Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1581/2024 04.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X7, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “X3 və ona qulluq edən anası İddiaçı ödənilməsi olan müavinətlərin, müavinətin dayandırıldığı vaxtdan yəni xx.xx.2022-ci il tarixdən yeni əlilliyin təyin olunduğu müddətdən, yəni xx.xx.2023-cü il tarixədək olan 10 (on) aylıq dövr ərzində ödənilməmiş məbləğin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “X3 və ona qulluq edən anası İddiaçı ödənilməsi olan müavinətlərin, müavinətin dayandırıldığı vaxtdan yəni xx.xx.2022-ci il tarixdən yeni əlilliyin təyin olunduğu müddətdən yəni xx.xx.2023-cü il tarixədək olan 10 (on) aylıq dövr ərzində ödənilməmiş məbləğin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı övladı-xx.xx.2010-cu il təvəllüdlü X9 oglu ümumi xəstəlik səbəbindən “Orta dərəcədə əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik, kobud nəzərə çarpan davranış pozuntusu ilə” diaqnozu üzrə sağlamlıq imkanları məhdud uşaq kimi TSEK-tərəfindən xx.xx.2019-cu il tarixindən-xx.xx.2022-ci il tarixinədək qeydiyyata alınmış və ona həmin tarixdən əlilliyə görə hər ay müavinat ödənilmişdir. xx.xx.2022-ci il tarixində xx.xx.2010-cu il təvəllüdlü X3 əlilliklə əlaqədar təyin olunmuş aylıq müavinat dayandırılmışdır. 3 dəfə iddiaçı əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş lakin, iddiaçının müraciətlərindən hər dəfə əsassız səbəblərdən imtina olunmuşdur. Nəhayət uşağın yenidən əlilliyi qiymətləndirilmiş və bu səfər X3 xx.xx.2023-cü il tarixində ümumi xəstəlik səbəbindən “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları.İQ-36.F71.1” diaqnozu üzrə sağlamlıq imkanları məhdud uşaq kimi TSEK-tərəfındən 60% orqanizmin funksiyalarının pozulması kimi müddətsiz 3-cü dərəcəli əllillik təyin edilmişdir.Müavinatın dayandırıldığı vaxtdan yəni- xx.xx.2022-ci il tarixindən yeni əlillik təyin olunduğu müddətədək yəni xx.xx.2023-cü il tarixədək olan 10 (on) aylıq dövr ərzində müavinat (qeyd: 200 (iki yüz) manat uşağa təyin edilmiş əlillik müavinatı və 50 (əlli) manat da iddiaçıya uşağa qulluğa görə təyin edilmiş müavinat) ödənilməmiş qalmışdır.Bu məqsədlə hüquqlarını müdafiə etdiyim İddiaçı ödənilməmiş 10 aylıq müavinatların ödənilməsi barədə yazdığı ərizəyə cavabdeh təşkilat tərəfindən imtina olunmuş və imtinanın əsası kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda 3.3-1-ci maddəsində edilmiş dəyişiklik həmçinin, Azərbaycan Respublikası NK-nin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiqlənmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 1.7-ci bəndinə edildiyi tarixədək 06 aydan çox müddət keçdiyi üçün) və bu əsaslarla ərizənin təmin edilməsindən imtina edilmişdir. İddiaçı müavinatın verilməsinin dayandırıldığı vaxtdan 3 - dəfə cavabdeh təşkilata müraciət etmiş lakin, həmin müraciətlərdən imtina olunmuşdur. 10 ay ötəndən sonra TSEK qiymətləndirmə apararaq əlilliyi müddətsiz olaraq 3 -cü dərəcəli təyin etmişdir.Göründüyü kimi, bu ötən 10 ay ərzində xəstənin yenidən qiymətləndirmə aparılmasının uzadılması, yenidən qiymətləndirilən zaman 10 ay vaxtın keçməsinə səbəbkar, günahkar cavabdeh təşkilat olmuşdur. Burada vətəndaşın hər hansı bir etinasızlığı, məsuliyyətsizliyi, təqsiri olmamışdır ki, ötən ayların ödənişlərinin onun təqsiri səbəbindən olduğunu, vətəndaşın müəyyən olunan müddət ərzində sənədləri təqdim etməməsi kimi qiymətləndirilsin. Bu işdə cavabdeh təşkilat qəsdən bu müddəti uzatmış yaxud, cavabdehin laqeydsizliyi səbəbindən yenidən qiymətləndirmə 10 aydan sonra baş tutmuşdur. Əgər, cavabdeh təşkilat əliliyin müddətinin bitdiyi gündən sonrakı günlərdə qiymətləndirməsini aparıb elə növbəti ay 2022-ci ilin iyul ayında əllilliyi təyin etsəydi iddiaçı və uşağı təyin olunmuş müavinatı elə iyul ayından alardılar və iddiaçı tərəf ziyana da uğramazdı.Ötürülmüş aylar üzrə məsuliyyət cavabdeh təşkilatın üzərinə düşdüyü üçün və bu yubanmada cavabdeh təşkilat təqsirli olduğu üçün ötürülmüş aylar üzrə vətəndaşa veriləcək müavinatın da ödənilməsi ədalət naminə cavabdeh tərəfindən icra olunmalıdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-48685/2024 nömrəli etiraz məktubundan görünür ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ''əlilliyə görə sosial müavinətin dayandırıldığı tarixdən yenidən təyin olunduğu tarixədək (10 ay) olan dövr ərzində ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1 (120)-1581/2024 nömrəli inzibati iş vardır.Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-civə Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir və hesab edirik ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir:Belə ki, iş materiallarına əsasən İddiaçı, oğlu xx.xx.2010-cu il təvəllüdlü X3 təyin olunmuş əlilliyə görə sosial müavinətin dayandırıldığı xx.xx.2022-ci il tarixdən yeni əlillik təyin olunduğu xx.xx.2023-cü il tarixədək olan 10 aylıq dövr ərzində ödənilməmiş müavinətin hesablanıb ödənilməsi barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir.Sözügedən müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-130861/2023 nömrəli məktubu ilə iddiaçıya övladının əlillik müddətinin bitdiyi tarixdən 6 avdan çox müddət (10 av) keçdikdən sonra təkrar qiymətləndirmə nəticəsində bərpa olunduğu üçün ona ötürülmüş müddət üzrə (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) sosial müavinətin ödənilməsinin mümkün olmadığı bildirilmişdir.Bundan sonra İddiaçı “əlilliyə görə ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1 -ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir.Sözügedən Qanunun 3.1 -ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının övladı Y.F.Mütəllimov xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək sağlamlıq imkanları məhdud uşaq kimi qeydiyyata alınmışdır.Daha sonra, Y.F.Mütəllimova xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 60 faizinin pozulmasına görə müddətsiz əlillik təyin olunmuş və müvafiq olaraq xx.xx.2023- ci il tarixdən ona 150 manat məbləğində müavinət təyin edilmişdir.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021 -ci il tarixli № 356-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1 -ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 av ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. xx.xx.2021 ci il tarixli 356 nömrəli “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanuna edilmiş bu dəyişiklik 25 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra: • 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edildiyi halda - yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən; • 6 aylıq müddəti keçdiyi halda - əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bu müddəa həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara şamil olunur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan jjşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir.Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir.Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.TSEK-də əlilliyin qiymətləndirilməsi qaydalarına əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır.Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK- in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır.Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara” münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquğ1 münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.”Yuxarıda istinad olunan qanunvericilik normalarından göründüyü kimi, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur.İş üzrə iddiaçının hüquqi marağı övladına təyin edilmiş əlilliyin xx.xx.2022-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi əvvəl təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 6 aydan çox müddətdə (10 ay keçdikdən sonra) təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir.Göstərilənlərə əsasən, iddiaçının tələbi ‘‘ƏliHiyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz.Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının qaldırmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün övladına əlilliyə görə sosial müavinətin ödənilməsi tələbi əsaslı sayıla bilməz.iddiaçının övladı Y.F.Mütəllimov əlillik statusunu xx.xx.2023-cü il tarixdə “qazanmışdır”. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə müavinət bərpa edilib ödənilmişdir. Lakin 6 ay ötürüldüyündən sözügedən qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə zidd hesab edilmişdir.Son olaraq qeyd etmək istərdik ki, cavabdehin mövqeyi həmçinin Ali Məhkəmənin oxşar işlə bağlı qəbul etdiyi 15 noyabr 2023-cü il tarixli 2-1(102)-2809/2023 nömrəli Qərarı ilə təsdiqlənir.Belə ki, həmin Qərarın 40-cı bəndinə əsasən, "əgər əlillik təyinatı 6 aydan sonra baş tutubsa, bu halda, ödəməni həyata keçirən orqanların vəzifəsi məhz təyinat tarixindən ödəməni həyata keçirməkdən ibarətdir. Şəxslər isə bu zaman özlərinin pozulmuş hüquqlarını (məsələn, onlar vaxtında müraciət etsələr də, qərar onlardan asılı olmayan səbəblərdən 6 aydan sonra verildikdə) müdafiə etmək üçün əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair inzibati orqana qarşı iddia qaldırmalıdırlar. Belə iddia uğurlu olduqdan sonra əlilliyin təyinat tarixi dəyişdirilməli və müvafiq olaraq ödəmələr aparılmalıdır. Bu halda, əlilliyin təyinat tarixi dəyişdirilmədən ödəməni həyata keçirən orqanlara qarşı qaldırılmış iddialar təmin oluna bilməz”.Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154-cü və AR İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "əlilliyə görə sosial müavinətin dayandırıldığı tarixdən yenidən təyin olunduğu tarixədək (10 ay) olan dövr ərzində ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)- 1581/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə X2 Əsmər Vaqif qızına ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-1308661/2023 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən övladı X1 11,06.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 18 yaşınadək əlilliyi, xx.xx.2023-cü il tarixindən müddətsiz olaraq orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş və müvafiq olaraq Y.Mütəllimova xx.xx.2023-ci il tarixindən 150 manat məbləğində müavinət təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli № 356-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1 -ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bu müddəa həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara şamil olunur. Y.Mütəllimovun əlilliyinin müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Təkrar müayinə əsasında Y.Mütəllimovun orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə əlilliyi xx.xx.2023-cü il tarixindən müəyyən edildiyindən (Y.Mütəllimovun əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) ərizənizdə qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Ağcabədi rayonu, Şənlik kəndində qeydiyyatdadır. İşdə olan AA4245650 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2010-cu ildə Ağcabədi rayonunda anadan olmuş, Ağcabədi rayonu, Şənlik kəndində qeydiyyatdadır. İşdə olan AZ-İİ 391593 nömrəli, xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2010-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Ata adı qrafasında X6, ana adı qrafasında isə İddiaçı qeyd edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-23617/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış xx.xx.2023-cü il tarixli 2-1(120)-4429/2023 nömrəli məktub baxılması üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuşdur. İddiaçı və övladı X1 müavinət ödənişlərinə dair sənədlərinin surəti təqdim olunur. İşdə olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-4/2-2898/2024 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat aşkarlanmadı. Y.Mütəllimovun əlillik vəziyyəti X14 Xəstəlikləri Dispanserinin 0462003AAC5X nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq ümumi xəstəlik səbəbindən 3 il müddətinə (xx.xx.2022-ci ilədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir.Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2022-ci il tarixindən sonra vətəndaşa dair X14 Xəstəlikləri Dispanseri tərəfindən G00062506CVG nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti 15.01,2023-cü il tarixində qiymətləndirilmiş və ekspertiza üçün əhəmiyyətli göstəricilər dəqiqləşdirilmədiyindən natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə şəxsin əlillik vəziyyəti X14 Xəstəlikləri Dispanserinin Z00091419QJL nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir.X3 dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. Azəbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərarının 3cü maddəsinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən aparılır və əlillik qiymətləndirilmə keçirildikdən sonra verilmiş qərar (rəy) əsasında müəyyən edilir “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.. ... 2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməmiş müavinət üçün əmək pensiyası məbləğinin ödənilməsinə yönəlmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, bu qərarın 15-16-cı bəndlərində istinad olunan normalara görə, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı mübahisəyə münasibətdə TSEK) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, şəxsin sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Eyni zamanda xəstəlik nəticəsində orqanizmin funksiyalarının sabit və davamlı pozulma dərəcəsindən və intensivliyindən asılı olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsə birinci, ikinci və üçüncü dərəcə əlillik müəyyən olunur. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. İşin müəyyən edilən hallarına görə iddiaçının oğlu Y.Mütəllimovun sağlamlıq imkanlarının məhdudluğu xəstəlik səbəbindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş 3 il müddətinə (xx.xx.2022-ci ilədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2022-ci il tarixindən sonra vətəndaşa dair X14 Xəstəlikləri Dispanseri tərəfindən G00062506CVG nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və ekspertiza üçün əhəmiyyətli göstəricilər dəqiqləşdirilmədiyindən natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə şəxsin əlillik vəziyyəti X14 Xəstəlikləri Dispanserinin Z00091419QJL nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçının hüquqi marağı oğluna təyin edilmiş 3 il müddətinə (xx.xx.2022-ci ilədək) sağlamlıq imkanları məhdudluğu üçün verilən müavinətin xx.xx.2022-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar sağlamlıq imkanlarının məhdudluğu ilk dəfə təyin edilən sağlamlıq imkanları məhdud uşaq hesab edilməsinin müddətinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 10 aydan çox müddətdə təyin edilmiş və həmin vaxt müddətində sağlamlıq imkanlarının məhdudluğu təyin edilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. Belə olduğu halda yəni iddia tələbinin qanuni əsası olmadığı üçün məhkəmə iddiaçının iddia tələbini əsassız hesab edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qarşı “X3 və ona qulluq edən anası İddiaçı ödənilməsi olan müavinətlərin, müavinətin dayandırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən, yeni əlilliyin təyin olunduğu müddətədək, yəni xx.xx.2023-cü il tarixədək olan 10 (on) aylıq dövr ərzində ödənilməmiş qalmış məbləğlərin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qarşı “X3 və ona qulluq edən anası İddiaçı ödənilməsi olan müavinətlərin, müavinətin dayandırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən, yeni əlilliyin təyin olunduğu müddətədək, yəni xx.xx.2023-cü il tarixədək olan 10 (on) aylıq dövr ərzində ödənilməmiş qalmış məbləğlərin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Amilya Hüseynova