Məhkəmə qərarları › İş №2-1(120)-1600/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1600/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1600/2025 26.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X14 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X12 Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X14 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası X14 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən, 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12205/2024 saylı Qərardadına əsasən, inzibati iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi AZE № ******* nömrəli 03 avqust 1981-ci il tarixli əmək kitabçasına əsasən aşağıdakı əmək stajı vardır: xx.xx.1981 - xx.xx.1982-ci illərdə Neftçala rayonu, “Bolşevik” kolxozunda kolxozçu, xx.xx.1982 - xx.xx.1984-cü illərdə hərbi xidmət, xx.xx.1984-xx.xx.1986-cı illərdə Neftçala rayonu, “Bolşevik” kolxozunda inşaat briqadasında suvaqçı, xx.xx.1986- xx.xx.1994-cü illərdə Neftçala rayonu, “Bolşevik” kolxozunda inşaat birqadiri, xx.xx.1994 - xx.xx.1996-cı illərdə Neftçala rayonu, “Bolşevik” kolxozunda şum traktorçusu, xx.xx.2000 - xx.xx.2003-cü illərdə X5 İdarəsinin traktor dəstəsində 6-cı dərəcəli kran maşinisti peşəsində işləmiş, xx.xx.2003-cü ildə “Azneft” İstehsalat Birliyinin xx.xx.2003-cü il tarixli 8 saylı əmrinə əsasən X5 İdarəsinin nəqliyyat sexi kimi X9 İşləri İdarəsinin tərkibinə verilməsi ilə əlaqədar xx.xx.2003 - xx.xx.2007-ci illərdə X9 İşləri İdarəsinin Texnoloji nəqliyyat sexinin traktor dəstəsində 6-cı dərəcəli kran maşinisti peşəsinə keçirilmişəm, ARDNŞ-ın xx.xx.2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən şirkətə birbaşa tabe olmaqla hiiquqi şəxs statuslu “X13” tresti yaradılmışdır. “Azneft” X3 X11 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “X13” trestinin tabeliyinə verilmişdir. xx.xx.2007-ci il tarixdə ARDNŞ-ın “X13” X1 Xüsusi Texnika İdarəsinin Xüsusi Texnika Sahəsinə kran maşinisti (traktor) peşəsinə keçirilmişdir. ARDNŞ-ın 20 iyul 2009-cu il tarixli 46 s nömrəli sərəncamı və “Azneft” İstehsalat Birliyinin 23 iyul 2009-cu il tarixli 156 nömrəli əmrinə əsasən “X13” X1 Xüsusi Texnika İdarəsinin adı dəyişdirilmiş və 01.08.09-cu il tarixdən hüquqi şəxs statusuna malik olmayan Qobustan Nəqliyyat İdarəsi kimi “Azneft” X2 tərkibinə verilmişdir. 11.xx.xx.2009xx.xx.2011-cu il tarixdə Qobustan Nəqliyyat İdarəsinin Xüsusi Texnika Sahəsinə 1-ci dərəcəli kran maşinisti (traktor) peşəsinə keçirilmişdir. 12.xx.xx.2011- xx.xx.2014-cu il tarixdə Qobustan Nəqliyyat İdarəsinin Xüsusi Texnika sexinə 1-ci dərəcəli kran maşinisti (traktor) peşəsinə keçirilmişdir. xx.xx.2014-xx.xx.2014-cü il tarixdə Qobustan Nəqliyyat İdarəsinin Xüsusi Texnika sexinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2014-xx.xx.2014-cü il tarixində ARDNŞ-ın Nəqliyyat Departamentinin 8 saylı Texnoloji Nəqliyyat bölümünün Xüsusi Texnika sexinə qaldırıcının maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2014-xx.xx.2020-c il tarixində ARDNŞ-nin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2020-xx.xx.2020-ci il tarixində ARDNŞ-ın Nəqliyyat İdarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2020-xx.xx.2022-ci il tarixində “Azneft” İstehsalat Birliyinin 3 saylı Texnoloji Nəqliyyat Departamentinin Xüsusi texnika dəstəsinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilmişdir.18.xx.xx.2022-ci il tarixində “Azneft” İstehsalat Birliyinin 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin Xüsusi texnika dəstəsinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilmişdir. Hazırda “Azneft” İstehsalat Birliyinin 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin Xüsusi texnika dəstəsində 6cı dərəcəli qaldırıcının maşinisti peşəsində işləyir. Onun 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə kimi 37 il 11 ay 25 gün ümumi iş stajı və 23 il 1 ay 6 gün zərərli iş şəraitində xüsusi stajı vardır. İşlədiyi və əmək kitabçasında qeyd edilən kran maşinisti və ya qaldırıcının maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı, 2130200a—14012 qaldırımların maşinistləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”: 10.Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 10.2-ci bəndinə göstərilən qaldırımların maşinistləri. Əmək kitabçasında işlədiyi peşənin adları müxtəlif şəkildə, yəni kran maşinisti (traktor) və ya qaldırıcının maşinisti yazılsa da, 2000-ci il tarixdən hal-hazıra kimi icra etdiyi vəzifə eynidir. İdarə etdiyi nəqliyyat vasitəsi olan və üzrərində quraşdırılmış kran olan traktorla bilavasitə neft mədənlərində neft quyularının yeraltı və yerüstü təmiri ilə əlaqədar fəaliyyətlə məşğul olmuşdur. Kran maşinisti (traktor) və ya qaldırıcının maşinisti peşəsi eynilik təşkil edir. İşlədiyi müəssisələrin adları müxtəlif dövrlərdə dəyişilsə də, Dövlət Neft Şirkətinin və ya “Azneft” İstehsalat Birliyinin tərkibində olmuşdur və o, eyni vəzifəni icra etmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, onun 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə kimi 37 il 11 ay 25 gün ümumi iş stajı və 23 il 1 ay 6 gün zərərli iş şəraitində güzəştli iş stajı olduğu üçün 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. O, 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası X14 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X12 Mərkəzi Filialına müraciət etmişdir. Həmin idarədən ona ünvanlanmış cavab məktubunda onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın onun ərizəsini təmin etməməsi əsassızdır və onun hüquqları pozulmuşdur. Ona görə də o, 60 yaşının tamam olan vaxtdan pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin müraciətə baxılaraq İddiaçı xx.xx.2023-cü il tarixli 3- 17-1-1/2-M-274193/2023 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 3 avqust 1981-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında, “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti”-nin 3 oktyabr 2023-cü il tarixli 176 nöməli ona dair arayışında xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən idarənin X13 X1 Xüsusi Texnika Sahəsində kran maşinisti, xx.xx.2009-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Xüsusi texnika sahəsində kran maşinisti, xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində qaldırıcınm maşinisti, xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 6 saylı Texnoloji Nəqliyyat Departamentində qaldırıcı maşinist və “SOCAR” Azneft İB-nin 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 20 oktyabr 2023-cü il tarixli 107 nömrəli ona dair arayışında isə 23 sentyabr 2020-ci il tarixindən bugünədək “Nəqliyyat idarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentinin Xüsusi texnika idarəsində” qaldırıcınm maşinisti peşələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) barədə hər hansı məlumat göstərilməmişdir. Yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyindən onun güzəştli iş stajını müəyyən etmək mümkün deyildir. Bildirir ki, güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, Neftçala rayonunda qeydiyyatdadır. АЗЕ № ******* nömrəli, xx.xx.1981-ci il tarixdə doldurulmuş Əmək kitabçasının surətindən görünür ki, İddiaçı; xx.xx.1981- xx.xx.1982-ci illərdə Neftçala rayonu, “Bolşevik” kolxozunda kolxozçu, xx.xx.1982- xx.xx.1984-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1984-xx.xx.1986-cı illərdə Neftçala rayonu, “Bolşevik” kolxozunda inşaat briqadasında suvaqçı, xx.xx.1986- xx.xx.1994-cü illərdə Neftçala rayonu, “Bolşevik” kolxozunda inşaat birqadiri, xx.xx.1994-xx.xx.1996-cı illərdə Neftçala rayonu, “Bolşevik” kolxozunda şum traktorçusu, xx.xx.2000-xx.xx.2003-cü illərdə X5 İdarəsinin traktor dəstəsində 6-cı dərəcəli kran maşinisti, xx.xx.2003-cü ildə “Azneft” İstehsalat Birliyinin xx.xx.2003-cü il tarixli 8 saylı əmrinə əsasən X5 İdarəsinin nəqliyyat sexi kimi X9 İşləri İdarəsinin tərkibinə verilməsi ilə əlaqədar xx.xx.2003 - xx.xx.2007-ci illərdə X9 İşləri İdarəsinin Texnoloji nəqliyyat sexinin traktor dəstəsində 6-cı dərəcəli kran maşinisti peşəsinə keçirilmiş, ARDNŞ-ın xx.xx.2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən şirkətə birbaşa tabe olmaqla hiiquqi şəxs statuslu “X13” tresti yaradılmışdır. “Azneft” X3 X11 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “X13” trestinin tabeliyinə verilmiş, xx.xx.2007-ci il tarixdə ARDNŞ-ın “X13” trestinin Qobustan İxtisaslaşdırmış Xüsusi Texnika İdarəsinin Xüsusi Texnika Sahəsində kran maşinisti (traktor), ARDNŞ-ın 20 iyul 2009-cu il tarixli 46 s nömrəli sərəncamı və “Azneft” İstehsalat Birliyinin 23 iyul 2009-cu il tarixli 156 nömrəli əmrinə əsasən “X13” trestinin Qobustan İxtisaslaşdırmış Xüsusi Texnika İdarəsinin adı dəyişdirilmiş və 01.08.09-cu il tarixdən hüquqi şəxs statusuna malik olmayan Qobustan Nəqliyyat İdarəsi kimi “Azneft ” X2 tərkibinə verilmişdir.) xx.xx.2009 - xx.xx.2011-cu il tarixdə Qobustan Nəqliyyat İdarəsinin Xüsusi Texnika Sahəsində 1-ci dərəcəli kran maşinisti (traktor), xx.xx.2011 - xx.xx.2014-cu il tarixdə Qobustan Nəqliyyat İdarəsinin Xüsusi Texnika sexində 1ci dərəcəli kran maşinisti (traktor), xx.xx.2014- xx.xx.2014-cü il tarixdə Qobustan Nəqliyyat İdarəsinin Xüsusi Texnika sexində 6-cı dərəcəli qaldırıcının maşinisti, xx.xx.2014-xx.xx.2014-cü il tarixində ARDNŞ-ın Nəqliyyat Departamentinin 8 saylı Texnoloji Nəqliyyat bölümünün Xüsusi Texnika sexində qaldırıcının maşinisti, xx.xx.2014-xx.xx.2020-ci il tarixində ARDNŞ-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentində 6-cı dərəcəli qaldırıcının maşinisti, xx.xx.2020-xx.xx.2020-ci il tarixində ARDNŞ-ın Nəqliyyat İdarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentində 6-cı dərəcəli qaldırıcının maşinisti, xx.xx.2020-ci il tarixdən hal-hazıradək “Azneft” İstehsalat Birliyinin 3 saylı Texnoloji Nəqliyyat Departamentinin Xüsusi texnika dəstəsində 6-cı dərəcəli qaldırıcının maşinisti vəzifəsində işləyir. SOCAR-ın xx.xx.2024-cü il tarixli, 14-2/2-M-1346-1/2024 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı iş stajı xx.xx.2000-ci ildə (əmr № 31/k, xx.xx.2000-ci il) X5 İdarəsinin (TNİ) traktor dəstəsinə 6-cı dərəcəli kran maşinisti peşəsinə işə qəbul edilmişdir. xx.xx.2003-cü ildə (əmr № 71 i, xx.xx.2003-cü il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2003-cü ildə (əmr № 56, xx.xx.2003-cü il) “Azneft” İstehsalat Birliyinin xx.xx.2003- cü il tarixli 8 saylı əmrinə əsasən Qobustan TNİ-nin nəqliyyat sexi kimi X9 İşləri İdarəsinin (Qİİ) tərkibinə verilməsi ilə əlaqədar Qobustan KQİİ-nin Texnoloji nəqliyyat sexinin traktor dəstəsində 6-cı dərəcəli kran maşinisti peşəsində fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən şirkətə birbaşa tabe olmaqla hüquqi şəxs statuslu “X13” tresti yaradılmış, xx.xx.2007-ci il tarixli 60 nömrəli əmrinə əsasən “Azneft” X3 X11 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “X13” trestinin tabeliyinə verilmişdir. xx.xx.2007-ci ildə (əmr № 156, xx.xx.2007-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad olunmuşdur. SOCAR-ın xx.xx.2024-cü il tarixli, 75 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Verilir İddiaçı xx.xx.2007-ci il tarixindən “X13 Tresti”-nin Qobustan İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin Xüsusi Texnika sahəsinə kran maşinisti (traktor) peşəsinə işə qəbul edilmiş və əmək müqaviləsi bağlanmışdır.(əmr № 3/k xx.xx.2007-ci il) ARDNŞ-ın 20 iyul 2009-cu il tarixli 46 s nömrəli sərəncamı və “Azneft” İstehsalat Birliyinin 23 iyul 2009-cu il tarixi 156 nömrəli əmrinə əsasən “X13” trestinin Qobustan İXTİ-nin adı dəyişdirilsin və xx.xx.2009-cu il tarixindən hüquqi şəxs statusuna malik olmayan Qobustan Nəqliyyat İdarəsi kimi “Azneft” İstehsalat Birliyinin tərkibinə verilmişdir. xx.xx.2009-cu il tarixindən Xüsusi Texnika sahəsinə 1-ci dərəcəli kran maşinisti (traktor) peşəsinə keçirilmişdir, (əmr № 51/k xx.xx.2009-cu il) xx.xx.2011 -ci il tarixindən 1 saylı Xüsusi Texnika sexinə 1-ci dərəcəli kran maşinisti (traktor) peşəsinə keçirilmişdir, (əmr № 671/k xx.xx.2011-ci il) xx.xx.2014-cü il tarixindən 1 saylı Xüsusi Texnika sexinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilmişdir, (əmr № 57/k xx.xx.2014-cü il) xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilmişdir və və əmək müqaviləsinə xitam verilmişdir, (əmr № 64/k xx.xx.2014-cü il) xx.xx.2014-cü il tarixində “ARDNŞ”-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun Xüsusi Texnika sahəsinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə işə qəbul edilmişdir, (əmr № 146/k xx.xx.2014-cü il), xx.xx.2020-ci il tarixindən 1 saylı Xüsusi Texnika dəstəsinə 6-cı dərəcəli qaldmcının maşinisti peşəsinə keçirilmişdir, (əmr № 931/k xx.xx.2020-ci il) xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilmişdir, (əmr № 932/k xx.xx.2020-ci il) SOCAR “Azneft” İstehsalat Birliyi 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 53 nömrəli güzəştli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 23 sentyabr 2020-ci il tarixində Nəqliyyat idarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentinin Xüsusi Texnika dəstəsinə 6-ci dərəcəli qaldırıcının maşinisti peşəsinə işə qəbul olunmuş (Əmr № 1807/k),xx.xx.2020-ci il tarixndə başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsinə xitam verilərək işdən azad edilib (Əmr № 2070/k). SOCAR**********00040020A00132 nömrəli xx.xx.2020-ci il tarixli əmrinə əsasən “Azneft”İB-nin 3 saylı Texnoloji Nəqliyyat Departamenti yaradılmışdır. 2020-ci il 01 dekabr tarixində 10k saylı əmrlə “Azneft” İB-nin 3 saylı Texnoloji Nəqliyyat Departamentinin Xüsusi Texnika Dəstəsinin 6-ci dərəcəli qaldırıcının maşinisti peşəsinə işə qəbul edilmişdir. SOCAR **********0040020A00135nömrəli xx.xx.2020-ci il tarixli əmrinə əsasən “Azneft”İB-nin 3 saylı Texnoloji Nəqliyyat Departamentinin adı dəyişdirilərək 2 saylı Nəqliyyat İdarəsi adlandırılmışdır. “Azneft” İB-nin Nəqliyyat İdarələrinin adlarının dəyişdirilməsi haqqında SOCAR**********00040020A00028 nömrəli xx.xx.2022-ci il tarixli əmrinə əsasən “Azneft” İB-nin 2 saylı Nəqliyyat İdarəsinin adı dəyişdirilərək 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli sayılır.Siyahının 10.2 bölməsinin “a“ bəndinə əsasən ğüzəştli staj peşəsinə əsasən xx.xx.2020-ci -ci il tarixindən halhazıradək 3 il, 7aydır. X14 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz 3 avqust 1981-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçanızda, “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqəliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti”-nin 3 oktyabr 2023-cü il tarixli 176 nöməli sizə dair arayışında xx.xx.2007- 01,10.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən idarənin X13 X1 Xüsusi Texnika Sahəsində kran maşinisti, xx.xx.2009xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Xüsusi texnika sahəsində kran maşinisti, xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində qaldırıcının maşinisti, xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 6 saylı Texnoloji Nəqliyyat Departamentində qaldırıcı maşinist və “SOCAR” Azneft İB- nin 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 20 oktyabr 2023-cü il tarixli 107 nömrəli sizə dair arayışında isə 23 sentyabr 2020-ci il tarixindən bugünədək “Nəqliyyat İdarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentinin Xüsusi texnika idarəsində” qaldırıcının maşinisti peşələrində işlədiyiniz qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyiniz müəssisənin fəaliyyət istiqaməti və s.) barədə hər hansı məlumat göstərilməyib. Yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyindən sizin güzəştli iş stajınızı müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, yuxarıda göstərilən müvafiq məlumatları özündə əks etdirən güzəştli əmək pensiyası hüququ verən işdə işləməyinizə dair işəgötürənin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edildikdən sonra sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacaqdır. SOCAR “Azneft” İstehsalat Birliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azneft” İstehsalat Birliyinin 2 saylı İxtisaslaşdırıbmış Neft- Mədən Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 53 nömrəli güzəştli arxiv arayışında İddiaçı həmin idarədə (əvvəlki 2 saylı Texnoloji Nəqliyyat İdarəsi) xx.xx.2020-ci il tarixdən hal-hazıradək qaldırıcının maşinisti peşəsində işlədiyi qeyd edilmişdir. İddiaçı 2 saylı İxtisaslaşdırıbmış Neft-Mədən Xüsusi Texnika İdarəsində (əvvəlki 2 saylı Texnoloji Nəqliyyat İdarəsində) xx.xx.2020-ci il tarixdən hal-hazıradək (3 il 10 ay 7 gün) işlədiyi qaldırıcının maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 nömrəii Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nm (Siyahı) 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulmuş “qaldırıcıların maşinistləri” peşəsi ilə uyğunluq təşkil edir. Eyni zamanda bildirir ki, “Azneft” İstehsalat Birliyi İddiaçı xx.xx.2000-ci il tarixdən 30.11,2020-ci il tarixədək işlədiyi təşkilatların hüquqi varisi olmadığına görə həmin dövrdə onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş peşələrə uyğun olubolmaması ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsi imkanlarımız xaricindədir. Həmçinin bildirir ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş peşələrə uyğun olubolmaması ilə bağlı SOCAR-ın “X13" trestinə (2000-2009-cu il) və Nəqliyyat İdarəsinə (2009-2020-ci il) müraciət edilməsini məqsədəmüvafiq hesab edirik. X14 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 36 il 10 ay 27 gün (xx.xx.2006-cı tarixinədək 18 il 6 ay 27 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1996-cı il, xx.xx.2000- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 4 ay), güzəştli iş stajı 3 il 9 ay gün (xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2024cü il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə xx.xx.2024-cü il tarixinə 133822,08 manat təşkil edir. SOCAR “X13” trestinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi traktor dairəsində kran maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarında və 23.01,2007-ci il tarixli 12 saylı qərarlarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 qərarında nəzərdə tutulmamışdır. “X13” trestində 2014-cü ildən Nəqliyyat idarəsi fəaliyyət göstərmədiyi üçün peşə təlimatını təqdim edə bilmirik. Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Nəqliyyat Departamentinin 8 saylı texnoloji nəqliyyat bölümünün xüsusi texnika sexinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə işə qəbul edilmiş və əmək müqaviləsi bağlanılmışdır (xx.xx.2014-cü il, əmr № 465-k). ARDNŞ-ın ARDNŞ/14-1000/01/SM-04- 000041 nömrəli xx.xx.2014-cü il tarixli əmrinə əsasən ARDNŞ-ın Nəqliyyat Departamenti xx.xx.2014-cü il tarixindən ARDNŞ-ın Nəqliyyat İdarəsi adlandırılmışdır. xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir (xx.xx.2014-cü il, əmr № 1504-k). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən Siyahının 10.2-ci bəndində xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi (5 ay, 14 gün iş stajı) qaldırıcının maşinisti peşəsinə uyğun peşə adı mövcuddur. ARDNŞ Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2024-cü il tarixli, 220 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixindən “X13” X1 Xüsusi Texnika İdarəsinin Xüsusi Texnika sahəsinə 10 M 338 dövlət qeydiyyat nişanlı (traktora) 6-cı dərəcəli kran maşinisti peşəsinə işə qəbul edilmiş və əmək müqaviləsi bağlanmışdır. (Əmr № 3/k xx.xx.2007-ci il) xx.xx.2008-ci il tarixindən Xüsusi Texnika sahəsinə 10 M 347 dövlət qeydiyyat nişanlı (traktora ) 6-cı dərəcəli kran maşinisti peşəsinə keçirilmişdir (Əmr № 105/k xx.xx.2008-ci il). ARDNŞ-ın 20 iyul 2009-cu il tarixli 46-S nömrəli sərəncamı və “Azneft” İstehsalat Birliyinin 23 iyul 2009-cu il tarixi 156 nömrəli əmrinə əsasən “X13” trestinin Qobustan İXTİ-nin adı dəyişdirilsin və xx.xx.2009-cu il tarixindən hüquqi şəxs statusuna malik olmayan Qobustan Nəqliyyat İdarəsi kimi “Azneft” İstehsalat Birliyinin tərkibinə verilmişdir. xx.xx.2009-cu il tarixindən Xüsusi Texnika sahəsinə 10 M 347 dövlət qeydiyyat nişanlı (traktora) 6-cı dərəcəli kran maşinisti peşəsinə keçirilmişdir (Əmr № 1/k xx.xx.2009-cu il). xx.xx.2009-cu il tarixindən Xüsusi Texnika sahəsinə 10 M 347 dövlət qeydiyyat nişanlı (traktora) 1-ci dərəcəli kran maşinisti peşəsinə keçirilmişdir (Əmr № 52/k xx.xx.2009-cu il). ƏSAS: Ştat cədvəlinə edilən 1 saylı dəyişiklik. xx.xx.2011-ci il tarixindən 1 saylı Xüsusi Texnika sahəsinə 10 J 236 dövlət qeydiyyat nişanlı (traktora) 1-ci dərəcəli kran maşinisti peşəsinə keçirilmişdir (Əmr № 354/k xx.xx.2011- ci il). xx.xx.2011-ci il tarixindən 1 saylı Xüsusi Texnika sahəsinə 10 J 236 dövlət qeydiyyat nişanlı (traktora ) 1-ci dərəcəli kran maşinisti peşəsinə keçirilmişdir (Əmr № 671/k xx.xx.2011- ci il). xx.xx.2012-ci il tarixindən 1 saylı Xüsusi Texnika sahəsinə 10 F 488 dövlət qeydiyyat nişanlı (traktora) 1-ci dərəcəli kran maşinisti peşəsinə keçirilmişdir (Əmr № 622/k xx.xx.2012- ci il). xx.xx.2014-cü il tarixindən 1 saylı Xüsusi Texnika sahəsinə 10 O 678 dövlət qeydiyyat nişanlı (traktora) 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilmişdir (Əmr № 57/k xx.xx.2014-cü il). xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikasının əmək məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilib və əmək müqaviləsinə xitam verilmişdir. (Əmr № 64/k xx.xx.2014-cü il). xx.xx.2014-cü il tarixində ARDNŞ Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentinə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq Xüsusi Texnika sahəsinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə təyin edilmişdir. (Əmr № 146/k xx.xx.2014-cü il) xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. (Əmr № 932/k xx.xx.2020-ci il) İxtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli staj peşəsinə əsasən xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək - 04 gün ( dörd gün), xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək - 06 il, 01 ay, 22 gün (altı il, bir ay, iyirmi iki gün) X14 Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X12 Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 142787,00 manat təşkil edir. SOCAR “Azneft” İstehsalat Birliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 14-2-1/2-659/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Birliyin 2 saylı İxtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsinin (2 saylı İNMXTİ) xx.xx.2024-cü il tarixli, 53 nömrəli "Güzəştli arxiv arayışı”nda (əlavə olunur) və İddiaçı məxsus АЗЕ ******* nömrəli əmək kitabçasında, onun 2 saylı İNMXTİ-də (əvvəlki: 3 saylı Texnoloji Nəqliyyat Departamenti; 2 saylı Texnoloji Nəqliyyat İdarəsi) xx.xx.2020-ci il tarixdən hal-hazıradək qaldırıcının maşinisti peşəsində işlədiyi qeyd olunur. İddiaçı 2 saylı İNMXTİ-də (əvvəlki: 3 saylı Texnoloji Nəqliyyat Departamenti; 2 saylı Texnoloji Nəqliyyat İdarəsi) xx.xx.2020-ci il tarixdən hal-hazıradək (4 il 4 ay 24 gün) işlədiyi qaldırıcının maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2- ci "Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan "qaldırıcıların maşinistləri” peşəsi ilə uyğunluq təşkil edir. SOCAR Nəqliyyat İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 14-2- 18/2-208/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (02 ay 08 gün iş stajı) işlədiyi qaldırıcının maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfna əsasən Siyahının 10-cu hissəsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” 10.2-ci bəndindəki “qaldırıcıların maşinistləri” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına olan 1 №-li əlavə -kod 100000a-14012) peşəsinə aiddir. SOCAR “X13” trestinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 14-2-15/2- 480/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi traktor dairəsində kran maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nda 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarın siyahısı üzrə “10.Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bəndinin ”10.1. Qazma” altbəndində” öz əksini tapmadığı üçün həmin illərə dair güzəştli arayış təqdim edə bilmirik. SOCAR-ın 04 dekabr 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2000-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) X5 idarəsinin (TNİ) traktor dəstəsinə 6-cı dərəcəli kran maşinisti peşəsinə işə qəbul edilmiş və xx.xx.2003-cü il tarixində Qobustan TNİ- nin “Azneft” X3 X11 İdarəsinin (KQİİ) tərkibinə verilməsi ilə əlaqədar əmək fəaliyyətini həmin müəssisədə eyni peşə (kran maşinisti) üzrə davam etdirmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən şirkətə birbaşa tabe olmaqla hüquqi şəxs statuslu “X13” tresti yaradılmış və “Azneft” X3 KQİİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “X13” trestinin tabeliyinə verilmiş və İddiaçı əmək fəaliyyətini həmin müəssisədə 6-cı dərəcəli kran maşinisti peşəsində davam etdirmişdir. xx.xx.2007-ci ildə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsəsən işdən azad olunmuş və həmin tarixdə “X13 Tresti”-nin Qobustan İxtisaslaşdırılmış Xüsusi Texnika idarəsinin Xüsusi Texnika sahəsində 6-cı dərəcəli kran maşinisti peşəsinə işə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixindən 1 saylı Xüsusi Texnika sexinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilmiş və xx.xx.2014-cü il tarixində AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2014-cü il tarixində SOCAR-ın Nəqliyyat Departamentinin 8 saylı texnoloji nəqliyyat bölümünün xüsusi texnika sexində 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə işə obul edilmiş. xx.xx.2014-cü il tarixində AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işdən azad edilmişdir. Burada çalışdığı dövr ərzində zərərli əmək şəraitinə görə hər ay onun omək haqqına 1,08 (8%) artım əmsalı tətbiq olunmuşdur. xx.xx.2014-cü il tarixində Nəqliyyat idarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin Xüsusi Texnika sahəsində 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsi üzrə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixində Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işdən azad edilmişdir. Həmin müəssisədə çalışdığı dövrdə xx.xx.2014 - xx.xx.2015-ci il tarixləri ərzində zərərli əmək şəraitinə görə hər ay onun əmək haqqına 1,08 (8%), xx.xx.2015 - xx.xx.2020-ci il tarixləri ərzində isə 1,04 (4%) artım əmsalı tətbiq olunmuşdur. xx.xx.2020-ci il tarixdə “Azneft” İB-nin 2 saylı ixtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarəsinin xüsusi texnika dəstəsinin qaldırıcının maşinisti peşəsi üzrə işə qəbul edilmiş, orada xx.xx.2020-ci il tarixədək, eləcə də 01,12.2020-ci il tarixdən hal-hazıradək çalışır. Burada çalışdığı dövr ərzində və hal-hazıradək zərərli əmək şəraitinə görə hər ay onun əmək haqqına 1,04 (4%) artım əmsalı tətbiq olunur. İddiaçı SOCAR-da çalışdığı kran maşinisti peşəsinin funksiyaları “Fəhlə peşələri və işlərin vahid tərif-ixtisas sorğu kitabçası”nın “Bütün sahələr üçün ümumi olan fəhlə peşələri” bölməsinin (Hissə 1) “Kran maşinistləri” bəndi ilə tənzimlənir və həmin peşə üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ nəzərdə tutulmamışdır. İddiaçı kran maşinisti peşəsi üzrə sosial sığorta (əmək) stajı 13 il 5 ay 8 gün təşkil edir. İddiaçı SOCAR-da çalışdığı qaldırıcının maşinisti peşəsinin funksiyaları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, müəssisə tərəfindən təsdiqlənən peşə təlimatı ilə tənzimlənir və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulan “qaldırımların maşinistləri” peşəsinə uyğundur. İddiaçı qaldırıcının maşinisti peşəsi üzrə sosial sığorta (əmək) stajı 10 il 9 ay 8 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na əsasən, İddiaçı qaldırıcının maşinisti işlədiyi dövr üzrə əmək şəraitinə görə hər il 6 (altı) gün əlavə məzuniyyət verilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddia, etiraz ərizəsini, iş materiallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) İddiaçının 60 yaşının tamam olması; 2) 60 yaşı tamam olanadək 25 il ümumi iş stajının mövcud olması; 3) bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. Məhkəmə iş materiallarından müəyyən edir ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş və xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya münasibətdə yaş şərti ödənilmişdir. Məhkəmə iddiaçının 60 yaşınadək ümumi iş stajının yetərli olub-olmamasına münasibətdə qeyd edir ki, cavabdehin məhkəməyə ünvanladığı məktubda qeyd edilmişdir ki, onun ümumi iş stajı 36 il 10 ay 27 gün (xx.xx.2006-cı tarixinədək 18 il 6 ay 27 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1996-cı il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 4 ay) təşkil edir. Beləliklə də, məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçının tələb olunan yaş həddinə, yəni 60 yaşına çatmasını və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal İddiaçı güzəştli iş stajının yeterli olmaması səbəbindən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilməməsi ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı 3 il 9 ay gün (xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər) kimi qəbul edilmişdir. Məhkəmə mübahisələndirilən halın, yəni iddiaçının güzəştli iş stajının qanunda nəzərdə tutulan müddətə uyğunluğunun yoxlanılması ilə bağlı araşdırma apararaq müəyyən edir ki, iş materiallarında olan müəssisənin arayışı ilə də təsdiq olunur ki, İddiaçı qaldırıcının maşinisti peşəsi üzrə işlədiyi dövrlər güzəştli iş stajı kimi qəbul edilməlidir və İddiaçı SOCAR-da çalışdığı qaldırıcının maşinisti peşəsinin funksiyaları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, müəssisə tərəfindən təsdiqlənən peşə təlimatı ilə tənzimlənir və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulan “qaldırıcıların maşinistləri” peşəsinə uyğundur. Ümumilikdə İddiaçı qaldırıcının maşinisti peşəsi üzrə sosial sığorta (əmək) stajı 10 il 9 ay 8 gün təşkil edir. Məhkəmə İddiaçı SOCAR-da çalışdığı kran maşinisti peşəsinin güzəştli staj kimi qəbul olunub-olunmamasına münasibətdə isə qeyd edir ki, vəzifə funksiyaları “Fəhlə peşələri və işlərin vahid tərif-ixtisas sorğu kitabçası”nın “Bütün sahələr üçün ümumi olan fəhlə peşələri” bölməsinin (Hissə 1) “Kran maşinistləri” bəndi ilə tənzimlənir və həmin peşə üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ nəzərdə tutulmamışdır. Və müəssisənin iş materiallarında olan arayışlarında da həmin dövr, yəni iddiaçının kran maşinisti peşəsi üzrə fəaliyyət göstərdiyi 13 il 5 ay 8 gün güzəştli iş stajı kimi qəbul edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi stajın 12 il 6 ayının güzəştli iş stajı hesab olunması ilə bağlı 3-cü şərt ödənilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68, 69, 75, 81, 85 və 69-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar