Məhkəmə qərarları › İş №2-1(120)-1575/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1575/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1575/2024 29.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki o, xx.xx.1974-cü il tarixində Azərbaycan SSR Salyan rayonunun Xurşud kəndində doğulmuşdur. Doğumu haqqında məlumat Salyan rayonu, Arbatan kənd sovetliyində xx.xx.1974-cü il tarixində 162 saylı qeydlə sənədləşdirilmişdir. ИГЖГ 304644 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Ata qrafasında X12, ana qrafasında X4 yazılmış, soyadı Niftullayeva qevd edilmişdir. İlk öncə bildirir ki, atası X13r və xx.xx.2007-ci il tarixində vəfat etmişdir. Anası Heydərova (İsmayılova) Adilə Niftulla qızı xx.xx.2021-ci il tarixində vəfat elmişdir. xx.xx.2012-ci il tarixində də ailə həyatı qurmuşdur. Bildirir ki, onun babasının adı Niftulla olmuşdur. Bundan başqa ailədə heç bir Niftullayev soyadlı şəxs yaşamamışdır. Onun isə doğum haqqında şəhadətnaməsində səhv olaraq qeyd olunan soyadı hazırda ona və digər ailə üzvlərinə problem yaradır. Belə olduğu təqdirdə səhvin düzəldilməsi və pozulan hüququnun bərpası üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Cavabdehnə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində 3-16-5/7-15/S-149/2-06/2023 saylı məktub ünvanlanaraq onun doğum haqqında şəhadətnaməsində düzəlişin edilməsinin mümkün olmadığını bildirblər. O, cavabdehin əməkdaşlarına qardaşlarının olduğunu bildirdi və onların da doğum haqqında şəhadətnamələrini göstərmişdir. Lakin əməkdaşlar tərəfindən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləgv qaydalaı”-nın müəyyən edən əsas müddəaların 8-ci bəndini rəhbər tutaraq, doğumu haqqında akt qeydinə müvafiq dəyişikliyin edilməsindən imtina olunduğunu bildiriblər. Onun nikahdan öncəki soyadının İsmayılova olmasını sübut edən faktlardan biri qardaşları X10 və X5rının doğum haqqında şəhadətnamələridir. Göründüyü kimi eyni atadan və anadan olmaqlarına baxmayaraq onun soyadı səhvən Niftullayeva yazılıb. Qeyd olunanlara əsaən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. Birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) Əsaslandırma hissəsi: Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan; AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsini almışdır. xx.xx.1974-cü il tarixli ЖГ 304644 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1974-cü ildə Salyan rayonu Xurşud kəndində anadan olmuş, ata qrafasında X12, ana qrafasında X4 qeyd edilmişdir. xx.xx.1972-ci il tarixli ЖГ 360413 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1972-ci ildə Salyan rayonu Xurşud kəndində anadan olmuş, ana qrafasında X14 qeyd edilmişdir. xx.xx.1984-cü il tarixli İX ЖГ 493694 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1973-cü ildə Salyan rayonu Xurşud kəndində anadan olmuş, ata qrafasında X21, ana qrafasında X14 qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2ƏN tərəfindən tərtib edilmiş xx.xx.1974-cü il tarixli 162 nömrəli doğum haqqında akt qeydində uşaq, ata və ananın soyadında sözün kökü “Niftulla” yazılmışdır. Eyni zamanda ünvan 2ƏN tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli 44 nömrəli nikah haqqında akt qeydinə əsasən nikah bağlandıqdan sonra xx.xx.1974-cü il təvəllüdlü X2 “Sadıqova” ər soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsində göstərilir ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1 -ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Akt qeydlərinə dəyişiklik edilməsi əsasları isə həmin Qaydanın 3-cü bəndində təsbit edilmişdir ki, bu əsaslara övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixinin dəyişdirilməsi; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadın dəyişdirilməsi; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adının dəyişməsi, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumatın yazılması, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatların çıxarılması; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirilməsi; övladlığa götürmənin ləğv edilməsi; atalığın müəyyən edilməsinin ləğv olunması; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və qanunvericilikdə müəyyən edilən digər hallar aid edilmişdir. Eləcə də "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.9-cu bəndinə əsasən bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mühasibə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Göstərilənlərə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 8-ci bəndini rəhbər tutaraq, doğumunuz haqqında akt qeydinə müvafiq dəyişiklik edilməsi barədə tələbinizin icrasından imtina olunur. Əlavə olaraq bildiririk ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və (və ya) məcburetmə haqqında iddia ərizəsi ilə məhkəmə qaydasında şikayət etmək hüququnuz vardır. xx.xx.2012-ci il tarixli, AZ-İ № 795463 nömrəli X17 surətindən görünür ki, X30 ilə X3 xx.xx.2012-ci il tarixdə rəsmi nigaha girmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Gültəkin İsmayıl qızının, X10, X6 doğumu haqqında və X21 ilə X7 ölümü haqqında akt qeydlərinin təsdiq olunmuş surəti sizə göndərilir. Əlavə olaraq bildiririk ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın 15 №-li əlavəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamələrin saxlanma müddəti 1 (bir) il müəyyən olunduğu üçün sorğu məktubunun ölüm haqqında akt qeydinin tərtib olunmasına əsas olmuş sənədlərin göndərilməsinə dair hissədə icrası mümkünsüzdür. Eyni zamanda 1938-ci il təvəllüdlü İsmayıl və. 1043-cü il təvəllüdlü Adilənin doğumu haqqında akt qeydləri, şöbənin arxivində saxlanılan müvafiq dövr üzrə akt qeydləri kitabında aşkar olunmadı. Belə ki, hazırda Cavabdeh arxivində saxlanılan akt qeydləri kitabları 1048-ci il və sonrakı dövrü əhatə edir, əvvəlki illərə aid akt qeydləri kitabları isə saxlanma arxivinin Salyan filialına təhvil verilmişdir. xx.xx.1974-cü il tarixli,162 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, Niftullayeva (İsmayılova üstündən xətt çəkilmiş) Gültəkin İsmayıl qızı xx.xx.1974-cü ildə Salyan rayonu, Xurşud kəndində anadan olmuş, ata qrafasında X12, ana qrafasında X4 qeyd edilmişdir. 15 fevral 2007-ci il tarixli Ölüm haqqında akt qeydinin suərtindən müəyyən olunur ki, X21 12 fevral 2007-ci il tarixdə vəfat etmişdir. Salyan rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində heç bir material və cinayət işi olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X21 ilə X7 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. Əlavə olaraq bildiririk ki, sorğu olunan şəxslərin xx.xx.1973-cü il təvəllüdlü övladları X6 doğumu haqqında akt qeydində də valideynlərin nikahı barədə məlumat olmamış və həmin doğumda ata haqqında məlumatlar atalığı müəyyən etmək haqqında akt qeydi əsasında yazılmışdır. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X35 filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X35 filialı bildirir ki, məktubun məzmununda İddiaçı harada və neçənci ildə doğum tarixi və atası X11 və anası X7 harada və necənci ildə doöum tarixləri qeyd edilmədiyi üçün tərəfimizdən icrası mümkünsüzdür. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, tələb olunan nikah haqqında akt qeydi ilə bağlı sorğu müəllifinin nəzərinə çatdırırıq ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları barədə sənədlər 75 il müddətinə (dövlət arxivlərinə verilənə qədər) həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Əlavə olaraq bildiririk ki, VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikasının dövlət arxivlərinə yalnız 1947-ci ilə qədər təhvil verilmişdir. Məsələ ilə əlaqədar, axtarış məlumatlarını qeyd etməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə və ya inzibati ərazi vahidliyi üzrə müvafiq qeydiyyat şöbəsinə müraciət etməyiniz xahiş olunur. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X35 Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli 2-1 (120)-1575/2024 saylı, (daxilolma xx.xx.2024, №3-48 DA/9F-1- 302) məktubunuza cavab olaraq, X35 filialında mühafizə olunan Salyan filialında mühafizə olunan Salyan rayon Arbatan kənd X19 (ZDS) İcraiyyə Komitəsinin (Xurşud kəndi üzrə) arxiv sənədlərindən, o cümlədən 1974-1976-cı illərə aid təsərrüfatbaşına kitablarından Arxiv Surəti. Salyan rayon Arbatan kənd ZDS İcraiyyə Komitəsinin (Xurşud kəndi üzrə) 1974-1976-cı ilə aid təsərrüfatbaşına kitabın 291 nömrəli təsərrüfatında X11 ailə üzvləri qeyd edilən kimidir: X21 ailə başçısı, X15 arvadı, X4 xalası qızı, X20 oğlu, X18 oğlu, X8 qızıdır. X35 filialında mühafizə olunan Cavabdeh arxiv sənədləri, o cümlədən 1938- 1939,1942-1943-cü illərə aid doğum,və ölüm qeydi aktları araşdırıldı, lakin Heydərova (Niftullayeva və ya İsmayılova ) Adilə Niftulla qızının doğum doğum və ölüm qeydləri aşkar olunmadı. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Cəlilabad Rayon Qeydiyyat Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı “ doğum haqqında akt qeydinə düzəlişlə bağlı bildirilir ki, anasının doğum qeydi haqqında akt qeydinin tapılması barədə şöbədə axtarış aparılmışdır. Qeyd olunan akt qeydi aşkar olunmadığından bu barədə arayış sizə göndərilir. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Cəlilabad Rayon Qeydiyyat Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad Rayon X9 Cəlilabad rayon Qeydiyyat şöbəsinin Pakrofka kəndi üzrə doğum və nikahla aktların 1938-1940-ci ilin kitablarına tərəfimizdən baxıldı lakin Heydərova (Niftullayeva, İsmayılova) Adilə Niftulla qızı barədə heç bir məlumat aşkar edilmədi. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 10 fevral 1938-ci il tarixində Salyan rayonu Arbatan kəndində doğulmuş X11 Salyan rayonu Arbatan kənd icra nümayəndəliyi tərəfindən 24 fevral 1938-ci il tarixində tərtib olunmuş 75 №-li doğum haqqında akt qeydinin təsdiq olunmuş ksero surətini təqdim edirik. Eyni zamanda bildiririk ki, 1939-cu ilə dair Cəlilabad (Astraxanbazar) rayonu Pokrovra icra nümayəndəliyi üzrə doğum haqqında qeydiyyat kitablarında Heydərova (Niftullayeva) Adilə Niftulla qızının təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. 1943-cü ilə dair Salyan rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. 24 fevral 1938-ci il tarixində tərtib olunmuş 75 №-li doğum haqqında akt qeydinin təsdiq olunmuş ksero surətindən müəyyən edilir ki, X21 10 fevral 1938-ci il tarixdə anadan olmuş, atası X26 və anası X24 olmuşdur. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin X25 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad Rayon X9“ Cəlilabad rayon Qeydiyyat şöbəsinin ” Pakrofka kəndi üzrə doğum və nikahla aktların 1938-1940-ci ilin kitablarına tərəfimizdən baxıldı lakin Heydərova (Niftullayeva, İsmayılova) Adilə Niftulla qızı barədə heç bir məlumat aşkar edilmədi. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X21 ilə Heydərova (Niftullayeva və ya İsmayılova) Adilə Niftulla qızının nikahı və sonuncunun doğumu haqqında akt qeydi şöbənin arxivində saxlanılan müvafiq dövr üzrə akt qeydləri kitabında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə aşkar olunmadı. Hazırda Cavabdeh arxivində saxlanılan akt qeydləri kitabları 1949-cu il və sonrakı dövrü əhatə edir, əvvəlki illərə aid akt qeydləri kitabları isə saxlanma müddətinə dair tələbə əsasən X35 filialına təhvil verilmişdir. Tətbiq olunan hüquq normaları: Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdakı qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir.

190. adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müəddəaların 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi onun soyadının dəyişdirilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə cavabdehin qaldırılan məsələnin həllindən imtina olunması mövqeyi ilə razılaşmır. Çünki, iddiaçının istəyi soyadının “Niftullayeva”dan “İsmayılova”ya dəyişdirilməsidir. O, istər qardaşlarına, istərsə də atasına məxsus çoxlu sayda rəsmi sənədlərdə soyadlarının “İsmayılova” kimi göstərildiyini əsas gətirərək, ona məxsus olan doğum akt qeydində bu ziddiyyətin aradan qaldırılmasını istəyir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan xx.xx.1974-cü il tarixli 162 nömrəli doğum haqqında akt qeydində X1 qeyd edilmiş lakin İsmayılova soyadının üzərindən xətt çəkilmiş və Niftullayeva kimi qeyd edilmişdir. Bundan başqa X35 filialında mühafizə olunan Salyan filialında mühafizə olunan Salyan rayon Arbatan kənd X19 (ZDS) İcraiyyə Komitəsinin (Xurşud kəndi üzrə) arxiv sənədlərindən, o cümlədən 1974-1976-cı illərə aid təsərrüfatbaşına kitablarından Arxiv Surəti, Salyan rayon Arbatan kənd ZDS İcraiyyə Komitəsinin (Xurşud kəndi üzrə) 1974-1976-cı ilə aid təsərrüfatbaşına kitabın 291 nömrəli təsərrüfatında X11 ailə üzvüləri qeyd edilən kimidir: X21 ailə başçısı, X15 arvadı, X4 xalası qızı, X20 oğlu, X18 oğlu, X8, X11 qızı kimi qeyd edilmişdır. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyə görə 18 yaşı tamam olmuş hər bir şəxs müvafiq hallar istisna olmaqla, soyadın seçimində sərbəstdir və bu, onun istəyindən asılıdır. Müvafiq hallar isə qanunvericiliklə (Qaydaların 6.5-ci bəndi) konkret müəyyən edilmişdir və məhkəmənin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan rayon Polis Şöbəsiniə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda iddiaçıya münasibətdə Azərbaycan Respublikasının ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat olmadığı qeyd olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı (xx.xx.1974-cü il təvəllüdlü) istər soyadının doğum akt qeydində “Niftullayeva”dan “İsmayılova”ya dəyişdirilməsini, istərsə də sənədlərindəki uyğunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir Həmçinin qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı soyadının doğum akt qeydində “Niftullayeva”dan “İsmayılova”ya dəyişdirilməsi öhdəliyi cavabdeh Salayan rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.1974-cü il tarixli, 162 saylı doğum haqqında akt qeydinin soyad qrafasında düzəliş edilərək soyadının “Niftullayeva”dan “İsmayılova”ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar