Məhkəmə qərarları › İş №2-1(120)-1601/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1601/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1601/2023 13.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial X7 Hüquqi Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən illər və hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinə qarşı “əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən illər və hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1601/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən illər və hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və iddia tələbi olduğu kimi saxlanılsın, cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tanınması, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi cavabdeh siyahısından çıxarılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, o, bir çox idarə və müəssisələrdə işləmişdir. Belə ki, xx-xx-1993- cü ildə Masallı rayonunda Bələdiyyə polisinə işə düzəlmişdir. xx.xx.1994cü ildə isə ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1994-xx.xx.2011-ci illərdə X5 işləmişdir. Həmçinin 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.Göstərilənlər ərizəyə əlavə edilmiş sənədlər ilə öz təsdiqini tapmışdır. Ona pensiyanın təyin olunması ilə bağlı cavabdeh təşkilata müraciət etsə də, ona pensiya təyin edilməsindən rəsmi qaydada imtina edilmişdir. Odur ki, işləməsi faktı məhkəmə qaydasında təsdiq olunmalıdır və buna görədə məhkəməyə müraciət etməli oldu. Əmək pensiyasına çıxmasıüçün müəyyən edilmiş iş stajı əmək kitabçasına əsasən müəyyən edilir və əlavə olaraq hərbi xidmətdə olması hərbi biletlə müəyyən olunur. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-145484/2023 nömrəli etirazında göstərilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda hərbi qulluqçu kimi iş stajının 20 təqvim il müddətindən az olduğundan ona hərbi qulluqçu kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. 29 aprel 1992-ci il tarixdən 19 oktyabr 2007ci i! tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun sözügedən maddəsinə 1 sentyabr 2004-cü il tarixli 728-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə əsasən “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmişdir. 1 yanvar 2006cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 18 aprel 2011-ci il tarixli 20 nömrəli məlumat vərəqəsinə əsasən V.Ə.X6 tərəfindən 2 may 2011-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Əlilliyin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar iddiaçıya əlilliyə görə pensiya ödənişi 28 fevral 2021-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 18 aprel 2011-ci il tarixli 20 nömrəli məlumat vərəqəsində İddiaçı təqvim üzrə xidmət illəri 18 il 4 ay 15 gün qeyd edilmişdir. Göründüyü kimi, İddiaçı hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il təqvimi xidmət müddəti mövcud deyil. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, İddiaçı hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmətdə olmadığından ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyqun hesab edilmir. Odur ki, iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Sosial X7 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Masallı şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən sübutlarla əsaslandırmışdır: Belə ki, - İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 saylı məktubuna əsasən, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi tərəfindən təqdim olunmuş 18 aprel 2011-ci il tarixli 20 nömrəli məlumat vərəqəsinə əsasən Mərkəzi Filial tərəfindən 2 may 2011-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq “hərbi xidmət dövrü iləəlaqədar” İİ dərəcəəlilliyə görə təminat xərcliyi 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Əlilliyin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar sizəəlilliyə görə pensiya ödənişi 28 fevral 2021-ci il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim oiunmuş sizə dair 18 aprel 2011-cı il tarixli 20 nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəri 18 il 4 ay 15 gün qeyd edilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il təqvim xidmət müddəti mövcud deyil. Qeyd olunanları nəzərə alaraq, 20 təqvim ili xidmət müddətiniz mövcud olmadığından hərbi qulluqçu kimi güzəştli şərtlərləyaşa görəəmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. - İşdə olan NZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1984xx.xx.1986-cı il tarixdə hərbi xidmətdə olmuşdur. - İşdə olan AZE 16249577 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuşdur və Masallı rayonu, Həsənli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - İş materiallarında olan AZE seriyalı ******* saylı, xx.xx.1988-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1993-xx.xx.2011-illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan Aərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 0xx/xx-52085/2H-3222 saylı məktubuna əsasən, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. X5 xidmətdən xaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə - 18 il, 04 ay, 14 gün təşkil etdiyindən pensiya təyin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 01 yanvar 2007-ci il tarixindən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişlərlə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi (Xüsusi Şərtlərlə Təyinat İdarəsi) həyata keçirir. Pensiya təminatı və digər ödənişlər barədə aidiyyəti üzrə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmək məqsədəmüvafiqdir. - İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 31321/2-1585/2023 saylı məktubuna əsasən, İddiaçı X5 xidmət müddəti təqvimi hesablama ilə 18 il, 04 ay, 15 gün, güzəştli hesablama ilə 20 il, 10 ay, 23 gün təşkil edir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi X5 iş stajı (xx.xx.1994-cü il tarixdən xx.xx.2011-ci il tarixədək) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (xx.xx.1984-cü ilədən xx.xx.1986-cı il tarixədək) daxildir. Güzəştli xidmətinə isə xx.xx.1994-cü ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı X5 xidmət müddəti (02 il, 06 ay, 08 gün, bir günü 2 gün hesabı ilə) daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidnət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarında X5 xüsusi rütbələr nəzərdə tutulmayan mülki vəzifələrdə iş stajının, eləcə də mülki təşkilatlarda iş stajının X5 xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır. Bununla əlaqədar İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək Masallı Rayon Bələdiyyə Polis Şöbəsində mühasib (mülki) vəzifəsində işlədiyi və digər mülki təşkilatlarda işlədiyi müddət onun X5 xidmət müddətinə hesablanmamışdır. Azərbaycan Respublikasının 2006-cı il 07 fevral tarixli “Əmək pensiyaları haqqında” Qanununun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 20 təqvim ili xidmət müddəti olmadığından ona xüsusi rütbəli əməkdaş kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-40876/2023 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. İddiaçı dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş xx.xx.2011-ci il tarixli 20 nömrəli məlumat vərəqəsində onun xidməti illəri 18 il 4 ay 15 gün qeyd edilib. Qeyd olunan müddətin məhz hansı dövrləri əhatə etdiyi barədə məlumatların əldə olunması üçün adıçəkilən şəxsin vaxtilə xidmət keçdiyi orqana müvafiq sorğu ilə müraciət etmək məqsədəmüvafiqdir. - İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 313-21/2-5266/2023 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci bəndin “b” yarımbəndinə əsasən Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti bir ayı iki ay kimi hesablanması nəzərədə tutulmuşdur. Bu müddət Azərbaycan Respublikası Prezidentinin 31 mart 1992-ci il tarixli 633 saylı fərmanına və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin xx.xx.1994-cü il tarixli 257 nömrəli əmrinə əsasən daxili işlər orqanları əməkdaşları üçün 01 aprel 1992-ci il tarixdən başlayaraq sayılmışdır. Qeyd olunan müddəa 01 may 1997-ci il tarixdə Qərardan çıxarıldığından həmin müddət 01 may 1997-ci il tarixədək hesablanır. - İşdə olan İddiaçı məxsus pensiya uçot vərəqəsindən görünür ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci ilə qədər İİ dərəcə əlilliyə görə əmək pensiyası almışdır. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçı İİ dərəcəli əlil kimi xx.xx.2011-ci il tarixdən xx.xx.2021- əmək pensiyası almışdır. Hal-hazırda isə əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən illər və hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən isə İddiaçı X5 xidmət müddəti təqvimi hesablama ilə 18 il, 04 ay, 15 gün, güzəştli hesablama ilə 20 il, 10 ay, 23 gün olması səbəbi ilə imtina etmişdir. İddiaçı məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən illər və hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab etmir. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayarq qeyd edir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə daxili işlər, ədliyyə fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət daxildir. Həmin Qaydaların 2-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti; respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə; reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə; su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin habelə Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla: b) xidmətin bir ayı ayyarım sayılmaqla: bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində (bu qərarın 2-ci bəndinin “b” yarımbəndində göstərilən dalğıclardan savayı); müdafiə daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə; sırada olan, bilavasitə Azərbaycan Respublikası sərhədlərinin keşiyində duran dəniz sərhəd gəmilərində və katerlərində; sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarətiməntəqələrində); respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə; sualtı qayıqlarda onların sırada olduğu dövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə - Müdafiə Nazirliyinin müəyyənləşdirdiyi şərtlərlə; Azərbaycan Respublikası ali hakimiyyət və idarəetmə orqanlarının təhlükəsizliyi idarəsində - bilavasitə post xidməti aparan operativ heyət üçün - idarə rəisinin təsdiq etdiyi vəzifə siyahısı üzrə; cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı fövqəladə vəziyyətlərdə ictimai asayişi və dövlət təhlükəsizliyini qorumaq vəzifələri yerinə yetirilərkən – respublikanın qanunverici orqanlarının müəyyən etdiyi dövrlərdə; müvafiq nazirlik, xidmət və baş idarə rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illərin hesablanması 3 iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyə olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə müəssisələrinin şöbələrində) isə əməkdaşlara 2 iş günü 3 iş günü kimi hesablanır. Terrorizmə qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə bir xidmət günü üç xidmət günü kimi sayılır. Bu qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrıayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli 33 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında dəyişiklik edilərək 2-ci bəndin «b» yarımbəndində göstərilən «Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti» abzası çıxarılmışdır. Azərbaycan Respublikası 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X5 xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafıq icra hakimiyyəti orqanlarının sıravi və rəıs heyətı (sadalanan kateqoriyalar bundan sonra hərbi qulluqçular adlanacaq) bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir. Həmin Qanunun 12-ci maddəsinin "a" bəndinin xx.xx.2004-cü ilədək qüvvədə olan redaksiyasına əsasən, xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublıkasının 29 aprel 1992-ci il tarixli Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2004-cü il 01 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu ilə həmin Qanunun 12-ci maddəsinin "a" bəndində "20 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddalar üzrə də iddiaçı bu cür öhdəliyin icrasını zəruri edən faktiki şərtlərin möcudluğunu cavabdeh isə - onu istisna edən şərtlərin mövcudluğuna istinad edirsə - həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. xx.xx.2005-ci il tarixli, 977-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilənə qədər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən pensiya almaq hüququ verən iş stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə daxil edilir. xx.xx.1992-ci il tarixdən qüvvəyə minmiş və xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçının güzəştli xidmətinə xx.xx.1994-cü ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı X5 xidmət müddəti (02 il, 06 ay, 08 gün, bir günü 2 gün hesabı ilə) daxil edilmişdir. Həmçinin İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək Masallı Rayon Bələdiyyə Polis Şöbəsində mühasib (mülki) vəzifəsində işlədiyi və digər mülki təşkilatlarda işlədiyi müddət xx.xx.1992-ci il tarixdən qüvvəyə minmiş və xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən onun X5 xidmət müddətinə hesablanmamışdır. Cavabdeh orqan tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş xidməti illəri 18 il 4 ay 15 gün qeyd edilmiş xx.xx.2011-ci il tarixli 20 nömrəli məlumat vərəqəsi üzrə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il təqvim xidmət müddəti mövcud olmadığı üçün iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli 33 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında dəyişiklik edilərək 2-ci bəndin «b» yarımbəndində göstərilən «Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti» abzası çıxarılmışdır. Cavabdeh orqan tərəfindən məlumat vərəqəsində verilmiş məlumat üzrə və həmçinin "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublıkasının 29 aprel 1992-ci il tarixli Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2004-cü il 01 sentyabr tarixli 728-İİQD nömrəli Qanununa əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmadığı üçün haqlı olaraq iddiaçıya imtina verilmişdir. Azərbaycan Respublikasının 2006-cı il 07 fevral tarixli “Əmək pensiyaları haqqında” Qanununun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 20 təqvim ili xidmət müddəti olmadığından ona xüsusi rütbəli əməkdaş kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmçinin İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xidmət illərinin güzəştli şərtlərlə hesablanması vəzifəsinin həvalə edilərək məlumat vərəqəsinin verilməsi” barədə iddia ərizəsi ilə inzibati qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən illər və hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası qanunauyğun olmadığına görə rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən illər və hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar