Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1555/2024 03.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirаkları ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “03 fevral 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavadehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1555/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” kimi qə İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1 -ci maddəsinə əsasən yaş və staj tələbləri əsas götürülməklə,60 yaşından, 03 fevral 2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsində mübahisə yaranmışdır. 03 fevral 2023-cü il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajın olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin müraciət etmiş, lakin cavabdeh 01 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-S-201135/2023 nömrəli məktubu ilə tələbini təmin etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi etirazda qeyd edilmişdir ki, İddiaçı ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən, xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar iddia ərizəsinə etirazı təqdim edir və icraata qəbul edib, hüquqi qiymət verilməsini xahiş edir. Hesab edir ki, aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (hazırda qüvvədə olan müddəalarına əsasən) axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (65-5=60 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Qanunvericiliklə tələb olunan üçüncü şərtə münasibətdə aşağıdakıları bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1,20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a), polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı A.X3 təqdim etdiyi "xxxx" ASC-nin arayışında xx.xx.1983xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunub. Belə ki, İddiaçı işlədiyi quraşdırıcı çilinqər vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd edilən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid deyil. İş materiallarından göründüyü kimi qanunvericiliklə tələb olunan üçüncü şərt ödənilmir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair 2- 1(120)- 4384/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Hacıqabul şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. Əmək fəaliyyəti ilə məşğul olduğu tarixlərdə zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Bu səbəbdən də ona 62 yaşdan əmək pensiyası təyin edilməlidir. Ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - İşdə olan iddiaçının ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1983-xx.xx.1999-cu il tarixədək müxtəlif idarələrdə işləmişdir. - İşdə olan iddiaçının НЗ №4516986 nömrəli hərbi biletinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. - İşdə olan Mingəçevir Energiquraşdırma ATSC-nin xx.xx.2023-cü il tarixli, 06 nömrəli güzəştli iş stajı haqqında arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən hal - hazırda Mingəçevir “Enerjiquraşdırma” ATSC-ti adlandırılan “Qafqazenerjiquraşdırma” trestində xx.xx.1983-cü il tarixdən (əmr 144k,xx.xx.1983-cü il) 2-ci dərəçəli çilingər vəzifəsinə işə qəbul olmuş,10.10'.l983-cü il tarixdə (əmr 198k, xx.xx.1983-cü il) 3-cü dərəçəli quraşdırıcı- çilingər peşəsinə keçirilmiş,xx.xx.1999-cu il tarixdə (əmr 79k,xx.xx.1999-cu il ) işdən azad edilmişdir. İşlədiyi müddətdə Azərbaycan DRES-da bilavasitə poladdan hazırlanmış bakların,mazut ötürmə sistemlərinin, turbinin, çənlərin, rezervuarların, aşağılegirli polad boruların, yüksək gərginlikli elektrik ötürücü xətlərin keçdiyi polad dirəklərin quraşdırılması, buxar qazanlarının daxilində,qapalı otaqlarda legirlənmiş polad borularının quraşdırılması işləri ilə tam 8 (səkkiz) saatlıq iş günü ərzində, iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. Xüsusi zərərli iş şəraiti dedikdə, zəhərli buxarların tənəffüs sisteminə təsiri, yüksək həddə səs-küy, elektromaqnit dalğalarının bütün orqanizmə təsiri, yüksək temperatur, yanğın və partlayış təhlükəli şəraitdə qeyd edilən işlərin həyata keçirilməsi nəzərdə tutulur.İddiaçı quraşdırfcı çilingər vəzifəsindəki yerinə yetirdiyi vəzifə öhdəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı” nın 29.Bina,qurğu və digər obyektlərin inşası,yenidən qurulması,texniki təchizatı,bərpası və təmiri bölməsində polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə guraşdırıcılar peşəsinin vəzifə öhdəlikləri ilə eynilik təşkil edir. Həmin Siyahıda polad konstruksiyalar dedikdə, hər istehsalat sahəsinə uyğun polad konstruksiyalar nəzərdə tutulur ki, energetika istehsalatında polad konstruksiyalar dedikdə, əsasən, hazırki arayışda birinci abzasda sadalanan polad konstruksiyalar nəzərdə tutulur.Trest “Qafqazenerjiquraşdırma” Mingəçevir quraşdırma idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə X1 Tipli Səhmdar Cəmiyyəti olub. Güzəştli arayış Mingəçevir Enerjiquraşdırma ATSC-nin arxivində saxlanılan İddiaçı şəxsi anketinə və əmək kitabçasına əsasən tərtib edilmişdir. Mingəçevir Enerjiquraşdırma ATSC-nin sədri:Hazırki arayışın verilməsilə İddiaçı daha əvvəlki tarixdə verilmiş 04 nömrəli, 03 may 2023-cü il tarixli güzəştli iş stajı barədə arayış öz qüvvəsini (istehsalat sahəsinin və vəzifə adının mexaniki səhv səbəbilə düzgün göstərilmədiyi üçün) itirmiş hesab edilir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-S-201135/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 2 iyun 2023-cü il tarixli 3-17-1/2-S-124462/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-152284/2023 nömrəli məktublarla cavablandırılmış 7 avqust 2023-cü il tarixində daxil olmuş eyniməzmunlu müraciətə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a), polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin dair arayışında xx.xx.1983-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi işlədiyi quraşdırıcı çilingər vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd edilən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-287233 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a), polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair arayışında xx.xx.1983-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi İddiaçı işlədiyi quraşdırıcı çilingər vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd edilən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur.Eyni zamanda, adıçəkiiən şəxsin təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 25 il 06 ay 05 gün (01.01,2006-cı il tarixinədək 18 il 6 ay 05 gün əmək stajı (xx.xx.1981 -xx.xx.1983-ci il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1999-ci il tarixləri arasındakı dövrlər) həmin tarixdən sonra isə 7 il) sığorta stajı təşkil edir.Bundan başqa, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2023-cü il tarixinə 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 20262,12 manat təşkil edir. Əlavə olaraq, adıçəkilən şəxsin Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətlərini təqdim etmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-24690/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 19 yanvar 2024-cü il tarixində daxil olmuş 2-1(120)-4384/2023 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a), polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair arayışında xx.xx.1983-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, İddiaçı işlədiyi quraşdırıcı çilingər vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd edilən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Eyni zamanda, adıçəkilən şəxsin təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 25 il 06 ay 05 gün (01.01,2006-cı il tarixinədək 18 il 6 ay 05 gün iş stajı (xx.xx.1981-xx.xx.1983-ci il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1999-ci il tarixləri arasındakı dövrlər) həmin tarixdən sonra isə 7 il sosial sığorta stajı) təşkil edir. - İşdə olan Mingəçevir Energiquraşdırma ATSC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 02 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı həqiqətən hal-hazırda Mingəçevir Enerjiquraşdırma ATSC-ti adlandırılan “Qafqazenerjiquraşdırma” trestində xx.xx.1983-cü il tarixdən (əmr 144k.xx.xx.1983-cü il) 2-ci dərəçəli çilingər vəzifəsinə işə qəbul olmuş.xx.xx.1983-cü il tarixdə (əmr 198k, xx.xx.1983-cü il) 3-cü dərəçəli quraşdırıcı-çilingər peşəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə (əmr 79k.xx.xx.1999-cu il) işdən azad edilmişdir. İşlədiyi müddətdə vəzifə öhdəliklərinə Azərbaycan DRES-da bilavasitə poladdan hazırlanmış bakların, mazut ötürmə sistemlərinin, turbinin, çənlərin, rezervuarların, aşağılegirli polad boruların, yüksək gərginlikli elektrik ötürücü xətlərin keçdiyi polad dirəklərin quraşdırılması, buxar qazanlarının daxilində,qapalı otaqlarda legırlənmiş polad borularının quraşdırılması işləri ilə tam 8 (səkkiz) saatlıq iş günü ərzində, iş qrafıkinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. Bu vəzifədə çalışan işçilərin əmək haqqına daim 8 faizlik ağır və zərərli iş şəraitində işlədikləri üçün əlavə hesablanıb ödənilmişdir. İllik ödənişli əmək məzuniyyət günlərinə eyni səbəblərlə 6 günlük ödənişli məzuniyyət günü hesablanaraq təqdim edilmişdir. Xüsusi zərərli və ağır iş şəraiti dedikdə, zəhərli buxarların tənəffüs sisteminə təsiri, yüksək həddə səs- küy, elektromaqnit dalğalarının bütün orqanizmə təsiri, yüksək temperatur, yanğın və partlayış təhlükəli şəraitdə qeyd edilən işlərin həyata keçirilməsi, iş yerində işlərin yerinə yetirildiyi ərzidə kəskin hündürlük fərqləri (1.8 metr və yuxarı), qapalı şəraitdə işləyən zaman partlayış təhlükəsi və oksigen çatışmazlığı, yüksək elektrik gərginliklə təmaz səbəbilə ölüm təhlükəsi və s. nəzərdə tutulur. İddiaçı quraşdırıcı çilingər vəzifəsindəki yerinə yetirdiyi vəzifə öhdəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş ..Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı” nın 29.Bina,qurğu və digər obyektlərin inşası,yenidən qurulması,texniki təchizatı, bərpası və təmiri bölməsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması iizrə guraşdırıcılar peşəsinin vəzifə öhdəlikləri ilə eynilik təşkil edir. Həmin Siyahıda polad konstruksiyalar dədikdə hər istehsalat sahəsinə uyğun polad konstruksiyalar nəzərdə tutulur ki, energetika istehsalatında polad konstruksiyalar dedikdə, əsasən, hazırki məktubda ikinci abzasda sadalanan polad konstruksiyalar nəzərdə tutulur. Trest “Qafqazenerjiquraşdırma” Mingəçevir quraşdırma idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə X1 Tipli Səhmdar Cəmiyyəti olub. Hazırki dövrdə müəsisəyə aid sənədlər (kadrlar, istehsalat üzrə) tam həcmdə saxlanılmır və mövcud sənədlərin surətləri hazırki məktuba əlavə edilir. - İşdə olan sığortaolunan haqqında məlumatdan görünür ki, 2006-cı ilin yanvar ayından 2020-ci ilin mart ayına qədər İddiaçı sığorta hesabında cəmi gəlir 2328,00 manat, cəmi hesablanmış 628,20 manat, cəmi ödənilmiş 2188,85 manat və pensiya kapitalı 3116,81 manat göstərilmişdir. - İşdə olan Mingəçevir Energiquraşdırma ATSC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 08 nömrəli məktubunda göstərilmişdir ki, müəssisədə çalışan quraşdırıcı çilingərlər bu vəzifədə çalışan işçilər üçün ümumi (eyni) olan əmək funksiyalarını yerinə yetirirlər ki, bu əmək funksiyaları onlara aid olan vəzifə təlimatının tərkib, hissəsi sayılır. Həmin vəzifə təlimatı ilə əlaqədar aşağıdakıları nəzərə çatdırılır. Quraşdırıcı çilingər müsəssisə rəhbərinin əmri ilə mövcud əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilir və vəzifədən azad edilir. Quraşdırıcı çilingər birbaşa iş icraçısına hesabat verir.
1. Quraşdırıcı çilingər bilməlidir: — nominal təzyiqi 4-dən 9,8 MPa-dan (40-dan 100 kqs/sm2-ə qədər) yuxarı olan diametri 200 mm-ə qədər olan boru kəmərlərinin çəkilməsi qaydaları, onlar üçün dayaqların və bərkidicilərin növləri; — kompensatorların növlərini və onların quraşdırılması qaydalarım; — boru kəmərlərinin, mazut ötürmə sistemlərinin, çənlərin, rezervuarların hidravlik və pnevmatik sınaqlarının aparılması qaydalarını; — quraşdırma işlərini yerinə yetirərkən armatur avadanlıqlarından istifadə qaydalarını; — diametri 40 mm-dən çox olan aşağılegirli borulardan hazırlanmış boru kəmərlərinin quraşdırılması qaydaları; — 9,8 MPa (100 kqf/sm2) qədər nominal təzyiq üçün boru kəmərlərinin quraşdırılması qaydaları və tələbləri.
2. Vəzifə öhdəliklərinə aiddir, amma sadalananlarla məhdudlaşmır; 2.1. Diametri 200-dən 1200 mm-ə qədər olan aşağı legirli boruların qapalı şəraitdə flanşlarla birləşdirilməsi. 2.2. Armaturların quraşdırılması ilə 4-dən 9,8 MPa (40-dan 100 kqf/sm2) yuxarı nominal təzyiq üçün diametri 200 mm-ə qədər olan boru kəmərlərinin quraşdırılması. 2.3. Armaturların quraşdırılması ilə 4 MPa (40 kqf/sm2) qədər nominal təzyiq üçün diametri 200-dən 400 mm-ə qədər olan boru kəmərlərinin quraşdırılması. 2.4. Yüksək gərginlikli elektrik ötürücü xətlərin keçdiyi polad dirəklərin quraşdırlması 2.5. Rezervuarların, polad bakların, çənlərin quraşdırılması 2.6. Turbinin və buxar qazanlarının daxilində (qapalı şəraitdə) ehtiyat hissələrin quraşdırılması, sınaqdan keçirilməsi 2.7. Mazut ötürmə sistemlərinin quraşdırılması 3. Hüquqları Quraşdırıcı çilingər aşağıdakı hüquqlara malikdir: 3.1. Təşkilat rəhbərliyindən öz vəzifələrini yerinə yetirməkdə köməklik göstərməyi tələb etmək. 3.2. Təşkilatın rəhbərliyi ilə görüləcək işlərlə bağlı layihələri ilə tanış olmaq. 3.3. Təşkilatın rəhbərinə və bilavasitə rəhbərinə işlərin görülməsi və keyfiyyəti ilə bağlı təkliflər vermək. 3.4. Vəzifələrini yerinə yetirmək üçün lazım olan məlumatları almaq Əlavə olaraq bildirilir ki, quraşdırıcıçilingərlər tam 8 (səkkiz) saatlıq iş günü ərzində, iş qrafıkinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində, südlə və xüsusi geyimlə təmin olunmaqla qeyd edilən işləri həyta keçirirlər. Bu vəzifədə çalışan işçilərin əmək haqqına daim 8 faizlik ağır və zərərli iş şəraitində işlədikləri üçün əlavə hesablanıb ödənilmişdir. İllik ödənişli əmək məzuniyyət günlərinə eyni səbəblərlə 6 günlük ödənişli məzuniyyət günü hesablanaraq təqdim edilmişdir. Xüsusi zərərli və ağır iş şəraiti dedikdə, zəhərli buxarların tənəffüs sisteminə təsiri, yüksək həddə səs-küy, elektromaqnit dalğalarının bütün orqanizmə təsiri, yüksək temperatur, yanğın və partlayış təhlükəli şəraitdə qeyd edilən işlərin həyata keçirilməsi, iş yerində işlərin yerinə yetirildiyi ərzidə kəskin hündürlük fərqləri (1,8 metr və yuxarı), qapalı şəraitdə işləyən zaman partlayış təhlükəsi və oksigen çatışmazlığı, yüksək elektrik gərginliklə təmaz səbəbilə ölüm təhlükəsi və s. nəzərdə tutulur. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a), polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulduğunu, Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin dair arayışında xx.xx.1983-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə quraşdırıcı çilingər vəzifəsində işlədiyinin qeyd olunduğunu, göründüyü kimi işlədiyi quraşdırıcı çilingər vəzifəsinin sözügedən arayışda istinad olunan yuxarıda qeyd edilən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid olmadığı, bu səbəbdən də güzəştli iş stajı olmadığı bildirilmişdir. Məhkəmə gedişatı zamanı cavabdeh orqan tərəfindən məhkəməyə məlumat verilmişdir ki, iddia ümumi iş stajı 25 il 06 ay 05 gün (xx.xx.2006-cı il tarixinədək 18 il 6 ay 05 gün iş stajı (xx.xx.1981-xx.xx.1983-ci il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1999-ci il tarixləri arasındakı dövrlər) həmin tarixdən sonra isə 7 il sosial sığorta stajı) təşkil edir. İddiaçı məhkəmə prosesi gedişində 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İşin mübahisəsiz halı 25 (xx.xx.2006-cı il tarixədək 18 il 6 ay 05 gün əmək stajı, xx.xx.2006-cı il tarixdən sonra 7 il sığorta stajı) ildən çox ümumi iş stajının olmasıdır. İşin mübahisəli halı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışının təqdim edilməsi ilə bağlı olmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Mingəçevir Energiquraşdırma ATSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 02 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı həqiqətən hal-hazırda Mingəçevir Enerjiquraşdırma ATSC-ti adlandırılan “Qafqazenerjiquraşdırma” trestində xx.xx.1983-cü il tarixdən (əmr 144k.xx.xx.1983-cü il) 2-ci dərəçəli çilingər vəzifəsinə işə qəbul olmuş.xx.xx.1983-cü il tarixdə (əmr 198k, xx.xx.1983-cü il) 3-cü dərəçəli quraşdırıcı-çilingər peşəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə (əmr 79k.xx.xx.1999-cu il) işdən azad edilmişdir. İşlədiyi müddətdə vəzifə öhdəliklərinə Azərbaycan DRES-da bilavasitə poladdan hazırlanmış bakların, mazut ötürmə sistemlərinin, turbinin, çənlərin, rezervuarların, aşağılegirli polad boruların, yüksək gərginlikli elektrik ötürücü xətlərin keçdiyi polad dirəklərin quraşdırılması, buxar qazanlarının daxilində,qapalı otaqlarda legırlənmiş polad borularının quraşdırılması işləri ilə tam 8 (səkkiz) saatlıq iş günü ərzində, iş qrafıkinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. Bu vəzifədə çalışan işçilərin əmək haqqına daim 8 faizlik ağır və zərərli iş şəraitində işlədikləri üçün əlavə hesablanıb ödənilmişdir. İllik ödənişli əmək məzuniyyət günlərinə eyni səbəblərlə 6 günlük ödənişli məzuniyyət günü hesablanaraq təqdim edilmişdir. Xüsusi zərərli və ağır iş şəraiti dedikdə, zəhərli buxarların tənəffüs sisteminə təsiri, yüksək həddə səs- küy, elektromaqnit dalğalarının bütün orqanizmə təsiri, yüksək temperatur, yanğın və partlayış təhlükəli şəraitdə qeyd edilən işlərin həyata keçirilməsi, iş yerində işlərin yerinə yetirildiyi ərzidə kəskin hündürlük fərqləri (1.8 metr və yuxarı), qapalı şəraitdə işləyən zaman partlayış təhlükəsi və oksigen çatışmazlığı, yüksək elektrik gərginliklə təmaz səbəbilə ölüm təhlükəsi və s. nəzərdə tutulur. İddiaçı quraşdırıcı çilingər vəzifəsindəki yerinə yetirdiyi vəzifə öhdəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş ..Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı” nın 29.Bina,qurğu və digər obyektlərin inşası,yenidən qurulması,texniki təchizatı, bərpası və təmiri bölməsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması iizrə guraşdırıcılar peşəsinin vəzifə öhdəlikləri ilə eynilik təşkil edir. Həmin Siyahıda polad konstruksiyalar dədikdə hər istehsalat sahəsinə uyğun polad konstruksiyalar nəzərdə tutulur ki, energetika istehsalatında polad konstruksiyalar dedikdə, əsasən, hazırki məktubda ikinci abzasda sadalanan polad konstruksiyalar nəzərdə tutulur. Trest “Qafqazenerjiquraşdırma” Mingəçevir quraşdırma idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə X1 Tipli Səhmdar Cəmiyyəti olmuşdur. İddia ərizəsindən və iddiaçının məhkəmə iclaslarından verdiyi izahatlardan aydın olur ki, iddiaçı 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 60 yaşı –xx.xx.2023-cü ildə tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən, (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşəgötürən tərəfindən verilmiş arayışdan göründüyü kimi, iddiaçının işlədiyi xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək 3-cü dərəcəli quraşdırıcı-çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda “29.Bina,qurğu və digər obyektlərin inşası,yenidən qurulması,texniki təchizatı, bərpası və təmiri bölməsində- polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə aiddir. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşdən müəyyən olunur ki, iddiaçının Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilir. Belə ki, ona məxsus əmək kitabçasından və güzəştli arayışdan göründüyü kimi, o, “Qafqazenerjiquraşdırma” trestində xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək 2-ci dərəcəli çilingər peşəsi, xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək 3-cü dərəcəli quraşdırıcı-çilingər peşəsi peşəsi vəzifəsində çalışmışdır. Mingəçevir Energiquraşdırma ATSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 02 nömrəli məktubda göstərmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək 3-cü dərəcəli quraşdırıcı-çilingər vəzifəsində işləməsi, yəni 12 il 6 aydan çox güzəştli iş stajı mövcud olması barədə məlumat verilmişdir və iddiaçının işlədiyi peşə ilə bağlı vəzifə təlimatı təqdim edilmişdir. Belə olan halda iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Cavabdehin iddia ərizəsinə etiraz etməsinə əsas dəlili məhz iddiaçının daşıdığı peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “29.Bina,qurğu və digər obyektlərin inşası,yenidən qurulması,texniki təchizatı, bərpası və təmiri bölməsində qeyd edilən peşələrlə eynilik təşkil etməməsi ilə bağlıdır ki, yuxarıda qeyd olunan məktubda bu məsələyə aydınlıq gətirilmiş və həmin peşənin Siyahının “29.Bina,qurğu və digər obyektlərin inşası,yenidən qurulması,texniki təchizatı, bərpası və təmiri bölməsi-a) fəhlələr: polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndində qeyd olunan işin xüsusiyyətlərinə uyğun olması bildirilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçıya təqdim edilmiş güzəştli iş barədə arayışda qeyd olunan peşənin müvafiq bəndinin nömrəsinin dəqiq göstərilməməsi ona güzəştli pensiya təyinatından imtina üçün əsas vermir. Tərəflər arasındakı mübahisə iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək 3-cü dərəcəli quraşdırıcı-çilingər vəzifəsində işlədiyi dövrün güzəştli iş stajına daxil edilibedilməməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilir. Mübahisələndirilən dövr (xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək 3-cü dərəcəli quraşdırıcı-çilingər vəzifəsi) isə siyahının 29-cu bölməsində qeyd olunan işin xüsusiyyətlərinə uyğun olması səlahiyyətli təşkilatın müvafiq məktubu ilə təsdiq edilir. Odur ki, iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya 60 yaşından pensiya hüququ yarandığından xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşagörə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı 60 yaşdan (xx.xx.2023-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, H.Z.Tağıyev 10) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Amilya Hüseynova