Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1568/2025 02.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ümumi staj 29 il 3 ay 7 gün (xx.xx.1981-xx.xx.1982;xx.xx.1982-xx.xx.1984; xx.xx.1984-xx.xx.1999; xx.xx.2002; xx.xx.2003-xx.xx.2012-ci il arasındakı dövrləri) xx.xx.1984-cü il tarixdən xx.xx.1999-cu il tarixə kimi olan 15 il 3 ay 15 gün müddətində “Astara” qəzeti redaksiyasında linotipçi işlədiyinə görə güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən ona yəni İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü il tarixdə doğulmuşdur. 60 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1981-ci il tarixdə başlamışdır. 42 saylı əmrlə Rabitə şöbəsində poçtalyon vəzifəsində işləmişdir. xx.xx.1992-ci il tarixdə öz ərizəsi ilə vəzifəsindən azad olmuşdur. Astara rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yararlı hesab edilərək xx.xx.1982-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. xx.xx.1984-cü il tarixli 63 №-li əmrə əsasən xx.xx.1984-cü ildə tarixdə ordudan təxris olunmuşdur. “Sovet Astarası” qəzet redaksiyasının mətbəəsinə müvəqqəti mürəətibliyə xx.xx.1984-cü il tarixli 153 №-li əmrlə qəbul edilmişdir. xx.xx.1984cü il tarixdən 163 nömrəli əmrlə 5-ci dərəcə verilməklə daimi olaraq mürəətib vəzifəsinə təyin edilmişdir. xx.xx.1985-ci il tarixli, 222 nömrəli əmrlə Azərbaycan SSR Dövlət Nəşriyyatının 22 aprel 1985-ci il tarixli 114 nömrəli əmrinə əsasən “Sovet Astarası” qəzetinin mətbəəsinin Lənkəran mətbəəsinə birləşməsi ilə əlaqədar Lənkəran mətbəəsinə köçürülmüşdür. xx.xx.1985-ci il tarixli 30 § 9 nömrəli əmrilə 5-ci dərəcəli linotipçi peşəsinə keçirilmişdir. xx.xx.1999-cu il tarixli 6 nömrəli əmr ilə ərizəsinə əsasən işdən çıxarılmışdır. xx.xx.1999-cu il tarixli 91 nömrəli əmrlə Astara rayon İcra Hakimiyyətinin aparatının inzibati binasına gözətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2002-ci il tarixli 10 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2003-cü il tarixli 22 nömrəli X3 Səhmdar Bankında mühafizəçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2012-ci il tarixli 27 nömrəli əmrlə işdən azad edilmişdir. Ümumi iş stajı 29 il 3 ay 7 gün təşkil edir. Ümumi iş stajı xx.xx.1984cü il tarixdən xx.xx.1999-cu il tarixə kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işdə çalışmağına dair xx.xx.2024-cü il tarixli 23 nömrəli arayış verilmişdir. Hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etsə də, müraciəti təmin olunmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-219242/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının müraciəti məktubla cavablandırılaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Sözügedən imtinada Mərkəzi Filiala təqdim etdiyi “Astara” Qəzeti Redaksiyasının ona dair xx.xx.2024-cü il tarixli 23 nömrəli arayışında xx.xx.1984-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində İddiaçı linotipçi peşəsində işlədiyi dövrlər barəsində onun iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəflərindən aidiyyəti üzrə sorğu göndərilmiş və müvafiq sorğuya cavab olaraq, əmək haqqı cədvəllərinin və 1984-cü olə dair əmr kitablarının saxlaılmadığı, eyni zamanda işdən azad olma əmrində ata adının qeyd olunmadığı bildirilmişdir. Bu “Astara” Qəzeti Redaksiyası tərəfindən 31 may 2024-cü il tarixli birgə akt ilə təsdiq edilmişdir. Buna görə də sözügedənn dövrdə iddiaçının işləyib-işləmədiyi müəyyən etmək mümkün olmadığından həmin dövrü İddiaçı iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də İddiaçı ümumi iş stajı 25 ildən az ( 14 il 5 ay 1 gün) (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2024-cü illər üzrə 6 il 9 ay )) təşkil edir. Həmçinin iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 5179,20 manat təşkil edir.Qeyd olunanlara əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qaununvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1964-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AA******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. НЗ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan SSR Ordu sıralarında hərbi xidmət keçmişdir ( 2 il 6 gün). ИТ-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, Məmmədov (Mamedov) Elçin Aslan oğlu aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: xx.xx.1981-ci ildə Rabitə şöbəsinə poçtalyon vəzifəsinə qəbul olunmuş (Əmr № 42, xx.xx.1981); xx.xx.1982-ci ildə işdən azad edilmişdir ( Əmr №92, xx.xx.1982) (1 il 1 ay 25 gün) xx.xx.1985-ci il tarixdə Azərbaycan SSR Dövlət Nəşriyyatının 22 aprel 1985-ci il tarixli 114 nömrəli Əmrinə əsasən “Sovet Astarası” qəzetinin mətbəəsinin Lənkəran mətbəəsinə birləşməsi ilə əlaqədar Lənkəran mətbəəsinə köçürülmüşdür ( Əmr № 222, xx.xx.1985); xx.xx.1985-ci ildə Mətbəələrin birləşməsi ilə əlaqədar astara şöbəsi üzrə Lənkəran mətbəəsinə 5-ci (beşinci) dərəcə üzrə linotipçi qismində qəbul edilmişdir ( Əmr № 30, xx.xx.1985); xx.xx.1989-cu il tarixdə “Sovet Astarası” qəzetinin mətbəəsinin 5-ci (beşinci) dərəcə üzrə linotipçi keçirilmişdir (Əmr № 30 §2, xx.xx.1989); xx.xx.1999-cu ildə Mətbəədə baş linotipçi işləyən İddiaçı verdiyi ərizəsinə əsasən işdən azad edilmişdir ( Əmr №6, xx.xx.1999) (14 il 6 ay 26 gün); xx.xx.1999-cu ildə Astara Rayon İcra Hakimiyyəti aparatının inzibati binasına gözətçi vəzifəsinə təyin edilmişdir ( Əmr № 91, xx.xx.1999); xx.xx.2002-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir ( Əmr № 10, xx.xx.2002); ( 2 il 3 ay); xx.xx.2003-cü il tarixdə X3 Səhmdar Bankında mühafizəçi vəzifəsinə qəbul olunmuşdur ( Əmr № 22, xx.xx.2003); xx.xx.2012-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir ( Əmr № 27, xx.xx.2012) ( 8 il 4 ay 5 gün) 28 il 9 ay 2 gün. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 01 №-li, xx.xx.2017-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Məmmədov X4 Mətbəəsində linotipçi işləmişdir. Azərbaycan SSRİ Dövlət Nəşriyyatının 22 aprel 1985-ci il 114 nömrəli əmrinə əsasən “Sovet Astarası” qəzetinin mətbəəsi Lənkəran Mətbəəsinə birləşdirilmişdir. Bununla əlaqədar olaraq Lənkəran Mətbəəsinin xx.xx.1985-ci il tarixli 222 saylı əmrinə əsasən “Sovet Astarası” qəzetinin mətbəəsinin işçiləri Lənkəran Mətbəəsinə köçürülmüşdür. Azərbaycan SSR-i Dövlət Nəşriyyatının 10 may 1989-cu il tarixli 6 saylı protokoluna əsasən və Lənkəran Mətbəəsinin 26 iyun 1989-cu il tarixli 26 №-li, §2 saylı əmri ilə Astara sahəsinin işçiləri Lənkəran Mətbəəsindən “Sovet Astarası” qəzetinin redaksiyasına köçürülmüşdür. Həmin əmrlə İddiaçı xx.xx.1989-cu il tarixdən Lənkəran Mətbəəsindən işdən azad edilmişdir. İddiaçı 04 may 1985-ci il tarixdən 01 iyul 1989-cu il tarixədək Lənkəran Mətbəəsində linotipçi vəzifəsində işləmişdir. “Astara” Qəzeti redaksiyası tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli 23 №-li, arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1984-xx.xx.1999-cu il tarixədək “Linotipçi” (yığmasətrtökən maşınların yığıcıları) vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 15 il 1 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri yığma sətrtökən maşınların yığıcıları ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 20-ci bəndinə və “c” vəzifə koduna uyğundur. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Astara rayon Dövlət Arxivinin 89 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Astara rayon Dövlət Arxivində “Astara” qəzetinin heç bir sənədi mühafizə olunmadığından tələb olunan sənədlərin göndərilməsi mümkün olmamışdır. “Astara” qəzeti redaksiyasının xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1984-cü ildə 153 nömrəli əmrlə “Sovet Astarası” qəzetində müvəqqəti olaraq Mürəttiblik vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü ildə 163 nömrəli əmrlə daimi olaraq bu vəzifəyə təyin edilmişdir. xx.xx.1985-ci ildə 222 nömrəli əmrlə “Sovet Astarası” qəzeti mətbəəsindən Lənkəran mətbəəsinə köçürülmüşdür. Daha sonra İddiaçı 06 may 1985-ci ildə 30 nömrəli əmrlə 5-ci dərəcəli Linotipçi ( yığma, sətrtökən maşınların yığıcısı) vəzifəsinə təyin edilmişdir. 26 iyun 1989-cu ildə 30 nömrəli əmrlə Lənkəran mətbəəsindən “Sovet Astarası” qəzeti mətbəəsinə köçürülmüşdür. xx.xx.1999-cu ildə İddiaçı 6 nömrəli əmrlə işdən azad edilmişdir. “Astara” qəzeti redaksiyasının əvvəlki binası söküldüyü üçün redaksiyaya aid çox sənədlər itmişdir. İddiaçı redaksiyanın əmrlər kitabında məzuniyyət və işdən azad olunma əmrləri mövcuddur. Digər əmrlər isə onun əmək kitabasında qeyd olunmuşdur. Tələb olunan digər sənədlər (əmək haqqı cədvəli, arayış və sair) hazırda yoxdur. Məktuba əlavə olunmuş əmrdən çıxarışın surətindən müəyyən olunur ki, 23 №-li, xx.xx.1997-ci il tarixli əmrlə İddiaçı 1995,1996,1997-ci illərdə istifadə etmədiyi məzuniyyətləri 1998-ci ilə keçirilmişdir. 8 №-li, xx.xx.1999-cu il tarixli əmrlə İddiaçı ərizəsinə əsasən işdən azad edilmişdir. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 3-21-2-13/2- 27440/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: Dövri nəşrin X7 106 №-li, xx.xx.1990-cı il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, “Astara Qəzeti”nin məqsədi öz səhifəsində Rayon Partiya Komitəsinin və Rayon Xalq Deputatları Sovetinin siyasi,iqtisadi və sosial sahədə müəyyən etdiyi xəttin həyata keçirilməsinə kömək göstərəcək, bu sahədə qarşıya qoyulan vəzifələrin həllində mətbuatın qüvvəsindən istifadə edəcəyi qeyd olunmuşdur. “X1 X7” Şəhadətnamənin surətindən müəyyən olunur ki, 342 №-li, xx.xx.1994-cü il tarixli şəhadətnaməyə əsasən Rayonun ictimai-siyasi, sosial iqtisadi və mədəni həyatını işıqlandırmaq üçün “Astara qəzeti” yaradılmışdır. X5 Filialının 3-48-DA-77/1-55/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Lənkəran Mətbəəsinin sənədləri arxivə təhvil verilmədiyi üçün əmək haqqı cədvəllərindən İddiaçı aid hissəsinin təsdiq olunmuş surətinin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1-2-42/2-50/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğuda qeyd olunan linotipçi vəzifəsi mətbəələrdə istifadə olunan linotip (yığma sətrtökən) maşınlarda qurğuşun ərintisindən hazırlanan sətrlərin yığıcısı vəzifəsi ilə eynidir. Linotipçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 23 yanvar tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə XXV “Poliqrafiya, kinosurətlər istehsalı” bölməsinin 227000a-14807 kodu ilə işarələnmiş və Azərbaycan Respublikası Nazirlə Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 20-ci “Poliqrafiya istehsalatı” bölməsinin “c” bəndində qeyd olunmuş “yığma-sətrtökən maşınların yığıcıları” vəzifəsi ilə uyğunluq təşkil edir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqanın 3-17-1/2-M- 181183/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olrriaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Mərkəzi filiala təqdim olunmuş “Astara” Qəzeti Redaksiyasının ona dair xx.xx.2024-cü il tarixli 23 nömrəli arayışında xx.xx.1984-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində linotipçi peşəsində işlədiyi qeyd olunmuşdur. Qeyd olunan müəssisələrdəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəflərindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğularına cavab olaraq, əmək haqqı cədvəllərinin və 1984-cü ilə dair əmr kitablarının saxlanılmadığı, eyni zamanda işdən olma əmrində ata adının qeyd olunmadığı bildirilmişdir. Buna görə də sözügedən dövrdə işləyib-işləmədiyi müəyyən etmək mümkün olmadığından, həmin dövrü iş stajına daxil etmək mümükn deyil. Göstərilən səbəblərdən də onun ümumi iş stajı 25 ildən az ( 14 il 5 ay 1 gün ( xx.xx.1981-xx.xx.1982-ci il; xx.xx.1982-xx.xx.1982-ci il; xx.xx.1999-xx.xx.2002-ci il; xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006- 2024-cü illər üzrə 6 il 9 ay)) təşkil edir, güzəştli stajı isə yoxdur. Fərdi hesabnın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 5179,20 manat təşkil edir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd:Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XXV. Poliqrafiya, kinosurətlər istehsalı, bölməsi yığma‐sətrtökən maşınların yığıcıları –Kod-2270000a—14807.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı 20-ci bölməsi Poliqrafiya istehsalatı; c) fəhlələr: yığma-sətirtökən maşınların yığıcıları
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM: -İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Hazırkı halda iddiaçı ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasına və arayışa əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. İş üzrə tərəflər arasında mübahisələndirilən hal iddiaçının 12 il 06 ay güzəştli iş stajının və 25 il ümumi iş stajının mövcudluğu ilə bağlıdır. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1984-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində “Astara” qəzetində işlədiyi illərə dair əmək haqqı cədvəllərinin, əmrlər kitabının və işdən azad olma əmrində ata adının qeyd olunmadığını əsas götürərək ümumi və güzəştli iş stajının az olduğu qənaətinə gəlmişdir. İddiaçının işlədiyi müəssisənin sənədləri saxlanılmadığından, o cümlədən müvafiq güzəştli arayış əmək kitabçası əsasında verildiyindən sözügedən arayışdakı məlumatların əsassız olması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə əsasən, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Nəzərə alınmalıdır ki, əmək kitabçasının iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti ilə bağlı qeydlərinin müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Belə ki, həmin hal başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının xx.xx.1984xx.xx.1999-cu illərdə “Astara” Qəzetində işlədiyi “Linotipçi” vəzifəsində işlədiyi illərin təsdiq olunmamasıdır, beləliklə də onun tələb olunan ümumi və güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır. İşin müəyyən edilən hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli (eyni zamanda ümumi) əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, Astara” qəzeti redaksiyasının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışına (məktubuna) əsasən iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1999-cu il tarixədək “Astara” Qəzetində “Linotipçi” vəzifəsində işləmişdir Qeyd olunanlarla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən 1-2-42/2-50/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan iddiaçının xx.xx.1984-xx.xx.1999-cu illərdə işlədiyi “Linotipçi” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 23 yanvar tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə XXV “Poliqrafiya, kinosurətlər istehsalı” bölməsinin 227000a-14807 kodu ilə işarələnmiş və Azərbaycan Respublikası Nazirlə Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 20-ci “Poliqrafiya istehsalatı” bölməsinin “c” bəndində qeyd olunmuş “yığma-sətrtökən maşınların yığıcıları” peşəsinə aid olması konkret olaraq göstərilmişdir. Odur ki, iddiaçının xx.xx.1984-xx.xx.1999-cu il tarixlərdə “Astara” Qəzetində işlədiyi “Linotipçi” vəzifəsi onun güzəştli (eyni zamanda ümumi) iş stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq xüsusi iş stajı və 25 il ümumi iş stajı mövcuddur. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşidə Quliyeva