Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1554/2024 05.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş vətəndaşların pensiya təminatı haqqında qanunun 13-cü maddəsinin b bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş vətəndaşların pensiya təminatı haqqında qanunun 13-cü maddəsinin b bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il tarixdə Neftçala rayonunun Tataraməhəllə kəndində anadan olmuş, xx.xx.1976-xx.xx.1978-ci ilə (2 il 02 ay 06 gün) kimi “Texniki məktəb”-də, xx.xx.1978-xx.xx.1979-cu ilə (04 ay 17 gün) kimi, xx.xx.1981-xx.xx.1989cu ilə (08 il 02 gün) kimi “Azneft” İB-nin “İstehsalat Xidmətinin Mərkəzi Bazası”-da “elektrikmantyoru”, xx.xx.1989-xx.xx.1996-cı ilə (07 il 07 ay 30 gün) kimi həmin idarədə “xidmət sahəsində mühəndis”, xx.xx.1996-xx.xx.1999-cu ilə (02 il 01 ay 10 gün) kimi “Salyan NQÇİ”-də “istehsalat avtomatlaşdırması sexi”-nə rəis, xx.xx.2000-xx.xx.2008-ci ilə (08 il 07 ay 07 gün) kimi həmin idarədə “avtomatika sexi”-nə rəis və xx.xx.2008-xx.xx.2020-ci ilə (01 il 07 ay 19 gün) həmin idarədə “mühəndis” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələrdən xx.xx.1981xx.xx.1989-cu ilə (08 il 02 gün) kimi “Azneft” İB-nin “İstehsalat Xidmətinin Mərkəzi Bazasın”-da “elektrik-mantyoru”, xx.xx.1989-xx.xx.1996-cı ilə (07 il 07 ay 30 gün) kimi həmin idarədə “xidmət sahəsində mühəndis” vəzifələri zərərli və ağır iş stajı olduğuna görə ona xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2016-cı il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Onun xx.xx.2006-cı il tarixə kimi ümumi 25 ildən artıq və 12 il 06 aydan çox güzəştli iş stajı vardır. Cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, arxiv arayışını, hərbi biletin notarial təsdiq edilmiş sürətini və güzəştli arayışlarını əlavə edərək ona xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunuun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunuun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-5-91387/2023 nömrəli məktubla cavab verərək, Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair xx.xx.2023-cü il tarixli, 10 nömrəli arayışında “Azneft” İB-nin İstehsalat Xidmətinin Mərkəzi bazasında xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində elektrik-mantyoru və xx.xx.1989-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə mühəndis vəzifələrində işlədiyi qeyd olunmuş, göründüyü kimi işlədiyi sahələr sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan qazma sahəsinə, işlədiyi elektrik-mantyoru və mühəndis vazifəsi isə bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik-mantyorları və bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifələrinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, xx.xx.2023-cü il tarixli, 3-17-1V2-5-91387/2023 nömrəli məktubunda qeyd edilənlərə əsasən yenidən ərizə ilə sonuncu dəfə işlədiyi "xxxx" “X3 və Avtomatika” MMC-yə müraciət edərək “Azneft” İB-nin İstehsalat Xidmətinin Mərkəzi bazasında xx.xx.1981xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində elektrik-mantyoru və 01.03.198-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə mühəndis vəzifələrinin əmək funksiyaları barədə açıqlama verməsini xahiş etmiş, ərizəsində işlədiyi vəzifənin əmək funksiyalarının aydın göstərilməsi və işlədiyi vəzifənin neft sənayesi ilə əlaqəli olması barədə açıqlama olmadığından arayışın yetərli olmaması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Ona görə də işlədiyi vəzifələrə aydınlıq gətirilməsini xahiş etmişdir. Həmin idarədən ona yenidən xx.xx.2023-cü il tarixli, 11 nömrəli arayış verilərək işlədiyi vəzifələrin əmək funksiyaları və neft sənayesi ilə əlaqəli olaraq xidmət göstərilməsi barədə açıqlama verilməsinə dair ikinci dəfə cavabdeh orqana xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli, 11 nömrəli arayışı əlavə etmişdir. Lakin buna baxmayaraq cavabdeh birinci məktubunda qeyd edilənlərə oxşar cavab verərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi barədə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-S-204279/2023 nömrəli imtina məktubu vermişdir. Bu səbəbdən də iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə xx.xx.2006-cı il tarixə kimi ümumi iş stajının 25 il təşkil etdiyini bildirsə də, lakin xüsusi iş stajına dair münasibətdə isə “Azneft” İB-nin İstehsalat Xidmətinin Mərkəzi bazasında xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində elektrik-mantyoru və xx.xx.1989-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə mühəndis vəzifələrin güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Lakin cavabdeh maddi hüquq normalarının tətbiqi baxımından səhvə yol verir. Cavabdeh xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində elektrik-mantyoru və xx.xx.1989-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə mühəndis vəzifələrin güzəştli iş stajı qəbul etməməsini həmin vəzifələrin birbaşa neft sənayesi ilə əlaqəli olmadığına istinad edir və həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Siyahısında qeyd edilən vəzifələrə uyğun olmadığını əsas gətirir. "xxxx" “X3 və Avtomatika” MMC-nin xx.xx.2023-cü il tarixli, 11 nömrəli arayışında NÖC və Avtomatika MMC müasir tələb və standartlara cavab verən avtomatlaşdırma qurğularının və sistemlərinin yaradılması, proqram, SCADA, elektrik, X3 və avtomatika vasitələrinin quraşdırılması, təmiri, sazlanması, texniki xidməti, təzyiq ölçü vasitələrinin sınaqdan keçirilməsi, neft-mədən avadanlıq və alıtlərdə qüsurların ultrasəs nəzarət üsulu ilə aşkar edilməsi (defektoskopiya), eləcədə müəssisədaxili rabitə, təhlükəsizlik. Videonəzarət və siqnalizasiya sistemlərinin quraşdırılması, təmiri, sazlanması tezniki xidməti və s. işləri yerinə yetirir. Bu vəzifələr elektrik-mantyorunun gördüyü işlərə aiddir. Qazma buruqlarında və digər obyektlərdə avtomatik idarəetmə qurğu və sistemlərinə, ölçü vasitələrinə texniki xidmətlərdən və s. xidmətlərdən ibarət olduğu müəyyən olunur. Bu vəzifələr isə mühəndisin gördüyü işlərə aiddir. Yuxarıda qeyd olunan peşə və vəzifələrə kodlara əsasən uyğun gəlir. Həmin arayışda onun işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan xx.xx.1993-cü il tarixli, 320 nömrəli 1 №-li Siyahısında 12-ci bölməsinin 3-cü bəndinin b) “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” (2130100a—19861) və həmin bölmədə b) Rəhbərlər və mütəxəssislər; 12-ci bölməsinin 1-ci bəndinin b) “bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)” (2130lOOb—22247) kodları ilə qeyd edilmişdir. xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun əhatə dairəsinə düşən şəxslərin hamısı birmənalı olaraq həmin Qanununun 13-cü maddəsinin “b” bəndin əsasən pensiya təyin edilməklə ödənilməlidir. Hal-hazırda qüvvədə olmuş xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən ümumi və xüsusi iş stajını topladığıma görə cavabdehin istinad etdiyi xx.xx.2017-ci il tarixdən sonra müraciətim qazanılmış pensiya hüququnu əldə etdiyi mübahisə doğurtmur. Bu hüquq, həmçinin pensiyanın hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Əks halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Belə ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya mübahisələndirilə bilməz. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nm 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Lakin onun hüququ göründüyü kimi 2015-ci il tarixdə yaranmışdır və xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-da güzəştli arayış barədə norma qeyd edilməmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təminatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Onun hüququ 2016-cı il tarixdə yarandığından münasibətdə bu Qaydalar tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş və “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları mənim pensiya hüququ yaranan tarixdə qüvvədə olmuşdur. Həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir. Bütün bunlara baxmayaraq mən iddiaçı tərəfindən cavabdeh orqana güzəştli arayış təqdim edilmişdir. Ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Onun təqdim etdiyi iş yerindən arayışlarda da işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Göründüyü kimi onun xx.xx.2006-cı il tarixə kimi 25 ildən çox ümumi və 12 il 06 aydan artıq güzəştli iş stajım mövcuddur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanlanmış məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin iddiaçıya dair 28 mart 2023-cü il tarixli 10 nömrəli arayışında onun “Azneft” İB-nin istehsalat Xidmətinin Mərkəzi Bazasında 26.02 1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində elektrik montyoru, xx.xx.1989-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə mühəndis vəzifələrində işiədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin siyahısı nda nəzərdə tutulan qazma sahəsinə, həmçinin, işlədiyi elektrik montyoru və mühəndis vəzifəsi isə bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları və bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifələrinə aid deyildir. Qeyd olunanlara əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin iddiaçıya xx.xx.2022-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Sözügedən məktuba əsasən, “Salyan OİL” LTD-nin iddiaçıya dair 5 sentyabr 2022-ci il tarixli, 22-086 nömrəli arayışında onunxx.xx.1996-cı il tarixdən bugünədək istehsalatın Avtomatlaşdırılması Sexində və Avtomatika Sahəsində rəis və mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan siyahıda göstərilən neft, qaz və kondensati hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidməti sahəsinə aid deyildir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 ıl sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi-əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü isin siyahılara uyğunluqunu müəyyən etmək ücün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə ücün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlərlə peniyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydadamüəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, Neftçala rayonu, Dördlər kəndində qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1978-ci ilə kimi “Texniki məktəb”-də, xx.xx.1978-xx.xx.1979-cu ilə kimi, xx.xx.1981-xx.xx.1989-cu ilə kimi “Azneft” İB-nin “İstehsalat Xidmətinin Mərkəzi Bazası”-da “elektrik-mantyoru”, xx.xx.1989-xx.xx.1996-cı ilə kimi həmin idarədə “xidmət sahəsində mühəndis”, xx.xx.1996-xx.xx.1999-cu ilə kimi “Salyan NQÇİ”-də “istehsalat avtomatlaşdırması sexi”-nə rəis, xx.xx.2000-xx.xx.2008-ci ilə kimi həmin idarədə “avtomatika sexi”-nə rəis və xx.xx.2008-xx.xx.2020-ci ilə həmin idarədə “mühəndis” vəzifələrində işləmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası “X3 və Avtomatika” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də “Azneft” İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1981-ci il tarixindən (xx.xx.1981-ci il Əmr № 57/K) xx.xx.1989-cı il tarixinədək elektrik montyoru, xx.xx.1989-cu il tarixindən (xx.xx.1989-cı il Əmr 26/K) xx.xx.1996-cı il tarixinədək (xx.xx.1996-cı il Əmr 34/K) 4cü xidmət sahəsində mühəndis vəzifəsində işləmişdir. (iş staji 15 il 8 ay 2 gün) Yuxarıda göstərilən vəzifə və iş stajı AR Nazirlər Kabinetinin 320 saylı 2 №- xx.xx.1993-cu il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gösləriciiərin Siyahısfnm 12-ci bölməsinin 3-cü bəndinin b) elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları ( KOD: 2130302a—19861) Yuxarıda göstərilən vəzifə və iş stajı AR Nazirlər Kabinetinin 320 saylı 2 №- xx.xx.1993-cu il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnm 12-ci bölməsinin 1 -ci bəndinin b) bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) ( KOD: 2130100b—22247) xx.xx.1993-cü il tarixdən İstehsalat Xidmətinin Mərkəzi Bazasının (İXMB) adı dəyişdirilərək «Azərineftavtomatika» müəssisəsi olmuşdur, (əmr 77№-li xx.xx.1993-cü il) xx.xx.2002-ci il tarixdən «Azərineftavtomatika» müəssisəsi «X3 və Avtomatika» ASC-yə çevrilmişdir (Əmr 11 №-li -13.03.02). xx.xx.2011-ci il tarixdən «X3 və Avtomatika» ASC «X3 və Avtomatika» MMCyə çevrilmişdir (Əmr 31 №-li - 02.05. 2011 -ci il). İşdə olan Azərrbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-S-91387/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 i! azaldılmaqla əmək şəraitinə görə güzəştli şəıtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığuiia hissəsində qeydə alınmış pensiya kapitaiı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 ii sığorta stajı olduqda (2017-c; ıl iyulun 1dokyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqia) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiai əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinirı fərmanlarım və sərəncamlarını. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını. Fona un İdarə Heyətinin sədrinin sərəncam vo əmilərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı iiə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyoriarı və bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “NOCA 1969" MMC-nin sizə dair 28 mart 2023-cü il tarixli, 10 nömrəli arayışında “Azneft” İB-nin İstehsalat Xidmətinin Mərkəzi Bazasında xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində elektrik montyoru, xx.xx.1989-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə mühəndis vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan qazma sahəsinə, işlədiyi elektrik montyoru və mühəndis vəzifəsi isə bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğui olan elektrik montyorları və bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifələrinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası “X3 və Avtomatika” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 11 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də “Azneft” İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1981-ci il tarixindən (xx.xx.1981-ci il Əmr № 57/K) xx.xx.1989-cu il tarixinədək elektrik montyoru, 01 03.1989-cu il tarixindən (xx.xx.1989-cı il Əmr 26/K) xx.xx.1996-cı il tarixinədək (xx.xx.1996-cı il Əmr 34/K) 4cü xidmət sahəsində mühəndis vəzifəsində işləmişdir. (iş staji 15 il 8 ay 2 gün) Yuxarıda göstərilən vəzifə və iş stajı AR Nazirlər Kabinetinin 320 saylı 2 №- xx.xx.1993-cu il tarixli qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 12-ci bölməsinin 3-cü bəndinin b) elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (KOD: 2130302a—19861) Yuxarıda göstərilən vəzifə və iş stajı AR Nazirlər Kabinetinin 320 saylı 2 №- xx.xx.1993-cu il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnm 12-ci bölməsinin 1 -ci bəndinin b) bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) ( KOD: 2130100b—22247) NÖC və Avtomatika MMC müasir tələb və standartlara cavab verən avtomatlaşdırma qurğularının və sistemlərinin yaradılması, proqram, SCADA, elektrik, X3 və avtomatika vasitələrinin quraşdırılması, ı, təmiri, sazlanması, texniki xidməti, təzyiq ölçü vasitələrinin sınaqdan keçirilməsi, neft-mədən avadanlıq və alətlərdə qüsurların ultrasəs nəzarət üsulu ilə aşkar edilməsi (defektoskopiya), eləcədə müəssisədaxili rabitə, təhlükəsizlik, videonəzarət və siqnalizasiya sistemlərinin quraşdırılması, təmiri, sazlanması və texniki xidməti və.s işləri yerinə yetirir. Qazma buruqlarında və digər obyektlərdə avtomatik idarəetmə qurğu və sistemlərinə, ölçü vasitələrinə texniki xidmətlərdən və s. xidmətlərdən ibarət olduğu müəyyən olunur. Bu səbəbdən hesab edirik ki vətəndaş İddiaçı yuxarıda qeyd olunan peşə və vəzifələrə kodlara əsasən uyğun gəlir. xx.xx.1993-cü il tarixdən İstehsalat Xidmətinin Mərkəzi Bazasının (İXMB) adı dəyişdirilərək “Azərineftavtomatika” müəssisəsi olmuşdur. (əmr77№-li xx.xx.1993-cü il) xx.xx.2002-ci il tarixdən “Azərineftavtomatika” müəssisəsi «X3 və Avtomatika» ASC-yə çevrilmişdir (Əmr 11 №-li -13.03.02). xx.xx.2011-ci il tarixdən “X3 və Avtomatika” ASC “X3 və Avtomatika” MMC-yə çevrilmişdir (Əmr 31 №-li - 02.05. 2011 -ci il). İşdə olan Azərrbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-S-204279/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarım, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhaiinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları və bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair 28 iyul 2023-cü il tarixli 10 nömrəli arayışında “Azneft” İB-nin İstehsalat Xidmətinin Mərkəzi Bazasında xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində elektrik montyoru, xx.xx.1989-xx.xx.1996-cı tarixləri arasındakı dövr ərzində isə mühəndis vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan qazma sahəsinə, işlədiyi elektrik montyoru və mühəndis vəzifəsi isə bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları və bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifələrinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-45522/2024 nömrəli etiraza əlavəsindən qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarım, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhaiinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları və bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair 28 iyul 2023-cü il tarixli 10 nömrəli arayışında “Azneft” İB-nin İstehsalat Xidmətinin Mərkəzi Bazasında xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində elektrik montyoru. xx.xx.1989-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə mühəndis vəzifələrində işlədiyi qevd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qevd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan qazma sahəsinə, islədivi elektrik montyoru və mühəndis vəzifəsi isə bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları ve bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma isləri üzrə) vəzifələrinə aid deyil. Bu səbəbdən də onun güzəştli is stajı yoxdur. Əlavə olaraq bildiririk ki, İddiaçı ümumi is stajı 1 yanvar 2006-cı il tarixinədək 27 il 1 av 9 gün (xx.xx.1978-xx.xx.1979cu il, xx.xx.1979-xx.xx.1980-ci il (hərbi xidmət), xx.xx.1981-xx.xx.1996-cı il, xx.xx.1996xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda, adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 25105,95 manat, həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 77758,65 manat olmaqla cəmi pensiya kapitalı 102864,60 manat təşkil edir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası “X3 və Avtomatika” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, BM-33 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən də “Azneft” İB-nin İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1981-ci il tarixindən (xx.xx.1981-ci il, Əmr 26/k) xx.xx.1989-cu il tarixinədək elektrik-mantyoru (əsl vəzifə adı elektrik avadanlığlarının təmiri və xidməti üzrə elektrikmantyoru) və xx.xx.1989-cu il tarixindən (xx.xx.1989-cu il, Əmr 26/k) xx.xx.1996-cı il tarixinədək (xx.xx.1996-cı il, Əmr 34/k) 4-cü xidmət sahəsində mühəndis (əsl vəzifə adı neft hasilatı obyektlərinə xidmət edən elektrik təchizatı üzrə mühəndis) vəzifələrində işləmişdir. İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək işlədiyi elektrik-mantyoru peşəsi üzrə gördüyü işlər-qazma buruğlarında və digər neft-mədən obyektlərində elektrik avadanlıqları və kabel xətlərinə müntəzəm olaraq baxış keçirilməsi və texniki xidmətin göstərilməsindən ibarət olmuşdur. Həmin peşə AR Nazirlər Kabinetinin 320 saylı 2 №-li xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 12-ci bölməsinin 3-cü bəndinin b) elektrik avadanlığlarının təmiri və xidməti üzrə elektrik-mantyoru (KOD: 2130302a- 19861) kodu ilə qeyd edilmişdir. Həmçinin İddiaçı xx.xx.1989-cu il tarixindən xx.xx.1996-cı il tarixinədək işlədiyi mühəndis vəzifəsi üzrə gördüyü işlər-qazma buruğlarında və digər neftmədə»1 obyektlərində müasir tələb və standartlara cavab verən avtomatlaşdırma qurğularının və sistemlərinin yaradılması, proqram, SCADA, elektrik, X3 və avtomatika vasitələrinin quraşdırılmasım həyata keçirilməsindən ibarət olmuşdur. Həmin vəzifə AR Nazirlər Kabinetinin 320 saylı 2 №-li xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 12-ci bölməsinin 1-ci bəndinin b) bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (KOD: 2130100b-22247) kodu ilə qeyd edilmişdir. Bu səbəbdən də hesab edirik ki, İddiaçı yuxarıda qeyd edilən peşə və vəzifəsi zərərli və ağır iş stajı olduğundan AR Nazirlər Kabinetinin 320 saylı 2 №-li xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 12-ci bölməsinin 3-cü bəndinin b) elektrik avadanlığlarının təmiri və xidməti üzrə elektrik-mantyoru (KOD: 2130302a-19861) koduna və həmçinin həmin siyahının 12-ci bölməsinin 1-ci bəndinin b) bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (KOD: 2130100b-22247) koduna uyğun gəldiyinə görə ona güzəştli iş stajı üzrə pensiya hüququ verir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür:
1. xx.xx.2006-cı il tarixədək tələb olunan güzəştli iş stajının toplanmaması;
2. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda nəzərdə tutulmaması, bununla da onun güzəştli iş stajının olmamasıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - xx.xx.1976-xx.xx.1978-ci ilə (2 il 02 ay 06 gün) kimi “Texniki məktəb”-də, xx.xx.1978xx.xx.1979-cu ilə (04 ay 17 gün) kimi, xx.xx.1981-xx.xx.1989-cu ilə (08 il 02 gün) kimi “Azneft” İB-nin “İstehsalat Xidmətinin Mərkəzi Bazası”-da “elektrik-mantyoru”, xx.xx.1989-xx.xx.1996-cı ilə (07 il 07 ay 30 gün) kimi həmin idarədə “xidmət sahəsində mühəndis”, xx.xx.1996xx.xx.1999-cu ilə (02 il 01 ay 10 gün) kimi “Salyan NQÇİ”-də “istehsalat avtomatlaşdırması sexi”-nə rəis, xx.xx.2000-xx.xx.2008-ci ilə (08 il 07 ay 07 gün) kimi həmin idarədə “avtomatika sexi”-nə rəis və xx.xx.2008-xx.xx.2020-ci ilə (01 il 07 ay 19 gün) həmin idarədə “mühəndis” vəzifələrində işləmişdir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının qanunvericiliyə uyğun olaraq xx.xx.2006-cı il tarixdəkə ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan imtina məktubunda iddiaçının işlədiyi xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində elektrik montyoru, xx.xx.1989-xx.xx.1996-cı tarixləri arasındakı dövr ərzində isə mühəndis vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan qazma sahəsinə, işlədiyi elektrik montyoru və mühəndis vəzifəsi isə bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları və bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) vəzifələrinə aid olmadığı qeyd edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində elektrik montyoru, xx.xx.1989-xx.xx.1996-cı tarixləri arasındakı dövr ərzində isə mühəndis vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda “Azneft” İB-nin istehsalat Xidmətinin Mərkəzi Bazasında işlədiyi müddəti mübahisəli dövr kimi hesab etdiyi iddiaçının işlədiyi həmin dövrlə bağlı tam araşdırma apararaq sorğu cavabları nəticəsində aşağıda qeyd edilən halları müəyyən etmişdir: - “X3 və Avtomatika” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, BM-33 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən də “Azneft” İB-nin İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1981-ci il tarixindən (xx.xx.1981-ci il, Əmr 26/k) xx.xx.1989-cu il tarixinədək elektrik-mantyoru (əsl vəzifə adı elektrik avadanlığlarının təmiri və xidməti üzrə elektrik-mantyoru) və xx.xx.1989-cu il tarixindən (xx.xx.1989-cu il, Əmr 26/k) xx.xx.1996-cı il tarixinədək (xx.xx.1996-cı il, Əmr 34/k) 4-cü xidmət sahəsində mühəndis (əsl vəzifə adı neft hasilatı obyektlərinə xidmət edən elektrik təchizatı üzrə mühəndis) vəzifələrində işləmişdir. İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək işlədiyi elektrik-mantyoru peşəsi üzrə gördüyü işlər-qazma buruğlarında və digər neft-mədən obyektlərində elektrik avadanlıqları və kabel xətlərinə müntəzəm olaraq baxış keçirilməsi və texniki xidmətin göstərilməsindən ibarət olmuşdur. Həmin peşə AR Nazirlər Kabinetinin 320 saylı 2 №-li xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 12-ci bölməsinin 3-cü bəndinin b) elektrik avadanlığlarının təmiri və xidməti üzrə elektrik-mantyoru (KOD: 2130302a- 19861) kodu ilə qeyd edilmişdir. Həmçinin İddiaçı xx.xx.1989-cu il tarixindən xx.xx.1996-cı il tarixinədək işlədiyi mühəndis vəzifəsi üzrə gördüyü işlər-qazma buruğlarında və digər neftmədə»1 obyektlərində müasir tələb və standartlara cavab verən avtomatlaşdırma qurğularının və sistemlərinin yaradılması, proqram, SCADA, elektrik, X3 və avtomatika vasitələrinin quraşdırılmasım həyata keçirilməsindən ibarət olmuşdur. Həmin vəzifə AR Nazirlər Kabinetinin 320 saylı 2 №-li xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 12-ci bölməsinin 1-ci bəndinin b) bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (KOD: 2130100b-22247) kodu ilə qeyd edilmişdir. Bu səbəbdən də hesab edirik ki, İddiaçı yuxarıda qeyd edilən peşə və vəzifəsi zərərli və ağır iş stajı olduğundan AR Nazirlər Kabinetinin 320 saylı 2 №-li xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 12-ci bölməsinin 3-cü bəndinin b) elektrik avadanlığlarının təmiri və xidməti üzrə elektrik-mantyoru (KOD: 2130302a-19861) koduna və həmçinin həmin siyahının 12-ci bölməsinin 1-ci bəndinin b) bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (KOD: 2130100b-22247) koduna uyğun gəldiyinə görə ona güzəştli iş stajı üzrə pensiya hüququ verir. Eləcə də, “X3 və Avtomatika” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə təqdim etdiyi “elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik-mantyoru” peşə təlimatına və “neft hasilatı obyektlərinə xidmət edən elektrik təchizatı üzrə mühəndis” vəzifə təlimatlarına baxış keçirilən zaman iddiaçının işlədiyi peşə və vəzifənin zərərli və ağır iş stajı olduğu bir daha öz təsdiqini tapır. İddiaçı yuxanda sadalanan peşələrdə əmək vəzifələri xx.xx.1981-xx.xx.1989-cu ilə kimi “Azneft” İB-nin “İstehsalat Xidmətinin Mərkəzi Bazası”-da “elektrik-mantyoru”, xx.xx.1989xx.xx.1996-cı ilə kimi həmin idarədə “xidmət sahəsində mühəndis” olmuşdur. İddiaçı eyni hüquqi əsaslarla güzəştli pensiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»-na uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajları aşağıdakı cədvəldə göstərilməkdədir:
İşçinin vəzifəsinin və ya peşəsinin adı Həmin vəzifədə/peşədə Vəzifənin və peşənin topladığı güzəştli iş stajı Siyahıda uyğun bölmə, istehsalat, kodu və peşənin adı elektrik avadanlığının təmiri və xidməti 08 il 02 gün KOD: 2130302aüzrə elektrik montyorları 19861 bilavasitə buruqlarda məşğul olan qazma 07 il 08 ay KOD: 2130100b— üzrə mühəndislər (qazma işləri üzrə) 22247 Cəmi: 15 il 08 ay 02 gün -
İddiaçı 01 yanvar 2006-cı il tarixinə kimi 15 il 08 ay 02 gün güzəşti şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı vardır. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Cavabdeh inzibati orqanın Azərbaycan Respublikası “X3 və Avtomatika” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi güzəştli arayışının həqiqətə uyğun olmadığının sübuta yetirilmədiyi hazırki iş üzrə müəyyən olunmur. Belə yanaşma isə vətəndaşların müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi tələbləri, habelə məhkəmə icraatının effektivliyi və prosessual qənaət prinsipləri baxımından yolverilməzdir. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Beləliklə, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən təyin edilməli olsa da, adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 20 sentyabr 2022-ci il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan pensiya məbləği onun ilkin müraciət etdiyi tarixdən geriyə 3 (üç) il ərzində, yəni 20 sentyabr 2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli is stajı əsasında hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş vətəndaşların pensiya təminatı haqqında qanunun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvəldən, yəni 20 sentyabr 2019-cu il tarixindən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən: Hilal Nəcəfov