Məhkəmə qərarları › İş №2-1(120)-1563/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1563/2024

29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1563/2024 29.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “İddiaçı adına verilmiş xx.xx.1996-cı tarixli, 003681 saylı şəhadətnamənin surətinin alınmasının cavadehdən tələb olunması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına verilmiş xx.xx.1996-cı tarixli, 003681 saylı şəhadətnamənin alınmasının cavadehdən tələb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1563/2024 saylı qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “İddiaçı adına verilmiş xx.xx.1996-cı tarixli, 003681 saylı şəhadətnamənin surətinin alınmasının cavadehdən tələb olunması” kimi baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, Onun adına verilmiş xx.xx.1996-cı tarixli, 003681 saylı şəhadətnamənin surətinin təqdim edilməsini xahiş etmişdir, çünki Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(86)-596/2015 nömrəli qərarı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı cavabdeh tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli reyestr kitabında No 8 səhifə 24-də qeydə alınmış 003681 nömrəli şəhadətnamənin dublikatının verilməsi barədə iddia tələbi təmin edilmişdir. Dublikat sənədin ikinci nüsxəsi deməkdir, surət isə əsli olan sənədin surəti deməkdir. Şirvan İnzibati Məhkəməsində ƏMDX-nə qarşı əmlak tələbinə dair 2- 1(120)534/2023 saylı iş üzrə keçirilən məhkəmə prosesində 3-cü şəxs qismində çağırılmış X4 qanuni vərəsəsi X6 tərəfindən atasına məxsus xx.xx.1997-ci il tarixli, 007083 saylı şəhadətnamənin surəti təqdim edilmişdir. Həmin şəhadətnamənin surəti ƏMDX-sinin arxiv ştampı ilə təsdiq edilmişdir. Uzun müddətdir ki, ƏMDX-dan ona məxsus xx.xx.1996-cı il tarixli 003681 saylı şəhadətnaməni ala bilmiş və ona görə də Dövlət Əmlakının özəlləşdirilməsinə uyğun olaraq ona çatası əmlakı əldə edə bilmir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddia ərizəsinə etiraz edilərək, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının adına verilmiş xx.xx.1996-cı il tarixli, 003681 saylı şəhadətnamənin təqdim olunması öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Bildiririk ki, iddia əsassızdır və rədd edilməlidir.İlk növbədə bildiririk ki, bundan əvvəl eyni iddia tələbinə Şirvan İnzibati-İqtisadi Məhkəməsində baxılmış və məhkəmənin xx.xx.2015-ci il tarixli, 2-1(86)-596/2015 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1996-cı il tarixli, 003681 nömrəli şəhadətnamənin dublikatının iddiaçıya verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmuşdur.Qeyd olunan qərardan Komitə tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından Komitə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır.Əlavə olaraq bildiririk ki, xx.xx.2009-cu il tarixindən sonra (Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin ləğv edilməsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2009-cu il tarixli, 283 nömrəli Fərmanı verildikdən sonra) Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı mülkiyyət hüququ haqqında şəhadətnamə (o cümlədən onun dublikatını) vermək səlahiyyəti olmadığından, məhkəmə qərarının icrası ilə əlaqədar olaraq şəhadətnamənin dublikatı deyil, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixli, **********61 nömrəli arayış verilmiş və qeyd edilən arayış ünvan 1 ünvanında yerləşən dərzi emalatxanasının avadanlığının xx.xx.1996-cı il tarixdə qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı tərəfindən satın alındığını, alınmış əmlakın tərkibinin dərzi emalatxanasının avadanlığı olduğu, əmlakın dəyərinin alıcı tərəfindən dövlət büdcəsinə tam ödənildiyini təsdiq etmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.4-cü bəndinə əsasən mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iddia ərizəsinə etiraz etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Belə ki,işin faktiki hallarından görünür ki, iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına verilmiş xx.xx.1996-cı tarixli, 003681 saylı şəhadətnamənin surətinin alınmasının cavadehdən tələb olunmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi tərəfindən satışa çıxarılan Nizami küçəsində yerləşən dərzi sexinin və dərzi avadanlıqlarının ona verilməsi, “Dövlət Əmlakının Özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununu pozan şəxslərin məsuliyyətə cəlb edilməsi və ƏMDK tərəfindən ona vurulmuş ziyana görə kompensasiya ödənilməsi barədə iddia tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə əvvəllər müraciət etmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi X5 icraatına qəbul edilmiş və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2-1(86)-14/2012 nömrəli qərarla iddia tələbi təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı cavabdeh tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli reyestr kitabında No 8 səhifə 24-də qeydə alınmış 003681 nömrəli şəhadətnamənin dublikatının verilməsi barədə iddia tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə əvvəllər müraciət etmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi X2 icraatına qəbul edilmiş və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(86)-596/2015 nömrəli qərarla iddia tələbi təmin edilmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(86)-596/2015 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı cavabdeh tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli reyestr kitabında No 8 səhifə 24-də qeydə alınmış 003681 nömrəli şəhadətnamənin dublikatının verilməsi barədə iddia tələbi təmin edilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı cavabdeh tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli reyestr kitabında No 8 səhifə 24-də qeydə alınmış 003681 nömrəli şəhadətnamənin dublikatının verilməsi barədə iddia tələbi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015ci il tarixli 2-1(86)-596/2015 nömrəli qərarı ilə təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(106)-38/2016 nömrəli qərarı ilə Şirvan İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(86)-596/2015 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(106)-38/2016 nömrəli qərarından kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(102)-895/2016 nömrəli qərardadı ilə kassasiya şikayətinin qəbulunman imtina edilmişdir. X9-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(86)-596/2015 nömrəli qərarı qanuni qüvvəsini almışdır və həmin iş Şirvan İnzibati-İqtisadi Məhkəməsinin arxivinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, mülki-prosessual qanunvericilikdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu zaman, hakim icraata xitam verilmə barədə qərardad qəbul edir. Lakin inzibatiprosessual məcəlləsində qanunvericiliyi qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni tərəflər arasında eyni olan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, əvvəlki mövcud olan əsaslar aradan qalxmadığından, yeni əsaslar yaranmadığından iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən İddiaçı hüquqi yardım edilərək, iddia tələbi ilə bağlı hüquqları izah olunmuşdur, münasibət bildirmək təklif olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə bildirilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(86)-596/2015 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı cavabdeh tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli reyestr kitabında No 8 səhifə 24-də qeydə alınmış 003681 nömrəli şəhadətnamənin dublikatının verilməsi barədə qərar qəbul edilmişdir. O isə məhkəmədən İddiaçı adına verilmiş xx.xx.1996-cı tarixli, 003681 saylı şəhadətnamənin surətinin verilməsini xahiş edir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, “dublikat” sözünün mənası “1. Əsl sənədi əvəz edən ikinci nüsxəsi, surəti” və “2. Sifət kimi: əsil sənədi əvəz edən ikinci nüsxəsi, surəti” mənasını ifadə edir. Bu halda iddiaçı S.X10-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(86)- 596/2015 nömrəli qərarının icrası məsələsi ilə bağlı məhkəməyə və ya cavabdeh orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar