əhmədova arxiv sənədlərinə əsasən arayış verilmişdir. Belə ki, o, xx.xx.2004-xx.xx.2009-cü illər, "xxxx"ASC, “X5 Stansiyası” MMC- də (“X11 Elektrik Stansiyası” MMC) sarıyıcı, yəni izoləedici (odadavamlı materialla işləyənlər) işləmişdir. xx.xx.2013-xx.xx.2020-ci illər dövründə "xxxx" ASC, “X5 Stansiyası”MMC-də (“X11 Elektrik Stansiyası" MMC) izoləedici, yəni sarıyıcı, hörgüçü (qazanın isti vəziyyətdə odadavamlı kərpiclə hörgüçü) işləmişdir. İşlədiyi vəzifələr üzrə zərərli iş stajı 11 (on bir) il, 5 (beş) ay, 29 (iyirmi doqquz) gün təşkil edir. Blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, zərərli odadavamlı materiallarla (şamot, kərpici, azbes, şüşədöşəkçə, maye şüşə və s.) işləməsindən, qazanın isti vəziyyətdə odadavamlı kərpiclə hörgü işlərinin aparılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24 fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a) fəhlələr bölməsində odadavamlı materialla işləyənlər peşəsinin xüsusiyyətləri ilə eynidir. Bu vəzifələrdə işlədiyi dövrlərdə ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12% əlavə verilmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarına əsasən vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olub və ya ola bilməməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X8 Təyinat üzrə Mərkəzi Filialı təyin edir. Məlumat üçün bildiririk ki, İddiaçı adına məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. Xahiş edirik nəzərə alasınız. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-280770/2024 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı (bundan sonra - Mərkəzi Filial) “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 26.11,2023-cü il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövr üzrə pensiya məbləğinin ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan 2-1(120)-4456/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, İnzibati Prosessual Məcəllənin (bundan sonra - İPM) 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1 /2-K-180003/2024 nömrəli məktubla cavablandırılmış və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı iddia ərizəsində “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2023-cü ii tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və müraciət edilən tarixdən 3 il əvvələ olan dövr üzrə pensiya məbləğinin ödənilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, beləliklə də xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuşdur. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. Həmin maddənin xx.xx.2023-cü il tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.” Həmin Qanunun 7-ci maddəsinə görə 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan normaların müddəaları baxımından İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: İddiaçının 60 yaşı tamam olmalıdır (yaş tələbi); İddiaçı iş stajının ən azı 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır. (güzəştli iş stajı tələbi); iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə iddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi). İddiaçının işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsi üçün bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti-bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Həmin Qaydaya 2 nömrəli Əlavədə isə şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışının forması göstərilmişdir. Buna əsasən, işəgötürənin arayışında aşağıdakı məlumatlar qeyd olunmalıdır: Arayışı verən dövlət orqanının (qurumun), işlədiyi müəssisənin adı; Arayışın təqdim olunduğu şəxsin adı, soyadı və atasının adı; Şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) işlədiyi dövrlər və həmin vəzifənin adı; Şəxsin 3-cü bənddə qeyd edilmiş vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər; Şəxsin işlədiyi həmin vəzifə üzrə sosial sığorta (əmək) stajı (il, ay, günlə göstərilməklə); Şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri; Şəxsin işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı Qərarı ilə təsdiq edilmiş Siyahının hansı bəndinə/ (yarımbəndinə) və (və ya) hansı vəzifə koduna uyğun olması. işin faktiki hallarından da məlum olur ki, iddiaçı A.X6 müraciət edərkən aşağıda qeyd olunmuş 3 müəssisədəki iş stajı ilə bağlı arayışlar təqdim etmişdir: "xxxx" müəssisəsi (xx.xx.2024-cü il tarixli 10 nömrəli) "xxxx" ASC tərəfindən təqdim edilmiş bu arayışa əsasən iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1991 -ci il tarixədək işlədiyi dövrlər güzəştli iş stajı hesab edilir. Həmin arayışa görə sözügedən dövrlərdəki iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 29-cu fəslinin “termoizolyasiyaçılar və izolyasiyaçılar” bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı XXVİİ bölməsinin 2290000a-12520 kodu ilə qeyd olunmuş “izolyasiyaçılar”, eləcə də 2290000a-12531 kodu ilə qeyd olunmuş “termoizolyasiyaçılar” vəzifələrinə uyğun olduğu qeyd edilmişdir. Həmin arayışda da göstərildiyi kimi arayış iddiaçıya məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11,2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilmişdir. Arayışa əsasən "xxxx" ASC-nin öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" müəssisəsi ilə eyni istehsalat profili üzrə ixtisaslaşdığı göstərilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalarda pensiya təyin olunması üçün zəruri olan sənədlərin siyahısında işəgötürənin arayışı birbaşa qeyd olunmuşdur. Bu da o deməkdir ki, güzəştli arayış şəxsin bilavasitə əmək münasibətlərində olduğu müəssisə tərəfindən təqdim edilə bilər. "xxxx" ASC arayışda "xxxx" müəssisəsinin ləğv edildiyini əsas gətirsə də, həmin arayışa müəssisənin ləğvini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Həmçinin, həmin müəssisənin "xxxx" ASC ilə hüquqi əlaqəsi (hüquqi varisi olub-olmaması) müəyyən edilməmiş, müəssisə ilə bağlı "xxxx" ASC-də heç bir sənədin mövcud olmadığı aşkar edilmiş və bu fakt "xxxx" ASC-nin birgə aktı ilə təsdiq edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, İddiaçı "xxxx" müəssisəsində işlədiyi dövrlərə münasibətdə "xxxx" ASC tərəfindən təqdim edilmiş arayış mötəbər hesab oluna bilməz. "xxxx" ASC (xx.xx.2024-cü il tarixli 01-PH/49 nömrəli) "xxxx" ASC tərəfindən təqdim edilmiş bu arayışa əsasən iddiaçının 01,09.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək sarıyıcı və xx.xx.2012-ci il tarixdən 01,08.2013-cü ilədək izoləedici peşələrində işlədiyi dövrlər güzəştli iş stajı hesab edilir. Həmin arayışa görə sözügedən dövrlərdəki iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 29- cu fəslinin “a) fəhlələr: termoizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar” bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı XXVİİ bölməsinin 2290000a-12533 kodu ilə qeyd olunmuş “izolyasiyaçılar-plyonkaçılar, o cümlədən avadaniığm təmiri və hazırlanması ilə məşğul olanlar” vəzifələrinə uyğun olduğu qeyd edilmişdir. Bildiririk ki, həmin arayışda qeyd edilən dövrlərdən yalnız iddiaçının xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü ilədək izoləedici peşəsində işlədiyi dövr cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajına daxil edilmişdir. İşəgötürənin istinad etdiyi kodlarda sarıyıcı vəzifəsi əks olunmadığına görə iddiaçının həmin vəzifədə işlədiyi dövrlər güzəştli staja daxil edilə bilməz. Məhkəmə hər bir halda iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının analoji işlərlə bağlı 2-1(102)- 1030/2023 nömrəli qərarı ilə də müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda da birbaşa göstərilmişdir ki, güzəştli iş stajı ilə bağlı işəgötürənin arayışında şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüguguna əsas olan xüsusiyyətləri geyd olunmalıdır. Lakin hazırkı iş üzrə müəssisənin arayışlarında həmin məsələyə münasibət bildirilməmiş, vəzifə təlimatları da təgdim olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-669/2024 nömrəli qərarında oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş verindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. "xxxx" ASC (xx.xx.2023-cü il tarixli 206/17-xx/xx-2023 nömrəli) bu arayışa əsasən iddiaçının xx.xx.2004-cü il tarixdən 31,08.2009-cu il tarixədək sarıyıcı, 01,08.2013cü il tarixdən xx.xx.2015-ci il tarixədək izoləedici və xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hörqüçü peşələrində işlədiyi dövrlər güzəştli iş stajı hesab edilir. Bununla bağlı bildiririk ki, arayışda qeyd olunan dövrlərdən yalnız 2006-cı ilin aprel və 2009-cu ilin may ayları cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanununun 21.1-ci maddəsinin tələbi baxımından, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi şəxsi hesabına 2006-cı ilin aprel və 2009-cu ilin may ayları üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Həmin aylar işəgötürənin arayışında güzəştli iş stajı hesab edilən dövr kimi qeyd edilsə də, sığortaedən tərəfindən İddiaçı münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən əmək kitabçasında və arayışda qeyd olunan həmin dövrlər onun istər ümumi, istərsə də güzəştli iş stajına daxil edilə bilməz. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının analoji işlərlə bağlı iddiaçı X4 “əmək pensiyanın bütün əmək stajı nəzərə alınmaqla yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin düzgün indeksləsdirilməsi” tələbinə dair xx.xx.2024-cü il tarixli 2-1(102)039/2024 nömrəli qərarı ilə də müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair xx.xx.2024-cü il tarixli 2-1(102)-474/2024 nömrəli qərarının 26cı bəndində də qeyd olunduğu kimi xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə sadalanan aylar üzrə məhz iddiaçının adına sosial sığorta ödənişlərinin həyata keçirildiyi müəyyən edilmir. İddiaçının həmin müəssisədə sarıyıcı və hörgüçü işlədiyi dövrlərin inzibati orqan tərəfindən güzəştli staja daxil edilməsinə münasibətdə bildiririk ki, işəgötürənin arayışına görə sözügedən dövrlərdəki iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Elektrik stansiyaları, enerji qatarlan, buxar və güc təsərrüfatı” adlı 24-cü fəslinin “a) fəhlələr: odadavamlı materialla işləyənlər” bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı Xİİİ bölməsinin 2140000a-15416 kodu ilə qeyd olunmuş “odadavamlı materialla işləyənlər” vəzifələrinə uyğun olduğu qeyd edilmişdir. Göründüyü kimi istinad edilən kodlarda konkret peşənin adı qeyd olunmamış, bu səbəbdən də müəssisə tərəfindən arayışda iddiaçının işlədiyi vəzifələrin istinad edilən vəzifəyə uyğun olması ilə bağlı məlumatlar və iddiaçının işinin xüsusiyyətləri göstərilmişdir. Bu da cavabdehə əsas verir ki, həmin dövrlər güzəştli iş stajına daxil edilsin. Buna görə də iddiaçının "xxxx" ASCdə işlədiyi sarıyıcı vəzifəsi "xxxx" ASC-də işlədiyi sarıyıcı vəzifəsindən fərqləndirilməlidir. Beləliklə, iddiaçının təqdim etdiyi arayışlarda qeyd edilən məlumatlara və Mərkəzi Filialın imtina məktubuna əsasən İddiaçı güzəştli iş stajı 12 il 1 ay 28 gün təşkil edir və qanunvericiliklə tələb edilən 12 il 6 aydan azdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasım) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Məlumdur ki, cavabdehin imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması; Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. Mövcud icraat materiallarına əsasən İddiaçı güzəştli iş stajı qanunvericiliklə tələb olunan 12 il 6 aydan azdır və “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsi üzrə pensiya təyinatına imkan verməmişdir. Deməli, güzəştli iş stajı ilə bağlı dispozisiya şərti iddiaçıya münasibətdə mövcud olmamışdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olub- olmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib- seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, güzəştli iş stajı və pensiya kapitalı (və ya ümumi iş stajı) tələbi ilə bağlı qeyd olunan üç şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təgdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. İddiaçı güzəştli iş stajı tələb olunan müddətdən az olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, Mərkəzi Filial iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən Mərkəzi Filialın imtinası qanunauyğundur. Odur ki, yuxarıda göstərilənləri və İPM-in 47-ci maddəsini rəhbər tutaraq, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövr üzrə pensiya məbləğinin ödənilməsi” tələbinə dair 2-1(120)-4456/2024 nömrəli inzibati iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edəsiniz. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona güzəştli iş stajının kifayət etməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, xx.xx.1984-cü il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək əmək fəaliyyətində olmuşdur. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı ümumi iş stajı 25 ildən çoxluq təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə–pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İşin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasına əsaslanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X5 Stansiyası” MMC-nin xx.xx.2025-ci il tarixli, 20/206-17/03-25 nömrəli arayışından görünür ki, “X5 Stansiyası” MMC-yə ünvanladığınız İddiaçı barədə xx.xx.2024-cü il tarixli, 2-1(120)-4456/2024 saylı məktubunuza tərəfimizdən baxılmışdır. Məlum edirik ki, "xxxx"ASC, “X5 Stansiyası” MMC-nin (“X11 Elektrik Stansiyası” MMC) istismar müddəti başa çatmış, istehsal fəaliyyəti tam dayandırılmışdır. Enerji blokları köməkçı avadanlıqları ilə müvafiq qanunvericiliyə uyğun olaraq balansdan silinmiş və söküntü işləri yekunlaşmışdır. Bu səbəbdən kadrlarla bağlı əhəmiyyət kəsb edən sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilmişdir. Məlumat üçün bildiririk ki, A.Əhmədova arxiv sənədlərinə əsasən arayış verilmişdir. Belə ki, o, xx.xx.2004xx.xx.2009-cü illər, "xxxx"ASC, “X5 Stansiyası” MMC-də (“X11 Elektrik Stansiyası” MMC) sarıyıcı, yəni izoləedici (odadavamlı materialla işləyənlər) işləmişdir. xx.xx.2013xx.xx.2020-ci illər dövründə "xxxx" ASC, “X5 Stansiyası”MMC-də (“X11 Elektrik Stansiyası" MMC) izoləedici, yəni sarıyıcı, hörgüçü (qazanın isti vəziyyətdə odadavamlı kərpiclə hörgüçü) işləmişdir. İşlədiyi vəzifələr üzrə zərərli iş stajı 11 (on bir) il, 5 (beş) ay, 29 (iyirmi doqquz) gün təşkil edir. Blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, zərərli odadavamlı materiallarla (şamot, kərpici, azbes, şüşədöşəkçə, maye şüşə və s.) işləməsindən, qazanın isti vəziyyətdə odadavamlı kərpiclə hörgü işlərinin aparılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24 fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a) fəhlələr bölməsində odadavamlı materialla işləyənlər peşəsinin xüsusiyyətləri ilə eynidir. Bu vəzifələrdə işlədiyi dövrlərdə ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12% əlavə verilmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarına əsasən vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olub və ya ola bilməməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X8 Təyinat üzrə Mərkəzi Filialı təyin edir. Məlumat üçün bildiririk ki, İddiaçı adına məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. Həmçinin iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 01-PH/44 nömrəli arayışından görünür ki, xx xxxxxx 1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu ildə (əmr № 01/17-kş, xx.xx.2009-cu il) "xxxx" ASAC-nin Energetik Avadanlıqların Təmiri İdarəsinin İstilik İzolyasiyası və Hörgü sexinə sarıyıcı peşəsinə qəbul edilib. xx.xx.2012-ci ildə (əmr №- 101/17-kş, xx.xx.2012-ci il) Kimyəvi Mühafizə, Boya və İzolyasiya İdarəsinin Şirvan İzolyasiya sahəsinə izoləedici peşəsinə keçirilib və xx.xx.2013-cü ildə (əmr №-13/11-kş, xx.xx.2013-cü ildə) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsi xitam edilib. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı işlədiyi izolyasiyaçı peşəsində işləyən işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Saylı Qərarı ilə təsdiq edilmiş, “Əmək şəraiti zərəli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən 2290000a-12520 şifrəsi ilə qeyd edilmiş izolyosiyaçılar peşəsinə uyğundur. xx.xx.2012-ci ildən-xx.xx.2013cü ilədək Güzəştli pensiya üçün staj: 10 ay təşkil edir. Bundan əlavə iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 10 nömrəli arayışından görünür ki, xx xxxxxx 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1987-ci ildə (Əmr №-664. xx.xx.1987-ci il) 4-cü dərəcəli termoizolyasiyaçı peşəsinə qəbul edilib. xx.xx.1988-ci ildə (Əmr № 86, xx.xx.1988-ci il) Tarif dərəcələrində dəyişikliklə əlaqədar olaraq, Termoizolyasiya sahəsinə izolyasiyaçı peşəsinə keçirilib və xx.xx.1991-ci ildə (Əmr № 112. xx.xx.1991-ci il) Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. Yuxarıda qeyd edilənlərə əsasən. İddiaçı işlədiyi termoizolyasiyaçı və izolyasiyaçı peşələrində işləyən işçilərin sağlamlığına mənfi təsir göstərən amillərə aiddir: İşçi zonasinin havasının yüksək tozlu və qazlı olması, izolə edilən avadanlıqların, qurğuların, işçi zonanın havasının yüksək tempratura malik olması, işlərin görüldüyü ərazidə 1.3 metr və daha artıq hündürlükdə dəyişmələr. 100-200° C tempratura qədər qızdırılmış izoləedici materiallarla (bitum qətranı və s.) iş zamanı yanıq alma təhlükəsi və belə materialların qızdırılması ilə buxarlanan kimyəvi maddələrin tənəffüs sisteminə mənfi təsiri, şüşəli liflərdən (rusca-steklovata) tozlanan şüşə tozunun tənəffüs yollarına düşməsi və dəriyə təması nəticəsində sağlamlığa təhlükə yaratması və s. aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-İi Qərarının 29-cu "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" Fəslinə əsasən termoizolyasiyaçılar və izolyosiyaçılar bəndinə və 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmişdir. “Əmək şəraiti zərali və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən 2290000a- 12520 şifrəsi ilə qeyd edilmiş izolyasiyaçılar və 2290000a-12531 şifrəsi ilə qeyd edilmiş termoizolyasiyaçılar peşəsinə tam uyğun olması və həmin siyahılarda göstərilən peşələrin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Güzəştli pensiya üçün staj: 03 il, 04 ay, 12 gün təşkil edir. Məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi izoləedici, yəni sarıyıcı, hörgüçü (qazanın isti vəziyyətdə odadavamlı kərpiclə hörgüçü) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 24-cü fəslinə, həmçinin izolyasiyaçı, termoizolyasiyaçı vəzifəsi həmin siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” 29-cu fəslinə uyğundur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması, həmçinin işlədiyi vəzifəsinin güzəştli iş stajı olması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı iddiası təmin edilsin. İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim Şahəli Musayev