Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1595/2020 05.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X2, X4, X3 və Rəsulova (Əzizova) Reyhanə Dilavər qızının Şirvan şəhəri, Xaqani küçəsində yerləşən 98 saylı bağ evindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Şirvan şəhəri, Xaqani küçəsində yerləşən 98 saylı bağ evinin mülkiyyətçisidir. İddiaçı, bağ evində qeydiyyatda olan X2, X4, X3 və Rəsulova (Əzizova) Reyhanə Dilavər qızının bağ evinin qeydiyyatından çıxarılmaları üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan bağ evinin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin Şirvan şəhəri, Xaqani küçəsində yerləşən 98 saylı bağ evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1595/2020 saylı qərardadı ilə X2, X4, X3 və Rəsulova (Əzizova) Reyhanə Dilavər qızının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında iştirak edən İddiaçıizahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X5, X7, X6 və Rəsulova (Əzizova) Reyhanə Dilavər qızınıonun mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Həmin şəxslər onun qohumları deyildir və heç vaxt həmin bağ evində yaşamamışlar, ümumiyyətlə həmin şəxsləri tanımır. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X10, X12, X11 və Rəsulova (Əzizova) Reyhanə Dilavər qızı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə, ******* nömrəli çıxarşın təsdiq edilmiş surətini, Daşınmaz Əmlakın **********81-11301 reystr nömrəli texniki pasportunun surətini cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X9 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X13 **********89 nömrəli xx.xx.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, üçüncü şəxslər X2, X4, X3 və Rəsulova (Əzizova) Reyhanə Dilavər qızının mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması barədə məlumat yoxdur. Məhkəmə iclasında elan edilmiş ******* nömrəli çıxarışdan və Daşınmaz Əmlakın texniki pasportundan görünür ki, 0.0598 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 46,52 kv.m yaşayış, 42.0 kv.m köməkçi sahədən ibarət 98 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmiləşmiş və daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 134 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iclasında elan edilmiş cavabdehin iddiaçıya ünvanladığı xx xxxxxx 2020-ci il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxslər X10, X12, X11 və Rəsulova (Əzizova) Reyhanə Dilavər qızı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən bağ evində pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında elan edilmiş Cavabdeh məhkəməyə ünvanladığı məktubdan görünür ki, üçüncü şəxslərin sözügedən bağ evinə qeydiyyata düşməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və üçüncü şəxslər X10, X12, X11 və Rəsulova (Əzizova) Reyhanə Dilavər qızı 2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iclasında elan edilmiş Azərbaycan RespublikasınınƏdliyyə Nazirliyi Şirvan şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 05/13-195 nömrəli məktubunun məzmunundan görünür ki, üçüncü şəxslərin iddiaçı ilə qohumluq əlaqələrinin olubolmaması barədə məlumatı aşkar etmək mümkün deyildir. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə X16 üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 593 saylı arayışından görünür ki, X10, X12, X11 və Rəsulova (Əzizova) X8 şəhəri, Xaqani küçəsi, ev 98 ünvanında yaşamırlar. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, yəni iddiaçıya məxsus evdə yaşamadığı və bu hal mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus evin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə heç bir prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X2, X4, X3 və Rəsulova (Əzizova) Reyhanə Dilavər qızınınİddiaçı məxsus ünvan 1 ünvanında yerləşən bağ evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibatiMəhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1595/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1595/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver