Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1590/2024 12.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi XN, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N97N-ci il tarixdə Füzuli rayonunda anadan olmuşdur. xx.xx.N2-ci ildə N nömrəli hərbi hissədə xidmətə başlamışdır. Döyüşən hərbi hissədə xidmət etmişdir. Döyüş əməliyyatları zamanı yaralanmışdır. Bununla bununla bağlı hərbi həkim komissiyasının xx.xx.2N22-ci il tarixli, N64 nömrəli qərarıda vardır. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi onun müraciətindən hərbi hissəsi özbaşına tərk etdiyini əsas gətirərək imtina etmişdir. Halbuki hərbi hissəni özbaşına tərk etməmişdir. Odur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası tam əsassızdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan seriya AA3N2N32N nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.N97N-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2N23-cü il tarixli, 4/3-36N8 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2N23-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2N2N-ci il tarixli 4/2-2N8N nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni dəfələrlə özbaşına tərk etdiyinizə və qanuni əsaslarla ehtiyata buraxılmadığınıza görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış Üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin xx.xx.2N22-ci il tarixli, 428 nömrəli arayışında qeyd edilmişdir ki, N97N-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətən O, xx.xx.N2-ci il tarixdən NN.NN,N3-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvəllərində, N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət etmiş, N7 NN.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət etmiş, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığı üçün Füzuli Hərbi Prokurorluğunun xx.xx.2NN9-cu ıl tarixli N7/2938 nömrəli məktubuna əsasən hərbi uçota götürülmüşdür. Əsas: Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2N2N -ci il tarixli 4/2-2N8N nömrəli Arxiv arayışı. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2N2N-ci il tarixli, 4/2-2N8N nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli, 4N №-li əmrilə (əsas: §37, səh.-54) İddiaçı çağırışçı kimi hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. İddiaçı hərbi hissəni özbaşına tərk edib geri qayıtmadığı üçün N №-li hərbi hissə komandirinin NN yanvar N3cü il tarixli 4 №-li əmrilə (əsas: sıra- NN, səh.-NNN) batalyonun ştatından kənar, saxlanılaraq, işi Füzuli Qarnizonu Hərbi Prokurorluğuna göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh.-3N, sıra-N46), Füzuli RHKdan çağırılmış, xx.xx.N97N-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin N yanvar N4-cü il tarixli, N №-li əmrilə, şəxsi heyətin siyahısına daxil olması barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin N yanvar N4-cü il tarixli N №-li əmrində İddiaçı şəxsi heyətin siyahısına daxil olması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin N aprel N4-cü il tarixli, 99 №-li əmrində (əsas: §4 sıra-2, səh.-86; qeyd: əmrdə atasının adı tam yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı V oğlunun qazan təminatından çıxarılması barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərərgah rəisinin müvafiq Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin N fevral N6-cı il tarixli 4N №-li əmrilə (əsas: §7, sıra-NN27, səh.-9N) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edirik ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı xidməti barədə xx.xx.2NN5-ci il tarixli, 9/2-6275 №-li məktubla Rüstəmov Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya, xx.xx.2NN9-cu il tarixli, 9/2-NN376 №-li məktubla vətəndaşın ünvanına ətraflı cavab göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2N23-cü il tarixli, 72N nömrəli arxiv arayışında qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 4N №-li əmrilə İddiaçı (əsas: § 37, səh 54) çağırışçı kimi hərbi hissəyə qəbul olunmuşdur. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda sıravi İddiaçı oktyabr N2-ci il tarixdə (əsas: “sentyabr-dekabr N2”, sıra 59, səh N69, məlumatda atasının adı yazılmamışdır) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda noyabr N2-ci il tarixdə (əsas: "avqust-noyabr N2”, sıra 6, məlumatda atasının adı yazılmamışdır) sıravi İddiaçı adı qeyd olunmuşdur. Lakin məvacib alması barədə imzası yoxdur. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda İddiaçı dekabr N2-ci il tarixdə (əsas: “dekabr N2-fevral N3”, sıra 9, səh 33, məlumatda atasının adı yazılmamışdır) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda İddiaçı yanvar N3-cü il tarixdə (əsas: “dekabr N2-fevral N3”, sıra 68, səh NN2, məlumatda atasının adı yazılmamışdır) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk edib geri qayıtmadığı üçün İddiaçı N №-li hərbi hissə komandirinin NN yanvar N3-cü il tarixli 4 №-li əmrilə (əsas: sıra NN, səh NNN) batalyonun ştatından kənar saxlanılaraq, işi Füzuli Qarnizonu Hərbi Prokurorluğuna göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı: sıra N46, səh 3N) xx.xx.N97N-ci il təvəllüdlü İddiaçı xx.xx.N2-ci il tarixdən Fizuli RHK-dan çağırılması, N №-li hərbi hissədən gəlməsi, komandirin N yanvar N4-cü il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına daxil olması və fərarilik etdiyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N5-ci il tarixli N8 №-li Direktivinə əsasən şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı V. oğlunun N №-li hərbi hissə komandirinin N aprel N4-cü il tarixli 99 №-li əmrində (əsas: § 4, səh 86, sıra 2, əmrdə atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) qazan təminatından çıxarılması barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Fizuli RHK-nın çağırışçısı, N97Nci il təvəllüdlü, yuxarı yaş hədli, sıravi İddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N5-ci il tarixli N8 №-li Difektivinə əsasən N №-li hərbi hissə komandirinin N fevral N6-cı il tarixli 4N №-li əmrilə (əsas: § 7, səh 9N, sıra NN27, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin yanvar-mart N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı şəxsi heyətin siyahısına daxil olması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2N23-cü il tarixli, 2885 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 4N №-li əmrilə (əsas: §-37, səh-54) çağırışçı kimi hərbi hissəyə qəbul olunmuşdur. 2-ci bölüyün hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk edib geri qayıtmadığına görə, N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 4 №-li əmrilə (əsas: sıra-NN, səh-NNN) batalyonun ştatından kənar edilərək, işi Füzuli Qarnizonu Hərbi Ərazi Prokurorluğuna göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı: sıra-N46, səh-3N) xx.xx.N2-ci il tarixdə Fizuli RHK-dan çağırılmış, xx.xx.N97N-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissədən gəlməsi, hərbi hissə komandirin xx.xx.N4-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N5-ci il tarixli N8 №-li Direktivinə əsasən, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 99 №-li əmrində (əsas: §-4, səh-86, sıra-2, əmrdə atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) BMO-nun hərbi qulluqçusu, sıravi İddiaçı V oğlunun hərbi hissəni özbaşına tərk etdiyinə görə, qazan təminatından çıxarılması barədə məlumat vardır. Fizuli RHK-nın çağırışçısı, N97N-ci il təvəllüdlü, yuxarı yaş hədli, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N5-ci il tarixli N8 №-li Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 4N №-li əmrilə (əsas: §-7, səh-9N, sıra-NN27, əmrdə vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin yanvar-mart N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin N5-N6-cı il tarixli əmrlərində İddiaçı hərbi hissəni və xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat aşkar olunmamışdır. Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2N24-cü il tarixli, 2N2 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 4N №-li əmrilə (əsas: §-37, səh-54) çağırışçı kimi hərbi hissəyə qəbul olunmuşdur. 2-ci bölüyün hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk edib geri qayıtmadığına görə, N №-li hərbi hissə komandirinin NN.NN,N3-cü il tarixli, 4 №-li əmrilə (əsas: sıra-NN, səh-NNN) batalyonun ştatından kənar edilərək, işi Füzuli Qarnizonu Hərbi Ərazi Prokurorluğuna göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı: sıra-N46, səh-3N) xx.xx.N2-ci il tarixdə Fizuli RHK-dan çağırılmış, xx.xx.N97N-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissədən gəlməsi, hərbi hissə komandirin xx.xx.N4-cü il tarixli, N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N5-ci il tarixli N8 №-li Direktivinə əsasən, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 99 №-li əmrində (əsas: §-4, səh-6, sıra-2, əmrdə atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) BMO-nun hərbi qulluqçusu, sıravi İddiaçı V. oğlunun hərbi hissəni özbaşına tərk etdiyinə görə, qazan təminatından çıxarılması barədə məlumat vardır. Fizuli RHK-nın çağırışçısı, N97N-ci il təvəllüdlü, yuxarı yaş hədli, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N5-ci il tarixli, N8 №-li Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli, 4N №-li əmrilə (əsas: §-7, səh-9N, sıra- NN27, əmrdə vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin yanvar-mart N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin N5-N6-cı il tarixli əmrlərində İddiaçı hərbi hissəni və xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat aşkar olunmamışdır. Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2N24-cü il tarixli, 777 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 4N №-li əmrilə (əsas: §-37, səh-54) çağırışçı kimi hərbi hissəyə qəbul olunmuşdur. 2-ci bölüyün hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk edib geri qayıtmadığına görə, N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 4 №-li əmrilə (əsas: sıra-NN, səh-NNN) batalyonun ştatından kənar edilərək, işi Füzuli Qarnizonu Hərbi Ərazi Prokurorluğuna göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı: sıra-N46, səh-3N, məlumat olduğu kimi köçürülmüşdür) xx.xx.N2-ci il tarixdə Fizuli RHK-dan çağırılmış, xx.xx.N97N-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissədən gəlməsi, hərbi hissə komandirin xx.xx.N4-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N5-ci il tarixli N8 №-li Direktivinə əsasən, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 99 №-li əmrində (əsas: §-4, səh-86, sıra-2, əmrdə atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) BMO-nun hərbi qulluqçusu, sırav; İddiaçı V. oğlunun hərbi hissəni özbaşına tərk etdiyinə görə, qazan təminatından çıxarılması barədə məlumat vardır. Fizuli RHK-nın çağırışçısı, N97N-ci il təvəllüdlü, yuxarı yaş hədli, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N5-ci il tarixli, N8 №-li Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 4N №-li əmrilə (əsas: §-7, səh-9N, sıra-NN27, əmrdə vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin yanvar-mart N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat aşkar olunmamışdır. Yuxarıda yazılmış Arxiv Arayışında qeyd olunan məlumatlar N və N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərindən olduğu kimi yazılmışdır. Qeyd edirik ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı təvəllüdü “xx.xx.N97N-ci il” və N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 4N №-li əmrində “N97N-ci il” yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən verilmiş arayın qeyd edilmişdir ki, verilir N97N-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətən o, xx.xx.N2-ci il tarixdən, xx.xx.N3-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qvvələrində, N nömrəli hərbi hissədə həqiqi xidmət etmiş, xx.xx.N4-cü tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət etmiş, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığı üçün Füzuli Hərbi Prokrorluğunun xx.xx.2NN9-cu il tarixli tarixli N7/2938 nömrəli məktubuna əsasən hərbi uçota götürülmüşdür. İş materiallarında olan hərbi biletin surətindən görünür ki (səh 25), Hərbi uçota Azərbaycan Respublikası Hərbi Prokrorluğunun xx.xx.2NNN–ci il tarixli HP NN/5N saylı məktubu əsasında götürülmüşdür. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədaröz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın NN-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara NN may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz İddiaçı qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamış və fərariliyi olduğu üçün amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.N6cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1590/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1590/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver