Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1599/2023 28.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46, bina 14, 5 saylı mənzilə ölmüş X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46, bina 14, 5 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1599/2023 saylı qərardadı ilə iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, “Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46, bina 14, 5 saylı mənzilə X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1599/2023 saylı qərardadı ilə iş üzrə X6 və X9 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1599/2023 saylı qərardadı ilə iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, “ünvan 1 ünvanları nəzərə alınmaqla) ölmüş X4 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Lənkəran şəhəri Şəhidlər Xiyabanı 46da 14 saylı binada 5 nömrəli mənzildə qeydiyyatdadır. X2 24 yanvar 2022-ci ildə dünyasını dəyişmişdir. X1 qanuni vərəsəsi kimi Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 25 avqust 2010-cu il tarixli 385 nömrəli sərəncamı ilə atasına verilmiş Lənkəran şəhəri Şəhidlər Xiyabanı 46-da 14 saylı binada 5 nömrəli mənzilə çıxarış almaq istəmişdir. X2 1980-cı ildən ev növbəsində olmuşdur. 1988-ci ildə atam X4 Lənkəran Şəhəri X12 İcraiyyyə Komitəsinin 512 saylı orderi əsasında Lənkəran şəhəri Şəhidlər Xiyabanı 46-da 2 nömrəli binada 5 nömrəli 2 otaqlı mənzil verilib. O vaxtdan həmin ünvanda qeydiyyatda olub və yaşamışlar. 2006-cı ildə yaşadıqları bina qəzalı vəziyyətə düşdüyünə görə Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 25 avqust 2010-cu il tarixli 385 nömrəli sərəncamı ilə binanın qəzalı vəziyyətdə olması səbəbindən oradan çıxarılmışlar, dövlət hesabına bina yenidən tikilərək həmin Sərəncam əsasında Şəhidlər Xiyabanı 46-da 14 saylı binada 5 saylı 2 otaqlı mənzil X2na verilmişdir. Bu Sərəncam əsasında yeni verilmiş mənzilə köçmüşlər. Həmin vaxtdan orada yaşayırlar və həmin ünvanda qeydiyyatddadır. Yaşadığı ünvana hüquqların dövlət qeydiyyatı barədə çıxarış (kupça) almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Sökülmüş köhnə binada olan qonşuları yeni tikilmiş binada onlara İcra hakimiyyətinin verdiyi Sərəncam əsasında çıxarış (kupça) aldığı halda o, bu günə kimi çıxarış ala bilməmişdir. 17.11 2022-ci il tarixli məktubla Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X1 adına çıxarış verilməkdən əsassız olaraq imtina verilmişdir. Səbəb kimi o göstərilmişdir ki, guya o, müraciətinə sosial kirayə müqaviləsini də əlavə etməlidir. Sadalanan qanunverilciik əsaslarından da göründüyü kimi orderin cavabdehə təqdim edilməsi hüquqların dövlət qeydiyyatı üçün kifayət edirdi. Qanundan da görünür ki, order və ya mənzil kirayəsi təqdim edilməlidir. Qanunun mənasından aydın olur ki, qanun orderin kirayə müqaviləsi ilə birlikdə deyil, “və ya” bağlayıcıdan istifadə edilməklə həm orderin, həm də mənzil kirayə müqaviləsinin birlikdə təqdim edilməsini vətəndaşın üzərinə vəzifə kimi qoymamışdır. Orderin təqdim edilməsi isə Dövlət reyestri Xidmətinin hüquqlarımı qeydiyyata alması üşün əsas kimi göstərmişdir. Bununla belə Dövlət Reyestr Xidmətinin imtina məktubundan görünür ki, sosial kirayə müqaviləsini tələb etməklə vəzifə səlahiyyətlərini aşmışdır. Davamlı olaraq cavabdehin əsassız olaraq müxtəif belə bəhanələr gətirməsi məni məhkəməyə müraciət etməyə məcbur etmişdir. Hüquqların pozulduğunu bildiyi və əsassız olaraq Reyestr Xidməti məndən sosial kirayə müqaviləsini tələb etdiyi halda son bəhanəni susdurmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyətindən sosial kirayə müqaviləsinin təsdiq olunmuş surətinin ona verilməsini istəsə də verməmişlər. Yeni tikilmiş binada cavabdeh tərəfindən bütün sakinlərə çıxarış-kupça vermişdir. Ona isə imtina edir. Bütün sakinlər kimi o da Lənkəran Şəhəri X12 İcraiyyyə Komitəsinin 512 saylı orderi əsasında 1988-ci ildən bu evdə yaşamışdır. Sonradan order verilən və illərlə yaşadığı bu ev dövlət tərəfindən Lənkəran İcra Hakimiyyətinin Qərarı əsasında binanın qəzalı vəziyyətdə olması səbəbindən sökülsə də Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 25 avqust 2010-cu il tarixli 385 nömrəli sərəncamı ilə onun əvəzində yeni tikilən binada ev verilməklə əvvəldən yaranan hüquqları bu mənzildə itirilməmişdir. Sonuncu dəfə cavabdeh bildirdi ki, məhkəməyə müraciət et. Qoy məhkəmə qərar çıxarsın ki, çıxarış versinlər. Cavabdeh hamıya həmin binada kupça verdiyi kimi ona da öz qanuni işini görərək kupça-çıxarışı vermək əvəzinə məhkəmənin iş yükünü artırır və əsassız olaraq vətəndaş narazılığına səbəb olur. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. - İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********04 nömrəli bildirişdə göstərilmişdir ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/14 ünvanında yerləşən, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 23 avqust 2010-cu il tarixli 385 saylı “Sərəncamı” əsasında qanun üzrə vərəsəsi olduğu şəxsdən (X7) miras qalmış ümumi sahəsi 49,10 kv.m, yaşayış sahəsi 29,60 kv.m-dən ibarət 2 otaqlı, 5 saylı mənzilə dair yaranmış hüquqların qeydiyyata alınması ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Həmin ünvanda yerləşən mənzil sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə təqdim etdiyi sənədlərə 10 saylı Lənkəran Ərazi İdarəsində daimi fəaliyyətdə olan ekspertiza komissiyası tərəfindən baxılmışdır. Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin mənzilə dair yalnız sözügedən mənzilin mərhum şəxsə ayrılması barədə Lənkəran Şəhər icra Hakimiyyəti başçısının 23 avqust 2010-cu il tarixli 385 saylı “Sərəncamı”nın təsdiqlənməmiş surəti və Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş (2 N-li Forma) arayış təqdim olunmuşdur. Mənzil fondunun özəlləşdirilməsi və mənzillər üzərində hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada tənzimlənir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinəəsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədəərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi iləəlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını (2 N-li Forma) və mənzil sahəsinin orderinin əslini əlavə etməlidir. Göründüyü kimi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatının aparılması qaydalarına uyğun olaraq “Daşınmaz əmlakın dövlət eyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla yanaşı, Mənzil Məcəlləsinin 59.4-cü maddəsinə əsasən, sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmçinin yeni Mənzil Məcəlləsi ilə (01 oktyabr 2009-cu il tarixindən sonra) müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması təsdiq edilməmişdir. Yuxarıda qeyd olunan səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq sözü gedən ünvanda yerləşən həmin daşınmaz əmlak üzərində vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. - İşdə olan Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 245113 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə beyindaxili qansızma səbəbindən ölmüşdür. - İşdə olan Lənkəran Rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 21 saylı məktubla X3 oğlu İddiaçı Mirağa oğluna bütün əmlaklarını vəsiyyət etməsi barədə xx.xx.2021-ci il tarixli vəsiyyətnamə təqdim etmişdir. - İşdə olan Lənkəran şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-2-8/2-244/2023 saylı məktubuna əsasən, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə və Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46-da 14 saylı binada 5 nömrəli mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və mənzilə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, çıxarışın və hüquqlarının qeydiyyatı üçün zəruri sənədlər yetmədiyi halda Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən həmin sənədlərin ona təqdim edilməsi öhdəliyinin Lənkəran Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair işlə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 285 nömrəli sərəncamının və həmin sərəncamın verilməsinəəsas olan sənədlərin əslinin və ya müvafiq qaydada təsdiq olunmuş surətlərinin Şirvan İnzibati Məhkəməsinə təqdim edilməsi ilə bağlı bildirilmişdir ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10cu maddəsinəəsasən rayon və şəhər İcra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən sənədlərin verilmə tarixi idarə daxili arxivdə müvəqqəti saxlanılma müddətini keçdiyi üçün məlumatların təqdim edilməsi imkan xaricindədir. Həmin məlumatların X14 filialından əldə olunması məqsədəmüvafiq hesab edilir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3- 43/2-684/2023 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 20 dekabr tarixli, 2-1(120)-3360/2022 saylı inzibati iş üzrə sərəncamın icrası olaraq ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 49.10 kv.m-dən ibarət, yaşayış sahəsi 29.60 kv.m olan, iki otaqlı, 5 saylı mənzilə dair iş üzrə iddiaçının qanun üzrə vərəsəsi olduğu şəxsin (X7) adına mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə münasibətdə, həmin iş üzrə iddia tələbinə Ərazi İdarəsinin rəsmi münasibətinin (etirazının) bildirilməsi proseduru ilə əlaqədar sözü gedən daşınmaz əmlaka dair arxiv və baza məlumatları araşdırıldı. Sözü gedən ünvanda yerləşən mənzilin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsinin təqdim etdiyi sənədlərə 10 saylı Lənkəran Ərazi İdarəsində daimi fəaliyyətdə olan ekspertiza komissiyası tərəfindən baxılmışdır. Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, sözü gedən mənzilə dair hazırki iş üzrə iddiaçının etibarlı nümayəndəsi tərəfindən yalnız həmin mənzilin mərhum şəxsin adına verilməsinə dair mühüm əhəmiyyətli sənədlərdən sayılan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 385 saylı sərəncamından çıxarışın təsdiqlənmiş surəti və Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş (2 nömrəli -Forma) arayış təqdim olunmuşdur. Mənzil fondunun özəlləşdirilməsi və mənzillər üzərində hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada tənzimlənir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinəəsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi iləəlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını (2 N-li Forma) və mənzil sahəsinin orderinin əslini əlavə etməlidir. Göründüyü kimi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatının aparılması qaydalarına uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbləri hazırki iş üzrə iddiaçı tərəfindən pozulmuşdur. Bununla yanaşı, Mənzil Məcəlləsinin 59.4-cü maddəsinə əsasən, sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Bu baxımdan yanaşılsa belə, hazırki iş üzrə iddiaçı tərəfindən yeni Mənzil Məcəlləsi ilə (01 oktyabr 2009-cu il tarixindən sonra) müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması (01 oktyabr 2009- tarixindən sonrakı dövrə münasibətdə) hal-hazıradək təsdiq edilməmişdir. Yuxarıda qeyd olunan səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin dövrdə sözü gedən ünvanda yerləşən mənzilə dair yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanuna müvafiq hesab edilmiş və hazırki iş üzrə iddiaçının etibarlı nümayəndəsinin icraatda olan 2022-ci il 07 aprel tarixli, ********** qeydiyyat nömrəli ərizəsinin icrası təmin olunmamışdır. Yuxarıda qeyd edilənlərə münasibətdə bildirilmişdir ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinəəsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən həmin mənzilə dair hazırki iş üzrə iddiaçının vərəsəsi olduğu şəxsin adına müvafiq qeydiyyatın aparılmasından qanunvericiliyin tələbinə uyğun olaraq imtina edilmiş və onun ünvanına tərəfimizdən 17 noyabr 2022-ci il tarixli, **********04 qeydiyyat nömrəli “imtina” bildirişi göndərilmişdir. Bu baxımdan hazırki iddia tələbinə dair əsaslılığı və qanuniliyi baxımından tam araşdırılmaqla qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. - İşdə olan X11 Sovetlərinin, Dövlət, Kooperativ və İctimai təşkilatlarının yaşayış evlərinin kirayəsi haqqında 1989-cu il tarixli nümunəvi müqaviləyə əsasən, X4 Lənkəran şəhəri, Ə.Bayramov küçəsi, 46/2, 5 saylı mənzil ayrılmışdır. - İşdə olan Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2023-cü il tarixli, 3-48-DA-7F/1- 80/2023 saylı məktubuna əsasən, X3 adına verilmiş orderin təsdiq edilmiş kserosurətinin verilməsi mümkün olmamışdır. Eyni zamanda Dövlət X13 saxlanılan Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 12 nömrəli protokolu ilə X4 mənzil verilməsi barədə qərarın arxiv çıxarışı və bu qərarın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş kserosurətləri göndərilmişdir. - Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 12 nömrəli protokolundan çıxarışa əsasən, X4 4 nəfər ailə üzvü ilə birlikdə (özü və üç uşağı) Füzuli küçəsində 4/4 nömrəli evdə yaşayan 1980-ci ildən mənzil növbəsində olan, həyat yoldaşının vaxtsız vəfat etməsini və üç azyaşlı uşağı ilə çətin şəraitdə yaşamasını nəzərə alaraq öz xahişi ilə ona Ə.Bayramov küçəsində, 46/2 saylı binada blok 1, mərtəbə 3, 2 otaqlı kommunal mənzil verilmişdir. - İş materiallarında olan Lənkəran şəhər X12 İcraiyyə Komitəsinin 512 saylı, xx.xx.1988-ci il tarixli orderin surətinə əsasən, X4 3 nəfər ailə üzvü (X10, İddiaçı, X9) ilə birlikdə Lənkəran şəhəri, Ə.Bayramov küçəsi, məhəllə 46, ev 2, blok 1, 3-ü mərtəbə, 2 otaqlı 28.9 kv.m mənzil sahəsini tutmaq hüququ verilmişdir. Orderin verilməsinə əsas Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 12 nömrəli qərarı qeyd edilmişdir. - İşdə olan Lənkəran şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 385 saylı sərəncamına əsasən, Lənkəran şəhərinin Şəhidlər xiyabanında yerləşən 46/2 saylı binanın qəza vəziyyətində olması səbəbindən oradan çıxarılaraq yeni tikilmiş Şəhidlər xiyabanında yerləşən 46/14 saylı binaya köçmüş şəxslərin mənzil hüquqlarının həyata keçirilməsi üçün şəraitin təmin edilməsi məqsədilə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4.0.2. maddəsinə uyğun olaraq, Lənkəran şəhərinin Şəhidlər xiyabanında yerləşən qəza vəziyyətində olan 46/2 saylı binada yaşamış X4 3(üç) nəfər ailə üzvü ilə (özü, oğlu və qızı) Lənkəran şəhərinin Şəhidlər xiyabanında yeni tikilmiş 46/14 saylı binada ümumi sahəsi 49,10kvm, yaşayış sahəsi 29,60kvm olan 2(iki) otaqlı, 5 saylı mənzil verilməsi qərara alınmışdır. - Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 12-18/72 saylı forma 2 arayışına əsasən, ünvan 8 ünvanında yerləşən 2(iki) otaqdan ibarət, ümumi sahəsi 49.10kvm, yaşayış sahəsi 29.60 kv.m olan mənzil X3 adına qeydə alınmışdır, evin mənsubiyyəti kommunal mənzil, mənzilin qısa şəraiti normal müəyyən olunmuşdur. - İşdə olan Lənkəran şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-2-1/2-947/2023 saylı məktubuna əsasən, hazırda Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/14 saylı binada heç bir qəzalı vəziyyət müşahidə olunmur və hal-hazırda həmin binada yaşayış vardır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 385 saylı sərəncamının qüvvədən düşməsi ilə bağlı heç bir sənəd aşkarlanmamışdır. - İşdə olan üçüncü şəxslər X6 və X9 tərəfindən təqdim edilmiş ərizələrin surətlərindən görünür ki, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 385 saylı sərəncamı ilə verilmiş ünvan 8 ünvanında yerləşən 2(iki) otaqdan ibarət, ümumi sahəsi 49.10kvm, yaşayış sahəsi 29.60 kv.m olan mənzildə yaşayış hüququndan imtina etmiş, mənzilə dair çıxarışın X1 adına verilməsinə razıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət X13 mühafizə olunan Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 12 nömrəli protokolundan çıxarışla, mərhum X4 4 nəfər ailə üzvü ilə birlikdə (özü və üç uşağı) Füzuli küçəsində 4/4 nömrəli evdə yaşayan 1980-ci ildən mənzil növbəsində olan, həyat yoldaşının vaxtsız vəfat etməsini və üç azyaşlı uşağı ilə çətin şəraitdə yaşamasını nəzərə alaraq öz xahişi ilə ona Ə.Bayramov küçəsində, 46/2 saylı binada blok 1, mərtəbə 3, 2 otaqlı kommunal mənzil verilməsi qərara alınmışdır. Bundan sonra Lənkəran şəhər X12 İcraiyyə Komitəsinin 512 saylı, xx.xx.1988-ci il tarixli orderlə, X4 3 nəfər ailə üzvü (X10, İddiaçı, X9) ilə birlikdə Lənkəran şəhəri, Ə.Bayramov küçəsi, məhəllə 46, ev 2, blok 1, 3-ü mərtəbə, 2 otaqlı 28.9 kv.m mənzil sahəsini tutmaq hüququ verilmişdir. Həmçinin X11 Sovetlərinin, Dövlət, Kooperativ və İctimai təşkilatlarının yaşayış evlərinin kirayəsi haqqında 1989-cu il tarixli nümunəvi müqaviləyə əsasən, X4 Lənkəran şəhəri, Ə.Bayramov küçəsi, 46/2, 5 saylı mənzil ayrılması barədə müqavilə bağlanmışdır. 2010-cu il tarixdə bina qəzalı vəziyyətdə olduğu üçün Lənkəran şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 385 saylı sərəncamı ilə, Lənkəran şəhərinin Şəhidlər xiyabanında yerləşən 46/2 saylı binanın qəza vəziyyətində olması səbəbindən oradan çıxarılaraq yeni tikilmiş Şəhidlər xiyabanında yerləşən 46/14 saylı binaya köçmüş şəxslərin mənzil hüquqlarının həyata keçirilməsi üçün şəraitin təmin edilməsi məqsədilə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4.0.2. maddəsinə uyğun olaraq, Lənkəran şəhərinin Şəhidlər xiyabanında yerləşən qəza vəziyyətində olan 46/2 saylı binada yaşamış X4 3(üç) nəfər ailə üzvü ilə (özü, oğlu və qızı) Lənkəran şəhərinin Şəhidlər xiyabanında yeni tikilmiş 46/14 saylı binada ümumi sahəsi 49,10 kvm, yaşayış sahəsi 29,60 kvm olan 2(iki) otaqlı, 5 saylı mənzil verilməsi qərara alınmışdır. Mənzil mərhum X4 və ailə üzvlərinə təhvil verilən vaxtdan həmin mənzildə mərhum M.Fərəcov ailəsi ilə birlikdə qeydiyyata düşərək yaşamış, mənzildən təyinatına uyğun olaraq istifadə etmişlər. M.Fərəcov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda mərhumun vərəsəsi İddiaçı mübahisəli mənzilin qeydiyyatı ilə əlaqədar o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edərək mülkiyyətin qeydiyyata alınmasıını xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən imtina edilmişdir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Məhkəmə, iş materiallarında olan Lənkəran şəhər X12 İcraiyyə Komitəsinin 512 saylı, xx.xx.1988-ci il tarixli orderə əsasən və Orderin verilməsinə əsas Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 12 nömrəli qərara əsasən müəyyən etmişdir ki, X4 3 nəfər ailə üzvü (X10, İddiaçı, X9) ilə birlikdə Lənkəran şəhəri, Ə.Bayramov küçəsi, məhəllə 46, ev 2, blok 1, 3-ü mərtəbə, 2 otaqlı 28.9 kv.m mənzil sahəsini tutmaq hüququ verilmişdir. Mərhum M.Fərəcov və onun ailə üzvləri həmin mənzildə mülkiyyətçi kimi fasiləsiz və heç bir etiraz olmadan yaşamış və hazırda da İddiaçı yaşamaqdadır. Buna görə həmin mənzil iddiaçı və onun ailə üzvləri üçün mühüm iqtisadi maraq kəsb edir və deməli, bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. İnsan Huquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında da eyni mövqe bildirilmişdir. Cavabdeh orqan tərəfindən imtina verilərək bildirilmişdir ki, sözü gedən mənzilə dair hazırki iş üzrə iddiaçı tərəfindən yalnız həmin mənzilin mərhum şəxsin adına verilməsinə dair mühüm əhəmiyyətli sənədlərdən sayılan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 385 saylı sərəncamından çıxarışın təsdiqlənmiş surəti və Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş (2 nömrəli -Forma) arayış təqdim olunmuşdur. Mənzil fondunun özəlləşdirilməsi və mənzillər üzərində hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada tənzimlənir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını (2 N-li Forma) və mənzil sahəsinin orderinin əslini əlavə etməlidir. Göründüyü kimi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatının aparılması qaydalarına uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbləri hazırki iş üzrə iddiaçı tərəfindən pozulmuşdur. Bununla yanaşı, Mənzil Məcəlləsinin 59.4-cü maddəsinəəsasən, sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Bu baxımdan yanaşılsa belə, hazırki iş üzrə iddiaçı tərəfindən yeni Mənzil Məcəlləsi ilə (01 oktyabr 2009-cu il tarixindən sonra) müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması (01 oktyabr 2009-cu il tarixindən sonrakı dövrə münasibətdə) hal-hazıradək təsdiq edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cavabdeh inzibati orqanın iddiaçının mərhum atası M.Fərəcovun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas yoxdur, yəni cavabdeh inzibati orqanın iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmişdir. Həmin Fərmanın 5-ci bəndində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin edilməsi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı aşağıdakılar qeyd edilmişdir:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci maddəsində qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində hüququn əldə edilməsi üçün əsasdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının sərəncamı mülkiyyət hüququnun qeydiyyata alınması əsaslarından biri kimi çıxış edir. Lakin həmin maddənin tələbindən də aydın olur ki, qeyd olunan sərəncamın 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, onun barəsində 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları nəzərə alınmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 107-ci maddəsindən də müəyyən edilir ki, yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 17-ci maddəsinə əsasən, mənzil fondu-Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur.Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Azərbaycan Respublikasından mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən imtina məktubunda iddiaçı tərəfindən təqdim edilən sənədlər toplusuna baxış keçirilən zaman orderin əslinin və mənzil kirayə müqaviləsinin əlavə olunmaması müəyyən edildiyi bildirilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum M.Fərəcov 2022-ci ilədək, iddiaçı və üçüncü şəxslər həmin mənzildə qeydiyyatdadır və bugünədək yaşayırlar. Ötən müddət ərzində mübahisəli mənzilə digər şəxslər iddialı olmamışdır. Həmçinin məhkəmə tərəfindən şəhərinin Şəhidlər xiyabanında yeni tikilmiş 46/14 saylı binadakı mənzillərə digər vətəndaşların mülkiyyət hüquqlarının qeydə alınması barədə sorğular göndərilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən həmin binada olan bəzi mənzillərə mülkiyyət hüquqlarının qeydə alınması barədə sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlər arasında Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46/14, 24 saylı mənzilin X8 məxsus olması barədə xx.xx.2011-ci il tarixli, ********** saylı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış məhkəməyə daxil olmuş, çıxarışa əsas olmuş sənəd isə İşdə olan Lənkəran şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 434 saylı sərəncam olmuşdur, Həmin sərəncama əsasən, Lənkəran şəhərinin Şəhidlər xiyabanında yerləşən qəza vəziyyətində olan 46/2 saylı binada yaşayan X8 4 nəfər ailə üzvü ilə Lənkəran şəhərinin Şəhidlər Xiyabanında yeni tikilmiş 46/14 saylı binada ümumi sahəsi 62.32 kv.m, yaşayış sahəsi 39.10 kvm olan 3(otaqlı) otaqlı, 24 saylı mənzil verilməsi qərara alınmışdır. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli çıxarışla eyni binada, eyni məzmunlu Lənkəran şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 434 saylı sərəncamı əsasında digər sakinin mülkiyyət hüquqları qeydə alınmış, kirayə müqaviləsi və s. sənədlər təqdim edilməsə də cavabdeh orqan tərəfindən heç bir müdaxilə və ya maneə yaradılmamış, lakin hazırki vəziyyətdə eyni məzmunlu sənədlər təqdim edən iddiaçının tələbi isə qeydə alınmamış və imtina verilmişdir. Məhkəmə həmçinin bildirir ki, Lənkəran şəhər X12 İcraiyyə Komitəsinin 512 saylı, xx.xx.1988ci il tarixli orderin əslinin olmamasını iddia tələbinə imtina etmək üçün əsas olaraq göstərsə də, Azərbaycan Respublikası Dövlət X13 mühafizə olunan Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 12 nömrəli protokolundan çıxarışa nəzər yetirildikdə müəyyən edilir ki, mərhum X4 4 nəfər ailə üzvü ilə birlikdə (özü və üç uşağı) Füzuli küçəsində 4/4 nömrəli evdə yaşayan 1980-ci ildən mənzil növbəsində olan, həyat yoldaşının vaxtsız vəfat etməsini və üç azyaşlı uşağı ilə çətin şəraitdə yaşamasını nəzərə alaraq öz xahişi ilə ona Ə.Bayramov küçəsində, 46/2 saylı binada blok 1, mərtəbə 3, 2 otaqlı kommunal mənzil verilməsi qərara alınmışdır. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş orderin surətində orderin verilməsinə əsas olan hissədə “Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 12 nömrəli qərarı” sözlərinin yazılması ilə öz əksini tapmış və orderin 1988-ci il tarixdən mövcud olmasına mötəbər sübut kimi məhkəmə tərəfindən nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, mərhum M.Fərəcova Lənkəran şəhər İcra Hakimiyyətinin xx.xx.2010cu il tarixli, 385 saylı sərəncamı ilə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46/14, 5 saylı mənzil verilən zaman kirayə müqaviləsi bağlanması məcburi olmamışdır, çünki mərhum M.Fərəcova qəzalı vəziyyətdə olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 46/2 binada, keçmiş Lənkəran şəhəri, Ə.Bayramov küçəsi, məhəllə 46, ev 2, blok 1, 3-ü mərtəbə, 2 otaqlı 28.9 kv.m mənzili Lənkəran şəhər X12 İcraiyyə Komitəsinin 512 saylı, xx.xx.1988-ci il tarixli orderə və həmin orderin verilməsinə əsas Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 12 nömrəli qərarla verilmişdir. Həmçinin məhkəmə nəzərə çatdırır ki, cavabdeh orqan dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatını aparmaq öhdəliyi daşıyır və müvafiq icra hakimiyyəti orqanın verdiyi sərəncam, order, müqavilənin məzmununa uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, cavabdeh orqan tərəfindən sərəncam, order, kirayə müqaviləsi məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncam, order, kirayə müqaviləsinin icrasından imtina oluna bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan RespublikasınınDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” təlimatın: 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən fərdi yaşayış evi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən, məhkəmə hesab edir ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46, bina 14, 5 saylı mənzilə mərhum X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mülkiyyət hüquqlarına dair müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının ilkin müraciətindən cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və yahüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-944/2020saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Beləliklə, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının həmin yaşayış sahəsinə, onun həmin mənzilə köçdüyü 1990-cı ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyindən, buradan, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) mənzil hüquq münasibətlərinin iştirakçısı olubolmadığının müəyyən edilməsindən ibarətdir.” Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı mövqeyi ondan ibarət olmuşdur ki, şəxsin mənzilə köçdüyü 1973-cü ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyindən, həmçini mənzil hüquq münasibətlərinin iştirakçısının olub-olmamasının müəyyən edilməsi iddianın həllində əhəmiyyətli rol oynayır. Məhkəmə qeyd etmək istəyir ki, hazırki mübahisə üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı 1973-cü il tarixdən yaşayış sahəsinə qeydiyyata alınmış, həmin yaşayış sahəsinə münasibətdə müəssisə tərəfindən onun adına müvafiq order verilmiş, bununla da o, mənzilə dair hüquq münasibətinin subyekti olmuşdur. Həmçinin iddiaçının ailə üzvləri mənzilin onun adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına etiraz etməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülah izələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46, bina 14, 5 saylı mənzilə mərhum X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı iddia tələbi təmin edilsin. ünvan 1 ünvanları nəzərə alınmaqla) ölmüş X4 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Amilya Hüseynova