Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1598/2024 22.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi XX Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işəməhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və arada olan fərqin ödənilməsi hüququnun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxx 1958-ci ildə anadan olmaqla xx.xx.1972-xx.xx.1974-cü illərdə əyani təhsil almışdır. xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1974-cü ildən sovxozda işləmişdir. Hərbi xidmətə getməsi ilə bağlı işdən çıxsa da, qayıtdıqdan sonra yenə də sovxozda işini davam etdirmişdir. Müxtəlif müəssisələrdə də işləməklə xx.xx.1999-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu xüsusatlar hərbi bileti, atestatı və əmək kitabçası ilə təsdiq olunur. 2003- 2006-cı illər ərzində isə 71 saylı X13 dairə komissiyasının 22 saylı məntəqə seçki komissiyasında işləyərək 2003-cü ilin sentyabr-oktyabr, 2004-cü ilin yanvar, noyabrdekabr, 2005-ci ilin yanvar, iyul-noyabr, 2006-0cı ilin yanvar ayında əmək haqları almışdır. Lakin ona pensiya təyin edilərkən 25 may 2023-cü il tarixdən yaşa görə sosial müavinə təyin olunmuşdur. Halbuki ona yaşa görə əmək pensiyası təyin edilməli idi. Ona yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın hüququnun yarandığı vaxtdan hesablanmaqla arada olan fərqin ona ödənilməsi barədə cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunun 7-ci abzasından görünür ki, 71 saylı X13 dairə komissiyasının 22 saylı məntəqə seçki komissiyasında işləyərək əmək haqqı aldığı dövrlər sığorta stajına daxil edilmişdir. Qanunvericiliyin tələbinə əsasən isə belə vəziyyətdə sığorta stajı 25 il azaldılmaqla ona avtomatik olaraq yaşa görə əmək pensiyası təyin edilməli idi. Ancaq cavabdeh qrum bunu nəzərə almamaqla qanunvericiliyin tələbini və onun hüquqlarını pozmuşdur. Qanunvericiliyə uyğun olaraq ona pensiya növünün dəyişdirilərək yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın hüququ yarandığı vaxtdan hesablanmaqla arada olan fərqin ödənilməsi barədə cavabdeh təşkilata müraciət etsə də, cavabdeh təşkilat tələbini təmin etməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, icraatda olan 2-1 (120)-1598/2024 nömrəli iş üzrə verilmiş iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 47.2-ci maddələrini rəhbər tutaraq işə dair etirazı təqdim edir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Masallı regional “ASAN xidmət” mərkəzinə müraciət etmiş, müraciətə aidiyyəti üzrə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmış, lakin iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək əyani təhsil aldığı illər, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 22 il 9 av 8 gün təşkil edir ki, bu da qanunla tələb olunan müddətdən (25 il) azdır. Buna görə də onun müraciətininin müsbət həlli mümkün olmamışdır. İddiaçının əmək kitabçasında xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək ‘‘Saumyan adına sovxoz"da işlədiyi qeyd olunmuşdur. Lakin, Masallı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli № A-3-48- 33RA/2-Ə-1xx-xx/2023 saylı arxiv arayışına əsasən Masallı rayonu “Hişkədərə” adına (keçmiş Şaumyan adına) sovxozun xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrü üçün iddiaçının adına əmək haqqı hesablanmamışdır. Həmçinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 71 saylı X13 X9 komissiyasının 05 may 2023cü il tarixli 40 nömrəli arayışına əsasən 22 saylı məntəqə seçki komissiyasında ancaq 2003-cü ildə 2 av, 2004-cü ildə 3 av. 2005-ci ildə 6 av adına əmək haqqı hesablandığı müəyyən edilmiş və məhz həmin aylar sığorta stajına daxil edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22—1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1dək sığorta stajı 25 il hesablanır. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il , 2- 1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını -iddiaçının mübahisəli 1996-2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və va) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərclivinin. dövlət məvacibinin və va onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Beləliklə, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edlə bilməz. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İcraatda olan 2-1(120)-1598/2024 nömrəli inzibati iş üzrə İddiaçı “yaşa görə sosial müavinətin dəyişdirilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasfna dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi XX Nümayəndə təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Masallı şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş Əhmədov X1 rayonu, Hişdərə kəndində qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-146727/2023 saylı imtina məktubuna əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 regional “ASAN xidmət” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilən əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək əyani təhsil aldığı illər, xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 22 il 9 ay 8 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Mərkəzi seçki komissiyasının 71 saylı X13 X9 komissiyasının xx.xx.2023-cü il tarixli arayışına əsasən 22 saylı məntəqə seçki komissiyasında ancaq 2003-cü ildə 2 ay, 2004-cü ildə 3 ay, 2005-ci ildə 6 ay adına əməkhaqqı hesablandığı aylar sığorta stajına daxil edilib. Masallı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Hişkədərə sovxozunda xx.xx.1995-ci il tarixindən sonra adına əmək haqqı hesablanmadığı üçün xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr sığorta stajına daxil edilməyib. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixdən 220 manat yaşa görə müavinət təyin edilib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətinin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etməsi tövsiyə olunur. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. - xx.xx.1975-ci il tarixli nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.1999-cu illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Masallı Rayon İcra Hakimiyyəti Masallı Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, A-3-48-33RA/Z-Ə-1xx-xx/2023 saylı arxiv arayışına əsasən, İddiaçı 1992-1999-cu ilə kimi “Hişdərə” (keçmiş Şaumyan adına) sovxozda işlədiyi müddətdə dair cədvəl təqdim edilmiş, 1992-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1993-cü ilin yanvar, fevral, mart, aprel, may, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1994-cü ilin bütün ayları üzrə əmək haqqları məhkəməyə təqdim edilmişdir, 1996-1999-cu illərə aid “Hişdərə” sovxozunun bu illərə aid əmək haqqı sənədləri arxivə verilməmişdir. - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 71 saylı X13 X9 Komissiyasının 40 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən, İddiaçı 71 saylı X13 X9 Komissiyasının 22 saylı məntəqə seçki komissiyasında işləmiş və 2003-cü ilin sentyabr, oktyabr ayları, 2004-cü ilin fevral, noyabr, dekabr ayları, 2005-ci ilin fevral, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları, 2006-cı ilin fevral ayı üzrə əmək haqqı almışdır. - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 71 saylı X13 X9 Komissiyasının 3-11-074/2-10/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı 08 avqust 2003-cü il tarixdən 15 aprel 2006-cı il tarixədək (yeni məntəqə seçki komissiyaları formalaşana qədər) 71 saylı X13 dairəsinin 22 saylı məntəqə seçki komissiyasında həlledici səs hüquqlu komissiya üzvü kimi fəaliyyət göstərmişdir. İddiaçı işlədiyi dövr ərzində onun əmək fəaliyyətinə aid dairə seçki komissiyasında mövcud olan sənədlərin surəti təsdiq olunaraq göndərilir. - Masallı Rayon İcra Hakimiyyəti Masallı Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, M-3-48-33RA/2-041/2024 saylı məktubuna əsasən, İddiaçı xx.xx.2023-cü ildə Masallı regional “ASAN xidmət” mərkəzinə müraciət edərək “Hişkədərə” sovxozunda 1992-ci ildən 1999-cu ilə kimi işlədiyi müddətdə aldığı əmək haqları barədə arxiv arayışı istəmişdir. Prosedur qaydalarına uyğun olaraq onun ərizəsi elektron variantda Masallı RDA-nin elektron poçtuna ünvanlandırılmış və xx.xx.2023-cü ildə cavablandırılmışdır. İddiaçı adına verilmiş xx.xx.2023-cü il tarixli A-3-48-33RA/2-1xx-xx/2023 saylı arxiv arayışının verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətləri göndərilir. “Hişkədərə” sovxozunda işləyən sürücü və mexanizatorların 1995-1999 illərə aid əmək haqqı sənədləri arxivə verilməyib. Digər vətəndaşların da əmək haqqı sənədləri arxivə tam verilməyib, lakin bir neçə icarə kollektivlərinin (briqadaların) sənədləri 1995-ci ilə kimi verilib. Əsasən inzibati işçilərin əmək haqqı sənədləri arxivə verilib. - Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı Prişib 108 nömrəli orta texniki peşə məktəbinə "traktor, avtomibil və k/t maşınlarının təmiti üzrə çilingər" peşəsinə daxil olma və məzun olma tarixi, təhsil müddəti, həmçinin təhsil forması (əyani və ya qiyabi) barədə ətraflı məlumatın və həmin məlumatları təsdiqləyən sənədlərin, o cümlədən xx.xx.1974-cü il tarixli, 5322 nömrəli attestatın və həmin attestatın verilməsinə əsas olan sənədlər Cəlilabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün heç bir məlumat aşkar edilmədi. - 5322 saylı diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1972-xx.xx.1974-cü illərdə Prişib 108 nömrəli orta texniki peşə məktəbinə "traktor, avtomibil və k/t maşınlarının təmiti üzrə çilingər" orta texniki təhsil almışdır. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-35710/2024 saylı məktubuna əsasən, İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2023-ci il tarixdə yaranmışdır. İddiaçının təqdim etdiyi təhsil haqqında diplomun surətinə əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.2015-ci il tarixli 570 nömrəli arxiv arayışına əsasən 11 ay daxil olmaqla mübahisəsiz sığorta stajı 22 il 9 ay 8 gün təşkil edir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1982-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun keçmiş Masallı rayon şöbəsi ilə Masallı rayon Dövlət Arxivinin birgə tərtib etdikləri akta əsasən sabiq “Hişkədərə” və “Şaumyan” sovxozlarında xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək iddiaçının adına əmək haqqı hesablanmadığı müəyyən edilmişdir. Bu səbəbdən qeyd edilən dövrün onun sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə tərəfindən qeyd edilir ki, ümumiyyətlə cavabdeh inzibati orqan tərəfindən iddiaçının İddiaçı təqdim etdiyi xx.xx.1975-ci illərə aid əmək kitablarınin surətlərinə əsasən, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi təhsil haqqında diplomun surətinə əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.2015-ci il tarixli 570 nömrəli arxiv arayışına əsasən 11 ay sığorta stajı olaraq qəbul edilmiş, mübahisəsiz siğorta stajı 22 il 9 ay 8 gün təşkil edir. Hal-hazırki vəziyyətdə cavabdeh orqan tərəfindən iddiaçının Hişkədərə sovxozunda xx.xx.1995-ci il tarixindən sonra adına əmək haqqı hesablanmadığı üçün xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr sığorta stajına daxil edilməmişdir və həmin dövrdə işlədiyi illər cavabdeh orqan tərəfindən mübahisə edilmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.1995-xx.xx.1999--cu il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Hişkədərə sovxozunda işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1999-cu illərdə Hişkədərə (“keçmiş Şaumyan”) sovxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Hişkədərə sovxozunda əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1995-xx.xx.1999--cu il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Hişkədərə sovxozunda işləməsi halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin cəmiyyətdə işləməsi və əmək haqqı alması, o cümlədən idarənin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, xx.xx.1995xx.xx.1999--cu il tarixinədək əmək fəaliyyəti dövrü üzrə “Hişkədərə” sovxozunda işləmiş və əmək haqqı almış, sadəcə olaraq müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. İddiaçı iş yoldaşı X3 məhkəməyə ərizə göndərərək, “Hişkədərə” sovxozunda 1970- 1999-cu illərdə, yəni təsərrüfat fəaliyyəti bitənə qədər baş mühəndis-mexanik işlədiyini, iddiaçının da mexanizator işlədiyini, X2 izahat göndərərək, Hişkədərə sovxozunda baş iqtisadçı işlədiyini, İddiaçı isə mexanizator işlədiyini, X6 izahat göndərək, 1978-ci ildən 1996-cı ilədək “Hişkədərə” sovxozunda normalaşdırıcı texnik vəzifəsində işləmişdir, İddiaçı də onunla sovxozda mexanizator işləmişdir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi dövrdə xx.xx.1995-xx.xx.1999--cu il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Hişkədərə sovxozu mövcud olmuş, iddiaçı həmin sövxoza işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq idarənin sənədləri tam şəkildə arxivə təhvil verilməmiş, sənədlər təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Həmçinin Masallı Rayon İcra Hakimiyyəti Masallı Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, A-3-48-33RA/Z-Ə-1xx-xx/2023 saylı arxiv arayışında göstərilmişdir ki, Şaumyan adına sovxoz, xx.xx.1990-cı ildən “Hişkədərə” sovxozu, xx.xx.1997-ci il tarixdən “Hişkədərə” X11 Təsərrüfatı (BKFT), xx.xx.1998-ci ildən “Hişkədərə” X12 Komissiyası (YAİK) adlanıb. Məhkəmə tərəfindən qeyd edilir ki, “Hişkədərə” sovxozu xx.xx.1997-ci il tarixdən “Hişkədərə” X11 Təsərrüfatı (BKFT), xx.xx.1998-ci ildən “Hişkədərə” X12 Komissiyası (YAİK) adlansa da, həmin dövrlərə dair əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Həmçinin iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrlər sosial siğorta stajı olaraq qəbul edilsə belə, 25 il sosial sığorta stajı toplanır. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1995-xx.xx.1999--cu il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Hişkədərə sovxozunda işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının xx.xx.1995-xx.xx.1999--cu il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Hişkədərə sovxozunda işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1995-xx.xx.1999--cu il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Hişkədərə sovxozunda işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə sovxozun mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin idarə tərəfindən müəyyən dövr üçün idarəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə cavabdehin tərəfindən göstərilən dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair sovxoza məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. Həmçinin iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdən müavinət təyin edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2023-cü il tarixdən) yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı sosial müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1598/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1598/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver