Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1575/2025 29.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə verilmiş Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2.20 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə verilmiş Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2.20 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4492/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli Qərardadına əsasən iş üzrə Kürdəmir rayon Mollakənd bələdiyyəsi, X7, X5 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddia ərizəsi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə verilmiş Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2.20 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1575/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadına əsasən iddia ərizəsi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə verilmiş Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2.20 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon İcra Hakimiyyətinə torpaq sahəsinin ayrılmasından ötrü müraciət etmiş və onun müraciətinə baxılmışdır. Belə ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 64 nömrəli Sərəncamı ilə Kürdəmir rayonunun Qarabucaq və Mollakənd kəndlərində məskunlaşmış axıska türklərinin həmin kəndlərdə torpaq islahatı aparılarkən onların istifadəsinə verilmiş torpaq sahəsinin mülkiyyətlərinə keçirilməsi və onlara torpağa mülkiyyət hüququna dair sənədlərin işlənməsinə köməklik göstərilməsi barədə müraciətləri nəzərə alınsın, rayonun Qarabucaq və Mollakənd kəndlərində torpaq payı almaq hüququ olan axıska türklərinin ümumi siyahısı və püşk ardıcılığı siyahısı təsdiq edilsin, torpaq payı almaq hüququ olan axıska türkləri torpaq payı ilə təmin etmək məqsədi ilə əvvəllər ehtiyyatda saxlanılmış torpaq sahələri orta pay norması nəzərə alınmaqla onların mülkiyyətinə verilsin və torpaq payı almaq hüququ olan axıska türklərinin mülkiyyətinə torpaq sahəsi verilməsinə və onlara torpağa mülkiyyət hüququna dair sənədlərin işlənməsinə müvafiq köməklik göstərilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon Şöbəsi tərəfindən iddiaçıya verilən həmin planı tərtib edilmişdir. Belə ki, qeyd edilən torpaq sahəsinə, yəni ki, 2.5245 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından ötrü çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və oradan iddiaçıya bildirilmişdir ki, Kürdəmir rayonu, Mollakənd bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin ehtiyyat fond torpaq sahəsindən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə torpaq sahəsi ayrıla bilməz. Torpaq sahəsi bələdiyyə mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alınaraq hərrac və müsabiqə yolu ilə yalnız icarəyə verilir bilər. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İddiaçı Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamına istinadən verilmiş Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2.20 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı müraciət etmiş, ərizəsi qanunvericiliyə uyğun qaydada araşdırılaraq 3-21-3-36/2-2705/2025 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli məktub ilə rədd edilmişdir. Müraciətlə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” məlumat təqdim edilməmişdir. Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi elektron baza məlumatlarına əsasən bələdiyyənin ehtiyat fondu torpaqlarıdır. Odur ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, İddiaçı və üçüncü şəxslər Kürdəmir rayon Mollakənd bələdiyyəsi, X7, X5 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Mollakənd Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 58 nömrəli, 15 yanvar 2021-ci il tarixli Arayışından görünür ki, Mollakənd kənd sakini İddiaçı Binəliyeviç Kürdəmir rayon İHB-nın 02 may 2013-cü il tarixli 64 nömrəli sərəncamı ilə A№466231 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin sənəddə İddiaçı Binəliyeviç texniki səhv olaraq İddiaçı Binalı oğlu kimi qeyd olunmuşdur. Əslində isə onun adı İddiaçı Binəliyeviç kimi qeyd olunmalıdır. Bundan əlavə bildirilir ki, Mollakənd kəndində İddiaçı Binalı oğlu adlı şəxsin qeydiyyatı yoxdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 25 yanvar 2021-ci il tarixli, 16 nömrəli Arayışın surətindən görünür ki, Kürdəmir rayonunun Mollakənd kəndində qeydiyyatda olan İddiaçı Rayonun Qarabucaq və Mollakənd kəndlərində məskunlaşmış və torpaq payı almaq hüququ olan axısı türklərinə torpaq payı verilməsi barədə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli 64 nömrəli Sərəncamı verilmişdir. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Mollakənd Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 25 iyul 2022-ci il tarixli, 18 saylı Arayışından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı adlı şəxs 1990-cı ildən hal-hazıra kimi Kürdəmir rayonunun Mollakənd kəndində yaşayır. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 64 nömrəli, 02 may 2013-cü il tarixli Sərəncamının surətindən görünür ki, məlum Özbəkistan hadisələri nəticəsində Kürdəmir rayonuna köçüb gəlmiş axıska türklərinin böyük əksəriyyəti rayonun Mollakənd və Qarabucaq kəndlərində məskunlaşmış, onlar mənzillə və sonradan Həyətyanı torpaq sahələri ilə təmin olunmuşlar. 1997-1998-ci illərdə Mollakənd və Qarabucaq kəndlərində torpaq islahatı aparılarkən axıska türklərinin bu ərazilərdə daimi və ya müvəqqəti məskunlaşacaqları tam aydın olmadığından onların adları həmin kəndlərdə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısına daxil edilməmiş, bu səbəbdən də onlara torpaq payı verilməmişdir. Bu rayon yerli aqrar islahatı komissiyalarının qərarlarında öz əksini tapmışdır. Lakin ərazidə adambaşına düşən pay torpaq normasına uyğun olaraq onların istifadəsinə torpaq sahəsi ayrılmış və hazırda da onlar həmin torpaq sahələrindən istifadə edirlər. Hazırda axıska türkləri istifadə etdikləri torpaq sahələrinin digər Azərvbaycan vətəndaşları kimi onların mülkiyyətinə keçirilməsini və onlara torpağa mülkiyyət hüququna dair sənəd verilməsini xahiş edir, bu barədə Respublikanın aidiyyatı orqanlarına çoxsaylı yazılı və şifahi müraciətlər edirlər. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.16.2-ci maddəsinin tələblərini əsas tutaraq Kürdəmir rayonunun Qarabucaq və Mollakənd kəndlərində məskunlaşmış axıska türklərinin həmin kəndlərdə torpaq islahatı aparılarkən onların istifadəsinə verilmiş torpaq sahəsinin mülkiyyətlərinə keçirilməsi və onlara torpağa mülkiyyət hüququna dair sənədlərin işlənməsinə köməklik göstərilməsi barədə müraciətlərinin nəzərə alınması; rayonun Qarabucaq və Mollakənd kəndlərində torpaq payı almaq hüququ olan axıska türklərinin ümumi siyahısı və püşk ardıcılığı siyahısının təsdiq edilməsi; torpaq payı almaq hüququ olan axıska türklərini torpaq payı ilə təmin etmək məqsədi ilə əvvəllər ehtiyyatda saxlanılmış torpaq sahələri orta torpaq pay normasını nəzərə alınmaqla onların mülkiyyətinə verilməsi; torpaq payı almaq hüququ olan axıska türklərinin mülkiyyətinə torpaq sahəsi verilməsinə və onlara torpağa mülkiyyət hüququna dair sənədlərin işlənməsinə müvafiq köməklik göstərilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilməsi qərara alınmışdır. A№00466231 nömrəli torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli Sərəncamı ilə 25245 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X6 istifadəsinə verilmiş və həmin torpaq sahəsinin plan-çizgisi tərtib olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının surətindən müəyyən olunur ki, Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 11.67 ha torpaq sahəsi xx.xx.2020-xx.xx.2034-cü il tarixədək (14 il) müddətinə icarəyə götürülmüş, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində "xxxx" MMC-nin adına qeydə alınmışdır. Kürdəmir rayonu Mollakənd Bələdiyyəsinin 165 nömrəli, 14 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən, Mollakənd Bələdiyyəsinin mülkiyyətində olan 11.67 ha torpaq sahəsinə DƏDRX 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli (reyestr nömrəsi – **********39) Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış üzrə məhdudiyyət və yüklülüklər haqqında arayış (Forma -1) verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin 08 nömrəli, 12 mart 2020-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən, Mollakənd bələdiyyəsininmülkiyyətində olan (reyestr-**********39) 11,67 ha torpaq sahəsini icarəyə götürmüşlər. Odur ki, həmin torpaq sahəsinə plan-ölçünün və yüklülük çıxarışının tərtib olunmasına köməklik etməyi xahiş etmişlər. Kürdəmir rayonu Mollakənd Bələdiyyəsinin 22 nömrəli, 12 mart 2020-ci il tarixli məktubundan görünür ki, Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində yerləşən bələdiyyənin mülkiyyətində olan (reyestr – **********39) 11.67 ha torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir. Odur ki, həmin torpaq sahəsinə dövlət reyestrində çıxarışın və plan-ölçünün tərtib olunmasına bələdiyyənin heç bir etirazının olmadığını, gələcəkdə də heç bir iddiası olmayacağını bildirmişlər. Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 28 iyul 2022-ci il tarixli, 60 nömrəli məktubundan görünür ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 02 may 2013-cü il tarixli 64 nömrəli sərəncamının təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Lakin həmin sərəncama aid olan adlı siyahı, püşk aktı və Aqrar İslahat Komissiyasının və ya XDS-nın qərarları Arxiv İdarəsində aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X18 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin 13 iyun 2023-cü il tarixli, 3-21-3-36/2-2102/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, 1. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli sərəncamı və həmin sərəncam əsasında tərtib edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, A№466231 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında X14 ayrılmış 2.5245 kv.m torpaq sahəsi hansı döngə nöqtə koordinatları tərtib edilmiş sxemdə göstərilmişdir. 2. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli sərəncamı və həmin sərəncam əsasında tərtib edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, A№466231 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında X14 ayrılmış 25245 kv.m torpaq sahəsinin 15547 kv.m hissəsi elektron bazada mövcud olan AZCAD məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı olmaqla dövlət mülkiyyətinə, 25245 kv.m torpaq sahəsinin 5936 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı olmaqla bələdiyyə mülkiyyətinə, 25245 kv.m torpaq sahəsinin 3040 kv.m hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı olmaqla xüsusi mülkiyyətə verilmiş torpaqlara, 25245 kv.m torpaq sahəsinin 722 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı təsərrüfatdaxili kanal ərazisinə düşür. 3. İddiaçının naturada torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. 4. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli sərəncamı və həmin sərəncam əsasında tərtib edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, A№ 466231 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında X14 ayrılmış 25245 kv.m torpaq sahəsinə baxış zamanı kənd təsərrüfatı təyinatlı torpaqlar kimi istifadə olunduğu, lakin faktiki olaraq kimin istifadəsində olduğu mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. 5. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 02 may 2013cü il tarixli 64 nömrəli sərəncamı və həmin sərəncam əsasında tərtib edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli, A№ 466231 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında X14 ayrılmış 25245 kv.m torpaq sahəsinin koordinatları 5936 kv.m hissədə bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin ("xxxx" MMC-nin **********39 reyestr nömrəsi ilə icarəsinə verilmiş 11.67 ha torpaq sahəsi) koordinatları ilə, o cümlədən AZCAD məlumatlarında 5097 (**********0003) kadastr №li “Torpaq sahəsinin planı və ölçüsü sənədi” X10) və 510T (**********0004 kadastr №li “Torpaq sahəsinin planı və ölçüsü sənədi” X2) nömrəli konturlar kimi işlənmiş torpaq sahələri ilə üst-üstə düşür. Əlavə olaraq bildirilmişdir ki, elektron bazada təqdim olunan AZCAD məlumatlarında İddiaçı Binalı oğlunun adına işlənmiş **********0002 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə verilmiş torpaq sahəsi məhkəmə tərəfindən təqdim olunan **********0002 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlarda yox, iddiaçının naturada göstərdiyi 3.82 ha torpaq sahəsinin bir hissəsində təsbit edilərək göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6585 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-2102/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli sərəncamı və həmin sərəncam əsasında tərtib edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin xx.xx.2013-cü il tarixli A№466231 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında X14 ayrılmış 25245 kv.m torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli sərəncamı və həmin sərəncam əsasında tərtib edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, A№466231 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı ayrılmış 25245 kv.m torpaq sahəsinin 15547 kv.m hissəsi elektron bazada mövcud olan AZCAD məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı olmaqla dövlət mülkiyyətinə, 25245 kv.m torpaq sahəsinin 5936 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı olmaqla bələdiyyə mülkiyyətinə 25245 kv.m torpaq sahəsinin 3040 kv.m hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı olmaqla xüsusi mülkiyyətə verilmiş torpaqlara. 25245 kv.m torpaq sahəsinin 722 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı təsərrüfatdaxili kanal ərazisinə düşür. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, iddiaçının naturada torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun olduğu müəyyən olunur. Qərardadın dördüncü sualı üzrə: mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 02 may 2013-cü il tarixli 64 nömrəli sərəncamı və həmin sərəncam əsasında tərtib edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin xx.xx.2013-cü il tarixli A№466231 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı ayrılmış 25245 kv.m torpaq sahəsinə baxış zamanı kənd təsərrüfatı təyinatlı torpaqlar kimi istifadə olunduğu, lakin faktiki olaraq kimin istifadəsində olduğu mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Qərardadın beşinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli sərəncamı və həmin sərəncam əsasında tərtib edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli, A№466231 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı ayrılmış 25245 kv.m torpaq sahəsinin koordinatları 5936 kv.m hissədə bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin ("xxxx" MMC-nin **********39 reyestr nömrəsi ilə icarəsinə verilmiş 11.67 ha torpaq sahəsi) koordinatları ilə, o cümlədən AZCAD məlumatlarında 509T (**********0003 kadastr №li “Torpaq sahəsinin planı və ölçüsü sənədi” X11) və 510T (**********0004 kadastr №li “Torpaq sahəsinin planı və ölmüsü sənədi” X2) nömrəli konturlar kimi işlənmiş torpaq sahələri ilə üst-üstə düşür. Əlavə olaraq bildirilmişdir ki, elektron bazada təqdim olunan AZCAD məlumatlarında İddiaçı Binalı oğlunun adına işlənmiş **********0002 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə verilmiş torpaq sahəsi məhkəmə tərəfindən təqdim olunan **********0002 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlarda yox, iddiaçının naturada göstərdiyi 3.82 ha torpaq sahəsinin bir hissəsində təsbit edilərək göstərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 25 sentyabr 2024-cü il tarixli, 3-48-25BA/2-119/2024 nömrəli məktubundan görünür ki, araşdırma aparılmış Kürdəmir rayon Arxivində saxlanılan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli 64 nömrəli Sərəncamı aşkar edilərək təsdiq olunmuş surəti qoşma vərəqə əlavə olunur. Lakin Sərəncamın verilməsinə əsas olan sənədlər, ümumi siyahı, püşk ardıcılığı siyahıları və ümumiyyətlə hər hansı bir sənədlər Sərəncamın arxasında aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin 3-21-3-36/2-4151/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli arxiv sənədlərinin verilməsi barədə məktubundan görünür ki, İddiaçı verilmiş 25245 kv.m torpaq sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin arxivində hər hansı bir sənəd aşkar edilməmişdir. Lakin, İddiaçı Ərazi İdarəsinə müraciət edərkən təqdim etdiyi sənədlərin surəti (sənədlərin əsli vətəndaş tərəfindən ərizə ilə geri götürülmüşdür) arxiv qovluğunda mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-2705/2024 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2.5245 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar ərazi İdarəsində baxılmışdır. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Kürdəmır rayonu, Mollakənd kəndində yerləşən 2.5245 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması barədə Kürdəmır RİHB-nin xx.xx.2013-cü il tarixli, 64 nömrəli Sərəncamını, və Kürdəmır RİHB-nin xx.xx.2013-cü il tarixli, 64 nömrəli Sərəncamını əsasında ləğv edilmiş DTXK-nin Kürdəmır rayon şöbəsi tərəfindən verilmiş AN-466231 nömrəli torpaq sahəsinin planı və ölçüsünü sənəd əsas kimi təqdim etmişdir. Bununla bağlı bildirilmişdir ki, Kürdəmır rayonu, Mollakənd bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin ehtiyat fond torpaq sahəsindən Kürdəmır rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə torpaq sahəsi ayrıla bilməz. Torpaq sahəsi bələdiyyə mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alınaraq hərrac və müsabiqə yolu ilə yalnız icarəyə verilə bilər. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Kürdəmir rayonu Mollakənd Bələdiyyəsinin 05 nömrəli, 06 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Kürdəmir rayonunun Mollakənd kəndində qeyd edilən 11.67 ha torpaq sahəsinin "xxxx" MMC-yə aid Mollakənd Bələdiyyəsində heç bir hüquqmüəyyənedici sənəd və məlumat yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin 3-21-3-36/2-1092/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ” tələbinə inzibati iş üzrə **********39 reyestr nömrəli çıxarışla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş 11.67 ha torpaq sahəsinin nə qədər hissəsinin İddiaçı ayrılmış 25245 kv.m torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumat və sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi ilə bağlı məktubunuza “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Bildirilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsininxx.xx.2013- cü il tarixli, A№ 466231 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında X14 ayrılmış 25245 kv.m torpaq sahəsinin koordinatları idarənin elektron baza məlumatlarında 5936 kv.m hissədə bələdiyyə mülkiyyətinə aid **********39 reyestr nömrəli çıxarışla F.C Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş 11.67 ha torpaq sahəsi ilə və 8164 kv.metr hissədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına tərtib edilmiş **********0034 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşür. İdarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS-AzCad) X12 adına tərtib edilmiş **********0002 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi digər ərazidə göstərilmişdir (iddiaçının baxış zamanı mütəxəssisə göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsinin bir hissəsində) və yuxarıda qeyd olunan torpaq sahələri ilə üst-üstə düşmür. **********0002 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi TEKUİS-AzCad məlumatlarında sənəd üzrə 2.52 ha , faktiki olaraq 2.39 ha olaraq göstərilmişdir. Baxış zamanı 2.39 ha torpaq sahəsinin 1.88 ha hissəsindən iddiaçının istifadə etdiyi məlum olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə etimad prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdiyi Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı qüvvədədir, ləğv edilməmiş, etibarsız sayılmamış, qüvvədən düşməmiş və ya geri çağrılmamışdır. Bunun əksi olaraq müvafiq qərarın mövcud olduğu, torpaq sahəsinin 2.20 ha hissəsi iddiaçının istifadəsində olması, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi, üçüncü şəxsilərin hüquqlarına toxunmaması öz təsdiqini tapmışdır. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli Sərəncamı ilə 25245 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X6 istifadəsinə verilmiş və həmin torpaq sahəsinin plan-çizgisi tərtib olunmuşdur. İddiaçı ona ayrılmış 2.20 ha torpaq sahəsinə istifadə hüquqlarının dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən müraciətlə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” məlumat təqdim edilməmişdir. Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməməsindən imtina olunmuşdur. Məhkəmə cavabdehin imtinasının və etirazının dəlilinə münasibətdə qeyd edir ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli Sərəncamı və həmin sərəncam əsasında verilmiş A№00466231 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, etibarsız sayılması və ya geri çağrılması barədə hər hansı hərəkətlər həyata keçirilməmiş, mübahisənin predmetini təşkil edən torpaq sahəsinin iddiaçıdan geri alınması barədə tədbirlər görülməmişdir. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli Sərəncamı və həmin sərəncam əsasında verilmiş A№00466231 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün qüvvədə olması, həmçinin torpaq sahəsinin iddiaçının istifadəsində olduğu halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının istifadə hüququnun qeydiyyata alınmasından imtinası əsasız olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsininxx.xx.2013- cü il tarixli, A№ 466231 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında X14 ayrılmış 25245 kv.m torpaq sahəsinin koordinatları idarənin elektron baza məlumatlarında 5936 kv.m hissədə bələdiyyə mülkiyyətinə aid **********39 reyestr nömrəli çıxarışla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş 11.67 ha torpaq sahəsi ilə və 8164 kv.metr hissədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına tərtib edilmiş **********0034 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşür. İdarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS-AzCad) X12 adına tərtib edilmiş **********0002 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi digər ərazidə göstərilmişdir (iddiaçının baxış zamanı mütəxəssisə göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsinin bir hissəsində) və yuxarıda qeyd olunan torpaq sahələri ilə üst-üstə düşmür. **********0002 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi TEKUİS-AzCad məlumatlarında sənəd üzrə 2.52 ha , faktiki olaraq 2.39 ha olaraq göstərilmişdir. Baxış zamanı 2.39 ha torpaq sahəsinin 2.20 ha hissəsindən iddiaçının istifadə etdiyi məlum olmuşdur. İş materialları ilə müəyyən edilir ki, Mollakənd bələdiyyəsi torpaq sahəsi üzərində İddiaçı istifadə hüquqılarının qeydə alınmasına dair iddia tələbinə hər hansı etirazlarının olmadıqlarını, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa məhkəmə iclasında dindirilmiş, iş üzrə mütəxəsis rəyi tərtib edən X13 2,20 ha torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu, TEKUİS-AzCad məlumatların 2016-cı il tarixdən qeydiyyatının aparıldığını qeyd etmişdir. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə iddiaçıya torpaq sahəsi ayrıldıqdan təxminən sonra 3(üç) il sonra TEKUİS-AzCad məlumatlar qeydə alınmışdır. Həmçinin zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs X16 üçüncü şəxs 2.20 ha torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu bildirərək, iddia tələbinin təmin olunmasına hər hansı etirazının olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin 24 oktyabr 2025-ci il tarixdə iddia tələbinə dair etiraz ərizəsini məhkəməyə təqdim etmiş, sonuncu etiraz ərizəsində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamının hüquq müəyyənedici sənəd olmadığına istinad etmişdir. Həmin etiraz ərizəsində müəyyən edilir ki, iddiaçının istifadəsində olan 2.20 ha torpaq sahəsinə dair istifadə hüquqlarının qeydə alınmasında üst-üstə düşmə halları aradan qalxmış, istifadə hüquqlarının qeydə alınması başqa şəxslərin hüquqlarının pozulması ilə nəticələnməsinə səbəb olmayacaqdır. Cavabdeh inzibati orqanın yegana mübahisələndirdiyi hal Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamının hüquq müəyyən edici sənəd olmadığına istinad edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə verilmiş Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2.20 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatların dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. “Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə verilmiş Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2.20 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası, tikinti-texniki obyektlərinin tədqiqi keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1575/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1575/2025
29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver