Məhkəmə qərarları › İş №2-1(120)-1586/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1586/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1586/2025 21.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayonu, Masallı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qərarı əsasında Masallı şəhəri, H.Aslanov küçəsi, ev 5 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarış və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı ildə Masallı şəhərində anadan olmuş və hazırda Masallı şəhərində yaşayır. Masallı Rayonu Masallı Bələdiyyəsi ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən bələdiyyənin xx.xx.2011-ci il tarixli qərarı əsasında Masallı rayonu, İsgəndərli kəndində (Masallı şəhəri, H.Aslanov küçəsi, 5 saylı ev) yerləşən 0,04 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin satılması ilə bağlı bütün sənədlər toplanmış, 600 manat pul ödəmiş, alqı-satqı aktı, Masallı RİHB-nin memarlıq və tikinti şöbəsinin rəyi, Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi, torpaq sahəsinin planı, bələdiyyənin razılıq verilməsi barədə xx.xx.2011-ci il tarixli qərarı mövcuddur. Həmçinin həmin torpaq sahəsi onun mülkiyyəti kimi kadastrda qeydiyyata alınmış və torpaq sahəsinin planı və ölçü sənədi verilmişdir. Onun mülkiyyətə dair bütün hüquqmüəyyənedici sənədləri vardır, ilkin sənədlər hamısı təsdiq olunmuş və dövlət orqanlarında qeydiyyata alınmışdır. O, həmin sənədlər əsasında torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, lakin 0,04 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina olunmuşdur. Halbuki, o qanuni şəkildə torpaq sahəsi almış, bütün sənədləri mövcuddur, hazırda onun mülkiyyət hüququ məhdudlaşdırılmışdır. O, torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmadığını həmin vaxt bilməmişdir, çünki bununla bağlı Masallı rayonunda yerləşən qurumlar hamısı razılıq verilmiş və daha sonra torpaq ona satılmışdır. Lakin inzibati orqan qanunsuz olaraq onun sənədlərini araşdırmadan imtina məktubu vermişdir. Ona görə də hazırda məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Masallı rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçının nümayəndəsi eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Masallı rayonu Masallı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmiş və alqı-satqısına dair akt xx.xx.2011-ci il tarixində tərtib olunmuşdur ki, bu da “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il 466 saylı İİİ QD Azərbaycan Respublikasının Qanununun irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən sonra bələdiyyələr torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilərlər. Qeyd olunanları nəzərə alaraq Masallı rayonu Masallı Bələdiyyəsinin 30 04.2011-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışı ilə ayrılmış 0.04 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon Şöbəsində xx.xx.2011-ci il tarixdə 360 nömrə ilə qeydə alınmış Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Masallı şəhər sakini Kazımov X4 rayonunun Masallı bələdiyyəsinə 01 aprel 2011-ci il tarixdə bələdiyyə mülkiyyətində tikib istifadə etdiyi fərdi yaşayış evinin altında və ətrafındakı 0,04 ha toıpaq sahəsinin bilavasitə satın alınması üçün ərizə ilə müraciət etmişdir. Ərizəyə Masallı bələdiyyə orqanının iclasında baxılmış və Masallı bələdiyyə ərazisində, Masallı şəhəri İsgəndərli hissəsində tikib istifadə etdiyi fərdi yaşayış evinin altındakı və ətrafındakı 0.04 ha torpaq sahəsinin ona satılması barədə «30» iyul 2011-cu il tarixli 15 saylı protokolla qərar qəbul etmişdir. Masallı Rayon İHB aparatının Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2011-ci il tarixli, 202 nömrəli rəyində qeyd edilmişdir ki, Masallı şəhər sakini İddiaçı satılacaq həyətyanı torpaq sahəsi Masallı şəhərinin İsgəndərli məhəlləsində yerləşir. Satılacaq torpağın ümumi sahəsi 0.04 ha olmaqla, şimaldan H.Tağıyevin həyətyanı torpaq sahəsi, cənubdan məhəllədaxili yol, şərqdən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi, qərbdən P.Qurbanovanın həyətyanı torpaq sahəsi ilə həmsərhəddir. Sahədən kommunikasiya xətləri keçmir. Nəzərdə tutulan sahə İddiaçı satıla bilər. Masallı Rayon İHB aparatının Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2011-ci il tarixli, 195 nömrəli rəyində qeyd edilmişdir ki, Masallı şəhər sakini X3 fərdi yaşayış evinin tikintisi üçün satılacaq torpaq sahəsi Masallı şəhərinin İsgəndərli hissəsində yerləşir. Masallı bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Şəhərin ikinci zonasına aiddir. Masallı şəhərinin ikinci zonasında keçirilən son torpaq hərracının nəticələrinə əsasən 0,01 ha torpağın satış qiyməti 144,44 manat olmuşdur. Bələdiyyə tərəfindən bilavasitə satılacaq torpağın ümumi sahəsi 400 kv. metr olmaqla şimaldan Həbib Tağıyevin həyəti ilə, cənubdan yol ilə, şərqdən bələdiyyə mülkiyyəti torpağı, qərbdən Pərvanə Qurbanovanın həyətyanı torpağı ilə həmərhəddir Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğuna «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyə tərəfindən ona alqı-satqı qaydasında satıla bilər. Azərbaycan Respublikası Masallı rayonunun Masallı bələdiyyəsinin 10 saylı 30 aprel 2011-ci il tarixli iclas protokolunun qərarından çıxarışda qeyd edilmişdir ki, Masallı şəhəri H.Aslanov küçəsi 05 saylı evdə yaşayan İddiaçı tikib istifadə etdiyi fərdi yaşayış evinin altında və ətrafındakı 0,04 ha toıpaq sahəsi bələdiyyə mülkiyyəti olduğuna görə həmin toıpaq sahəsi «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 10-cu bəndinə uyğun olaraq bələdiyyə tərəfindən bilavasitə ona alqı-satqı qaydasında satılmasına razılıq verilsin. İddiaçı satılacaq torpaq sahəsi şəhərin ikinci zonasına və 0,04 ha olmaqla, şimaldan Həbib Tağıyevin həyəti ilə. cənubdan yol ilə, şərqdən bələdiyyə mülkiyyəti torpağı, qərbdən Pərvanə Qurbanovanın həyətyanı torpağı ilə həmsərhəddir. İddiaçı tapşırılsın ki. 0.04 ha torpaq sahəsinin dəyərini 600 (altı yüz) manat pulu Kapital bankın ravon filialında Masallı bələdiyyəsinin ******************** saylı hesablaşma hesabına ödənilməsini təmin etsin. Azərbaycan Respublikası Masallı rayonunun Masallı bələdiyyəsinin 15 saylı 30 iyul 2011-ci il tarixli iclas protokolunun qərarından çıxarışda qeyd edilmişdir ki, Masallı şəhəri H.Aslanov küçəsi 05 saylı evdə yaşayan X2 tikib istifadə etdiyi fərdi yaşayış evinin altında və ətrafındakı 0,04 ha toıpaq sahəsi bələdiyyə mülkiyyəti olduğuna görə həmin torpaq sahəsi «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 10-cu bəndinə uyğun olaraq bələdiyyə tərəfindən bilavasitə ona alqı-satqı qaydasında satılsın. Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsindən xrhiş edilsin ki, satılan torpağın dəyərini X5 tərəfindən ödənildiyini nəzərə alaraq nümunəvi formada «Torpaqların alqı-satqısına dair» üç nüsxədən ibarət Akt tərtib etsin və qeydiyyata alsın. X2 tapşırılsın ki, mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışın alınmasını təmin etsin. X6 kitabında xx.xx.2011-ci il tarixdə 3309 nömrə ilə qeydə alınmış A № 352659 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Masallı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün 400 kv.m torpaq sahəsi ilə bağlı Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 10/2798 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Masallı rayon Masallı bələdiyəsinin 30 iyul 2011-ci il tarixli qərarı ilə A № 468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır). Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına görə Masallı rayon Masallı bələdiyəsinin 30 iyul 2011-ci il tarixli qərarı ilə A № 468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsinin kateqoriyası- yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı-həyətyanı, uqodiyası-tikili altında olan torpaqlar, əmlak növütorpaq sahəsi, hüquqi statusu-bələdiyyə mülkiyyətində saxlanılmış torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Masallı rayon Bələdiyyəsinin 30 iyul 2011-ci il tarixli qərarı ilə A № 468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materiallarında faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti arasında qismən uyğunsuzluğun olduğu müəyyənləşdirilir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Masallı rayon Masallı bələdiyəsinin 30 iyul 2011-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsinin faktiki vəziyyət ilə sənəd üzrə vəziyyəti arasında qismən uyğunsuzluq mövcuddur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Masallı rayon Masallı bələdiyəsinin 30 iyul 2011-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsinin planı və ölçüsü sənədi ilə torpaq sahəsinin faktiki koordinatları qismən üst-üstə düşür, həmçinin həmin torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst- üstə düşmür. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Masallı rayon Masallı bələdiyəsinin 30 iyul 2011-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Məhkəmənin sorğusuna əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin yerqurluşu mühəndislərinin mübahisəli torpaq sahəsinə aid aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə iş üzrə Masallı rayonu Masallı bələdiyyəsinin xx.xx.2011-cü il tarixli qərarı ilə A № 468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,04 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğların olduğu müəyyənləşdirildi. 1) **********343 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına görə ona ayrılmış 0.04 ha torpaq sahəsindən 0.007 ha hissəsi onun faktiki istifadəsi kimi naturadan plana alınmış 0.0441 ha torpaq sahəsinin şimal-şərq istiqamətində hüdudlarından kənarda yerləşdiyi müəyyən edilərək sorğuya əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. 2) Uyğunsuzluq aradan qaldırılmaqla iddiaçının tələbi təmin olunarsa, **********343 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına görə ona ayrılmış 0.04 ha torpaq sahəsini onun faktiki istifadəsində olan 0.0441 ha torpaq sahəsinə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin hüquqlarına toxunmayacağı müəyyən edildi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Mülki Məcəllə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... 15-ci maddəsinə əsasən : 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Torpaq Məcəlləsi: Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.[46]

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanun: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. 6.10. Xüsusi mülkiyyətdə, habelə istifadədə və icarədə olan bələdiyyə torpaqları qanunla müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün alına bilər. 6.11. Bələdiyyələr tərəfindən mülkiyyətə, istifadəyə və icarəyə verilən torpaq sahələrinə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş öhdəliklər, servitutlar və digər məhdudiyyətlər qoyula bilər. Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 9.7. Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə iddia ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçı Masallı rayonu, Masallı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qərarı əsasında almış olduğu ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən Masallı rayonu Masallı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli torpaq sahəsinin ayrılması barədə qəbul edilmiş qərar və alqı-satqısına dair aktın xx.xx.2011-ci il tarixində tərtib olunduğunu qeyd edildiyi və “Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il 466 saylı İİİ QD Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərə cavab verməməsi əsası ilə müraciətinin icrasından imtina edilmişdir. Belə ki, imtinada qeyd edilmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən sonra bələdiyyələr torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilərlər. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə kifayət qədər araşdırma apararaq müəyyən edir ki, iddiaçı ona torpaq sahəsinin ayrılası məqsədilə Bələdiyyəyəy müraciət etmiş və Masallı bələdiyyə ərazisində, Masallı şəhəri İsgəndərli hissəsində tikib istifadə etdiyi fərdi yaşayış evinin altındakı və ətrafındakı 0.04 ha torpaq sahəsinin ona satılması barədə 30 iyul 2011-ci il tarixli 15 saylı protokolla qərar qəbul edilmişdir. Və X6 kitabında xx.xx.2011-ci il tarixdə 3309 nömrə ilə qeydə alınmış A № 352659 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin qanuni əsaslarla əldə edildiyi və onun tərəfindən faktiki istifadə edildiyi öz təsdiqini tapır və məhkəmə icraatında həmin hüquqmüəyyənedici sənədlərdəki məlumatların həqiqi olmamasına dair nə cavabdeh tərəfindən, nə də Bələdiyyə tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından mötəbər sayılır. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 10/2798 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir. Və həmin rəyə əsasən, Masallı rayon Masallı bələdiyəsinin 30 iyul 2011-ci il tarixli qərarı ilə A № 468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, həmin torpaq sahəsinin kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı-həyətyanı, uqodiyası-tikili altında olan torpaqlar, əmlak növü-torpaq sahəsi, hüquqi statusu-bələdiyyə mülkiyyətində saxlanılmış torpaq sahəsi olduğu, torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materiallarında faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti arasında qismən uyğunsuzluğun olduğu, həmçinin iddiaçıya ayrılmış 0.04 ha torpaq sahəsinin planı və ölçüsü sənədi ilə torpaq sahəsinin faktiki koordinatlarının qismən üst-üstə düşdüyü, həmin torpaq sahəsinin üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi və faktiki olaraq İddiaçı istifadəsində olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmənin sorğusuna əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin yerqurluşu mühəndislərinin mübahisəli torpaq sahəsinə aid aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə iş üzrə Masallı rayonu Masallı bələdiyyəsinin xx.xx.2011-cü il tarixli qərarı ilə A № 468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,04 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğların olduğu müəyyənləşdirildi. 1) **********343 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına görə ona ayrılmış 0.04 ha torpaq sahəsindən 0.007 ha hissəsi onun faktiki istifadəsi kimi naturadan plana alınmış 0.0441 ha torpaq sahəsinin şimal-şərq istiqamətində hüdudlarından kənarda yerləşdiyi müəyyən edilərək sorğuya əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. 2) Uyğunsuzluq aradan qaldırılmaqla iddiaçının tələbi təmin olunarsa, **********343 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına görə ona ayrılmış 0.04 ha torpaq sahəsini onun faktiki istifadəsində olan 0.0441 ha torpaq sahəsinə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin hüquqlarına toxunmayacağı müəyyən edildi. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər iddiaçının təqsiri nəticəsində yaranmış hal deyildir və onun məsuliyyət sferasına aid edilərək ziyanına təfsir oluna bilməz. Əks halda bu iddiaçının konstitusion hüquqlarının, yəni mülkiyyət və bərabərlik hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Beləliklə də, iddiaçının müraciəti üzrə torpaq sahəsinə dair hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan Masallı rayonu, Masallı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qərarı əsasında iddiaçının mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi tələbinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Masallı rayon Masallı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qərarı əsasında ünvan 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırmaqla və uyğunsuzluq aradan qaldırılmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmaqla müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar