Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-16/2022 08.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi Üçüncü şəxs X6 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı «Beyləqan-Taxıl” ATSC-nin Cavabdehnə qarşı (Beyləqan rayon İ Şahsevən bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və X9 üçüncü şəxs qismində cəlb edilməklə) "Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamının etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1 İddiaçı X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2-1(120)-421/2020 nömrəli qərardadı ilə “Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamının etibarsız hesab edilməsi” barədə iddiası üzrə Beyləqan rayon İ Şahsevən bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2-1(120)-421/2020 nömrəli qərardadı ilə iddiaçı X5 Cavabdehnə qarşı “Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamının etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə iddiaçı X5 əsl iddiaçı «Beyləqan-Taxıl” ATSC ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin müvafiq sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 20 entyabr 2003-cü il tarixində Beyləqan rayonu İ Şahsevən Bələdiyyəsinə torpaq sahəsinin alınması üçün ərizə ilə müraciət etmişdir. Müraciətinə baxılmış və Beyləqan rayonu İ Şahsevən Bələdiyyəsinin 2004-cü il 14 fevral tarixli 02 saylı qərarına əsasən ona 0.66 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə satılmışdır. Bu torpaq sahəsinə 09 avqust 2004-cü il tarixində torpaqların alqı satqısına dair akt tərtib olunmuşdur. Bundan sonra isə həmin sahəsinə JN: 1059, Kod- 60713018 olan torpağa mülkiyyət hüququna dair 18 may 2005-ci il tarixli Dövlət aktı verilmişdir. Ona verilmiş 0.66 ha torpaq sahəsinin sənədləşdirilməsi zamanı məlum oldu ki, həmin torpaq sahəsinin 0.13 ha Beyləqan rayonunun Daşburun qəsəbəsində hal-hazırda fəaliyyət göstərən Xudafərin Gömrük İdarəsinə yeni inzibati binanın tikintisi məqsədi ilə Cavabdeh başçısı tərəfindən 28 noyabr 2013-cu il tarixli, 217 saylı sərəncam verilmişdir. Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamında həmin 0.13 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması bəhanəsindən istifadə edilmişdir. Həqiqətdə isə həmin torpaq sahəsi Beyləqan rayonu İ Şahsevən Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına üçüncü şəxs X6 nümayəndəsi X7 gəlmiş, iddiaçının, cavabdehin və digər üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının, cavabdehin və digər üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 nümayəndəsi X7 iddiaçının hazırkı tələb üzrə müvafiq subyektiv hüququ olmadığından iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı hazırkı tələb üzrə müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamına əsasən, Beyləqan rayonu Daşburun qəsəbəsində hal-hazırda fəaliyyət göstərən Xudafərin Gömrük İdarəsinə yeni inzibati binanın tikintisi altına Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən Ələt-Culfa avtomobil yolunun sol tərəfindən, Xudafərin Gömrük İdarəsinin mövcud ərazisinə bitişik, Dövlət mülkiyyətində saxlanılmış torpaq sahəsindən 0,13 hektar torpaq sahəsi ayrılması, Beyləqan rayonunun Daşburun qəsəbəsində hal-hazırda fəaliyyət göstərən Xudafərin Gömrük İdarəsinə Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisindən keçən Ələt-Culfa avtomobil yolunun sol tərəfindən ayrılmış 0,13 hektar torpaq sahəsində yeni inzibati binanın tikintisinə razılıq verilməsi, Rayon İcra Hakimiyyəti başçısının bu sərəncamından irəli gələn vəzifələrin həlli İcra hakimiyyəti başçısı aparatının Memarlıq tikinti şöbəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinə tapşırılması qərara alınmışdır. İşdə olan JN 1059 saylı, Kod 60713018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə sahibkarlıq məqsədi üçün X3 0.66 ha torpaq sahəsi verilmişdir. İşdə olan Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə Beyləqan rayonu «Beyləqan-Taxıl» ATSC-nə bələdiyyənin mülkiyyətindəki alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən məqsədi ilə 6525 m2 torpaq sahəsi satılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli qərarına müvafiq olaraq 6525 m2 torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə arayış verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilməsi, «Beyləqan-Taxıl» ATSC-nin idarə heyətinə normativ qiymətdən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərini X1 bankdakı hesabına ödəməsi qərara alınmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X9 tərəfindən etiraz verilərək bildirilmişdir ki, inzibati mühakimə qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati nə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi qimətləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu alı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyəti üzrə araşdırmasını aparmalıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın mümkün sayılması üçün mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı, əlverişsiz inzibati akt olmalı, iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli, iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı, qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. Qeyd edilənlərdən müəyyən edilir ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də iddianın qanunla nəzərdə tutulmuş müddətdə verilməsidir ki, İddiaçı qanunvericiliyin bu normasına riayət etmədən məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunaraq ekspertlər qarşısında "1. Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə “Beyləqan-Taxıl” ATSC-yə kənd təsərrüfatı və sahibkarlıq məqsədilə satılmış 6525 m2 torpaq sahəsinin əvvəlki (xx.xx.2004-cü il tarixə) və hazırki hüquqi statusu (dövlət, xüsusi, bələdiyyə mülkiyyətində olması) və hüquqi rejimi (kənd təsərrüfatı təyinatlı torpaqlar və s.) nədir? 2. Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə “Beyləqan- Taxıl” ATSC-yə satılmış 6525 m2 torpaq sahəsinin faktiki vəziyyəti (naturadakı yeri) ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddurmu? Əgər uyğunsuzluq varsa hansı hissədə və hansı həcmdə uyğunsuzluq vardır? 3. Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə “Beyləqan-Taxıl” ATSC-yə kənd təsərrüfatı və sahibkarlıq məqsədilə satılmış 6525 m2 torpaq sahəsi ilə “Beyləqan-Taxıl” ATSC-nin hazırda faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşürmü? Üst-üstə düşürsə hansı hissədə (qonşu torpaq sahələrinin sərhədləri müəyyən edilməklə sözügedən torpaq sahələrinin koordinatları göstərilməklə sxemini tərtib edib rəyə əlavə etmək); 4. Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamı ilə yeni inzibati binanın tikintisi üçün Xudafərin Gömrük İdarəsinə ayrılmış 0,13 ha torpaq sahəsinin əvvəlki (xx.xx.2013-cü il tarixə) və hazırki hüquqi statusu (dövlət, xüsusi, bələdiyyə mülkiyyətində olması) və hüquqi rejimi (kənd təsərrüfatı təyinatlı torpaqlar və s.) nədir? 5. Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamı ilə yeni inzibati binanın tikintisi üçün Xudafərin Gömrük İdarəsinə ayrılmış 0,13 ha torpaq sahəsinin faktiki vəziyyəti (naturadakı yeri) ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddurmu? Əgər uyğunsuzluq varsa hansı hissədə və hansı həcmdə uyğunsuzluq vardır? 6. Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə “Beyləqan-Taxıl” ATSC-yə satılmış 6525 m2 torpaq sahəsinin kordinatları (sərhədləri) ilə Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamı ilə yeni inzibati binanın tikintisi üçün Xudafərin Gömrük İdarəsinə ayrılmış 0,13 ha torpaq sahəsinin kordinatları (sərhədləri) bir-biri ilə üst-üstə düşür? Üst-üstə düşürsə hansı hissədə (qonşu torpaq sahələrinin sərhədləri müəyyən edilməklə sözügedən torpaq sahələrinin koordinatları göstərilməklə sxemini tərtib edib rəyə əlavə etmək); 7. Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə “Beyləqan- Taxıl” ATSC-yə satılmış 6525m2 torpaq sahəsinin bələdiyyənin ehtiyat fondunun torpaqlarına aiddirmi? Əgər aiddirsə, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlardır yoxsa kənd təsərrüfatına az yararlı və yararsız torpaqlara aiddir?; 8. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin öz səlahiyyətinə (sərəncamına) buraxılsın: məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında verdikləri 25 noyabr 2021-ci il tarixli, 10/5664 saylı rəydə ekspert "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan LTİ-nin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə “Beyləqan-Taxıl” ATSC-yə kənd təsərrüfatı və sahibkarlıq məqsədilə satılmış 6525 m2 torpaq sahəsi xx.xx.2004-cü il tarixə qədər bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmuşdur. Hal-hazırda isə qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla kənd təsərrüfatı torpaqlar kateqoriyasına aiddir. Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə “Beyləqan-Taxıl” ATSC-yə satılmış 6525 m2 torpaq sahəsinin faktiki vəziyyəti (naturadakı yeri) ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir. Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə “Beyləqan-Taxıl” ATSC-yə kənd təsərrüfatı və sahibkarlıq məqsədilə satılmış 6525 m2 torpaq sahəsi ilə “Beyləqan-Taxıl” ATSC-nin hazırda faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamı ilə yeni inzibati binanın tikintisi üçün Xudafərin Gömrük İdarəsinə ayrılmış 0,13 ha torpaq sahəsinin xx.xx.2013-cü il tarixə qədər bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmuşdur. Hal-hazırda isə qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamı ilə yeni inzibati binanın tikintisi üçün Xudafərin Gömrük İdarəsinə ayrılmış 0,13 ha torpaq sahəsinin faktiki vəziyyəti (naturadakı yeri) ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir. Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə “Beyləqan-Taxıl” ATSC-yə satılmış 6525 m2 torpaq sahəsinin sərhədlərinin koordinatları ilə Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamı ilə yeni inzibati binanın tikintisi üçün Xudafərin Gömrük İdarəsinə ayrılmış 0,13 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. - Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə “Beyləqan- Taxıl” ATSC-yə satılmış 6525 m2 sahəsi kənd təsərrüfatına az yararlı yararsız torpaqlara aid olmaqla bələdiyyənin ehtiyat fondunun torpaqlarına aid olduğunu” vurğulamışlar. Beləliklə, ekspert rəyi ilə məlum olmuşdur ki, Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə “Beyləqan-Taxıl” ATSC-yə satılmış 6525 m2 torpaq sahəsinin faktiki vəziyyəti (naturadakı yeri) ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil, Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə “Beyləqan-Taxıl” ATSC-yə satılmış 6525 m2 torpaq sahəsinin sərhədlərinin koordinatları ilə Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamı ilə yeni inzibati binanın tikintisi üçün Xudafərin Gömrük İdarəsinə ayrılmış 0,13 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Göründüyü kimi, iddiaçı ona ayrılmış torpaq sahəsinin üçüncü şəxsə ayrıldığını iddia edərək hazırda mübahisələndirdiyi Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamını mübahisələndirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin, eləcə də üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatlarını, eləcə də Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamına əsasən Xudafərin Gömrük İdarəsinə ayrılmış həmin torpaq sahəsi ilə Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə “Beyləqan-Taxıl” ATSC-yə sahibkarlıq məqsədi üçün ayrılmış torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsini müəyyən etmək mümkün olmadığından iddiaçı hazırkı iddia tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə dair subyektiv hüquqlarının pozulduğunu əsaslandıra bilmir və o, öz hərəkətlərində hüquqi ixtiyarlı deyildir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə ki, iddiaçı hazırki iddia üzrə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının nəticələrinə dair 50 manat məbləğində məhkəmə xərci mövcuddur ki, bu xərc iddianın araşdırılması nəticəsində yaranmışdır. İddia mümkün iddia olmadığından məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1,35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «Beyləqan-Taxıl” ATSC-nin Cavabdehnə qarşı (Beyləqan rayon İ Şahsevən bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və X9 üçüncü şəxs qismində cəlb edilməklə) "Cavabdeh başçısının 28 noyabr 2013-cu il tarixli, 217 nömrəli sərəncamının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti iddiaçı «Beyləqan- Taxıl” ATSC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-16/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-16/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver