Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1566/2023 07.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xüsusi Şərtlərlə X7 filialına qarşı “ona təyin olunmuş əmək pensiyası təyin edildikdən sonrakı müddətdə fərdi sığorta hesabında toplanmış 39010.05 manat sığorta kapitalına uyğun və orta aylıq əmək haqqına tətbiq edilən faiz dərəcəsinin yenidən hesablanması, uyğunsuzluqlar nəticəsində yaranan pensiya məbləğinin ona məxsus əmək pensiyasına əlavə edilməsi və ödənilməli olan borcun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xüsusi Şərtlərlə X7 filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması və hesablanmaya müvafiq ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ona təyin olunmuş əmək pensiyası təyin edildikdən sonrakı müddətdə fərdi sığorta hesabında toplanmış 39010.05 manat sığorta kapitalına uyğun və orta aylıq əmək haqqına tətbiq edilən faiz dərəcəsinin yenidən hesablanması, uyğunsuzluqlar nəticəsində yaranan pensiya məbləğinin ona məxsus əmək pensiyasına əlavə edilməsi və ödənilməli olan borcun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci ilin iyul ayının 6-dan Dövlət Qulluqçusu kimi yaşa görə əmək pensiyasına çıxmış, onun 843.03 manat əmək pensiyasının sığorta hissəsi 383,96 manat, qulluq stajına görə əmək pensiyasına əlavə 459.07 manat, 2008-ci ilin avqust ayının 1-dən 2019-cu ilin iyun ayının 20-nə kimi "xxxx" ASC-də işləmişdir. 2012-ci ilin iyul ayından 2019-cu ilin iyulun 1-dək (7 il ərzində) onun fərdi hesabının sığorta hissəsi 2012-2021ci illər üzrə indeksləşdirmə aparılmaqla 39010.22 manat pensiya sığorta kapitalı toplanılmışdır. Fərdi hesabına toplanılmış sığorta kapitalının nəzərə alınaraq əmək pensiyanın yenidən hesablanması üçün Dövlət Sosial Müdafiə Fonduna 2 dəfə 2020-ci ilin may və iyun aylarında müraciət etmiş, lakin tamamilə onun müraciətinə aid olmayan cavablar almışdır. 2022-ci ilin iyun ayında onun əmək pensiyası 82.74 manat artırılmışdır. 03 avqust 2022-ci il tarixdə yenidən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialına müraciət etmiş, ona ünvanlandığı 08 avqust 2022-ci il tarixli, **********3 nömrəli cavab məktubunda 39010.22 manat pensiya sığorta kapitalını “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq göstərilən pensiya ödəniş müddətinin aylarının sayma bölünərək (39010.22:72 ay=541.81 manat) əmək pensiyanın sığorta hissəsinin (383.96 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 925.77 manat (383.96+541,81) müəyyən edilmişdir. Eyni zamanda Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkan pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır və yenidən hesablanır. Onun əmək pensiyasının sığorta hissəsi (541.81-383.96)=157.85 manat artırılıb “Əmək Pensiyaları haqqında Qanunun 29.2-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasında olan 459.07 manat əlavədən sığorta hissəsindəki artım qədər 157.85 manat azalddaraq yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf’nm 1.2-ci maddəsinə əsasən-2017-ci ilin iyul ayının 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələr Qanunun 29-cu maddəsinə uyğun olaraq indeksləşdirilməsi və sonrakı artımlar nəzərə almaqla yenidən hesablanması Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na əsasən həyata keçirilir. Göründüyü kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialının mütəxəsisləri Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarının tələblərini kobud surətdə pozaraq öz bildikləri kimi hesabat aparmışlar. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinin tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, möhtəbər hesab olunur.Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin möhtəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinin tələbinə görə təqdim olunmuş sənədlərin və dəlillərin möhtəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların möhtəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Xüsusi şərtlərlə X7 filialının üzərinə mənə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasından ötrü qərar qəbul edilməsi öhdəliyi qoya bilər. “Əmək pensiyaları haqqında Qanun”un 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məcburetmə haqqında iddianın verilməsi mənə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün zəruridir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X7 filialına qarşı qeyd olunmuş iddia tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmənin nəzərinə çatdırırıq ki, İddiaçı xx.xx.2012-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 8 il 5 ay 9 gün qulluq stajı nəzərə alınmaqla əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 28,06 faiz təşkil edir. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu il tarixdə anadan olmuş, Saatlı şəhəri, X8 küçəsi ev 21ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialına 3 avqust 2022- ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Pensiya işinə aid sənədlərdə Fondun Saatlı rayon şöbəsi tərəfindən 6 iyul 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 843,03 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyanızın sığorta hissəsi - 383,96 manat; - qulluq stajına görə əmək pensiyasına əlavə-459,07 manat, eyni zamanda “Əmək pəns'yaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”.?? Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3cü və 65.3.4- cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında" Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Əlavə olaraq bildiririk ki, sizə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə fərdi hesabınızın sığorta hissəsində 39010,22 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 39010,22 manat pensiya sığorta kapitalınız “Əmək pensiyaları haqqında” Qanunup 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin ayarının sayına bölünərək (39010,22:72=541,81 manat) əmək pensiyanızın sığorta hissəsjnin •(383.96 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanızın məbləği 925,77 (383,96+541,81) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənizin məbləği (459,07 manat) sığorta hissəsinin artım məbləğindən (541,81 manat) az olduğundan 0 manat müəyyən edilib. Məlumat üçün bildiririk ki, sizə 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən 84,30 manat məbləğində maddi yardım ödənilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-12681/2023 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı ümumi iş stajı 36 il 3 ay 9 gün (xx.xx.1971- xx.xx.1973-cü il, xx.xx.1973xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1992-ci il, xx.xx.1996-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər), dövlət qulluğu stajı isə 8 il 5 ay 9 gün (xx.xx.1987xx.xx.1992-ci il, xx.xx.1996-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 9/4505 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarına, ona əlavə edilmiş məhkəmə tərəfindən təqdim edilmiş sənədlərə və Azərbaycan Respublikası Qanunverciliyinin tələblərinə əsasən İddiaçı pensiyasının aylıq məbləği 01 iyul 2017-ci il tarixə 948,39 manat məbləğində müəyyən edilir. Həmçinin iş materiallarına, ona əlavə edilmiş məhkəmə tərəfindən təqdim edilmiş sənədlərə və Azərbaycan Respublikası Qanunverciliyinin tələblərinə əsasən İddiaçı əmək pensiyasının təyin olunması ilə əlaqədar ona təyin, olunmuş əmək pensiyası təyin edildikdən sonrakı müddətdə qazanmış olduğu və fərdi sığorta hesabında toplanmış 39.010,05 manat sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən əmək pensiyasına 406,59 manat əlavə olunmalı olduğu müəyyən edilir. İddiaçi əmək pensiyası təyin olunmuş əmək pensiyası təyin edildikdən sonrakı müddətdə fərdi sığorta hesabında toplanmış 39010.05 manat sığorta kapitalına uyğun və orta aylıq əmək haqqına tətbiq edilən faiz dərəcəsinin yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciəti üzrə hər hansı müsbət cavab verməmişdir. Göründüyü kimi, iddiaçı ona əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 6 ildən çox işləməklə pensiya kapitalının toplanmasına istinad edərək pensiyanın yenidən hesablanması tələbini irəli sürür. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 1.0.6-cı maddəsinə əsasən, fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7-ci maddəsinə əsasən, fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9-cu maddəsinə əsasən, fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən; 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 29.2-ci maddəsinə əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır; 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı 2012-ci il iyul ayından dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına çıxdıqdan sonra 7 il, xx.xx.2019-cu ilə kimi işləmiş və fərdi hesabına 39.010,22 manat sığorta kapitalı toplanmışdır. xx.xx.2022-ci il tarixə İddiaçı pensiyası 948,39 manat (“Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdaaifəsi sahəsində əlavə tədbirlər haqqında” AR Prezidentinin 4 mart 2022-ci il tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10% artımı nəzərə alınmamaqla) olmaqla aşağıdaki tərkibdən ibarətdir: Əmək pensiyasının sığorta hissəsi 489,32 manat qulluq stajına görə əlavə 459,07 manat. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta məbləği tam olaraq ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissəsi üzrə pensiya kapitalının toplanılması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödəniş müddəti aylarının saylı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” AR Qanunun 29.2 maddəsinə əsasən “Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (Qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır” Əmək pensiyaları haqqında qanun 29.1, 29.2, 37.3.1 maddələrinə və Azərbaycan Respublikası Nazirlər kabineti 2022-ci il 28 aprel tarixli 175 nömrə-li qərarının 6.1.1, 6.1.2, 6.1.5 və 6.2 maddələrinə əsasən İddiaçı fərdi hesabına toplanılmış 39.010,22 manat sığorta kapitalına görə əmək pensiyası yenidən aşağıdakı qaydada hesaplanır:
1. 39.010,22 / 72 ay = 541,81 manat sığorta məbləği.
2. Sığorta hissəsinin artım məbləği: 541,81 - 489,32 = 52,48 manat (sığorta hissəsinin artım məbləği)
3. Sığorta artımı qədər qulluq stajına görə əlavə azaldılır 459,07 - 52,48 = 406,59 manat (əmək pensiyasına əlavə artım)
4. İddiaçı əmək pensiyası xx.xx.2022-ci il tarixdən əmək pensiyasına 406,59 manat əlavə olunmalıdır. Beləliklə, iş materiallarına, ona əlavə edilmiş Məhkəmə tərəfindən təqdim edilmiş sənədlərə və Azərbaycan Respublikası Qanunverciliyinin tələblərinə əsasən İddiaçı pensiyasının aylıq məbləği 01 İyul 2017-ci il tarixə 948,39 manat olması müəyyən edilir. Həmçinin iş materiallarına, ona əlavə edilmiş Məhkəmə tərəfindən təqdim edilmiş sənədlərə və Azərbaycan Respublikası Qanunverciliyinin tələblərinə əsasən İddiaçı əmək pensiyasının təyin olunması ilə əlaqədar ona təyin olunmuş əmək pensiyası təyin edildikdən sonrakı müddətdə qazanmış olduğu və fərdi sığorta hesabında toplanmış 39.010,05 manat sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən əmək pensiyasına 406,59 manat əlavə olunmalı olduğu müəyyən edilir. Nəzərə alınmalıdır ki, fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması ilə bağlı tələb irəli sürmək təkcə hərbi qulluqçu kimi pensiya təyin olunmuş şəxslərə deyil, həmçinin xüsusi rütbəli şəxslərə da şamil olunur. Bunun tənzimlənməsi isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiyasının 02 fevral 2022-cı il tarixli Qərarının əsasında həyata keçirilir. Belə ki, yuxarıda adı çəkilən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi).” Bundan başqa, sözügedən Qərarda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsində təsbit olunmuş hamının qanun qarşısında bərabər olması prinsipi hüquqi dövlətin təməl prinsiplərindən hesab olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrıseçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. ” Nəticə hissədə Konstitusiya Məhkəməsi hesab etmişdir ki, Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi öz qərarında yaşa görə pensiya hüququ olan bütün şəxslərə münasibətdə Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tətbiqini zəruri hesab edir ki, güzəştli şərtlərlə pensiyaya çıxmış xüsusi rütbəli əməkdaşlar da, indiki halda konkret olaraq iddiaçı da sonradan toplanılmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması hüququna malik olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qeyd olunanlarla əlaqədar vurğulayır ki, əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. Məhkəmə, qüvvədə olan qanunvericiliyin və yuxarıda adı çəkilən Azərbaycan Respublikasının Konstutisiya Məhkəməsinin Qərarının şərhi əsasında belə qənaətə gəlir ki, hərbi qulluqçularda olduğu kimi, xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarət olduğundan, xüsusi rütbəli şəxs kimi pensiyaya çıxmış pensiyaçının pensiyaya çıxdıqdan sonra 6 ildə çox işləməsi müəyyən olunarsa, bu zaman onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını tələb etmək hüququ yaranır. Yuxarıda göstərilənlər iddiaçıya tətbiq olunduqda, o, pensiya təyin edildikdən sonrakı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə əsasən, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə xüsusi ilə bir məqamada toxunur ki, iddiaçının əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətinin davam etdirilməsi, həmin əmək fəaliyyətinə görə əmək haqqı alması və əmək haqqıdan müvafiq qaydada sosial sığorta haqqlarının ödənilməsi hər hansı bir şübhə doğurmur. Belə ki, bu məlumatlar müvafiq olaraq şəxsin elektron kabinetinin portaldan edilmiş çıxarışda və sosial arayışda öz əksini tapmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 9/4505 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarına, ona əlavə edilmiş məhkəmə tərəfindən təqdim edilmiş sənədlərə və Azərbaycan Respublikası Qanunverciliyinin tələblərinə əsasən İddiaçı pensiyasının aylıq məbləği 01 iyul 2017-ci il tarixə 948,39 manat məbləğində müəyyən edilir. Həmçinin iş materiallarına, ona əlavə edilmiş məhkəmə tərəfindən təqdim edilmiş sənədlərə və Azərbaycan Respublikası Qanunverciliyinin tələblərinə əsasən İddiaçı əmək pensiyasının təyin olunması ilə əlaqədar ona təyin, olunmuş əmək pensiyası təyin edildikdən sonrakı müddətdə qazanmış olduğu və fərdi sığorta hesabında toplanmış 39.010,05 manat sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən əmək pensiyasına 406,59 manat əlavə olunmalı olduğu müəyyən edilir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Məhkəmənin mövqeyinə görə, iddiaçıya əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən, o cümlədən də ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiyasının 02 fevral 2022-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi təkcə hərbi qulluqçulara deyil, həmçinin xüsusi rütbəli şəxs kimi pensiyaya çıxan pensiyaçılara şamil olduğundan, qanunun tələblərinə əsasən pensiya yenidən hesablanmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı təyin olunmuş əmək pensiyası təyin edildikdən sonrakı müddətdə fərdi sığorta hesabında toplanmış 39010.05 manat sığorta kapitalına uyğun və orta aylıq əmək haqqına tətbiq edilən faiz dərəcəsinin yenidən hesablanması, uyğunsuzluqlar nəticəsində yaranan pensiya məbləğinin ona məxsus əmək pensiyasına əlavə edilməsi və ödənilməli olan borcun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xüsusi Şərtlərlə X7 filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xüsusi Şərtlərlə X7 filialından tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı təyin olunmuş əmək pensiyası təyin edildikdən sonrakı müddətdə fərdi sığorta hesabında toplanmış 39010.05 manat sığorta kapitalına uyğun və orta aylıq əmək haqqına tətbiq edilən faiz dərəcəsinin yenidən hesablanması, uyğunsuzluqlar nəticəsində yaranan pensiya məbləğinin ona məxsus əmək pensiyasına əlavə edilməsi və ödənilməli olan borcun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xüsusi Şərtlərlə X7 filialının üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xüsusi Şərtlərlə X7 filialından tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən: Hilal Nəcəfov