Məhkəmə qərarları › İş №2-1(120)-1600/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1600/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1600/2022 20.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “övladı X3 2019-cu ilin avqust ayından 2021-ci ilin mart ayınadək ödənilməyən sosial müavinətin təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 20 dekabr 2022-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 2019-2021-ci illər üzrə ödənilməyən pensiya pullarının ödənilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hazırki inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilməsini, iddia tələbinin dəyişdirilərək “övladı X3 2019-cu ilin avqust ayından 2021-ci ilin mart ayınadək ödənilməyən sosial müavinətin təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hazırki inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilmiş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonu Nərimankənd kəndində yaşayır. 10 avqust 2001-ci il təvəllüdlü oğlu X6 anadangəlmə əlildir. Buna görə ona pensiya verilirdi. 2019-cu ildə oğlunun 18 yaşı tamam oldu və bildirdilər ki, təkrar komissiyaya getməlidir. Təkrar komissiyada oğlunun “ağır əqli gerilik, dərin və ağır dərəcəli kəmağıllılıq... qıcolma, danışıq pozğunluğu” və digər sağalmaz xəstəliyi olduğu sübuta yetdi. Bu rəy 16 sentyabr 2019-cu il tarixdə verildi. Lakin Tibbi Sosial Ekspert Komissiyası bu xəstəliyi 29 mart 2021-ci il tarixdə təsdiqlədi və həmin tarixdən xəstə uşağının pensiyası verilməyə başladı. Hazırda oğlunun 2019-2021 -ci illər üçün ödənilməyən pensiyasını tələb etsə də, bundan imtina edilir. Əgər həmin illər uşağı sağalmışdırsa nəyə görə ona indi pensiya verilir. Əgər sağalmamışdırsa onda həmin illər üçün pensiyası nəyə görə ödənilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşaqıda qevd oiunan əsaslara görə təmin edilməməlidir: İş üzrə icraat materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, X6 xx.xx.2001-ci il təvəllüdlüdür, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək sağlamlıq imkanları məhdudluğu müəyyən edilmiş və bu səbəbdən ona sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilərək ödənilmişdir. X1 Sisteminin Əlillik altsisteminə əsasən X2 müddətsiz İİ dərəcə əlillik faktı xx.xx.2021-ci il tarixdə təsdiqlənmişdir. Həmin tarixdən müvafiq olaraq İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Belə ki, İddiaçı iddia etdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üzrə övladı X2 əlillik dərəcəsi barədə hər hansı bir məlumat askar edilməmisdir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən, Səxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən kecirildikdən sonra müvafiq rəy cıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi usağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Ümumilikdə, qeyd edilən qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, İddiaçı “övladı X3 2019-cu ilin avqust ayından 2021ci ilin mart ayınadək ödənilməyən sosial müavinətin təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixdə Biləsuvar RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kənd ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 625 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Biləsuvar rayonunun Nərimankənd kəndində doğulmuş və Biləsuvar rayonunun Nərimankənd kəndində yaşayır. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə Səyyar ASAN8 xidməti tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kənd ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 624 nömrəli arayışından görünür ki, X6 xx.xx.2001-ci il tarixdə Biləsuvar rayonunun Nərimankənd kəndində doğulmuş və Biləsuvar rayonunun Nərimankənd kəndində yaşayır. İş materiallarından, o cümlədən cavabdeh təşkilatın iddiaya qarşı etirazından və iş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X2 xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək sağlamlıq imkaniarının məhdudluğu müəyyən edilmiş və bu səbəbdən ona sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilərək ödənilmiş, X1 Sisteminin Əlillik altsisteminə əsasən X2 müddətsiz İİ dərəcə əlillik faktı xx.xx.2021-ci il tarixdə təsdiqlənmiş və həmin tarixdən müvafiq olaraq İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. İş materiallarında olan Salyan Rayonlararası Psixiatriya xəstəxanasının tərtib və möhürlə təsdiq etdiyi xx.xx.2019-cu il tarixli “xəstənin ambulator, stasionar tibbi kartasından çıxarış”dan görünür ki, Biləsuvar MRX Poliklinika şöbəsinin xx.xx.2019-cu il tarixli göndərişinə əsasən X6 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi Salyan Rayonlararası Psixiatriya xəstəxanasında stasionar müalicə almış və ona “ağır dərəcəli ağıl kəmliyi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, qıcolma tutmaları, nəbz qüsuru diaqnozu verilmişdir. İş materilallarında olan DSMF publik hüquqi şəxsi 9 saylı regional ərazi filialının 23 avqust 2021-cı il tarixli **********9 nömrəli məktubun məzmunundan müəyyən olunur ki, X2 atası X5 “övladı X3 2019-cu ilin avqust ayından 2021-ci ilin mart ayınadək ödənilməyən sosial müavinətin təyin edilərək ödənilməsi barədə müraciət etmiş, ona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən X3 İİ dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən təsdiq edildiyi, həmin tarixdən 130 manat sosial müavinətin təyin edilərək ödənildiyi bildirilmiş, 2019-cu ilin avqust ayından 2021-ci ilin mart ayınadək olan dövrdə X2 əlilliyinin qiymətləndirilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməsi tövsiyə olunaraq müraciətinin təmin olunmasından imtina edilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, xx.xx.2001-ci il təvəllüdlü X2 xx.xx.2004-cü il tarixdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və bu səbəbdən ona xx.xx.2019-cu il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilərək ödənilmiş, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən X2 müddətsiz İİ dərəcə əlilliyi xx.xx.2021-ci il tarixdə təsdiqlənmiş və həmin tarixdən ona İİ dərəcə əlilliyə görə 130 manat məbləğində sosial müavinət təyin olunmuş, X2 atası X5 övladı X3 2019-cu ilin avqust ayından 2021-ci ilin mart ayınadək ödənilməyən sosial müavinətin təyin edilərək ödənilməsi barədə müraciət etmiş, müraciətinin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati icraat haqqında Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə, cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmiş və iddiaçının övladı X2 hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, iş materiallarından, o cümlədən cavabdeh təşkilatın iddiaya qarşı etirazından və etiraza əlavə olunmuş tibbi sənədlərdən (TSEK-in müayinələrindən) görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X2 xx.xx.2004-cü il tarixdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və bu səbəbdən ona xx.xx.2019-cu il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilərək ödənilmiş, Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən X2 müddətsiz İİ dərəcə əlilliyi xx.xx.2021-ci il tarixdə təsdiqlənmiş və həmin tarixdən ona İİ dərəcə əlilliyə görə 130 manat məbləğində sosial müavinət təyin edilərək ödənilməsinə başlanmışdır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən, Səxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən kecirildikdən sonra müvafiq rəy cıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi usağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2- ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarına əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaçı iddia etdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə övladı X2 tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək əlillik dərəcəsinin qiymətləndirilməsi və təsdiqlənməsi barədə məhkəməyə heç bir sənəd təqdim edilməmisdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən X2 müddətsiz İİ dərəcə əlilliyi xx.xx.2021-ci il tarixdə təsdiqləndiyindən, həmin tarixdən ona İİ dərəcə əlilliyə görə 130 manat məbləğində sosial müavinət təyin edilərək ödənilməsinə başlanıldığından, X3 2019-cu ilin avqust ayından 2021-ci ilin mart ayınadək ödənilməyən sosial müavinətin təyin edilərək ödənilməsindən imtina edilərkən inzibati orqan tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmiş və iddiaçının övladı X2 hüquqlarına müdaxilə edilməmişdir Azərbaycan Respublikasının İPM-nin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “övladı X3 2019-cu ilin avqust ayından 2021-ci ilin mart ayınadək ödənilməyən sosial müavinətin təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “övladı X3 2019-cu ilin avqust ayından 2021-ci ilin mart ayınadək ödənilməyən sosial müavinətin təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar