Məhkəmə qərarları › İş №2-1(120)-1581/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1581/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1581/2025 08.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Saatlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi X9, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Saatlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 08 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarın ona aid olan hissədə qismən ləğv edilməsi və ona 61-80 faiz aralığında əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək, qərarın ləğv olunması və ona 31-60 faiz aralığında əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra yenidən iddiaçı İPM 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək Agentliyin Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0007 №-li qərarının ləğv olunması, ona yəni İddiaçı xx.xx.2024-cü il tarixdən əlilliyin səbəbli əlaqəsi hərbi xidmət dövrü ilə əlaqədar göstərilməklə müvafiq qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu ildə Saatlı şəhərində doğulmuşdur.xx.xx.2007-ci il tarixdə Saatlı rayon Hərbi Komissarlığın tərəfindən həkim müayinəsindən keçərək tam sağlam şəkildə hərbi xidmətə göndərilmişdir. 2007-ci ilin sentyabr ayında xəstəliyi ilə əlaqədar Dövvlət Sərhəd Xidmətinin Hərbi Hospitalına müalicə üçün göndərilmişdir. Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı Hərbi Həkim Komissiyasının 14 yanvar 2008-ci il tarixli 20 nömrəli qərarı ilə Müdafiə Nazirliyinin 95 №li, xx.xx.2000-ci il tarixli əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin 2 “C” maddəsinin İİ qrafasına əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi ehtiyata buraxılmışdır. 2008-2016-cı illər ərzində hər il yoxlama komissiyasından keçmişdir və ona ikinci dərəcəli əlillik təyin edilmişdir. 2016-cı ilin noyabr ayında sonuncu dəfə əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi ilə bağlı cavabdeh inzibati orqandan müayinədən keçmişdir. 2016-2021-ci ilin noyabr ayına qədər müxtəlif səhiyyə müəssisələrində müalicə olunmuşdur. Bütün bunlara baxmayaraq 2021-ci ilin noyabr ayından hərbi xidmət dövrü ilə əlaqədar aldığı pensiya dayandırılmışdır. Cavabdeh inzibati orqanda müayinələrdən keçsə də nəticə əldə edə bilməmişdir. Bundan sonra iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 246/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarına əsasən iddiası qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh inzibati orqan Agentliyin üzərinə ona əlilliyin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. xx.xx.2024-cü il tarixli göndərişlə xx.xx.2024-cü ildə “X1 İnistitutu” X18 müayinə olmuşdur, orda ona verilən “Spirometriyada”da göstərilir ki, “Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pzoğunluğu qeyd olunur”.xx.xx.2024-cü ildə ona verilmiş, imtinanın səbəbi kimi “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. O, xx.xx.2024-cü ildə müayinə olmağına baxmayaraq xx.xx.2024-cü ildə ona imtina verilməsi barədə qərar qəbul edilmişdir. Bu barədə ona xx.xx.2024-cü ildə SMS vasitəsilə məlumatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Eyni zamanda məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Saatlı Rayon Mərkəzi Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh Agentlik tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla. Ağciyərlərin fibroz-kavernoz vərəmi, infiltrasıya mərhələsi, VMB (-) mənfi.. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.." səbəbi ilə imtina verilmişdir. Saatlı rayon sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********5). Vətəndaş 3-17-4/1-21237/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-246/2023 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur.Vətəndaşın məhkəmə qərardadı əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 20 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağtərəfli ekssudativ plevritlə fəsadlaşmış sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində. BK(-) mənfi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir.Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, uXəstənin müayinəsi zamanı şikayətləri: döş qəfəsinin sağ yarısında olan ağrıdan, tənqnəfəslikdən, öskürəkdəndir. Obyektiv müayinədə huşu aydındır, normostenik bədən quruluşludur, dərialtı piy təbəqəsi orta dərəcədə inkişaf edib, boyu 190 sm, çəkisi 77 kq, BKl-21,3-dür. Dəri və görünən selikli qişalarının rəngi adidir. Tənəffüsü hər iki tərəfdə sərbəstdir, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir, perkutorsəs hər iki tərəfdə aydındır. Ürək tonları aydındır. Dili nəm, təmizdir, qarnı yumşağ, ağrısızdır. Təqdim etdiyi tibbi sənədlərə əsasən, 2008-ci ildən bu günə kimi bir dəfə ixtisaslaşmış stasionar müalicə almışdır kimi qeyd olunuşdur.Xəstə obyektiv vəziyyətinin müayinəsi zamanı halsızlıq, tənəffüs çatışmazlığı, yüksək hərarətdən şikayətlənmişdir. Anamnezində 2008-ci ildən özünü xəstə hesab etdiyini, mütəmadi olaraq müalicə almasına baxmayaraq səhhətində dəyişiklik olmadığını bildirmişdir. Müayinə zamanı boyu 188 sm, çəkisi 76 kq, saturasiyası SpO2 99%, nəbzi 78 vurğu, tənəffüshərəkətlərinin sayı 16 olmuş, auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir.ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1475 nömrəli Spirometriya müayinəsinin nəticəsi "FVC 4,09 73%, FEV1 3,75 82%. Restriktiv tipli yüngül ventilyasiya pozğunluğu qeyd olunur” kimi müəyyənləşdirilmişdir. Anamnezində 16 ildir ki, gündəlik 2 qutu siqaret çəkdiyini bildirmişdir.Elmi X6 İnstitutunun xx.xx.2024-cü il tarixli Tibbi rəyində diaqnoz “Sağ ağciyərin fibroz kavemoz vərəmi, sola səpələnmə ilə. Qarışıq tipli ağır ventilyasiya pozğunluğu. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli” kimi qeyd edilmiş, obyektiv müayinə nəticələri və Rentgen şəkli ilə uyğunsuzluq təşkil etmişdir.Elmi X6 İnstitutunun xx.xx.2024-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 2,24 38%, FEV1 1,57 33%. Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu” kimi qeyd edilmiş, hiperdiaqnostikaya yol verildiyi düşünülmüşdür.Təqdim edilmiş xx.xx.2024-cü il tarixli Rentgen şəklində patoloji kölgəliklər izlənməmiş, əlillik təyinatına əsas verməmişdir.Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və ona müvafiq əlilliyin təyin olunmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. Faktiki hallar və sübutlar:

İş materiallatında olan:

Məhkəmənin müvafiq sorğusuna əsasən:

Agentliyin 3-17-4/2-25977/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş İddiaçı aid aşağıdakı; - xx.xx.2008-ci il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İ Sinif-Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19-Vərəm =>A15-Tənəffüs orqanlarının bakteroloji və histoloji təsdiq edilmiş vərəmi => A15.3-Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsull... Diaqnozun mətni: Sol ağ ciyərin infiltirativ vərəmi infiltirasiya mər. VMB(-) TÇ-İİ dər....Meyar: 2.2. İkinci dərəcə əlillik=>2.2.5.Ağciyərin xroniki, proqrassiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə.. Hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə əlillik təyin olunmuşdur. - xx.xx.2014-cü il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İ Sinif-Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19-Vərəm =>A15-Tənəffüs orqanlarının bakteroloji və histoloji təsdiq edilmiş vərəmi => A15.3-Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsull... Diaqnozun mətni: Sol ağ ciyərin infiltirativ vərəmi infiltirasiya mər. VMB(-) TÇ-İİ dər....Meyar: 2.2. İkinci dərəcə əlillik=>2.2.5.Ağciyərin xroniki, proqrassiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə.. Hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə əlillik təyin olunmuşdur. xx.xx.2015-cü il tarixli, xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İ Sinif -Bəzi infeksion və parazitar xəstəəliklər => A15-A19-Vərəm =>A16-Tənəffüs orqanlarının vərəmi, bakteroloji və ya histoloji təsdiq edilməmiş => A16.0-Ağ ciyər vərəmi, baketroloji və hi... Diaqnozun mətni: Sol ağ ciyərin infiltirativ vərəmi infiltirasiya mərhələsində, Sağ tərəfli eksudativ flebritlə fəsadlaşma.Xroniki respirator çatmamazlıq. TÇ-İİ dərəcə....Meyar: 2.2. İkinci dərəcə əlillik=>2.2.5.Ağciyərin xroniki, proqrassiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə.. Hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə əlillik təyin olunmuşdur. xx.xx.2016-cı il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İ Sinif -Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19-Vərəm =>A16-Tənəffüs orqanlarının vərəmi, bakteroloji və ya histoloji təsdiq edilməmiş => A16.0-Ağ ciyər vərəmi, baketroloji və hi... Diaqnozun mətni: Sol ağ ciyərin infiltirativ vərəmi infiltirasiya mərhələsində, Sağ tərəfli eksudativ flebritlə fəsadlaşma.Xroniki respirator çatmamazlıq. TÇ-İİ dərəcə....Meyar: 2.2. İkinci dərəcə əlillik=>2.2.5.Ağciyərin xroniki, proqrassiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə.. Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə əlillik təyin olunmuşdur. Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 0311003AAU80 saylı göndərişdə (Forma 88 haqqında məlumatda) İddiaçı təyin olunmuş əsas Diaqnoz A16.0- Ağ ciyər vərəmi, bakteroloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Ağ ciyərlərin fibroz-kovernoz vərəmi infiltirasiya mərhələsi VMB - (mənfi); Ağırlaşma J96.1-Xroniki respirator çatmamazlıq, Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə TÇ İİ dərəcə; Yanaşı xəsətəliklər J44.8 -Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ağ ciyərlərin X.OX-yi orta ağır gedişli kəskinləşmələrlə qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli, xxxxxxx0005 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İ Sinif -Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19-Vərəm =>A16-Tənəffüs orqanlarının vərəmi, bakteroloji və ya histoloji təsdiq edilməmiş => A16.0-Ağ ciyər vərəmi, baketroloji və hi... Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakteroloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Ağ ciyərin fibroz-kovernoz vərəmi infiltirasiya mərhələsi VMB (-) mənfi.. İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırkı vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqlşdirilsin və ətraflı qeyd olunsun. xx.xx.2022-ci il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İ Sinif -Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19-Vərəm =>A16-Tənəffüs orqanlarının vərəmi, bakteroloji və ya histoloji təsdiq edilməmiş => A16.0-Ağ ciyər vərəmi, baketroloji və hi... Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakteroloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Ağ ciyərin fibroz-kovernoz vərəmi infiltirasiya mərhələsi VMB (-) mənfi.. İmtina edilmənin səbəbi: Diaqnoz Əlillik təyin etməməsi-Səbəb: X12 təyin eymir barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının **********2 №-li, xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Saatlı rayon sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0311003AAU80 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, Ə.X15 Xidmətinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 20 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə “Sağtərəfli ekssudativ plevritlə fəsadlaşmış sol ağ ciyərin yuxarı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində. BK (-) mənfi.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınnmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin müayinəsi zamanı şikayətləri: döş qəfəsinin sağ yarısında olan ağrıdan, təngənəfəslikdən, öskürəkdəndir. Obyektiv müayinədə, huşu aydındır, normostenik bədən quruluşludur, dərialtı piy təbəqəsi orta dərəcədə inkişaf edib, boyu 190 sm, çəkisi 77 kq, BKİ-21,3-dür. Dəri və görünən selikli qişaları rəngi adidir. Tənəffüsü hər iki tərəfdə sərbəstdir, auskultasiyada ağ ciyərlər üzərində vezikulyar tənəffüs eşidilir, perkutor səs hər iki tərəfdə aydındır. Ürək tonları aydındır. Dili nəm, təmizdir, qarnı yumşaq, ağrısızdır. Təqdim etdiyi tibbi sənədlərə əsasən, 2008-ci ildən bu günə kimi bir dəfə ixtisaslaşmış stasionar müalicə almışdır (Bakı şəhər 4 saylı X11, XTÇ 939, xx.xx.2021-ci il tarixli). Elmi X6 İnstitutunun xx.xx.2021-ci il tarixli 2160 nömrəsi Spirometriya müayinəsinin nəticəsi Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olunur” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlara, obyektiv müayinələrin nəticələrinə əsaslanıb, xəstəlik haqqında şəhadətnamədə göstərilən “Sağtərəfli ekssudativ plevritlə fəsadlaşmış sol ağ ciyərin yuxarı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində. BK(-) mənfi” ağırlaşmaları əlillik təyinatına əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nairlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əliliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-246/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Əliyev Fərhad oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Agentliyin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması qərara alınmışdır. Qərarın 9-cu səhifəsinin 2-ci abzasında İddiaçı əsas xəstəliyi, əsas xəstəliyin ağırlaşmasına səbəb olan hal və yanaşı xəstəlik barədə çıxarışda qeyd edilənlər aparılmış müayinələrin nəticələrinə uyğun olduğu və aparılmış müayinələrin nəticələri müvafiq diaqnozun təyin olunması kifayət etdiyi; İddiaçı sağlamlıq vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli diaqnostik müayinələr zamanı aparılmış Rentgen müayinəsinə əsas “Sağda fibroz fonunda infiltirat bərkimələr boşluqlar, solda ocaqlar, işıqlı sahələr göründüyü, Spirometriya müayinəsinə görə isə qarışıq tipli əhəmiyyətli ventiliyasiya pozğunluğu” qeyd olunduğu qeyd edilmişdir (4-cü abzas). xx.xx.2024-cü il tarixli, xxxxxxx0007 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 İ Sinif -Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19-Vərəm =>A16-Tənəffüs orqanlarının vərəmi, bakteroloji və ya histoloji təsdiq edilməmiş => A16.0-Ağ ciyər vərəmi, baketroloji və hi... Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakteroloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Ağ ciyərin fibroz-kovernoz vərəmi infiltirasiya mərhələsi VMB (-) mənfi.. İmtina edilmənin səbəbi: Diaqnoz Əlillik təyin etməməsi-Səbəb: X12 təyin eymir barədə qərar qəbul edilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-5781/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaş 3-17-4/1-21237/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Şirvan inzibati Məhkəməsinin 2-1(120)-246/2023 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağtərəfli ekssudativ plevritlə fəsadlaşmış sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində.BK (-) mənfi diaqnozlu xəsətliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş “Xəstənin müayinəsi zamanı şikayətləri: döş qəfəsinin sağ yarısında olan ağrıdan, tənginəfəslikdən, öskürəkdəndir. Obyektiv müayinədə huşu aydındır, normostenik bədən quruluşludur, dərialtı piy təbəqəsi orta dərəcədə inkişaf edib, boyu 190 sm, çəkişi 77 kq, BKİ 21,3-dür.Dəri və görünən selikli qişalarının rəngi adidir. Tənəffüsü hər iki tərəfdə sərbəstdir, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir, perkutor səs hər iki tərəfdə aydındır. Ürək tonları aydındır. Dili nəm təmizdir, qarnı yumşaq, ağırısızdır.Təqdim etdiyi tibbi sənədlərə əsasən, 2008-ci ildən bu günə kimi bir dəfə ixtisaslaşmış stasionar müalicə almışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı halsızlıq, tənəffüs çatışmazlığı, yüksək hərarətdən şikayətlənmişdir.Anamnezində 2008-ci ildən özünü xəstə hesab etdiyini, mütəmadi olaraq müalicə almasına baxmayaraq səhhətində dəyişiklik olmadığını bildirmişdir. Müayinə zamanı boyu 188 sm, çəkisi 76 kq, saturasiyası SpO2 99%, nəbzi 78 vurduğu, tənəffüz hərəkətlərinin sayı 16 olmuş, auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1475 nömrəli Spiormetriya müayinəsinin nəticəsi “FVC 4,09 73 %, FEV1 3,7582%.Restriktiv tipli yüngül ventilyasiya pozğunluğu qeyd olunur kimi müəyyənləşdirilmişdir.Anamnezində 16 ildir ki, gündəlik 2 qutu siqaret çəkdiyini bildirmişdir. Elmi X6 İnstitutunun xx.xx.2024-cü il tarixli Tibbi rəyində diaqnoz “Sağ ağciyərin fibroz kavernoz vərəmi, sola səpələnmə ilə.Qarışıq tipli ağır ventiliyasiya pzoğunluğu.Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli” kimi qeyd edilmiş, obyektiv müayinə nəticələri və rentgen şəkli ilə uyğunsuluq təşkil etmişdir. Elmi X6 İnstitutunun xx.xx.2024-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 2,24 38 %, FEV1 1,57 33 %.Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu kimi qeyd edilmiş, hiperdiaqnostikaya yol verildiyi düşünülmüşdür. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli Rentgen şəklində patoloji kölgəliklər izlənilməmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”publik hüquqi şəxsi tərəfindən verilmiş T 843/2024 №-li ekspert rəyindən görünür ki,1989-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən sullara uyğun komissiya nəticəyə gəlmişdir ki: İş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi üçün İddiaçı adına tibb müəssisəsində doldurulub göndərilmiş son göndərişdə qeyd edilmiş “Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla.Ağciyərlərin fibroz-kavernoz vərəmi infiltirasiya mərhələsi VMB (-) mənfi” diqanozu ona stasianorda şəxsin müayinə və müalicəsi zamanı anamnestik, kilinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilsə də, əyani müayinəsində əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkarlanmadığından, əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin , istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Vətəndaş İddiaçı DTSERA-da xx.xx.2024-cü il tarixdə əyani müayinəyə spirometriya zamanı “FVC 4,09-73 %, FEV1 3,75-82 %, restriktiv tipli yüngül ventiliyasiya pozğunluğu” müəyyən edilmişdir. X1 İnstitutunun xx.xx.2024-cü il tarixli rəyində diaqnoz “Sağ ağciyərin fibroz kavernoz vərəmi, sola səpələnmə ilə.Qarışıq tipli ağır ventiliyasiya pozğunluğu.Ağciyərlərin xroniki obstruktiv xəsətliyi orta ağır dərəcə; FVC 2,24-38%, FEV1 1,57-33 % qeyd edilsə də, obyektiv müayinə nəticələri və rentgenoqrafik görüntü ilə uyğunsuzluq təşkil etmiş,hiperdiaqnostikaya yol verildiyi düşünülmüşdür. Vətəndaş İddiaçı düçar olduğu xəsətlik tam reabilitasiya mərhələsindədir, belə ki, aparılmış uzunmüddətli müalicələr nəticəsində “Ağciyərlərin fibroz-kavernoz vərəmi infiltirasiya mərhələsi VMB (-) mənfi” sovrularaq yerində fibroz toxuma əmələ gəlmişdir. Şəxsin müayinəsi zamanı hal-hazırda onun əlavə müayinə və müalicəsinə zərurət yoxdur. “X3 İnstitutu” X13 3-28-9/2-207/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1989-cu il tarixdə Saatlı rayonunda doğulmuş, Saatlı rayonu, Heydər Əliyev prospekti 215 ünvanında qeydiyyatda olan İddiaçı üzərində aparılmış əyani müayinələrin nəticələri əsasında təyin olunmuş diaqnoza, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə qeyd edilən diaqnoza əsasən İddiaçı əlilliyin təyin edilməsinin mümkün olub-olmaması, həmin diaqnoz Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təssdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hansı bəndinə uyğun olması, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarına dair” Əsasnamənin hansı bəndinə uyğun olmasını təyin etmək İnstitutun səlahiyyətlərinə daxil deyil. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin edilmiiş diaqnoz aparılan müayinə nəticələrinə tam uyğundur, aparılmış müayinə nəticələri müvafiq diaqnozun qoyulması tam kifayət edir. Müayinə nəticələri müvafiq qoşma sənədlərində əks olunub, məhkəmə tibbi eksperti qərarların doğruluğunu müayinə rəyləri əsasında təsdiqləyə bilər. Xəstəlik anadangəlmə deyil, qazanılma xəstəlikdir xroniki gedişlidir, periodik kəskinləşmələr müşahidə edilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”publik hüquqi şəxsi tərəfindən verilmiş T 312/2025 №-li ekspert rəyindən görünür ki,1989-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən sullara uyğun komissiya nəticəyə gəlmişdir ki: Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: A16.0 ağciyərin vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, ağciyərlərin fibroz-kavernoz vərəmi, infiltirasiya mərhələsi VMB(0) mənfi.Ağırlaşma: J96.1-xroniki respirator çatmamazlıq, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə, TÇ İİ dərəcə. Yanaşı xəstəliklər: J44.8-ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəsətliyi ağciyərin X.O.X-yi orta ağır gedişli kəskinləşmələrlə” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmiş, ƏƏSMN tabeliyində DTSERA-da həmin tarixli spirometriya müayinəsinin nəticəsində restruktiv tipli yüngül ventilyasiya pozğunluğu qeyd olunmuş, təqdim edilmiş xx.xx.2024-cü il tarixli Rentgen şəklində pataloji kölgəliklər izlənməmiş, əlillik təyinatına əsas verəməmiş “X1 İnstitutu”nda təyin edilmiş diaqnozlarda hiperdiaqnostikaya yol verildiyi düşünülmüşdür. Vətəndaş İddiaçı “X1 İnstitutu”na xx.xx.2025-ci il tarixdə müraciət etmiş və ona aparılan KT və spiroqramma müayinələri əsasında “A16.0-ağciyərlərin fibroz-kavernoz vərəmi, VMB (-), J96.1 restruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventiliyasiya pozğunluğu, J44.8-ağciyərlərin xroniki obstruktiv xəstəliyi, nisbi stabilləşmə mərhələsi” diaqnozu qoyulmuşdur. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası”nın 1-ci bəndinə görə bu qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Vətəndaş İddiaçı düçar olduğu xəstəlik tam reabilitasiya mərhələsindədir, belə ki, aparılmış uzunmüddətli müalicələr nəticəsində “Ağciyərin vərəmi, bakteroloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Ağciyərlərin fibroz-kavernoz vərəmi, infiltirasiya mərhələsi VMB (-) mənfi, Xroniki respirator çatmamazlıq, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə, TÇ İİ dərəcə, ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, ağciyərlərin X.O.X-yi orta ağır gedişli kəskinləşmələrlə” sovrularaq yerində fibroz toxuma əmələ gəlmişdir. Şəxsin müayinəsi zamanı hal-hazırda onun əlavə müayinə və müalicəsinə zərurət yoxdur. “X1 İnstitutu” X13 3-28-9/2-774/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı təyin edilmiş əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əlavə-də” 1.1.6 tənəffüs orqanlarının bakteroloji və ya histoloji təsdiq edilməmiş vərəmi A16” qeyd olunan bəndlərdən hansına uyğun olub-olmamasının qiymətləndirilməsi üçün İddiaçı stasionar müalicə alması məsləhət görülür.

Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı- ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” Bənd 1.2 Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9, J96-J96.9);

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:

1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. ...

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:

1.1.6 .tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi (A16), Qiymətləndirmə 1.1.6.4. tənəffüs orqanlarının aktiv vərəmi (infiltrasiya, dağılma, səpələnmə mərhələsi, VMB+ və ya VMB-, ağır dərəcəli intoksikasiya simptomlarının əhəmiyyətli təzahürü, kaxeksiya, anemiya, amiloidoz, ağciyər ürəyi, İİ-İİİ dərəcə xroniki ağciyər-ürək çatışmazlığı ilə) (90-100 faiz müddətsiz).

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; .... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət .... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. … Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

İPM 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası və iddiaçı barəsində qəbul etdiyi qərarı qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, qüvvədən düşmüş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır. Doğrudur ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Lakin bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyinmüvafiq əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya 2008-cu il tarixdən 1 il müddətinə,2014-cü ildən 1 il müddətinə, 2015-ci il tarixdən 1 il müddətinə, 2016-cı il tarixdən 5 il müəddətinə hərbi xidmət dövrü ilə əlaqədar “Sol ağ ciyərin infiltratif vərəmi, infiltirasiya mərhələsində.Sağ tərəfli eksudativ flebritlə fəsadlaşma.Xroniki, Xroniki respirator çatmamazlıq, TÇ İİ dərəcə” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə iddiaçı “Ağ ciyər vərəmi, bakteroloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Ağ ciyərin fibroz-kovernoz vərəmi infiltirasiya mərhələsi VMB (-) mənfi” diaqnoz ilə əlillik təyinatının aparılmasına nail olmağa çalışmışdır. Lakin cavabdeh inzibati orqan əsassız olaraq əlillik təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Başqa sözlə desək, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edilmişdir. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndəriş əsasında sonuncuya İİ dərəcəli əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında 2021-ci il tarixli göndərişə və Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-246/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına nəzərən təkrar əlilliyin təyin edilməsindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillin təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya münasibətdə göndərişin verildiyi xx.xx.2021-ci il tarixdə və cavabdeh tərəfindən göndərişin qiymətləndirildiyi xx.xx.2022-ci tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına Dair Əsasnamə”nin 1.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunurdu. İddiaçıya qoyulmuş A16 kodlu diaqnoz iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş Əsasnamənin 2.2.3-cü bəndində göstərilən (2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9, J96-J96.9)) xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunur. Eyni zamanda Şirvan İnzibati Məhkəməsi tərəfindən qəbul olunmuş qərarın icrası ilə bağlı yenidən aparılmış inzibati araşdırmanın nəticəsinə dair qəbul olunmuş inzibati aktın qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsinə daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunan bəndlər baxımından eyni olmasına baxmayaraq, eyni diaqnoza əsasən ona sonrakı müayinələr nəticəsində “diaqnoz əlillik təyin etmir” səbəbi ilə verilmiş imtina qanunsuz və əsassız olmuşdur. “X3 İnstitutu” X13 3-28-9/2-207/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubunda tibbi sənədlərdə İddiaçı təyin edilmiş diaqnoz aparılan müayinə nəticələrinə tam uyğundur, aparılmış müayinə nəticələri müvafiq diaqnozun qoyulması tam kifayət etdiyi, müayinə nəticələri müvafiq qoşma sənədlərində əks olunduğu, məhkəmə tibbi eksperti qərarların doğruluğunu müayinə rəyləri əsasında təsdiqləyə biləcəyini, xəstəlik anadangəlmə deyil, qazanılma xəstəlikdir xroniki gedişlidir, periodik kəskinləşmələr müşahidə edilə bilinəcəyi qeyd olunsa da, cavabdeh inzibati orqan qəbul etdiyi qərarında və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”publik hüquqi şəxsi ekspert rəylərində “X3 İnstitutu” tərəfindən hiperdiaqnostikaya yol verildiyi əsas gətirilmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, əvvəlki müayinələrdə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliyin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıda olan xəstəlik ona müvafiq əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya əlilliyin təyin olunmasından imtinasının dəlili olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə gəlinən nəticə iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya qoyulmuş diaqnozlar iş materiallarında mövcud olan tibbi sənədlər əsasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2021-ci il tarixli, 0311003AAU80 nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə qeyd olunan 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9, J96-J96.9) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd edilən 1.1.6 .tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi (A16) xüsusiyyətlərinə uyğun gəlir. Həmin xəstəlik üzrə qiymətləndirmə (hazırda qüvvədə olan meyarlara əsasən) 1.1.6.4. tənəffüs orqanlarının aktiv vərəmi (infiltrasiya, dağılma, səpələnmə mərhələsi, VMB+ və ya VMB-, ağır dərəcəli intoksikasiya simptomlarının əhəmiyyətli təzahürü, kaxeksiya, anemiya, amiloidoz, ağciyər ürəyi, İİ-İİİ dərəcə xroniki ağciyər-ürək çatışmazlığı ilə) (90-100 faiz müddətsiz) qeyd olunan bəndlərə uyğun gəlsə də, qiymətləndirmə səlahiyyəti cavabdeh inzibati orqana aid olduğu üçün məhkəmə hesab edir ki, iddiaçı barədə qiymətləndirmə aparılaraq müvafiq əlilliyin təyin edilməsi cavabdeh inzibati orqana həvalə olunmalıdır. Son olaraq qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya müvafiq əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Məhkəmə diaqnozun eyniliyi barədə həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, əlilliyin müddətli verilməsi, təkrar yoxlanılmanın aparılmasının zəruriliyi məhkəmə hesab edir ki, iddiaçıda əlilliyin təyininə əsas verən xəstəliyin əlilliyin müddətinin bitdiyi tarixdən sonra da yenidən əlillik təyin edilməsi üçün davam edib-etməməsinə xidmət edir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçıda əlilliyin təyininə əsas verən xəstəlik əlillik müddəti bitdikdən sonra da davam etməkdədir ki, bu səbəbdən də məhkəmə hesab edir ki, əlilliyin müddətli olması diaqnozun eyniliyi halında əlilliyin növbəti müddətə həmin diaqnoz əsasında təyininin qanuniliyini halını dəyişmir. Beləliklə iddiaçının əlillik müddəti bitdikdən sonra da həmin xəstəlikdən əziyyət çəkdiyi növbəti halda yoxlanılmalıdır ki, həmin yoxlamadan görünür ki, iddiaçıda diaqnozda hər hansı dəyişiklik mövcud olmamışdır. Göründüyü kimi istər iddiaçıda göndərişdə göstərilən xəstəliklərin qüvvədə olmuş Əsasnamənin tələbinə əsasən əlilliyin təyinatına əsas verməsi ilə bağlı hallar, istər ilkin əlilliyin təyinatına əsas olmuş həmin xəstəlik və diaqnozların hal-hazırda da iddiaçıda mövcud olmasını təsdiq edən hallar nəzərə alınmaqla müraciətin təminindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Bundan əlavə, məhkəmə həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli xxxxxxx0007 №-li qərarı ləğv olunsun. İddiaçı barəsində xx.xx.2024-cü il tarixdən müvafiq əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar