Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-16/2025 12.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsinə dair bildirişin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İşin halları İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə qarşı «hesablanmış debitor borcunun və maliyyə sanksiyasının əsassız hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DSMF İmişli rayon şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 186400.07 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının və 39731.97 manat məbləğində maliyyə sanksiyasının, cəmi 226132.04 manat məbləğində hesablanmış debitor borcunun silinməsi barədə qərar qəbul olunması xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Eyni zamanda iddiaçı, iddia ərizəsinə əlavə etdiyi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsində iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qurtaranadək, Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Muğanbank ASC-nin İmişli filialındakı AZN hesabına xx.xx.2017-ci il tarixli 44\350 saylı sərəncam, USD hesabına xx.xx.2017-ci il tarixli 44\351 saylı sərəncam və EUR hesabına xx.xx.2017-ci il tarixli 44\352 saylı sərəncamların qüvvəsinin, təsirinin dayandırılması və işə mahiyyəti üzrə baxılıb qurtaranadək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesablarına cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən yeni sərəncamların qoyulmasının cavabdeh DSMF İmişli rayon şöbəsinə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(086)-3085/2017 nömrəli qərardadı ilə ərizə təmin olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(106)-408/2017 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(086)-3085/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(086)-321/2018 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə qarşı «hesablanmış debitor borcunun və maliyyə sanksiyasının əsassız hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmamış, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(106)-96/2018 nömrəli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(086)-321/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-1172/2018 nömrəli qərarı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(106)-96/2018 nömrəli qərardadı ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(106)-330/2018 nömrəli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(086)-321/2018 nömrəli qərardadı ləğv edilmiş, iddia tələbinə baxılması üçün inzibati iş Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-500/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2020-ci il tarixli, 22834 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspert tərəfindən yuxanda qeyd edilən zəruri sənədlərin təqdim edilməsi ilə bağlı vəsatət verilməsini, lakin həmin sənədlərin təqdim edilməməsini nəzərə alaraq, hazırki tədqiqatla ekspertiza qarşısında qoyulmuş sual üzrə İddiaçındə xx.xx.2017-ci il tarixdən sonrakı dövrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu və maliyyə sanksiyasının düzgünlüyünü mövcud iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-10/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsinə dair xx.xx.2019-cu il tarixli, **********0 nömrəli bildirişin ləğv edilməsi və iddiaçıya hesablanmış 243.005,42 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2- 1(106)-45/2021 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-10/2020 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1039/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(106)-45/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1546/2021 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə X8 şəxsi 10 saylı regional ərazi filialı üçüncü şəxs qismində cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-16/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş, iş üzrə üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan Regional filialı üçüncü şəxslər sırasından çıxarılmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı nümayəndəsi X6 şifahi məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, DSMF İmişli rayon şöbəsi tərəfindən İddiaçınə 186.400,07 manat məbləğində əsassız olaraq məcburi dövlət sosial sığorta haqqı və 39.731,97 manat məbləğində maliyyə sanksiyası, cəmi 226.132,04 manat ödəniş hesablanmışdır. Lakin DSMF İmişli rayon şöbəsi tərəfindən hesablanmış məcburi dövlət sosial sığorta haqqının və maliyyə sanksiyasının hesablanması üçün heç bir qanuni əsaslar mövcud deyildir. Göstərilən borcun hesablanması ilə İddiaçı üçün əsassız borclandırma şəraiti yaratmışdır ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Digər halda Azərbaycan Respublikası Prezidentinin sahibkarlarla bağlı qanunsuz hərəkətlərə yol verilməsinin qadağan edilməsi barədə göstərişlərinə ziddir. Həmin borcun hesablanması sahibkarlıq fəaliyyətinə qarşı çox ciddi qanun pozuntusu və kobud müdaxilə hallarının təzahürüdür. Digər halda cavabdeh tərəfindən mabaisənin məhkəməyə qədər nizamlanması (pretenziya) qaydasına əməl olunmamış, MMC-yə heç bir rəsmi xəbərdarlıq daxil olmamışdır. Qeyd olunanlara əsasən dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsinə dair xx.xx.2019-cu il tarixli, **********0 nömrəli bildirişin ləğv edilməsi və iddiaçıya hesablanmış 243.005,42 manat borcun silinməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi iddiaya qarşı etirazda qeyd olunmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən verilmiş məlumatlara əsasən cavabdehin mübahisələndirdiyi borc məbləği özü tərəfindən təqdim edilmiş sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığorta üzrə hesabatlar nəticəsində yaranmışdır. Belə ki, İddiaçı MMC xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmək haqqı hesablanarkən “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqqı ödəməmiş, nəticədə 243.005,42 manat borc yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə əlaqədar cavabdehə xx.xx.2017-ci il tarixli bildiriş göndərilmiş, xx.xx.2017-ci il tarixli, 44/52,53 nömrəli inkassa sərəncamı olan ödəniş tapşırığı qoyulmuş, borcun məcburi qaydada tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə xx.xx.2017-ci il tarixli xəbərdarlıq göndərilmişdir. Daha sonra tərəfimizdən xx.xx.2019-cu il tarixli, **********0 nömrəli bildiriş göndərilmişdir. Lakin bunlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Mübahisə predmeti olan hesablamaların məcburi qaydada tutulması tələbi ilə iddiaçı Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin cavabdeh İddiaçınə qarşı iddia tələbi Şirvan İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(086)-2450/2017 nömrəli qərarı ilə təmin edilmişdir. Qeyd olunan qərar Şirvan Apelyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində yenidən mübahisələndirilsə də dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililalının iddiaya qarşı etirazda qeyd olunmuşdur ki, İddiaçı MMC-yə hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 186400,07 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə 39731,97 manat olmaqla ümumilikdə 226132,04 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə iddia tələbini əsassız hesab edirik. Belə ki, Nazirliyin X1 sisteminin “Sığorta” (Hesabat) altsistemində “X5”da "xxxx" MMC-nin 1 oktyabr 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 194163,00 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 48842,42 manat olmaqla ümumilikdə 243005,42 manat Fonda borcu qalmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və ’’Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019- cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Qeyd olunanlara əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlar üzrə borcların silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb. Fləmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 24 may 2019-cu il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Əlavə olaraq bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə vətəndaşların pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi məqsədilə hər bir sığortaolunanın (vətəndaşların) stajı, əmək haqqı (gəliri) və ödədiyi məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları Fondun məlumatlar bazasına işlənilməsi təsbit olunmuşdur. Sığortaolunanlara təyin ediləcək pensiyanın məbləğinin sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğindən asılı olaraq müəyyən edilməsi nəzərdə tutulmuşdur. Flesab edirik ki, "xxxx" MMC tərəfindən məhkəmədə borcun silinməsinə dair qaldırdığı iddia tələbi "xxxx" MMCdə çalışan işçilərin pensiya və digər sosial müdafiə hüquqlarının kobud surətdə pozulması deməkdir. Yuxarda qeyd olunanlara əsasən "xxxx" MMC-nin iddia tələbinin əsassız hesab edilərək rədd edilməsini və Filialın iş yükünün çoxluğu və məsafənin uzaqlığını nəzərə alaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdar edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiklərini və təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddianın təmin olunmamasını xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 114/681 saylı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlığın təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017ci il tarixə hesablanmış məcburi dövlət sosial sığorta haqqları üzrə 168.087,75 manat, o cümlədən peniya üzrə 38.493,01 manat borcun tələb olunmuş, ödənilmədiği təqdirdə məhkəmə orqanlarında iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi xx.xx.2019-cu il tarixli, **********1 nömrəli məlumat məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə zidd olaraq xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmək haqqı hesablanarkən məcburi dövlət sosial sığorta haqqı ödəməmiş, bundan sonrada əmələ gəlmiş borcun ödənilməsini həyata keçirməmiş və nəticədə 243.005,42 manat borc əmələ gəlmişdir. Qeyd edilən məbləğin 194.163,00 manat məcburi dövlət sosial sığorta haqql, 48.842,42 manat isə “Sosial sığorta haqqında” Qanunun 21-cü maddəsinə uyğun olaraq maliyyə sanksiyası (peniya) təşkil edir. İddiaçı MMC xx.xx.2017-ci il tarixə kimi AİV (B1) vasitəsi ilə və sonrakı hesabatlarını isə MİS proqramı ilə sığortaedənin cavabdeh şəxsləri tərəfindən elektron qaydasında elektrob imza ilə təqdim edilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi ilə əlaqədar cavabdehə xx.xx.2017-ci il tarixli, 44/180 saylı məcburi dövlət sosial sığorta haqqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair bildiriş göndərilmiş və xx.xx.2017-ci il tarixli, 44/52,53 nömrəli inkassa sərəncamı olan ödəniş tapşırığı qoyulmuşdur. xx.xx.2017-ci il tarixdə borcun məcburi qaydada tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq göndərilmişdir, lakin bunlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(086)-2450/2017 nömrəli qərarı ilə 206.580,76 manat borcun cavabdehin əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin xeyrinə ödənilməsi təmin edilmişdir. Qeyd olunan qərar Şirvan Apelyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********0 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 243,005,42 manat, o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 194.163 manat və faizlər üzrə 48.842,42 manat borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi İddiaçı MMCdən tələb olunmuşdur. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli, 2-1(086)-2450/2017 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin cavabdeh İddiaçınə qarşı iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dövr ərzində yaranmış 168.087,75 manat məbləğində məcburi dövlət sosial sığorta borcunun və 38.493,01 manat məbləğində maliyyə sanksiyasının, cəmi 206.580,76 manat məbləğində borcun cavabdehin əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci -ci il tarixli, 2-1(102)-1172/2018 nömrəli qərarında qeyd edilmişdir ki,... “hazırkı iş üzrə iddiaçının tələbi müvafiq hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının silinməsi yox (yəni məcburetmə haqqında iddia), cavabdeh orqan tərəfindən iddiaçıya hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair göndərdiyi bildirişin ləğv edilməsi, yəni mübahisələndirmə haqqında iddia olmalı idi”. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 22834 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspert tərəfindən zəruri sənədlərin təqdim edilməsi ilə bağlı vəsatət verilməsini, lakin həmin sənədlərin təqdim edilməməsini nəzərə alaraq, hazırki tədqiqatla ekspertiza qarşısında qoyulmuş sual üzrə İddiaçındə xx.xx.2017-ci il tarixdən sonrakı dövrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu və maliyyə sanksiyasının düzgünlüyünü mövcud iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********936100 nömrəli məktubunda qeyd edilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta və işsizlik sığortaları üzrə hesabatların qəbulu xx.xx.2019-cu il tarixdən etibarən Vergilər Nazirliyinə həvalə edildiyi üçün həmin tarixdən əvvəlki yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş və borclarla bağlı məlumatların vergi orqanı tərəfindən təqdim edilməsi mümkün deyil. Qeyd olunan məlumatların Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən təqdim edilməsi üçün aidiyyəti üzrə müraciət edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Şirvan şəhər filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, müraciətdə qeyd etdiyiniz sığortaedənin silinməsini tələb etdiyi borcun hansı dövrə aid olması, hansı əsaslarla yaranması və hesablanma qaydası, fəaliyyəti dövründə qanunla ödəməli olduğu (hər bir işçi üçün ayrı-ayrılıqda göstərilməklə) məcburi dövlət sosial sığorta haqlarının həcmi və cəmi, o cümlədən sığortaedənin silinməsini tələb etdiyi borcun Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli 2-1(086)- 2450/2017 nömrəli qərarı ilə silinmiş 206580,76 manat məbləğində borcla eynilik təşkil edib-etməməsi barədə sənəd və məlumatların verilməsi ilə bağlı məsələyə münasibət bildirilməsi üçün Fonda 6 dekabr 2021-ci il tarixində **********0 nömrəli məktubla müraciət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019- cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Eyni zamanda bildiririk ki, Nazirliyin “X1 Sistemi”ndə olan məlumatlara əsasən sığortaedənin 2018-ci ilin 1 oktyabr tarixinə 0111 (muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 194163 manat və maliyyə sanksiyası üzrə 48842 manat 42 qəpik borcu yaranmışdır. Həmin borcların yaranma səbəbləri barədə məlumatlar qoşmadakı cədvəldə öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci i! 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırıimasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Bildiririk ki, Fondun müvafiq dövrdə qüvvədə olan proqram təminatlarından və Nazirliyin X1 sistemindən əldə edilən məlumatlara əsasən sığortaedənin 2017-ci ilin 1 yanvar tarixinə 0111 (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 168087 manat 75 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 38493 manat 1 qəpik borcu yaranmışdır. Eyni zamanda sığortaedənin iddia ərizəsində silinməsini tələb etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə 186400 manat 7 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 39731 manat 97 qəpik borcunun 2017-ci ilin 1 iyul tarixinə yarandığını nəzərə alaraq, 2017-ci ilin 1 yanvar tarixinə yaranmış və Şirvan Kommersiya Məhkəməsinin 2021 -ci il 29 yanvar tarixli e- 2-2(121 )- 38/2021 nömrəli qətnaməsinin əsaslandırılma hissəsindən əldə edilən məlumatlara əsasən Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 14 sentyabr tarixli 2-1(086)- 2450/2017 nömrəli qərarı ilə Fondun İmişli rayon şöbəsinin xeyrinə ödənilməsi qərara alınmış məcburi dövlət sosial sığorta haqqı üzrə 168087 manat 75 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 38493 manat 1 qəpik məbləğin sığortaedən tərəfindən silinməsinin tələb edilən borcun tərkib hissəsini təşkil etdiyini bildiririk. Əlavə olaraq bildiririk ki, məhkəmənin 2017-ci il 14 sentyabr tarixli 2-1(086)-2450/2017 nömrəli qərarı ilə sığortaedənin 2017-ci ilin 1 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqqı üzrə 168087 manat 75 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 38493 manat 1 qəpik borcunun silinməsi müəyyən edilməmişdir. Həmin borcun 2017-ci il 14 sentyabr tarixli 2-1(086)-2450/2017 nömrəli qərar ilə Fondun İmişli rayon şöbəsinin xeyrinə ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********817100 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı "xxxx" MMC-nin (VÖEN **********) silinməsini tələb etdiyi borcun Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2-1(086)-2450/2017 nömrəli qərarı ilə silinmiş 206580,76 manat borcla eynilik təşkil edib-etməməsi barədə məlumatın və sənədlərin məhkəməyə təqdim olunması barədə 8 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış 30 mart 2022-ci tarixli müraciətiniz ilə əlaqədar olaraq bildiririk ki, iddiaçının silinməsini tələb etdiyi borcun Şirvan İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(086)-2450/2017 nömrəli qərarı ilə silinmiş 206580,76 manat borcla eynilik təşkil edib- etməməsi barədə müraciətinizdə “silinmiş” ifadəsi aydın deyil. Belə ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(086)-2450/2017 nömrəli qərarı ilə iddiaçı Dövlət Sosial Müdafiə Fondunun imişli rayon şöbəsinin cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilərək 206580,76 manat məbləğində borcun cavabdehin əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun imişli rayon şöbəsinin xeyrinə ödənilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(086)- 2450/2017 nömrəli qərarında borcun silinməsi deyil cavabdeh "xxxx" MMC- yə məxsus əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin xeyrinə ödənilməsi qərara alınmışdır. Nəzərinizə çatdırırıq ki, hal hazırda məhkəmənin icraatında olan 2-1(120)-247/2022 nömrəli iş üzrə mübahisə predmeti olan "xxxx" MMC-nin silinməsini tələb etdiyi borcun Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(086)-2450/2017 nömrəli qərara ilə təmin edilmiş 206580,76 manat məbləğində borcla eynilik təşkil edir. Məhkəmənin iş üzrə 25 iyul 2025-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 3-16-16/2- 9/3806/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, İddiaçı təqdim etdiyi haqq-hesab cədvəllərinə, Rüblük (illik) hesabatlara (FORMA B) əsasən xx.xx.2018-ci il tarixinə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqına görə hesablanmalı borcun məbləği 194.163,00 manat MDSS haqqı, 48.842,42 manat maliyyə sanksiyası (penya) olmaqla, ümumilikdə 243.005,42 manat təşkil edir. İddiaçınə 0111 fəaliyət növü üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borc və tətbiq edilən maliyyə sanksiyası “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na uyğun hesablanmışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçının iddiası mümkün iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə qanunvericiliyin aşağıda sadalanan normalarına əsasən iddia tələbinin əsassız olduğunu qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 1.4-cu maddəsinə əsasən Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə Mülki Məcəllənin müddəalarının tətbiq edilmədiyini qərarında qeyd etmiş, qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətlə məhdudlaşmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 72.1-ci maddəsinə görə, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir; 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlrdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidir. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir; 85.4-cü maddəsinə görə, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir; 85.5-1-ci maddəsinə görə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Məhkəmə tədqiqatı zamanı işdə iştirak edən şəxslərin izahatlarından və iş materiallarındakı sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 243,005,42 manat, o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 194.163 manat və faizlər üzrə 48.842,42 manat borcu vardır. Cavabdeh tərəfindən tələb edilməsinə baxmayaraq həmin borcun ödənilməsi iddiaçı tərəfindən təmin edilməmişdir. Həmin borcun 206.580,76 manatı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli, 2-1(086)-2450/2017 nömrəli qərarı ilə öz təsdiqini tapır. Belə ki, həmin qərarla 206.580,76 manat məbləğində borcun İddiaçı əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********817100 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı "xxxx" MMC-nin (VÖEN **********) silinməsini tələb etdiyi borcun Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2-1(086)-2450/2017 nömrəli qərarı ilə silinmiş 206580,76 manat borcla eynilik təşkil edib-etməməsi barədə məlumatın və sənədlərin məhkəməyə təqdim olunması barədə 8 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış 30 mart 2022-ci tarixli müraciətiniz ilə əlaqədar olaraq bildiririk ki, iddiaçının silinməsini tələb etdiyi borcun Şirvan İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(086)-2450/2017 nömrəli qərarı ilə silinmiş 206580,76 manat borcla eynilik təşkil edib- etməməsi barədə müraciətinizdə “silinmiş” ifadəsi aydın deyil. Belə ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(086)-2450/2017 nömrəli qərarı ilə iddiaçı Dövlət Sosial Müdafiə Fondunun imişli rayon şöbəsinin cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilərək 206580,76 manat məbləğində borcun cavabdehin əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun imişli rayon şöbəsinin xeyrinə ödənilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(086)- 2450/2017 nömrəli qərarında borcun silinməsi deyil cavabdeh "xxxx" MMC- yə məxsus əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin xeyrinə ödənilməsi qərara alınmışdır. Nəzərinizə çatdırırıq ki, hal hazırda məhkəmənin icraatında olan 2-1(120)-247/2022 nömrəli iş üzrə mübahisə predmeti olan "xxxx" MMC-nin silinməsini tələb etdiyi borcun Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(086)-2450/2017 nömrəli qərara ilə təmin edilmiş 206580,76 manat məbləğində borcla eynilik təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililalı tərəfindən inzibati icraat materialları, eləcədə borcun yaranma səbəbləri, hesablanma qaydaları və təsdiq edən sənədlər məhkəməyə təqdim edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş və borc məbləğinin mövcudluğu, əsaslılığı müəyyən edilmişdir. İş üzrə tam araşdırılmanın həyata keçirilməsi məqsədilə 25 iyul 2025-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 3-16-16/2- 9/3806/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: - Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, İddiaçı təqdim etdiyi haqq-hesab cədvəllərinə, Rüblük (illik) hesabatlara (FORMA B) əsasən xx.xx.2018-ci il tarixinə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqına görə hesablanmalı borcun məbləği 194.163,00 manat MDSS haqqı, 48.842,42 manat maliyyə sanksiyası (penya) olmaqla, ümumilikdə 243.005,42 manat təşkil edir. İddiaçınə 0111 fəaliyət növü üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borc və tətbiq edilən maliyyə sanksiyası “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na uyğun hesablanmışdır. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina olunmasından ibarət hərəkəti qanunauyğundur, iddianın təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələblərin təmin edilməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsinə dair bildirişin ləğv edilməsi və hesablanmış borcun silinməsi” barədə iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə prosessual xərclər iddiaçı tərəfə aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsinə dair bildirişin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 150 (yüz əlli) manat və 50 (əllil) manat ekspertiza tədqiqatının dəyərləri İddiaçındən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-16/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-16/2025
12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver