Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1575/2023 01.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N972-ci il tarixdə anadan olmuş, belə ki, N nömrəli hərbi hissə komandirinin N avqust N992-ci il tarixli NN №-li əmrilə hərbi hissənin şəxsi heyət siyahısına daxil edilmiş və ümumi qaydada təchizatla təmin edilərək, vəzifəyə təyin olunmaqla xidməti vəzifəsinin icrasına başlamışdır. Bundan sonra N nömrəli hərbi hissə komandirinin 3N avqust N992-ci il tarixli N7 №-li əmrində 3-cü batareyanın hərbi qulluqçusu, sıravi əsgər kimi Kəlbəcər döyüş əməliyyatları bölgəsinə ezam olunmuş, sonra N nömrəli hərbi hissə komandirinin N iyul N993-cü il tarixli 7N №-li əmrində 3-cü batareyanın baş tuşlayıcısı, sıravi əskər kimi döyüş əməliyyatları bölgəsinə ezam olunmuş, sonra N nömrəli hərbi hissə komandirinin N noyabr N993-cü il tarixli N28 №-li əmri ilə döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış, sonra N nömrəli hərbi hissə komandirinin 0N dekabr N993-cü il tarixli N29 №-li əmri ilə Beyləqan döyüş əməliyyatları bölgəsinə ezam olunmuş, sonra N nömrəli hərbi hissə komandirinin 3N dekabr N993-cü il tarixli N43 №-li əmri ilə Beyləqan döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış, sonra N nömrəli hərbi hissə komandirinin 0N yanvar N994-cü il tarixli N №-li əmri ilə 8-ci batareyanın hərbi qulluqçusu, yefreytor vəzifəsi ilə Beyləqan-Füzuli döyüş zonasına ezam olunmuş, sonra N nömrəli hərbi hissə komandirinin 3N yanvar N994-cü il tarixli N5 №-li əmri ilə 3-cü batalyonun hərbi qulluqçusu, çavuş vəzifəsi ilə Beyləqan-Füzuli döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış, sonra N nömrəli hərbi hissə komandirinin 0N fevral N994-cü il tarixli N6 №-li əmri ilə 3-cü batalyonun hərbi qulluqçusu, çavuş vəzifəsi ilə Beyləqan-Füzuli döyüş zonasına ezam olunmuş, sonra N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il tarixli 32 №-li əmrilə 3-cü batalyonun hərbi qulluqçusu, çavuş vəzifəsi ilə Beyləqan-Füzuli döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış, sonra N nömrəli hərbi hissə komandirinin 0N mart N994-cü il tarixli 33 №-li əmrilə çavuş vəzifəsi ilə Füzuli döyüş əməliyyatları bölgəsinə ezam olunmuş, sonra N nömrəli hərbi hissə komandirinin 3N mart N994-cü il tarixli 58 №-li əmrilə çavuş vəzifəsi ilə Füzuli döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış, sonra N nömrəli hərbi hissə komandirinin 0N aprel N994-cü il tarixli 59 №-li əmrilə çavuş vəzifəsi ilə Füzuli döyüş əməliyyatları bölgəsinə ezam olunmuş, sonra N nömrəli hərbi hissə komandirinin N aprel N994-cü il tarixli, 84 №-li əmrilə çavuş vəzifəsi ilə Füzuli döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış, sonra N nömrəli hərbi hissə komandirinin 0N may N994-cü il tarixli 85 №-li əmrilə çavuş vəzifəsi ilə Füzuli döyüş əməliyyatları bölgəsinə ezam olunmuş, sonra N nömrəli hərbi hissə komandirinin N iyul N994-cü il tarixli, N37 №-li əmrilə İİİ Reaktiv-Artilleriya batareyasının dartı manqa komandiri çavuş vəzifəsi ilə tutduğu vəzifəsindən azad edilərək, həmin batareyanın İİ atıcı tağımının ikinci heyətinin baş nişanlayıcısı vəzifəsinə təyin edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh təşkilat olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona müharibə veteran adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası tam olaraq qanunsuz və əsassızdır. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddia ərizəsində xx.xx.N992-ci il xx.xx.N994-cü il tarixədək müxtəlif vaxtlarda N nömrəli hərbi hissə komandirinin müvafiq əmrləri ilə döyüş əməliyyatları bölgəsinə ezam edildiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-N70 nömrəli məktubundan görünür ki, sıravi İddiaçı fərarilik etdiyinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və sənədləri Təşkilat Səfərbərlik İdarəsinə göndərilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı hərbi xidməti barədə məlumat olmasına baxmayaraq onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv arayışında heç bir məlumat olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7). Azərbaycan Respublikası İPM-nin N.2-ci maddəsindən və MPM-nin 8N-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli,396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və N54-cü maddələrini rəhbər tutaraq, məhkəmədən xahiş edirəm iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. AR İPM-nin 62.3-cü, MPM-nin N85.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə iclasına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxmağınızı xahiş edirik. İddiaçı və cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı İmişli rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-2358 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinizə və bununla əlaqədar Sumqayıt Hərbi Prokurorluğunun xx.xx.N998-ci il tarixli qərarı ilə bəraətverici əsaslar olmadan cinayət işinin başlanması rədd edildiyinə görə Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Sumqayıt Hərbi Prokurorluğunun xx.xx.N998-ci il tarixli qərarının təsdiq edilmiş surətini sənədlərə əlavə edərək təkrar təqdim olunarsa komissiyanın iclasında sənədlərinizə yenidən baxıla bilər. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-3489 nömrəli məktubunda qeyd olunmuşdur ki, həqiqi hərbi xidmət keçmək üçün gəlmiş İddiaçı N nömrəli hərbi-hissə komandirinin N avqust N992-ci il tarixli NN №-li əmrilə hərbi hissənin şəxsi heyət siyahısına daxil edilmiş və ümumi qaydada təchizatla təmin edilərək, vəzifəyə təyin olunmaqla xidməti vəzifəsinin icrasına başlamışdır (əsas: § N, səh.N0, sıra 7, əmrdə vəzifəsi qeyd edilməyib). N nömrəli hərbi hissə komandirinin 3N avqust N992-ci il tarixli N7 №-li əmrində 3-cü batareyanın hərbi qulluqçusu, sıravi İddiaçı Kəlbəcər döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat vardır (əsas: § N, səh N4, sıra 24, əmrdə atasının adı yazılmayıb). N nömrəli hərbi hissə komandirinin N iyul N993-cü il tarixli 7N №-li əmrində 3-cü batareyanın baş tuşlayıcısı, sıravi İddiaçı Ağcabədi döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat vardır (əsas: § 2, səh.N8, sıra 2, əmrdə atasının adı yazılmayıb). N nömrəli hərbi hissə komandirinin N noyabr N993-cü il tarixli, N28 №-li əmrində İddiaçı Beyləqan döyuş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtması barədə məlumat vardır (əsas: § 3, səh.N9, sıra 43, əmrdə atasının adı yazılmayıb). N nömrəli hərbi hissə komandirinin 0N dekabr N993-cü il tarixli N29 №-li əmrində sıravi İddiaçı Beyləqan döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat vardır (əsas: § N, səh.2N, sıra 40, əmrdə atasının adı yazılmayıb). N nömrəli hərbi hissə komandirinin 3N dekabr N993-cü ıl tarixli N43 №-li əmrində İddiaçı Beyləqan döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtması barədə məlumat vardır (əsas: § N, səh.35, sıra 37, əmrdə atasının adı yazılmayıb). N nömrəli hərbi hissə komandirinin 0N yanvar N994-cü il tarixli N №-li əmrində 8-ci batareyanın hərbi qulluqçusu, yefreytor İddiaçı Beyləqan-Füzuli döyüş zonasına ezam olunması barədə məlumat vardır (əsas: § N, səh.2, sıra 92, əmrdə atasının adı yazılmayıb). N nömrəli hərbi hissə komandirinin 3N yanvar N994cü il tarixli N5 №-li əmrində 3-cü batalyonun hərbi qulluqçusu, çavuş İddiaçı Beyləqan-Füzuli döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtması barədə məlumat vardır (əsas: § N, səh.25, sıra N25 əmrdə atasının adı yazılmayıb). N nömrəli hərbi hissə komandirinin 0N fevral N994-cü il tarixli N6 №-li əmrində 3-cü batalyonun hərbi qulluqçusu, çavuş İddiaçı Beyləqan-Füzuli döyüş zonasına ezam olunması barədə məlumat vardır (əsas: § 2, səh.24, sıra N37, əmrdə atasının adı yazılmayıb). N nömrəli hərbi hissə komandirinin N fevral N994cü il tarixli 32 Ne-li əmrilə 3-cü batalyonun hərbi qulluqçusu, çavuş İddiaçı Beyləqan-Füzuli doyuş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış hesab olunmuşdur (əsas § 4 səh 44, sıra N34). N nömrəli hərbi hissə komandirinin 0N mart N994-cü il tarixli, 33 №-li əmrilə çavuş İddiaçı Füzuli döyüş əməliyyatları bölqəsinə ezam olunmuşdur (əsas: §4, səh.3, sıra N23). N nömrəli hərbi hissə komandirinin 3N mart N994-cü il tarixli 58 №-li əmrilə çavuş İddiaçı Füzuli döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış hesab olunmuşdur (əsas: § 3, səh.24, sıra NN6). N nömrəli hərbi hissə komandirinin 0N aprel N994-cü il tarixli 59 №-li əmrilə çavuş İddiaçı Füzuli döyüş əməliyyatları bölgəsinə ezam olunmuşdur (əsas. § 5, səh.28, sıra N02). N nömrəli hərbi hissə komandirinin N aprel N994-cü il tarixli 84 №-li əmrilə çavuş İddiaçı Füzuli döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış hesab olunmuşdur (əsas: § N, səh.6, sıra N25). N nömrəli hərbi hissə komandirinin 0N may N994cü il tarixli 85№-li əmrilə çavuş İddiaçı Füzuli döyüş əməliyyatları bölgəsinə ezam olunmuşdur (əsas: § N, səh.N0, sıra N25). N nömrəli hərbi hissə komandirinin N iyul N994-cü il tarixli N37 №-li əmrilə İİİ Reaktiv-Artilleriya batareyasının dartı manqa komandiri çavuş X2tutduğu vəzifəsindən azad edilərək, həmin batareyanın İİ atıcı tağımının ikinci heyətinin baş nişanlayıcısı vəzifəsinə təyin edilmişdir (əsas: § 9, səh.N0, sıra N). Fərarilik etmiş üçün sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 3CL0N,N996-cı il tarixli müvafiq əmrinə əsasən. N №-li hərbi hissə komandirinin N5 fevral N996-cı il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyət siyahılarından çıxarılmış və sənədləri Təşkilat Səfərbərlik idarəsinə göndərilmişdir (əsas: § 4, səh.25, sıra 46). Bildiririk ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə xx.xx.20N7-ci il tarixli 9/2-2N527 №-li məktubla vətəndaşın ünvanına, xx.xx.20N8-ci il tarixli 9/2-2N020 №-li məktubla Müdafiə Nazirliyinin nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına cavab göndərilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 358-N2N0P-3222 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxx N972-ci il tarixdə Azərbaycan Respublikası İmişli rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İş materiallarında olan Füzuli rayon Hərbi Prokurorluğunun xx.xx.20N8-ci il tarixli, N7/3872 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi olmamışdır. İş materiallarında olan NZ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.N990-xx.xx.N992-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan İmişli rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 83/2-N487 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində İmişli rayon Polis şöbəsində məhkumluğuna dair və təqsirləndirici məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/2-2N nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə ünvanladığınız xx.xx.2022-ci il tarixli 2-N(N20)-3335/2022 №-li məktubunuza (Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə xx.xx.2023-cü il tarixdə daxil olmuş) cavab olaraq bildiririk ki, həqiqi hərbi xidmət keçmək üçün gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN №-li əmrilə (əsas: § -N, səh-N0, sıra-7, əmrdə vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, ümumi qaydada təchizatla təmin edilmiş və vəzifəyə təyin olunaraq xidməti vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N7 №-li əmrində (əsas: §-N, səh-N4, sıra-24, əmrdə atasının adı yazılmamışdır) 3-cü batareyanın hərbi qulluqçusu, sıravi İddiaçı Kəlbəcər döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 7N №-li əmrində (əsas: §-2, səh-N8, sıra-2, əmrdə atasının adı yazılmamışdır) 3-cü batareyanın baş tuşlayıcısı, sıravi İddiaçı Ağcabədi döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N28 №-li əmrində (əsas: §-3, səh-N9, sıra-43, əmrdə atasının adı yazılmamışdır) X6 döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N29 №-li əmrində (əsas: §-N, səh-2N, sıra-40, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı Beyləqan döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat vardır. N №-İi hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N43 №-li əmrində (əsas: §-N, səh-35, sıra-37, əmrdə atasının adı yazılmamışdır) İddiaçı Beyləqan döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrində (əsas: §-N, səh-2, sıra-92, əmrdə atasının adı yazılmamışdır) 8-ci batareyanın hərbi qulluqçusu, yefreytor İddiaçı Beyləqan-Füzuli döyüş zonasına ezam olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N5 №-li əmrində (əsas: §-N, səh-25, sıra-N25, əmrdə atasının adı yazılmamışdır) 3-cü batalyonun hərbi qulluqçusu, çavuş İddiaçı Beyləqan-Füzuli döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N6 №-li əmrində (əsas: §-2, səh-24, sıra-N37, əmrdə atasının adı yazılmamışdır) 3-cü batalyonun hərbi qulluqçusu, çavuş İddiaçı Beyləqan-Füzuli döyüş zonasına ezam olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 32 №-li əmrilə (əsas: §-4, səh-44, sıra-N34) 3-cü batalyonun hərbi qulluqçusu, çavuş İddiaçı Beyləqan-Füzuli döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış hesab olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 33 №-li əmrilə (əsas: §-4, səh-3, sıra-N23) çavuş İddiaçı Füzuli döyüş əməliyyatları bölgəsinə ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 58 №-li əmrilə (əsas: §-3, səh-24, sıra-NN6) çavuş İddiaçı Füzuli döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış hesab olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 59 №-li əmrilə (əsas: §-5, səh-28, sıra-N02) çavuş İddiaçı Füzuli döyüş əməliyyatları bölgəsinə ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 84 №-li əmrilə (əsas: §-N, səh-6, sıra-N25) çavuş İddiaçı Füzuli döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış hesab olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 85 №-li əmrilə (əsas: §-N, səh-N0, sıra-N25) çavuş İddiaçı Füzuli döyüş əməliyyatları bölgəsinə ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N37 №-li əmrilə (əsas: §-9, səh-N0, sıra-N) İİİ Reaktiv- Artilleriya batareyasının dartı manqa komandiri, çavuş İddiaçı tutduğu vəzifəsindən azad edilərək, həmin batareyanın İİ atıcı tağımının ikinci heyətinin baş nişanlayıcısı vəzifəsinə təyin edilmişdir. Sıravi İddiaçı fərarilik etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 37 №-li əmrilə (əsas: §-4, səh-25, sıra-46) hərbi hissənin şəxsi heyət siyahılarından çıxarılmış və sənədləri Təşkilat Səfərbərlik İdarəsinə göndərilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində hərbi hissəni tərk etməsi və Sumqayıt Hərbi Prokurorluğunun xx.xx.N998-ci il tarixli qərarı ilə bəraətverici əsaslar olmadan cinayət işinin başlanması rədd edilməsi qeyd olunsa da, iddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/2-2N nömrəli məktubundan görünür ki, həqiqi hərbi xidmət keçmək üçün gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN №-li əmrilə (əsas: § -N, səh-N0, sıra-7, əmrdə vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, ümumi qaydada təchizatla təmin edilmiş və vəzifəyə təyin olunaraq xidməti vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N7 №-li əmrində 3-cü batareyanın hərbi qulluqçusu, sıravi İddiaçı Kəlbəcər döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 7N №-li əmrində (əsas: §-2, səh-N8, sıra-2, əmrdə atasının adı yazılmamışdır) 3-cü batareyanın baş tuşlayıcısı, sıravi İddiaçı Ağcabədi döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N29 №-li əmrində sıravi İddiaçı Beyləqan döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrində (əsas: §-N, səh-2, sıra-92, əmrdə atasının adı yazılmamışdır) 8-ci batareyanın hərbi qulluqçusu, yefreytor İddiaçı Beyləqan- Füzuli döyüş zonasına ezam olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N5 №-li əmrində 3-cü batalyonun hərbi qulluqçusu, çavuş İddiaçı Beyləqan-Füzuli döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N6 №-li əmrində 3-cü batalyonun hərbi qulluqçusu, çavuş İddiaçı Beyləqan-Füzuli döyüş zonasına ezam olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 33 №-li əmrilə (əsas: §-4, səh-3, sıra-N23) çavuş İddiaçı Füzuli döyüş əməliyyatları bölgəsinə ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 58 №-li əmrilə (əsas: §-3, səh-24, sıra-NN6) çavuş İddiaçı Füzuli döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış hesab olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 59 №-li əmrilə (əsas: §-5, səh-28, sıra-N02) çavuş İddiaçı Füzuli rayonunda döyüş əməliyyatları bölgəsinə ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 84 №-li əmrilə (əsas: §-N, səh-6, sıra-N25) çavuş İddiaçı Füzuli döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtmış hesab olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 85 №-li əmrilə (əsas: §-N, səh-N0, sıra-N25) çavuş İddiaçı Füzuli döyüş əməliyyatları bölgəsinə ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N37 №-li əmrilə (əsas: §-9, səh-N0, sıra-N) İİİ Reaktiv-Artilleriya batareyasının dartı manqa komandiri, çavuş İddiaçı tutduğu vəzifəsindən azad edilərək, həmin batareyanın İİ atıcı tağımının ikinci heyətinin baş nişanlayıcısı vəzifəsinə təyin edilmişdir. Həmçinin İddiaçı hərbi hissəni özbaşına tərk etməsi, məhkum edilməsi, amnistiya aktına əsasən xitam verilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, Füzuli rayon Hərbi Prokurorluğunda, İmişli rayon Polis şöbəsində heç bir məlumat yoxdur. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : N2.N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. N2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. N2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1575/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1575/2023
01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver