Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1573/2025 01.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1990-cı il tarixdə Ağcabədi rayon Avşar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində aparılmış 13 saylı doğum haqqında akt qeydinə düzəliş edilərək ata qrafasında X4 yox, X3 və ana qrafasında X5 yox, X9 qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 12 iyun 2025-ci il tarixli Qərardadı ilə X12, X27 və X22 3-cü şəxs qismində məhkəmə iclasına cəlb edilmişdirlər. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki o, xx.xx.1990-ci il tarixdə anadan olmuşdur. xx.xx.1990-cı il tarixdə adına verilmiş doğum haqqında şəhadətnamənin ata qrafasında atanın adı X12, ananın isə adı X10 qeyd edilmiş, lakin doğm akt qeydində səhvən atanın adı X15, ananın adı isə X5 qeyd olunmuşdur. Lakin onun bütün sənədlərində adı İddiaçı kimi yazılmışdır. O, doğum akt qeydinə düzəliş edilməsi üçün Cavabdehnə müraciət etmiş və ona doğum aktı qeydində düzəliş edilməsi mümükün olmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qeyd olunanlara əsaən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. 3-cü şəxslərin izahatları: X12 və anası X16 məhkəməyə ünvanladığı ərizələrində bildirmişlər ki, İddiaçı onların övladıdır və onu heç vaxt övladlığa verməmişlər, doğum akt qeydində səhvən valideynləri kimi əmisi və əmisinin yoldaşının adı qeyd edilmişdir. Və iddiaçıya məxsus doğum akt qeydində dəyişiklik edərək əsl valideynləri kimi onların qeyd edilməsini məhkəmədən xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı, cavabdehin nümayəndəsi və 3-cü şəxslər gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində əlverişli inzibati aktın qəbul edilməməsi ilə bağlı hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Həmçinin iddiaçı xüsusi mümkünlük şərti kimi cavabdeh inzibati orqana müraciət etmiş, imtina aldıqdan sonra eyni tələblə məhkəmədə iddia qaldırmışdır. xx.xx.1990-cı il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-N-863/2024 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1990-cı ildə Ağcabədi rayonu, Avşar kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonu, Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 13 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. X2r, anası X17r. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1990-cı il tarixdə Ağcabədi rayon Avşar kənd icra nümayəndəliyində tərtib edilmiş 13 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında ad, soyad və ata adı “İddiaçı Dilsuz oğlu”, ata qrafasında soyadı, adı və ata adı “X15”, ana qrafasında soyadı, adı və ata adı “X22”, təqdim olunan sənədlərdə isə uşağın adı, soyadı ata adı “İddiaçı”, atanının soyadı adı və ata adı “X12” və ananın soyadı, adı və ata adı “X27” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 № -li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv Qaydaları”nnın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda şəxsin seçdiyi ərazi qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edir ki, təqdim olunan sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1990-cı il tarixdə Ağcabədi rayon Avşar kənd icra nümayəndəliyində tərtib edilmiş 13 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında ad, soyad və ata adına “İddiaçı Dilsuz oğlu”ndan “İddiaçı”na, ata qrafasında soyad, ad və ata adına “X15”ndan “X12”na və ana qrafasında soyad, adı və ata adına “X22”ndan “X27”na düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı nikah, X23, X6 doğum, X7 doğum, ölüm, X31, X37, X20, X18, X29, X24, İddiaçı Dilsuz oğlu, X25 və X13 doğum haqqında akt qeydlərinin kserosurətləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı övladlığı və övladlarının ölümü barədə məlumat, X14 ölüm haqqında akt qeydi, X14 doğumu (Tovuz rayonu), X15 ilə X14 nikahları (Bakı şəhəri, Yasamal rayonu qeydiyyat şöbəsi xx.xx.1979) haqqında məlumat aşkar olunmamışdır. Həmçinin iddia tələbi ilə bağlı etirazlarının olmadığı qeyd olunmuşdur. xx.xx.1990-cı il tarixli 13 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. X1r, anası X21r. AZE ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsini almışdır. xx.xx.1990-cı il tarixli, 13 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı Dilsuz oğlu xx.xx.1990-cı ildə Ağcabədi rayonunda doğulmuşdur, ata qrafasında X15, ana qrafasında X22 qeyd edilmişdir. xx.xx.1990-cı il tarixli, 83 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X25 xx.xx.1990-cı ildə Ağcabədi rayonunda doğulmuşdur, ata qrafasında X15, ana qrafasında X22 qeyd edilmişdir. xx.xx.1992-ci il tarixli, 113 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X26 xx.xx.1992-ci ildə Ağcabədi rayonunda doğulmuşdur, ata qrafasında X15, ana qrafasında X22 qeyd edilmişdir. xx.xx.2013-cü il tarixli, 65 saylı nikah akt qeydi ilə İddiaçı ilə X13 nikahları qeydə alınmışdır. Seriya Az İİ, 069669 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X15 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2014-cü il tarixli, 365056 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən edilir ki, X32 xx.xx.2014-cü il tarixdə doğulmuş, atası İddiaçı, anası isə X19r. ünvan 3 ünvanladığı xx.xx.2025-ci il tarixli, 1 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabğdi rayonun Avşar kənd N.Abdullayev adına 2 nömrəli tam orta məktəbin 18 iyun 2008-ci il tarixli, 16 nömrəli pratokolunda İddiaçı adı, soyadı, ata adı öz əksini tapmışdır. Ağcabədi Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş fərdi uçot kartoçkasından görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuş, X26 ilə evlidir, X1r. Tətbiq olunan hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 12.1-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 63.1-ci maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. 63.2-ci maddəsinə görə inzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. Mülki Məcəllənin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir.
190. adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın: 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.
Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdakı qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Məhkəmə araşdırma nəticəsində müəyyən edir ki, iddiaçıya məxsus bütün sənədlərdə onun ata adı Müqabil kimi, ana adı isə Elmira kimi qeyd olunmuş, yalnız doğum akt qeydində ata adı kimi Dilsuz, ana adı kimi isə Şövkət qeyd edilmişdir. Belə ki, xx.xx.1990-cı il tarixli 13 nömrəli Doğum haqqında şəhadətnamədə, AZE ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsində, fərdi uçot kartoçkasında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuşdur, X1r, anası X21r. Lakin xx.xx.1990-cı il tarixli, 13 nömrəli Doğum haqqında akt qeydində isə İddiaçı Dilsuz oğlu xx.xx.1990-cı ildə Ağcabədi rayonunda doğulduğu, ata qrafasında X15, ana qrafasında X22 olması qeyd edilmişdir. İş materiallarından müəyyən edilir ki, həmin doğum akt qeydində səhvlik olmuş və yalnışlıqla iddiaçının ata və anasının adı düzgün qeyd edilməmişdir. Belə ki, avalideynləri kimi qeyd edilən şəxslər iddiaçının əmisi və əmisinin arvadıdır. Həmçinin iddiaçı əmisinin qızı rəsmi nikaha daxil olmuşlar və övladları da doğulmuşdur. Belə ki, xx.xx.2013-cü il tarixli, 65 saylı nikah akt qeydi ilə İddiaçı ilə X13 nikahları qeydə alınmışdır. Və xx.xx.2014-cü il tarixli, 365056 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən edilir ki, X32 xx.xx.2014-cü il tarixdə doğulmuş, atası İddiaçı, anası isə X19r. Həmçinin xx.xx.1990-cı il tarixli, 83 nömrəli Doğum haqqında akt qeydinin surətindən də görünür ki, həmin ailənin başqa övladı dünyaya gəlmişdir. Belə ki, həmin akt qeydindən görünür ki, X25 xx.xx.1990-cı ildə Ağcabədi rayonunda doğulmuşdur, ata qrafasında X15, ana qrafasında X22 qeyd edilmişdir. Belə olan halda eyni ildə 6 ay fərqlə ikinci övladın doğulması mümkün deyildir. xx.xx.1992-ci il tarixli, 113 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X26 xx.xx.1992-ci ildə Ağcabədi rayonunda doğulmuşdur, ata qrafasında X15, ana qrafasında X22 qeyd edilmişdir. xx.xx.2013-cü il tarixli, 65 saylı nikah akt qeydi ilə İddiaçı ilə X13 nikahları qeydə alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı ata adının “X12” kimi, ana adının isə “X27” kimi doğum akt qeydində dəyişdirilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, kifayət qədər əsaslar mövcud olduğu üçün İddiaçı iddiası təmin edilməli və xx.xx.1990-cı il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş xx.xx.1990-cı il tarixli, 13 saylı doğum akt qeydinin ata qrafasında ata adının “X12” kimi, ana qrafasında ana adının isə “X27” kimi dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68-ci , 69cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş xx.xx.1990-cı il tarixli, 13 saylı doğum akt qeydinin ata qrafasında ata adının “X12” kimi, ana qrafasında ana adının isə “X27” kimi dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova