Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1576/2023 14.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixli, 29262 nömrəli qərarın xx.xx.2017-ci il tarixdə xx.xx.2020-ci il tarixədək ödənilmiş məbləğin tutulma hissəsində ləğv olunması və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına Şirvan şəhəri, Şirvan İnzibati Məhkəməsinin İnzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan əsassız pul tutulmasının dayandırılaraq, tutulmuş vəsaitin qaytarılması” barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2022-ci il tarixli, 29262 nömrəli qərarın xx.xx.2017-ci il tarixdə xx.xx.2020-ci il tarixədək ödənilmiş məbləğin tutulma hissəsində ləğv olunması və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1991-ci ildən diabet xəstəliyindən və böyrək çatışmamazlığından əziyyyət çəkməklə əvvəlcə 2-ci qrup, 2017-ci ildən isə 1-ci qrup əlilliklə pesiya almış, 2020-ci ildə əlilliyin təyini ilə bağlı pandemiya ilə bağlı müəyyən çətinliklər yaranmış, 10 ay ümumiyyətlə pensiya almamış, 2021-ci ilin mart ayında isə ona 2-ci qrup əlillik təyin edilmişdir. Xəstəliyinə dair göndərişdə xəstəlikləri tam qeyd edilməmişdir. Belə ki, 1-ci tip şəkərli diabet olmağı, bununla bağlı gözlərində 4 dəfə cərrahi əməliyyat olunması qeyd edilməmişdir. Həmçinin ayaqlarında problemlər yaranmış, bu da qeyd edilməmişdir. Bütün bunlara baxmayaraq ona 2-ci qrup əlillik təyin edilmişdir. Cari ilin iyul ayından başlanmaqla pensiyasından hər ay 36 manat pul vəsaiti tutulur. Bununla maraqlandıqda isə DSMF-dan şifahi olaraq bildirdilmişdir ki, 2-ci qrup əlillik təyin edildiyindən 1-ci qrup əlil olduğu dövrdə aldığı pensiya ondan tutulacaqdır. Halbuki pensiyasından nəyə görə və hansı qərarla pulun tutulması barədə ona rəsmi məlumat verilməmiş, artıq ödənmiş vəsaitin geri qaytarılması təklif edilməmiş, heç bir normativ akta istinad edilmədən, hər hansı bildiriş və ya qərar təqdim edilmədən pensiyasından zidd olaraq pul vəsaiti tutulur. Özü diabet xəstəsi olmaqla qeydiyyatda olmağına baxmayaraq görmə məhdudiyyəti vardır. Ayaqlarında problemlər vardır. Həmin fəsadların daha da ağırlaşmaması üçün isə mütəmadi olaraq müalicə alır. Qeyd olunan müalicələri öz hesabına aldığından verilən pensiyanın məbləği bunu ödəmir. Pensiyasından əsassız pul tutulmasının dayandırılaraq, tutulmuş vəsaitin ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “pensiyadan əsassız tutulmanın dayandırılaraq, tutulmuş vəsaitinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. işin faktik haları bundan ibarətdir ki, Nazirliyin “Sosial ödənişlər” və “Əlillik” altsistemlərinin məlumat bazalarına əsasən iddiaçıya 24 aprel 2017-ci il tarixindən (müddətsiz) ümumi səbəbdən İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Bu baxımdan, sözügedən şəxsə həmin tarixdən əlilliyə görə sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdü, ona qulluq edən X1 isə İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi olan şəxsə qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 may 2020-ci il tarixli, xx/xx-2564 nömrəli məktubuna əsasən xroniki böyrək çatışmazlığının terminal mərhələsi diaqnozu ilə İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) müddətsiz əlillik təyin olunan 2127 nəfər şəxs barəsində xidməti yoxlama aparılmışdır. Xidməti yoxlama zamanı bəzi şəxslərin (iddiaçı da daxil olmaqla) məlumatlarının hemodializ xəstələrinin elektron reyestrində mövcud olmadığı müəyyən edildiyindən, onların əlillikləri etibarsız hesab edilmişdir. Bu səbəbdən İddiaçı təyin olunmuş sosial müavinət və təqaüdün həmçinin qulluğa görə M.F.Məmmədovaya təyin olunmuş təqaüdün ödənişi 19 may 2020-ci il tarixindən dayandırılmışdır. Beləliklə, iddiaçının İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi etibarsız edildiyi üçün 24 aprel 2017-ci il tarixindən 31 may 2020-ci il tarixinədək İddiaçı ödənilən müavinət və təqaüd üzrə və M.Məmmədovaya ödənilən qulluğa görə təqaüd üzrə artıqödəmə yaranmışdır. Əlavə olaraq bildiririk ki, artıq ödənilmiş vəsait iddiaçıya təyin olunmuş əlilliyə görə sosial müavinətin aylıq məbləğindən tutulmaqla dövlət büdcəsinə qaytarılması məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli 29260 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarda artıqödəmə məbləğinin yaranma səbəbi də qeyd olunmuşdur. Beləliklə İddiaçı xx.xx.2017ci il tarixindən 31.05 2020-ci il tarixinədək müavinət və təqaüd üzrə 6947,67 (altı min doqquz yüz qırx yeddi manat 67 qəpik) manat, M.F.Məmmədovaya isə qulluğa görə təqaüd üzrə 700,00 (yeddi yüz) manat, ümumilikdə 7647,67 (yeddi min altı yüz qırx yeddi manat 67 qəpik) manat məbləğində artıq vəsait ödənildiyi müəyyən olunmuşdur. Tibbi sosial ekspert komissiyası tərəfindən İddiaçı 26 mart 2021-ci il tarixindən ümumi səbəbdən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Bununla əlaqədar olaraq ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmiş və ödəniş davam etdirilir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edıimiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1,2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1,2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1- dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Şəxslərin əlilliyinin qiymətləndirilməsi əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirərək “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş göndərişlər əsasında aparılır. İnzibati iş üzrə İddiaçı “pensiyadan əsassız tutulmanın dayandırılaraq, tutulmuş vəsaitinin qaytarılınası öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkə iclasında iştirak edən iddiaçı X5 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcəli əllik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0-cı, 7.0.3-cü və 9.1.2-ci maddələrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda əlillik müddətinə təyin olunaraq ödənilir. Eyni zamanda “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1,2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Belə ki, Nazirliyin “Sosial ödənişlər” və “Əlillik” altsistemlərinin məlumat bazalarına əsasən sizə 24 aprel 2017-ci il tarixindən (müddətsiz) ümumi səbəbdən İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Bu baxımdan həmin tarixdən əlilliyə görə sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdü, qulluq edən X1 isə İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi olan şəxsə qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 may 2020-ci il tarixli № xx/xx-2564 nömrəli məktubuna əsasən xroniki böyrək çatışmazlığının terminal mərhələsi diaqnozu ilə İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) müddətsiz əlillik təyin olunan 2127 nəfər şəxs barəsində xidməti yoxlama aparılmışdır. Xidməti yoxlama zamanı bəzi şəxslərin məlumatlarının hemodializ xəstələrinin elektron reyestrində mövcud olmadığı müəyyən edildiyindən, onların əlillikləri etibarsız hesab edilmişdir. Bu səbəbdən təyin olunmuş sosial müavinət və təqaüdün həmçinin qulluğa görə M.F.Məmmədovaya təyin olunmuş təqaüdün ödənişi 19 may 2020-ci il tarixindən dayandırılmışdır. İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi etibarsız edildiyi üçün 24 aprel 2017-ci il tarixindən 31 may 2020-ci il tarixinədək ödənilən müavinət və təqaüd üzrə 6947,67 manat, M.F.Məmmədovaya ödənilən qulluğa görə təqaüd üzrə isə 700 manat məbləğində olmaqla ümumilikdə 7647,67 manat artıqalma yaranmışdır. Tibbi sosial ekspert komissiyası tərəfindən 26 mart 2021ci il tarixindən ümumi səbəbdən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Bununla əlaqədar olaraq həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmiş və ödənişi davam etdirilir. Artıq ödənilmiş 7647,67 manat vəsait təyin olunmuş əlilliyə görə sosial müavinətin aylıq məbləğindən (hazırda 180 manat) 20% (36 manat) tutulmaqla dövlət büdcəsinə bərpa edilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-70214/2023 nömrəli məktubundan görünür ki, Nazirliyin “Sosial ödənişlər” və “Əlillik” altsistemlərinin məlumat bazalarına əsasən iddiaçıya 24 aprel 2017-ci il tarixindən (müddətsiz) ümumi səbəbdən İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Bu baxımdan, sözügedən şəxsə həmin tarixdən əlilliyə görə sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdü, ona qulluq edən X1 isə İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi olan şəxsə qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 may 2020-ci il tarixli № xx/xx-2564 nömrəli məktubuna əsasən xroniki böyrək çatışmazlığının terminal mərhələsi diaqnozu ilə İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) müddətsiz əlillik təyin olunan 2127 nəfər şəxs barəsində xidməti yoxlama aparılmışdır. Xidməti yoxlama zamanı bəzi şəxslərin (iddiaçı da daxil olmaqla) məlumatlarının hemodializ xəstələrinin elektron reyestrində mövcud olmadığı müəyyən edildiyindən, onların əlillikləri etibarsız hesab edilmişdir. Bu səbəbdən İddiaçı təyin olunmuş sosial müavinət və təqaüdün həmçinin qulluğa görə M.F.Məmmədovaya təyin olunmuş təqaüdün ödənişi 19 may 2020-ci il tarixindən dayandırılmışdır. Məlumat üçün bildiririk ki, İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi etibarsız edildiyi üçün 24 aprel 2017-ci il tarixindən 31 may 2020- ci il tarixinədək İddiaçı ödənilən müavinət və təqaüd üzrə və M.F.Məmmədovaya ödənilən qulluğa görə təqaüd üzrə artıqödəme yaranmışdır. Tibbi sosial ekspert komissiyası tərəfindən İddiaçı 26 mart 2021-ci il tarixindən ümumi səbəbdən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Bununla əlaqədar olaraq ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmiş və ödənişi davam etdirilir. Əlavə olaraq bildiririk ki, artıq ödənilmiş vəsait iddiaçıya təyin olunmuş əlilliyə görə sosial müavinətin aylıq məbləğindən tutulmaqla dövlət büdcəsinə bərpa edilir. Eyni zamanda bildiririk ki, tutulma barədə xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubla Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya məlumat verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-8944/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AAL19 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsa.stıamə’Və müvafiq olaraq “ümumi xəstəlik” səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Daha sonra Nazirlik tərəfindən əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə araşdırılması aparılmış və Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli xx/xx-2564 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixdə ləğv olunmuşdur. Sonrakı dövrdə vətəndaş müraciəti əsasında xx.xx.2021-ci il tarixdə Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci il tarixdən “ümumi xəstəlik” səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəlmiş olduğu nəticəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırmaq zərurəti ilə bağlı aşağıdakıların qeyd edilməsini labud hesab edir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Belə olduğu halda isə ümumiyyətlə razılıq olmadan inzibati akt qəbul etmək səlahiyyətinə cavabdehin malik olub-olmamasının müzakirəsinə əsas yaranır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edibedə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi belə məhkəmə hesab edir ki, cavabdehdən ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə tərəfindən mübahisə ilə bağlı tam araşdırma aparılmış və müəyyən edilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdə xx.xx.2020-ci il tarixədək İ dərəcə əlillik təyin edilmişdir ki, qeyd edilən əlillik 2020-ci ildə ləğv edilmişdir. Ləğv üçün əsas səbəb xəstənin məlumatlarının elektron reyestrdə olmaması göstərilmişdir. Lakin 2021-ci il müayinə nəticləri üzrə İddiaçı xəstəliyi öz təsdiqini tapmış və 26 mart 2021-ci il tarixdə ümumi səbəbdən müddətsiz İİ dərəcə əlillik müəyyən edilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-8944/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AAL19 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsa.stıamə’Və müvafiq olaraq “ümumi xəstəlik” səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Daha sonra Nazirlik tərəfindən əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə araşdırılması aparılmış və Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli xx/xx-2564 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixdə ləğv olunmuşdur. Sonrakı dövrdə vətəndaş müraciəti əsasında xx.xx.2021-ci il tarixdə Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci il tarixdən “ümumi xəstəlik” səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Nəticə olaraq məhkəməyə daxil olmuş müvafiq sənədlərdə artıq vermənin müəyyən edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeydin, əsasın və sübutun olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi sosial müavinətin artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələbin həmin hissə də təmin edilməsi istisna olunmur. Yuxarıda qeyd olunanları, ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının yanlış müavinət ödənişini alması ilə bağlı faktiki şərt özü-özlüyündə əhəmiyyət daşımır. Əhəmiyyət daşıyan ehtimal olunan pozuntu halı ilə bağlı iddiaçının təqsirinin olub-olmaması, etimad hüququnun qorunmasına istinadın mümkün olub-olmamasıdır ki, məhkəmə hesab edir ki, etimad hüququ qanunla qorunur. Bu səbəbdən də cavabdehin məsul əməkdaşları ehtimal olunan səhv hərəkətlərinin hüquqi nəticəsinin aradan qaldırılması iddiaçıya həvalə edilməməlidir. Cavabdeh əlavə sosial müavinət məbləğinin ödənilməsinə istinad edirsə, həmin məbləğin tutulması cavabdehin səhvə yol verilmiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsinə səbəb ola bilər ki, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması məhkəmə hesab edir ki, yolverilməzdir. Beləliklə, inzibati orqanın qərarının bir hissədə hüquqi nəticəsi olmaması səbəbi ilə həmin qərara əsasən tutulması nəzərdə tutulan məbləğin tutulması qadağan edilir, yəni dayandırılır və əlavə olaraq pul vəsaitinin tutulması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab olunduğundan tutulmuş pul vəsaiti geri qaytarılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı X2 iddiası üzrə “xx.xx.2022-ci il tarixli, 29262 nömrəli qərarın xx.xx.2017-ci il tarixdə xx.xx.2020-ci il tarixədək ödənilmiş məbləğin tutulma hissəsində ləğv olunması və tutulmuş məbləğin geri qaytarılması” öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X2 iddiası üzrə “xx.xx.2022-ci il tarixli, 29262 nömrəli qərarın xx.xx.2017-ci il tarixdə xx.xx.2020-ci il tarixədək ödənilmiş məbləğin tutulma hissəsində ləğv olunması və tutulmuş məbləğin geri qaytarılması” öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1576/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1576/2023
14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver