Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1573/2023 19.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X28 оğlunun katibliyi, İddiaçı nümayəndəsi X10 iştirаkı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 nömrəli və xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 nömrəli və xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərarlarının ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Cavabdehnə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia irəli sürərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 nömrəli və xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərarlarının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçıların hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçıların hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən onlara yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli protokolundan görünür ki, X11 bələdiyyə üzvü kimi səlahiyyətləri itirilmiş hesab edilmiş və buna görə bələdiyyə sədri vəzifəsindən azad edilmiş, X12 İmişli rayonunun Qaragüvəndikli bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 nömrəli protokolundan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli iclas protokolu ləğv edilmiş və X1 rayonunun Qaragüvəndikli bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 10 nömrəli protokolundan görünür ki, Bələdiyyələrlə iş mərkəzinin 09/Ə-633/6 saylı, xx.xx.2022-ci il tarixli təklif xarakterli məktubu təmin edilməmiş, bələdiyyənin xx.xx.2020-ci il tarixli, 08 saylı iclas protokolu qüvvədə saxlanılmış, Cavabdeh üzvü X6 şikayəti əsassız sayılmış, X4 bələdiyyə sədri seçilməsi qüvvədə qalmış, xx.xx.2020-ci il tarixli, 08 saylı iclas protokolunun təsdiq olunması barədə Şirvan İnzibati Məhkəməsinin qərarı protokola əlavə edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2020-ci il tarixli, 268 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 saylı iclas protokolunda göstərilən qərar İddiaçınə göndərilməmiş və kargüzarlıq xidmətində qeydə alınmamışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(120)-1237/2020 nömrəli qərardadından görünür ki, həmin iş üzrə iddiaçı X4 iştirak ilə işə baxılmış və iddiaçı X4 İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixli, 02 və 04 nömrəli qərarların etibarsız hesab edilməsi barədə iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(120)-367/2021 nömrəli qərardadından görünür ki, iddiaçı X4, üçüncü şəxslər X7 və X5 iştirak ilə işə baxılmış və iddiaçı X4 İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixli, 04 nömrəli iclas protokolunun (qərarının) etibarsız hesab edilməsi barədə iddia tələbinin mümkünsüz sayılması qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(120)-837/2022 nömrəli qərardadından görünür ki, iddiaçılar X7 və X5 Cavabdehnə qarşı “İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi” barədə iddia tələbinin mümkünsüz sayılması qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(106)-28/2023 nömrəli qərardadından görünür ki, iddiaçı X8 apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-837/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İmişli rayon Prokurorluğunun 03 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin sədri X4 əməllərində hər hansı cinayət tərkibi müəyyən olunmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2021-ci il tarixdə və əvvəllər keçirilmiş iclas protokollarında olan imzaların bələdiyyə üzvləri X22 və X19 məxsus olubolmamasına dair xüsusat üzrə toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən həmin hissədə cinayət işinin başlanmasının rədd edilməsi, İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin üzvləri X15 və X9 Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(120)-367/2021 nömrəli qərardadından Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək hüququnun izah olunması, X15 və X9 icarədə və ya mülkiyyətdə olan torpaq sahələrindən təyinatı üzrə istifadə edilməməsi, özbaşına tikinti aparılmasına dair xüsusatlar üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunması, qəbul edilmiş qərarın surəti X15 və X9 göndərilməklə, onlara izah edilsin ki, qərardan narazı qaldıqları halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxar, prokurora, yaxud İmişli rayon məhkəməsinə şikayət vermək huquqlarının olması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna təqdim edilməsi, materialın rayon prokurorluğunun arxivində saxlanılması üçün dəftərxanaya təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(120)-837/2022 nömrəli qərardadının təsviri hissəsindən görünür ki, iddiaçı X1 rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixli, 04 nömrəli iclas protokolunun qərarının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(120)-837/2022 nömrəli qərardadının təsviri hissəsindən görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-367/2021 nömrəli qərardadı 29 mart 2021ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(120)-837/2022 nömrəli qərardadının təsviri hissəsindən görünür ki, iddiaçılar X16 və X2 rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının mübahisələndirliməsinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinin dəftərxanasında qeydiyyata alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(120)-837/2022 nömrəli qərardadının təsviri hissəsindən görünür ki, məhkəmə iclasında iştirak edən iddiaçılar izahatında bildirmişlər ki, hazırda mübahisələndirdikləri İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarından üçüncü şəxs kimi iştirak etdikləri 2-1(120)-367/2021 nömrəli inzibati işə baxılan zaman məlumatlı olmuşlar. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, iddiaçının imzası ilə təsdiq edilən iddia ərizəsinin məzmunundan, iddiaçının verdiyi izahatdan müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 01 nömrəli qərarı ilə X1 rayonunun Qaragüvəndikli bələdiyyəsinin sədri seçilmiş, lakin sonradan Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarı ilə X4 bələdiyyə üzvü kimi səlahiyyətləri itirilmiş hesab edilmiş və buna görə bələdiyyə sədrliyindən azad edilmişdir. X3 İnziabti Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmin tələb üzrə işə baxılan zaman məlum olmudur ki, X4 mübahisələndirdiyi Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarı həmin bələdiyyənin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarı (hazırda iddiaçının mübahisələndirdiyi qərar) ilə ləğv edilmiş və X11 bələdiyyə sədri seçilmişdir. Məhz həmin əsasa (xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərara) istinad edərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(120)-367/2021 nömrəli qərardadı ilə X4 iddia tələbi mümkün sayılmamışdır. Hazırda iddiaçı iddianın mümkün sayılmamasına əsas olan X12 və X4 yenidən bələdiyyə sədri seçilməsinə dair bələdiyyənin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarı və Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarı ilə razılaşmayaraq onun ləğv edilməsini istəyir. Buna görə də İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 nömrəli və xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərarlarının ləğv edilməsi” ilə bağlı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı xx.xx.2020-ci il tarixli, 268 nömrəli məktubunda qeyd etmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 saylı iclas protokolunun qərarı İddiaçınə göndərilməmiş və kargüzarlıq xidmətində qeydə alınmamışdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi qərardan yəni İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarından xx.xx.2020-ci il tarixdən məlumatı olmuşdur və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan (xx.xx.2020-ci il tarixdən) hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüş olur. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərardan məlumatın olmasını təsdiq edən sübutlar barədə məhkəməyə sübutun təqdim olunması təklif olunsada iddiaçının nümayəndəsi tərəfindən həmin halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbində ləğv olunması tələb olunan xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərara gəldikdə, məhkəmə hesab edir ki, həmin qərar məhs xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarın ləğv edilməsinə yönəldilmişdir. xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərar mahiyyət etibarı ilə hər hansı bir hüquqi münasibəti tənzimləmir. Sadəcə iddiaçı xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərarın ləğvini tələb etməklə xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərara münasibətdə iddia müddətinin ötürülməmiş hesab edilməsinə çalışmışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 nömrəli və xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərarlarının ləğv edilməsi” tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 nömrəli və xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 nömrəli və xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1573/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1573/2023
19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver