Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-16/2021 04.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Bakı şəhəri, Y.Yasamal-2, ev 8, mənzil 135-də yaşayış yeri üzrə qeydiyyatda olan), İddiaçının vəkili və nümayəndəsi X3 (Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, 35A-da yaşayış yeri üzrə qeydiyyatda olan), Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X28 nümayəndəsi X2 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X28 hüquq məsləhətçisi, Göyçay şəhəri, Atatürk küçəsi, ev 104 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan) və Üçüncü şəxs X11 (Kürdəmir rayonu, Atakişili kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X26rşı X18 ilə X5 adına Kürdəmir rayon X10 xx.xx.1998-ci il tarixli qərarı ilə Kürdəmir rayonu Atakişili kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsinə dair verilmiş JN-258F (kod 90603018) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X26rşı imtinanın əsassız hesab edilməsi, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair çıxarışın və texniki pasportun verilməsi cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini dəyişərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X26rşı X18 ilə X5 adına Kürdəmir rayon X10 xx.xx.1998-ci il tarixli qərarı ilə Kürdəmir rayonu Atakişili kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsinə dair verilmiş JN-258F (kod 90603018) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında torpaq sahəsinə və 1965-ci ildə inşa edilmiş ümumi sahəsi 30 kv.m, o cümlədən yaşayış sahəsi 30 kv.m olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(086)-1698/2019 saylı qərarına əsasən iddia qismən təmin edilmiş, Kürdəmir rayonu Atakişili kəndində 1965-ci ildə inşa edilmiş ümumi sahəsi 30 kv.m olan fərdi yaşayış evinə dair hüququn ölmüş X12 məxsus olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. X23-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(086)-1698/2019 saylı qərardadına əsasən iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı X18 ilə X5 adına Kürdəmir rayonu Atakişili kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) və texniki pasportun verilməsi hissəsində mümkün sayılmamışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(086)-1698/2019 saylı qərarından və qərardadından iddiaçı apelyasiya şikayətləri vermiş və Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(106)- 238/2020 saylı qərardadı ilə İddiaçı apelyasiya şikayətləri qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(086)-1698/2019 nömrəli qərardadı ləğv edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(086)-1698/2019 nömrəli qərarı qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissələrdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X26rşı iddia tələbinə dair işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Kürdəmir rayon X10 xx.xx.1998-ci il tarixli qərarı ilə Kürdəmir rayonu, Atakişili kəndində yerləşən evin 0,30 hektar həyətyanı torpaq sahəsinin kənd sakini X12 məxsus olmasını təsdiq edən JN-258F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, xx.xx.2005-ci il tarixdə vəfat etmiş, sağlığında xx.xx.1992-ci il tarixdə Kürdəmir rayon Notariat Kontorunda 81-46 nömrəli reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş vəsiyyətnaməsi ilə özünə məxsus Kürdəmir rayonu, Atakişili kəndində yerləşən evini ona vəsiyyət etmiş, qalan bütün vərəsələri həmin paydan məhrum etmişdir. Mərhum bibisinin birinci növbəli vərəsəsi olmamış, bibisinin vəfatından sonra ona vəsiyyət edilmiş miras əmlakı faktiki qəbul edib idarə etməyə başlamışdır, lakin daimi Bakı şəhərində yaşadığından, vərəsəlik qaydasında ona miras qalmış həmin evə və evin yerləşdiyi torpaq sahəsinə baxılması və həyətyanı torpaq sahəsində yerləşən ağaclara qulluq edilməsi qarşılığında bağın otundan və meyvəsindən istifadə etmək şərti ilə o, miras evi və bağı həmin kənddə yaşayan X13 Kürdəmir rayon Notariat Kontorunda xx.xx.2008-ci il tarixdə 10 il müddətinə verdiyi etibarnamə əsasında istifadəyə vermişdir. O vaxtdan bu günədək həmin evə və torpaq sahəsinə X19 baxmış və qulluq etmişdir. 2018-ci ilin mart ayında X13 verdiyi etibarnamənin müddətinin bitməsi və artıq vərəsəlik qaydasında həmin evə və torpaq sahəsinə vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı Atakişili kəndinə gəldiyində X7 qardaşı X11 mərhum bibisinin həyətyanı torpaq sahəsində özbaşına və qanunsuz kürsülü evin inşa etməsinin şahidi olmuşdur. Onun bu qanunsuz hərəkətlərinə son qoymaq məqsədi ilə miras əmlaka dair vərəsəlik şəhadətnaməsini almaq üçün Kürdəmir rayon Notariat Kontoruna müraciət edərkən mirasqoyanın adına verilmiş JN- 258F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni itirdiyindən bu haqda qanunla nəzərdə tutulmuş qaydada qəzetə elan verdikdən və bu haqda polis orqanlarından müvafiq arayış aldıqdan sonra cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək mərhum X8 adına torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,30 hektar torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun verilməsini xahiş etmişdir. Hazırda iddia tələbi vəsiyyətnamə əsasında əldə etdiyi evə dair Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilmişdir. X18 ilə X5 adına Kürdəmir rayon X10 xx.xx.1998-ci il tarixli qərarı ilə Kürdəmir rayonu Atakişili kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsinə dair verilmiş JN-258F (kod 90603018) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi X14 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasda iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçının müraciəti ilə əlaqədar inventarlaşdırma aparılması məqsədi ilə fərdi yaşayış evinə və torpaq sahəsinə baxış keçirilərkən sözügedən 0,30 ha torpaq sahəsində başqa şəxsə məxsus olan fərdi yaşayış evinin olması və həmin şəxsin torpaq sahəsinə iddialı olması müəyyən edilmişdir. Mübahisə olduğuna görə də iddiaçının müraciətindən imtina olunmuşdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs X22 şifahi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, X5 anası X20 ilə şifahi qaydada razılaşaraq iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi daxilində 1965-ci ildə inşa edilmiş fərdi yaşayış evindən kənarda başqa fərdi yaşayış evi inşa etdirmişdir, lakin həmin torpaq sahəsinə və tikdirdiyi fərdi yaşayış evinə dair heç bir hüquq müəyyənedici sənədi yoxdur. Onun sözügedən torpaq sahəsinə və köhnə evə qarşı heç bir iddiası yoxdur. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X9 şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Bakı şəhəri, Y.Yasamal-2, ev 8, mənzil 135-də yaşayış yeri üzrə qeydiyyatdadır. İş materialında olan torpağın mülkiyyətə verilməsinə dair JN-258F (kod 90603018) nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Kürdəmir rayon X10 xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X8 və X5 mülkiyyətinə 0,30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materialında olan xx.xx.1991-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, Kürdəmir rayonu, Atakişili kənd sakini X18 vəfat etdikdən sonra özünün adına olan evi və həmin evə aid bağ sahəsini qardaşı qızı İddiaçı vəsiyyət etmişdir. İş materialında olan xx.xx.1992-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, Kürdəmir rayonu, Atakişili kənd sakini X18 vəfat etdikdən sonra Kürdəmir rayonu, Atakişili kəndində yerləşən özünün adına olan 1 otaqlı evi qardaşı qızı İddiaçı vəsiyyət etmişdir. İş materialında olan AZ-İ 935276 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2005-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. İş materialında olan Kürdəmir rayon Dövlət Arxinin xx.xx.2018-ci il tarixli, 236 nömrəli arxiv arayışının təsdiq edilmiş surətindən görünür ki, 1996-2000-ci illərə aid Kürdəmir rayonu, Atakişili kəndinin 12 saylı təsərrüfatbaşına kitabın 1053 nömrəli şəxsi hesabına əsasən xx.xx.2005-ci il tarixdə vəfat etmiş X8 başçılıq etdiyi təsərrüfatda 1996- 2000-ci illərdə 0,30 hektar torpaq sahəsi və 1965-ci ildə tikilmiş ümumi sahəsi 30 kv.m, o cümlədən yaşayış sahəsi 30 kv.m olan ev olduğu qeyd olunmuşdur. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********73 nömrəli məktubunun surətindən görünür ki, sözügedən ərazidə mübahisəli hallar mövcud olduğunu nəzərə alaraq mülkiyyəti dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2019-cu il tarixli, 05/01-Ə-156/13 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2005-ci il tarixdə ölmüş X1 rayon Dövlət Notariat Ofisində xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 1 otaqlı evi İddiaçı vəsiyyət etməklə xx.xx.1991-ci il tarixli vəsiyyətnaməni qismən dəyişdirmişdir. Vəsiyyətnamənin qalan hissəsinə dair dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 548-ci maddəsinə əsasən vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirməyə və ya ləğv etməyə haqlıdır. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur. Sonradan tərtib edilən vəsiyyətnamə əvvəlki vəsiyyətnaməni tamamilə və ya onun həmin vəsiyyətnaməyə zidd olan hissəsini ləğv edir. İş materialında olan Azərbaycan Respublikası Kürdəmir Rayon İHB-nın Atakişili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, N-112 nömrəli məktubunda qeyd olunmuşdur ki, X8 vərəsələrinin dairəsi barədə icra nümayəndəliyində heç bir məlumat yoxdur. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin notariusunun məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 673 nömrəli məktubunda qeyd olunmuşdur ki, X8 vəsiyyətnamə üzrə vərəsəsi X6r. Əlavə olaraq bildirirəm ki, X8 birinci dərəcəli vərəsələri haqda heç bir məlumatımız yoxdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X15 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 1996-2000-ci illərə aid Kürdəmir rayonu, Atakişili kəndinin 12 saylı təsərrüfatbaşına kitabının 1053 nömrəli şəxsi hesabına əsasən xx.xx.2005-ci il tarixdə vəfat etmiş X8 başçılıq etdiyi təsərrüfatda 1996- 2000-ci illərdə 0,30 hektar torpaq sahəsi və 1965-ci ildə tikilmiş ümumi sahəsi 30 kv.m, o cümlədən yaşayış sahəsi 30 kv.m olan ev olmuşdur. xx.xx.1991-ci il tarixli vəsiyyətnamə Kürdəmir rayonu, Atakişili kənd sakini X18 vəfat etdikdən sonra özünün adına olan evi və həmin evə aid bağ sahəsini qardaşı qızı İddiaçı vəsiyyət etmişdir. Sonradan xx.xx.1992-ci il tarixli vəsiyyətnamə ilə Kürdəmir rayonu, Atakişili kənd sakini X1 rayonu, Atakişili kəndində yerləşən özünün adına olan 1 otaqlı evi qardaşı qızı İddiaçı vəsiyyət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə fərdi yaşayış evinə dair hüququn ölmüş X12 məxsus olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur. Sözügedən 0,30 hektar torpaq sahəsi X8 və X5 mülkiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1172-ci maddəsinə görə, əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Həmin Məcəllənin 1159.1 və 1159.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar: Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Məhkəmə hesab edir ki, X8 iddiaçıya vəsiyyətnaməsi yalnız evə aid olduğundan torpaq sahəsinə qanun üzrə vərəsəlik tətbiq olunmalıdır. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hazırkı iddianın əsaslı hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: iddiaçı qanun və ya vəsiyyət üzrə vərəsə olmalıdır, vərəsəsi olduğu şəxs daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmasa da, həmin hüquqları ölənədək əldə etmiş olmalıdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X18 və X16 0,30 hektar torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmişlər. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə həmçinin, Şirvan Apelyasiya Məhkəməsinin göstərişlərinə əsasən, torpaq sahəsinə münasibətdə X8 birinci növbədə vərəsələrinin müəyyən edilməsi məqsədilə Kürdəmir Rayon İHB-nin Atakişili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin notariusuna sorğular göndərmiş, X8 birinci dərəcəli vərəsələri haqda məlumatların olmaması barədə cavablar alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X18 ilə X5 adına Kürdəmir rayon X10 xx.xx.1998-ci il tarixli qərarı ilə Kürdəmir rayonu Atakişili kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsinə dair verilmiş JN-258F (kod 90603018) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında torpaq sahəsinin X12 (hüququn ölmüş şəxsə) və X9 məxsus olması haqqında arayışın (Çıxarışın) verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X28 üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. X18 ilə X5 adına Kürdəmir rayon X10 xx.xx.1998-ci il tarixli qərarı ilə Kürdəmir rayonu Atakişili kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsinə dair verilmiş JN- 258F (kod 90603018) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında torpaq sahəsinin X12 (hüququn ölmüş şəxsə) və X9 məxsus olması haqqında arayışın (Çıxarışın) verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X28 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-16/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-16/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver