Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1583/2025 11.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin ümumi stajına daxil edilməklə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyası təyin edilməsinə dair inzibati aktda əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmış və ona hesablama aparılmış, hesablama zamanı 556 manat əmək pensiyası təyin edilmişdir. Onun son 2 aydır 456 manat əmək pensiyası aldığını, iyul və avqust 2024-cü ildən aldığı 556 manatının kəsilərək 456 manata endirildiyini bildirmişdir. 10 ilə yaxındır ki, əmək pensiyası alır, lakin cavabdeh əmək pensiyasına yenidən hesablama aparmış və iddiaçıya artıqödəmə müəyyən olmuşdur. Qeyd edilənləri nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə onun 44 il, 6 ay 25 gün və 1971-ci ildən 2006-cı ilədək və 2006-cı ildən 2020-ci ilədək ümumi iş stajının işlədiyi müddəti ümumi iş stajına daxil edilməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasını yenidən hesablamaq və bu hesablanmaya görə ödəniş etmək öhdəliyinin qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1583/2025 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin ümumi stajına daxil edilməklə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbi barədə iddia ərizəsi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1583/2025 nömrəli qərardadına əsasən iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədiyini, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçı xx.xx.2024-cü il tarixli qərarla razılaşmamsı ilə bağlı 23 iyul 2024 cü il tarixli ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli razılıq ərizəsinin geri götürülməsini xahiş etmiş, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli qərarı ilə ona rəsmi cavab verilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesinin gedişində hazır ki, iddiaçının hüquqi marağına toxunan mübahisələndirilən qərarla tanış olmuş və iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış, əmək fəaliyyətini davam etdirmiş və hal-hazırda təqaüdçüdür. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 10 avqust 2024-cü il tarixli, 3-17-1/2-A-191528/2024 nömrəli imtina məkubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Pensiya işində olan sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1971-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 30 il 4 ay 25 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 5609,34 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) 329,85 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiysının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 341,06 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 357,72 manat müəyyən edilmiş, eyni zamanda Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilərək həmin tarixdən 410,31 manata, xx.xx.2024-cü il tarixindən 456,26 manata çatdırılmışdır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Mərkəzləşdirilmiş elektron innformasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən bildirilir ki, əmək pensiyasının təyin olunduğu gündən (xx.xx.2015-ci il tarixindən) sonra 72 ay məcburi dövlət sosial sığorta haqqı ödəmədiyi və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi üçün (aktiv VÖEN: **********) əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixindən sonrakı dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanması qanunvericilin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il tutulur. Bildirilir ki, iddiaçının müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən hüququ olmadığı halda (aktiv VÖEN: **********) xx.xx.2020-ci il tarixində yaşa görə əmək pensiyası yenidən hesablanaraq ona ödənilmişdir. Nəticədə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağabəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 138 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ağcabədi rayon Ağabəyli kənd sakini İddiaçı həqiqətən Ağcabədi rayonu, Ağabəyli kəndində qeydiyyatdadır və daimi yaşayır. İş materiallarında olan məhkəmənin 2-1(120)-4502/2024 saylı, xx.xx.2024-cü il tarixli sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-252638/2024 saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı hüququnun yarandığı xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi filialın xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçının əmək pensiyasının məbləği aşağıdakı qaydada yenidən hesablanmışdır. İddiaçı təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 1344 nömrəli arayışına əsasən xx.xx.1971-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, EB 265449 nömrəli diplomun surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığı müddət, AT-İİİ ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək sığorta stajı 30 il 4 ay 25 gün təşkil edir. İddiaçının 2006-ci il tarixinədək 30 il 4 ay 25 gün sığorta stajına əsasən fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapital (30+(25/30+4/12))x170=5168,47 manat müəyyən edilmişdir. Eyni zamanda 2006-cı il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2015-ci il tarixinə indeksləşdirilmiş məbləği 9589,14 manat təşkil edir: 2006-5168,47; 2007-8,3-5597,45; 2008-16,7-6532,22; 2009-20,8-7890,93; 2010-1,5-8009,29; 2011-5,7- 8465,82; 2012-7,9-9134,62; 2013-1,1-9235,10; 2014-2,4-9456,74; 2015-1,4-9589,14. Qeyd olunan pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi 9589,14:144=66,59 manat hesablanmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2015ci il tarixinə indeksləşdirilmiş məbləği 5.592, 96 manat müəyyən edilmişdir. (Pensiyanın sığorta hissəsi: 5.592,96:144=38,84). Qeyd olunanlara əsasən pensiyanın ümumi məbləği aşağıdakı kimi hesablanmışdır. xx.xx.2015-100(baza hissə)+66,59+38,84=205,43; xx.xx.2016-100(baza hissə)+(105,43+105,43x4%)= 209,64; xx.xx.2016-110 (baza hissə)+109,65 (sığorta hissə)=219,65; xx.xx.2017-110 (baza hissə)+109,64+109,64x12,4%) (sığorta hissə)=233,24; xx.xx.2018-233,24+233,24x5,7%= 246,54; xx.xx.2019-246,54+246,54x3%=253,94; xx.xx.2020- 253,94+253,94x16,6%=296,09; xx.xx.2021-296,09+296,09x11,4%=329,85; xx.xx.2022- 329,85+329,85x3,4%=341,06. “Əmək pensiyaları haqqında” Aazərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddələrin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023cü il tarixindən 357,72 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 410,31 manat, xx.xx.2024-cü il tarixindən 456,26 manata çatdırılmışdır. İddiaçının Qanununun 37.3.1-ci maddəsinə əsasən hüququ olmadığı halda (aktiv VÖEN:**********) xx.xx.2020-ci il tarixində yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmışdır. Nəticədə Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində xx.xx.2021ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, 071149 saylı pensiya işi üzrə pensiyaçı İddiaçı xx.xx.2015-ci il tarixində əmək pensiyası təyin olunmuş, pensiya məbləği 550,38 manat təşkil edilmiş və xx.xx.2024-cü il tarixində yenidən hesablanaraq 456,26 manata endirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-288248/2024 nömrəli etirazında qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində 44 il 6 ay 25 gün, yəni 1971-ci ildən 2006-cı ilədək və 2006-cı ildən 2020-ci ilədək ümumi iş stajının nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesab olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı onun sığorta stajının tam nəzərə alınmadığını, buna əsasən də hal-hazırda ona ödənilən pensiya məbləğinin düzgün hesablanmadığını və caavabdeh tərəfindən onun pensiyasından tutulma aparılmasının qanunsuz olduğunu iddia edir. Hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunana əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işində olan sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata əsasən İddiaçı əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1971-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 30 il 4 ay 25 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 5609,34 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) 329,85 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiysının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılara münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanısının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 341,06 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə eddilmiş 26.4-cü maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 357,72 müəyyən edilmiş, eyni zamanda Qanunun 29.1-ci maddəsinnə uyğun olaraq indeksləşdirilərək həmin tarixdən 410,31 manata, xx.xx.2024-cü il tarixibdən 456,26 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Mərkəzləşdirilmiş elektron innformasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən bildirilir ki, əmək pensiyasının təyin olunduğu gündən (xx.xx.2015-ci il tarixindən) sonra 72 ay məcburi dövlət sosial sığorta haqqı ödəmədiyi və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi üçün (aktiv VÖEN: **********) əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixindən sonrakı dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanması qanunvericilyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il tutulur. Müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, Qanununun 37.3.1-ci maddəsinə əsasən hüququ olmadığı halda (aktiv VÖEN:**********) xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası yenidən hesablanaraq iddiaçıya ödənilmişdir. Nəticədə İddiaçı əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixibdən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan verdikdə sığorta stajında aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd oolunan Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qnunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH=PSK/T düsturu ilə müəyyən edilir. T-gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı=144 ay. Sözügedən Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən: 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı əmək pensiyası yuxarıda qeyd olunanlara əsasən aşağıdakı qaydada hesablanmışdır. xx.xx.2015100(bazahissə)+66,59+38,84=205,43;xx.xx.2016100(bazahissə)+(105,43+105, 43x4%)=209,64;xx.xx.2016110(bazahissə)+109,65(sığortahissə)=219,65;xx.xx.2017110(b azahissə)+109,64+109,64x12,4%)(sığortahissə)=233,24;xx.xx.2018233,24+233,24x5,7% =246,54;xx.xx.2019246,54+246,54x3%=253,94;xx.xx.2020253,94+253,94x16,6%=296,09; xx.xx.2021296,09+296,09x11,4%=329,85;xx.xx.2022329,85+329,85x3,4%=341,06. Beləliklə Fondun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filiallı tərəfindən iddiaçının hüququ olmadığı halda əmək pensiyasının yenidən hesablanması nəticəsində ona 01 iyul 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək 329.86 manat əvəzinə 401,22 manat, 01 yanvar 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 341.06 manat əvəzinə 414,86 manat, 01 yanvar 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək 410,31 manat əvəzinə 494,95 manat, 01 yanvar 2024-cü il tarixdən 30 iyun 2024-cü il tarixədək 456,26 manat əvəzinə 550,38 manat məbləğində ödəniş həyata keçirilmişdir. Nəticədə iddiaçıya qanunvericiliyə uyğun olmayan artıq pensiya vəsaiti ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, İNVENTAR nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı əmək peensiyasının məbləği dəyişdirilərək 456,26 manat müəyyən edilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Beləliklə, iddiqaçının Qanunun 37.3.1-ci maddəsinə əsasən hüququ olmadığı halda (aktiv VÖEN:**********) xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixədək 2894.22 manat artıqödəmə müəyyən edilmiş, müvafiq qərarla əmək pensiyasının məbləği 456.26 manata dəyişdirilmişdir. Sözügedən Qanunun 63.4-cü maddəsinə əsasən inzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunan şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum oldduğu andan hüquqi qüvvəyə minir. Qeyd olunanlara əsaslanaraq İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-14/2- 14469/2024 məktubunun surətidən görünür ki, Ağcabədi rayonu, Ağabəyli kənd sakini İddiaçı vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən xx.xx.2019-cu il tarixdə torpaq mülkiyyətçisi kimi vergi uçotuna alınmışdır. İş materiallarında olan məhkəmənin 19 mart 2025-ci il tarixli, 2-1(120)-1583/2025-ci il tarixli sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 15 aprel 2025-ci il tarixli, 3-17-1/2-81613/2025 saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsini tələblərinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İddiaçının müraciəttinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Qanununun 37.3.1-ci maddəsinə əsasən hüququ olmadığı halda (aktiv VÖEN:**********) xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası yenidən hesablanaraq iddiaçıya ödənilmişdir. Nəticədə İddiaçı əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixibdən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1952-ci ildir, hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixində əmək pensiyası təyin olunmuş, pensiya məbləği 550,38 manat təşkil edilmiş və xx.xx.2024-cü il tarixində yenidən hesablanaraq 456,26 manata endirilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətindən imtina etmişdir. Həmçinin iş materiallarından müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü 2012.1952-ci ildir, xx.xx.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış, əmək fəaliyyətini davam etdirmiş və hal-hazırda təqaüdçüdür. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmənin gəldiyi hüquqi nəticə “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi ilə eynilik təşkil edir. Həmin qərarın əsaslandırıcı hissəsində (qərarın 6-cı səhfəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci abzaslarında) qeyd olunur: “Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, bundan başqa ona xsüsu şərtlə təyin edilmiş pensiya əsasında gələcək yaşamasını proqnozlaşdırmış həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. Bundan başqa xüsusilə qeyd olunmalıdırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-cu maddəsi üzrə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, həmin maddə də tutulmanın hansı qaydada həyata keçirilməsinin mexanizmi də xüsusi yer almışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması yalnız şəxsin razılığı ilə mümkündür, belə razılıq olmadıqda isə həmin pul vəsaiti yalnız məhkəmə qaydasında tutulmalıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçının belə razılığının (nə şifahi nədəki yazılı) olması və ya məhkəmə qərarının olması müəyyən olunmamışdır. Qanunverici artıq ödənilmiş vəsaitin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu təqaüdçünün razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin xx.xx.2024-cü il tarixli, İNVENTAR nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı əmək peensiyasının məbləği dəyişdirilərək 456,26 manat müəyyən edilmiş, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldilməsi barədə qərar qəbul etmiş və həmin qərarla artıq ödəmə müəyyən olunmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən ərizə təqdim edilərək pensiyadan yaranmış artıq ödəmənin 10 % tutulub bərpa edilməsinə etiraz etmədiyini bildirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək pensiya işində yaranmış artıq ödəmənin tutulması barədə xx.xx.2024-cü il tarixli ərizəni nəzərə almayaraq pensiyasında yaranmış artıq ödəmə barədə ona rəsmi məlumat verilməsinə sərcam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli qərar qəbul edilən zaman hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də, iddiaçı qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş təqaüdün məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi, və əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə, hazırkı iş üzrə artıq ödənilmiş təqaüdün geri qaytarılması barədə tələb, təqaüdün təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqanın faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Məhkəmə gəlmiş olduğu nəticəsi ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin aşağıdakı tələblərinin təhlil olunmasını zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi, hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həlledici əhəmiyyət daşımasa da, pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin, işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna cavabdeh tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da, müəyyən olunmamışdır. İddiaçı hüquqi vəziyyətini yaxşılaşdıran inzibati akt qəbul edilməsi üçün cavabeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan əvvəlki dövürə aid araşdırma apararaq onun ərizəsinin təmin olunması və ya təmin olunmaması ilə bağlı olan akt qəbul etmək əvəzinə iddiaçının vəziyyətini ağırlaşdıran qərar qəbul etmişdir. İnzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində təqaüdün təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, digər inzibati orqanın səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, təqaüdün təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da, mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də, göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də, ehtimal olunan artıq ödənişi təqaüdün təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da, qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. İnzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalara (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya müavinəti səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsinin qarşısını alır. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Göründüyü kimi, inzibati orqan tərəfindən təqaüd səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə vurğulayır ki, pensiyanın təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni pensiyanın təyin edilməsi barədə qərarın ləğv olunması, pensiyanın bərpa edilməsi barədə iddiaçı tərəfindən iddia qaldırılmaması və ya qaldırılmış iddianın uğurlu olmaması halında belə, bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı iddianın təmin edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşır. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini əsaslı hesab edərək aşağıdakıları qeyd edir: İşin mübahisələndirilməyən halı odur ki, İddiaçının xx.xx.2015-ci il tarixədək ümumi iş stajı 25 ildən çoxluq təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, yaşa görə əmək pensiyasının təyin olunması üçün işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının müxtəlif sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İşin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının hüququ olmadığı halda əmək pensiyasının yenidən hesablanması nəticəsində ona 01 iyul 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək 329.86 manat əvəzinə 401,22 manat, 01 yanvar 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 341.06 manat əvəzinə 414,86 manat, 01 yanvar 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək 410,31 manat əvəzinə 494,95 manat, 01 yanvar 2024-cü il tarixdən 30 iyun 2024-cü il tarixədək 456,26 manat əvəzinə 550,38 manat məbləğində ödəniş həyata keçirilmişdir. Nəticədə iddiaçıya qanunvericiliyə uyğun olmayan artıq pensiya vəsaiti ödənilmişdir. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə eddilmiş 26.4-cü maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 357,72 müəyyən edilmiş, eyni zamanda Qanunun 29.1-ci maddəsinnə uyğun olaraq indeksləşdirilərək həmin tarixdən 410,31 manata, xx.xx.2024-cü il tarixibdən 456,26 manata çatdırılmışdır. İddiaçının müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən hüququ olmadığı halda (aktiv VÖEN: **********) xx.xx.2020-ci il tarixində yaşa görə əmək pensiyası yenidən hesablanaraq ona ödənilmişdir. Nəticədə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunması ilə. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qərar mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1583/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1583/2025
11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver