Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-158/2025 19.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı (zəruri cəlb etmə qaydasında Masallı rayon Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “Masallı rayon "Nizami" adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə ona ayrılmış 0.04 ha torpaq sahəsi (ekspert rəyində göstərilmiş üstüstə düşən 0,008 ha torpaq sahəsi istisna olunmaqla) üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı (zəruri cəlb etmə qaydasında Masallı rayon Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “Masallı rayon "Nizami" adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə ona ayrılmış 0.04 ha torpaq sahəsi (ekspert rəyində göstərilmiş üst-üstə düşən 0,008 ha torpaq sahəsi istisna olunmaqla) üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə 19 noyabr 2025-ci il tаriхdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “xx.xx.1995-ci il tarixli akta və xx.xx.1995-ci il tarixli Nizami adına sovxozun əmrinə əsasən iddiaçıya verilmiş 0.04 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilərək həmin torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1230/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “xx.xx.1995-ci il tarixli akta və xx.xx.1995-ci il tarixli Nizami adına sovxozun əmrinə əsasən iddiaçıya verilmiş 0.04 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilərək həmin torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-390/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Masallı rayon Bələdiyyəsinin iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Masallı rayon "Nizami" adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə ona ayrılmış 0.04 ha torpaq sahəsi (ekspert rəyində göstərilmiş üstüstə düşən 0,008 ha torpaq sahəsi istisna olunmaqla) üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-158/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı "xx.xx.1995-ci il tarixli akta və xx.xx.1995-ci il tarixli Nizami adına sovxozun əmrinə əsasən iddiaçıya verilmiş 0.04 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilərək həmin torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə "Masallı rayon "Nizami" adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə ona ayrılmış 0.04 ha torpaq sahəsi (ekspert rəyində göstərilmiş üst-üstə düşən 0,008 ha torpaq sahəsi istisna olunmaqla) üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1995-ci ildə, ev tikmək üçün həyətyanı torpaq sahəsi olmadığından, ərizə ilə “Nizami” adına sovxozun rəhbərliyinə müraciət edərək, ona həyətyanı torpaq sahəsi verilməsini xahiş etmişdir. Ərizəsi ilə əlaqədar təşkil edilmiş komissiya vəziyyəti yerində yoxlamış və ona, xx.xx.1995-ci il tarixli akta əsasən, Masallı şəhərinin arxa hissəsində boş qalmış, “Nizami” sovxozunun balansında olan və istifadə edilməyən, həyətyanı torpaq fonduna aid hissəsindən (Digah kəndi ərazisində-Digah küçəsi) 0.04 ha torpaq sahəsi ayrılıb (ev tikmək üçün) verilmişdir. Həmin torpaq sahəsinin ona veriməsi “Nizami” adına sovxozun 49 saylı, xx.xx.1995-ci il tarixli əmri ilə rəsmiləşdirilmişdir. İddiaçı həmin vaxtdan torpaq sahəsindən istifadə edir. Torpaq sahəsinin hal-hazırda da onun istifadəsində olması barədə Masallı rayon Masallı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müvafiq arayışı vardır. Ona verilmiş 0.04 ha torpaq sahəsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi üçün müvafiq sənədləri toplayıb Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək, xx.xx.1995-ci tarixli akta və xx.xx.1995-ci il tarixli əmrinə əsasən verilmiş 0.04 ha torpaq sahəsinin adına rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin, Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən sənədlər geri qaytarılaraq, imtina edilmişdir. İddiaçının qeyd etdiyi səbəbdən pozulmuş hüquqlarının bərpası və xx.xx.1995-ci il tarixli akta və xx.xx.1995-ci il tarixli “Nizami” adına sovxozun əmrinə əsasən ona verilmiş 0.04 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması ilə bağlı həmin torpaq sahəsinə daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin bir vəzifə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-1(120)-2970/2022 saylı sərəncamı icra üçün Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsininin 8 saylı Cəlilabad Ərazi İdarəsinə daxil olmuşdur. İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən rəsmi olaraq bildirilmişdir ki, Masallı rayon "Nizami" adına sovxozun 07 sentyabr 1995-ci il tarixli, 49 saylı əmri ilə ayrılmış 0.04 ha torpaq sahəsinə arxiv çıxarış təqdim edilməmişdir. Bununla yanaşı torpaq sahəsinin təhkim aktında torpağın yerləşmə sxemi göstərilməmişdir. Ona görə də torpaq sahəsinin sənədləşmə işinin icrası "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsininin 8 saylı Cəlilabad Ərazi İdarəsinin (nümayəndəsi) və üçüncü şəxs Masallı rayon Bələdiyyəsinin (nümayəndəsi) məhkəmə iclasına gəlməmişlər. İddiaçı xx.xx.2025-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək xx.xx.2025ci il tarixə, saat 14:50-ə təyin olunmuş məhkəmə iclasında səhhətində yaranmış rahatsızlıq səbəbindən iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan işə baxaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə İddiaçı, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsininin 8 saylı Cəlilabad Ərazi İdarəsinin (nümayəndəsi) və üçüncü şəxs Masallı rayon Bələdiyyəsinin (nümayəndəsi) iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən Şəxsinin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkün iddiadır. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin **********96 nömrəli, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Masallı rayon "Nizami" adına sovxozun 07 sentyabr 1995-ci il tarixli, 49 saylı əmri ilə ayrılmış 0.04 ha torpaq sahəsi arxiv çıxarışı təqdim edilməmişdir. Bununla yanaşı torpaq sahəsinin təhkim aktında torpağın yerləşmə sxemi göstərilməmişdir. Ona görə də torpaq sahəsinin sənədləşmə işinin icrası "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən mümkün deyildir. Eyni zamanda daşınmaz əmlakın dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli Fərmanında nəzərdə tutulur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən çatışmayan sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə təqdim etdiyi təqdirdə torpaq sahəsinin dövlət qeydiyyatına alınıb-alınmaması məsələsinə qanunamüvafiq qaydada baxıla biləcəyi qeyd olunmuşdur. Masallı rayon İcra Hakimiyyəti Masallı rayon Dövlət Arxivinin 05 fevral 2019-cu il tarixli, 71 nömrəli Arxiv Arayışından görünür ki, Masallı rayonu Digah, Seybətin, Dadva, İsgəndərli və Masallı şəhəri ərazisində fəaliyyət göstərmiş sabiq Nizami adına tərəvəzçilik sovxozunun sənədləri, o cümlədən, sovxozun əmr kitabları və eləcə də əmək haqqı cədvəlləri Masallı Rayon Dövlət Arxivinə tam şəkildə təhvil verilməyib. Əlavə olaraq bildirilmişdir ki, sovxozun "torpaq barədəki qaytanlanmış kitabı" Masallı Rayon Dövlət Arxivinə təhvil verilməyib. Arxiv arayışı İddiaçı xx.xx.2019-cu il tarixli 72 saylı müraciəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Ximətinin 8 saylı Ərazi İdarəsinə təqdim edilmək üçün verilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2104 nömrəli arayışından görünür ki, Əhədov X5 şəhəri, Digah küçəsi, ev 23 ünvanda yaşayır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 394 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Nizami sovxozu tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 49 saylı əmri ilə İddiaçı verilmiş Masallı şəhəri, Digah küçəsində 0,04 ha həyətyanı torpaq sahəsi vardır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 394 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Nizami sovxozu tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 49 saylı əmrdə səhvən onun adı X7 yazılmışdır, əslində onun adı İddiaçı kimi yazılmalı və oxunmalıdır. Masallı rayon İcra Hakimiyyəti Masallı rayon Dövlət Arxivinin 26 dekabr 2022-ci il tarixli, M-444 nömrəli məktubundan görünür ki, İddiaçı iddiası ilə bağlı, xx.xx.2022 il tarixdə Masallı Rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, sorğuya cavab olaraq, bildirilmişdir ki, sabiq Nizami adına sovxozun xx.xx.1995-ci ildə 49 saylı əmri olmayıb. Sovxozun, 1995-ci il ərzində cəmi 27 əmri olub. Sovxozun xx.xx.1995-ci ilə 49 saylı əmri deyil, 19 saylı əmri uyğun gəlir. Lakin İddiaçı torpaq sahəsi alması barədə həmin əmrdə məlumat yoxdur. Bunlara baxmayaraq sovxozun xx.xx.1995-ci il tarixli əmrinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-77/2023 nömrəli məktubundan görünür ki, bələdiyyələrin, sovxozların və X1 qərarları və həmin qərarın verilməsinə əsas olan sənədlər 8 saylı Ərazi idarəsində mövcud olmur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1230/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli, 3-16-16/2-10/505 nömrəli ekspert rəyindən görünür ki: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6771/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Nizami adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsinin məkan götəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə yerini və döngə nöqtələrinin koordinatlarını dəqiqliklə təyin etmək mümkün olmadı. İddiçı İddiaçı iddia etdiyi faktiki 0.04 ha olan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6771/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Nizami adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsi kimi, iddia və faktiki istifadə etdiyi torpaq sahəsinin verildiyi vaxtda və hazırkı vaxtda Masallı rayonu Nizami adına təsərrüfatın ərzisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumtlarına görə kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatının-həyətyani, uqodiyasının-tikili altında olan torpaqlar, əmlak növünün-fərdi yaşayış evləri, hüquqi statusunun-bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6771/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Nizami adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsi kimi, iddia və faktiki istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində kənar ölçüləri 17.3m x 15.0m olan yarımçıq tikilinin mövcud olduğu müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6771/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Nizami adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsi kimi, iddia və faktiki istifadə etdiyi torpaq sahəsinin digər şəxslərin mülkiyyətinə dair torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Masallı rayonu Masallı Bələdiyyəsinin 311 nömrəli 25 noyabr 2024-cü il tarixli məktubunun surətindən görünür ki, 2009-cu ildə bələdiyyələrin birləşdirilməsi ilə yeni yaranan Masallı rayonu Masallı bələdiyyəsinə torpaq ayırma ilə bağlı hər hansı bir sənəd təhvil verilməmişdir. Bu səbəbdən torpaq ayırma ilə bağlı hər hansı bir sənədin məhkəməyə təqdim edilməsi mümkün deyildir. İddiaçı torpaq sahəsinə aid sənədlərin məhkəmə tərəfindən tanıtdırılmasına etirazları yoxdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-390/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə əlavə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2025-ci il tarixli, 3-16-16/2-10/4591/2025 nömrəli ekspert rəyindən görünür ki: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-3421/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Nizami adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmr ilə X4 ayrılmış 0,04 ha torpaq sahəsinin məkan göstəricilərinin (koordinatlarını) əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə yerini və döngə nöqtələrinin koordinatlarını dəqiqliklə təyin etmək mümkün olmadı. Masallı rayonu Nizami adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə İddiaçı ayrılmış 0,04 ha torpaq sahəsi kimi iddia faktiki istifadə etdiyi 0,0487 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşn planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-3421/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Nizami adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmr ilə X4 ayrılmış 0,04 ha torpaq sahəsi kimi, iddia və faktiki istifadəyə etdiyi 0,0487 ha torpaq sahəsində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə mövqeyinə görə JN-131 A nömrəli "Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə" ilə X3 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsinin 0,008 ha (80 kv.m) hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Eyni zamanda mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında İddiaçı faktiki istifadəsində olan 0,0487 ha torpaq sahəsi digər şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 49-cu maddəsi Torpaq üzərində xüsusi mülkiyyət hüququ 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 49.4-cü maddəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. 67-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.4.Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi Şəxsinin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, Şəxsinin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı Şəxsinin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir Şəxsinin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Masallı rayonu "Nizami" adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə iş üzrə İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsinin ona ayrılaraq verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizənin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinanın və etirazın əsasın qeyd edilmişdir ki, Masallı rayon "Nizami" adına sovxozun 07 sentyabr 1995-ci il tarixli, 49 saylı əmri ilə ayrılmış 0.04 ha torpaq sahəsinə arxiv çıxarış təqdim edilməmişdir. Bununla yanaşı torpaq sahəsinin təhkim aktında torpağın yerləşmə sxemi göstərilməmişdir. Ona görə də torpaq sahəsinin sənədləşmə işinin icrası "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. Cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 394 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Nizami sovxozu tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 49 saylı əmri ilə İddiaçı verilmiş Masallı şəhəri Digah küçəsində 0,04 ha həyətyanı torpaq sahəsi vardır. Masallı rayon "Nizami" adına sovxozun 07 sentyabr 1995-ci il tarixli, 49 saylı əmri ilə ayrılmış 0.04 ha torpaq sahəsinə arxiv çıxarışının təqdim edilməməsi iddiaçının ziyanına şərh edilməməlidir. Masallı rayon "Nizami" adına sovxozun əmrlərinin arxivə yerləşdirilməsi və ya arxivdə saxlanılması iddiaçının vəzifələrinə və məhsuliyyətinə aid edilməmişdir. Digər dəlilə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin təhkim aktında torpağın yerləşmə sxemi göstərilməməsi, məhkəmə tərəfindən təyin edilmiş müvafiq ekspert rəyi ilə müəyyən edilir ki, Masallı rayon "Nizami" adına sovxozun 07 sentyabr 1995-ci il tarixli, 49 saylı əmri ilə ayrılmış 0.04 ha torpaq sahəsi fakitiki göstəricilərə uyğun gəlir və hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına toxunmur. Masallı rayon "Nizami" adına sovxozun 07 sentyabr 1995-ci il tarixli, 49 saylı əmri verilən zaman bələdiyyələr fəaliyyətdə olmamış, iddiaçının adına həmin torpaq sahəsinə dair dövlət reysterində müvafiq qeydlər aparılmadığı üçün torpaq sahəsi hazır ki, vəziyyətədə yəni Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumtlarında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilmişdir. Məhkəmə icraatında zəruri cəlb etmə qaydasında cəlb edilən üçüncü şəxs Masallı rayonu Masallı Bələdiyyəsi İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının reysterdə qeydə alınmasına hər hansı etirazının olmadığı qeyd etməklə müəyyən olunur ki, hazırda mübahis predmeti olan Masallı rayon "Nizami" adına sovxozun 07 sentyabr 1995-ci il tarixli, 49 saylı əmri ilə iddiaçıya ayrılmış 0,04 ha torpaq sahəsinin təhkim aktında torpağın yerləşmə sxeminə uyğun hesab edilir. Bundan başqa iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 3-16-16/2-10/4591/2025 nömrəli ekspert rəyi ilə, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında İddiaçı faktiki istifadəsində olan 0,0487 ha torpaq sahəsi digər şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi, bundan başqa Masallı rayonu Nizami adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmr ilə X4 ayrılmış 0,04 ha torpaq sahəsi kimi, iddia və faktiki istifadəyə etdiyi 0,0487 ha torpaq sahəsində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə mövqeyinə görə JN-131 A nömrəli "Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə" ilə X3 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsinin 0,008 ha (80 kv.m) hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə olduğu halda iddiaçı X6 JN-131 A nömrəli "Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə" ilə X3 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsinin 0,008 ha (80 kv.m) hissəsi ilə üst-üstə düşən hissədə iddia tələbinin həçminin azadılmasına dair ərizə təqdim edərək (ekspert rəyində göstərilmiş üst-üstə düşən 0,008 ha torpaq sahəsi istisna olunmaqla) 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsini dəqiqləşdirmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Masallı rayonu "Nizami" adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmrinin müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyini, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini, cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasını təşkil edən dəlilinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. Həmçinin məhkəmə icraatında zəruri cəlb etmə qaydasında cəlb edilən üçüncü şəxs Masallı rayonu Masallı Bələdiyyəsi İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının reysterdə qeydə alınmasına hər hansı etirazının olmadığını bildirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Masallı rayon "Nizami" adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə ona ayrılmış 0.04 ha torpaq sahəsi (ekspert rəyində göstərilmiş üst-üstə düşən 0,008 ha torpaq sahəsi istisna olunmaqla) üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış hər bir ekspertiza tətqiqatlarının dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı iddia tələbi təmin edilsin. "Masallı rayon "Nizami" adına sovxozun xx.xx.1995-ci il tarixli, 49 saylı əmri ilə ona ayrılmış 0.04 ha torpaq sahəsi (ekspert rəyində göstərilmiş üst-üstə düşən 0,008 ha torpaq sahəsi istisna olunmaqla) üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən Şahəli Musayev