Məhkəmə qərarları › İş №2-1(120)-1562/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1562/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1562/2024 06.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı X7 nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsinə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ohdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(120)-1562/2024 nömrəli qərardadı ilə, iş üzrə İddiaçı əsl iddiaçı X16 ilə əvəz edilmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, X16 xx.xx.2006-cı il tarixdə anadan olub. Ona məcburi köçkün statusunu təsdiq edən sənədin alınması üçün Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Lakin cavabdeh təşkilat məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsini mümkünsüz sayıb. Baxmayaraq ki, məcburi köçkündürlər və bunu təsdiq edən sənədləri ərizəyə əlavə etmişlər. Belə olan halda mən məcbur qalıb məhkəməyə müraciət etmişlər. İş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “övladı 26.01,2006-cı il təvəllüdlü X9 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. İddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir.İddianın mümkünlüyünə dair: hazırki inzibati iş üzrə iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. Belə ki, İddiaçı övladı X7 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə məhz öz adından müraciət etmişdir. xx.xx.2006-cı il təvəllüdlü X16 isə məhdud fəaliyyət qabiliyyətli şəxsdir.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.3-cü maddəsinə əsasən, məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 48-cü maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.2ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 15.1 -ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər.Həmin Qərarın 15.2-ci bəndinə əsasən, tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri).Yuxanda göstərilən qanunvericilik normalarının məntiqi yekunu olaraq qeyd olunmalıdır ki, xx.xx.2006-cı il təvəllüdlü X16 məhdud fəaliyyət qabiliyyətli şəxs olduğundan hazırkı iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməli, lakin məhkəmə icraatı zamanı X16 qanuni nümayəndə tərəfindən təmsil olunmalı idi. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 noyabr tarixli 2-1(102)-2114/2020 nömrəli qərarında da analoji yanaşma mövcuddur).İddia tələbinin maddi hüquqi əsaslılığına dair: İddiaçı övladı xx.xx.2006-cı il təvəllüdlü X9 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi barədə Komitəyə daxil olmuş müraciəti, Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, Füzuli rayonunun Horadiz şəhəri işğaldan azad olduğundan 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən qeydiyyatda olduğu şəhər sakinlərinə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığından övladı X9 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır.Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.“Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, ‘‘Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün" statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi qəbul edir.Qaydaların 3.1 -ci bəndinə əsasən, “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır.Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir.X9 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, xx.xx.2006-cı il təvəllüdlü X4 valideynləri İddiaçı və X5 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olaraq, qeydiyyatı Füzuli rayonun Horadiz şəhərində qeydiyyatdadırlar.Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri İnzibati Ərazi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-43-12/2-980/2023 nömrəli arayışında qeyd edilir ki, “arayış verilir X9 ondan ötrü ki, həqiqətən o, Horadiz şəhəri, 20 yanvar küçəsi ev 10-da yaşayır. Məcburi köçkündür. Dövlət tərəfindən verilən aylıq müavinət alır”. Mövcud arayışdan göründüyü kimi X12 halhazırda Füzuli rayonun Horadiz şəhərində yaşayır. L.İsmayılovanın özünün və valideynlərinin yaşayış yeri üzrə qeydiyyat ünvanları 1994-cü il tarixində işğaldan azad olunmuş Füzuli rayonunun, Horadiz şəhərində olduğundan ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir.Bildiririk ki, Füzuli rayonu, Horadiz şəhəri 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X2mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində, həmçinin cənab X18 də çıxış zamanı qeyd etdiyi kimi təmas xətti tamamilə ləğv edilmişdir.1994-cü ildə Horadiz şəhəri işğaldan azad olunduqdan sonra şəhər sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir:

1. əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;

2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Göründüyü kimi X7 valideynləri 1994-cü ildə işğaldan azad olunmuş Füzuli rayonunun Horadiz şəhərində yaşayırlar. Füzuli rayonu, Horadiz şəhəri 1994- cü il tarixdə işğaldan azad olunduğundan, həmçinin X6 sonra təmas xətti ləğv edildiyindən, İddiaçı övladı xx.xx.2006-cı il təvəllüdlü X9 məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı “övladı xx.xx.2006-cı il təvəllüdlü X9 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi”nə dair iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının cavabdeh inzibati orqana qarşı tələbi “ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” barədədir. Bununla bağlı onun nümayəndəsi X13, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3- 36/2-İ-63xx-xx/2023/4955 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Füzuli rayonunun Horadiz şəhəri işğaldan azad olduğundan, 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən, qeydiyyatda olduğunuz kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığından övladınız X9 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. İş materiallarında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA2762090 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1970-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, hazırda ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-43-12/2-1359/23 nömrəli məktubunda göstərilmişdir ki, X16 həqiqətən Horadiz şəhər, 20 Yanvar küçəsi, ev 10-da yaşayır. Məcburi köçkündür. Aylıq müavinat alır. İş materiallarında olan AZ-İ 105735 nömrəli nigah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 xx.xx.2004-cü ildə nigaha daxil olmuşlar. Nikahdan sonda ikinci İsmayılova soyadını götürmüşdür. İş materiallarında olan AA281527 nömrəli vəsiqədən görünür ki, İddiaçı xx.xx.2013cü il tarixdən məcburi köçkün kimi qeydiyyatdadır. İş materiallarında olan AA281526 nömrəli vəsiqədən görünür ki, X5 xx.xx.2013-cü il tarixdən məcburi köçkün kimi qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 812970 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2006-cı il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan AA2762091 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.2006-cı il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, hazırda ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin 18 yanvar 2024-cü il tarixli, 3-36-3/2- 210/2024 noyabr nömrəli məktubda göstərilmişdir ki, İddiaçı və ailə üzvləri işğaldan azad ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla faktiki məskunlaşıb yaşayırlar. Əlavə olaraq bildirilir ki, İddiaçı və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilibödənilməməsi barədə məlumatın təqdim edilməsi məqsədilə aidyyəti üzrə Füzuli rayon icra hakimiyyətinə müraciət etmək tövsiyyə olunur. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2023-cü il tarixli, 5-43/2-2707/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X16, atası İddiaçı, anası X5 məcburi köçkündürlər, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 10 ünvanında daimi pasport qeydiyyatındırlar və həmin ünvandada yaşayırlar. Lalə İsmayılova və valideyinləri məcburi köçkün kimi vahid aylıq müavinət alırlar. İş materiallarında olan Füzuli Rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-73/2- 17888/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı qızı, X14 ilk dəfə Füzuli RPŞdən AA0731039 saylı şəxsiyyət vəsiqəsi götümüş xx.xx.2019-cu ildən Füzuli rayonu, Horadiz şəhəri 20 Yanvar küçəsi ev 10-da daimi qeydiyyatdadır. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-43-12/2-1683/23 nömrəli arayışında göstərilmişdir ki, X7 onun İddiaçı və X1 şəhər, 20 yanvar küçəsi, ev 10 ünvanında qeydiyyatdadırlar və hal-hazırda həmin ünvanda yaşayırlar. Məcburi köçkündürlər. Məcburi köçkünlər üçün Dövlət tərəfindən verilən aylıq müavinəti alır. Məcburi köçkünlər üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdirdirlər. Onların adları məcburi köçkünlər üçün Dövlət tərəfindən verilən avlıq müavinət alan Horadiz şəhər əhalisinin adlı siyahısına daxil edilmişdir. İş materiallarında olan Füzuli rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı X7 xx.xx.2024-cü il tarixli, 3-16-5/8-11-37/24 nömrəli doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2006-cı il tarixdə Füzuli rayonu, Babı kəndində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X5 qeyd edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, xx.xx.2006-cı il tarixində anadan olmuş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış X7 16 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən etibarən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə ilə təmin olunmaq hüququ yaranmış, həmçinin onun atası İddiaçı və anası X3 qeydiyyatı və daimi yaşayış yeri işğal olunmuş rayon - Füzuli rayonu, Horadiz şəhəri olmuşdur və hər iki valideynə məxsus məcburi köçkün vəsiqəsi mövcuddur. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı X9 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət etmiş, cavabdeh tərəfindən isə Füzuli rayonunun Horadiz şəhəri işğaldan azad olduğundan 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən qeydiyyatda olduğu şəhər sakinlərinə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırılması səbəbindən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin xx.xx.2013cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1-ci bəndin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Cavabdeh orqanın Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı məktubdan görünür ki, imtinanın istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusuvə onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh tərəfindən bu hallar mübahisələndirilmir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı məcburi köçkündür. Eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi”ndəki məlumatlara əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatlabağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Bununla yanaşı, qeyd olunmalıdır ki, Qaydaların 4.1.6-cı bəndi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərlə də uzlaşmır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin müddəalarının tələbinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14- cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, İrq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). «Qaçqınların və məcbiri köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla «məcburi köçkün» statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın -1.1-ci bəndinə görə “Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsi qəbul edir. Məhkəmə tərəfindən qeyd edilir ki, Füzuli İcra Hakimiyyəti tərəfindən verilmiş məlumata əsasən, məcburi köçkün kimi 26 yanvar 2006-ci il təvəllüdlü X9 (AA 2762091) xx.xx.2005-ci il tarixdən, atası İddiaçı (AZE********) və anası X5 (AA 2762090) məcburi köçkün düşdükdən sonra bu günədək hər ay vahid aylıq müavinət ödənilməkdə davam edir. İddiaçı və ailə üzvləri Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” nın təsdiq edilməsi haqqında” qərarına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə vahid aylıq yemək xərci müavinəti verildiyi üçün vahid aylıq yemək xərci müavinəti alır və bu günədək hər ay vahid aylıq müavinət ödənilməkdə davam edirlər. Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Qaydanın 1-ci bəndinə əsasən, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə; 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara. Beləliklə, məhkəmə hesab edir ki, məcburi köçkün vəsiqəsinin verilməsinin dayandırılması iddiaçıya “məcburi köçkün” statusunun verilməsindən imtina üçün əsas ola bilməz. Bu imtina iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da onun məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİİ, İV və V bəndlərinə əsasən “dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir”. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. 26 yanvar 2006-cı il təvəllüdlü X9 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar