Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1605/2025 01.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 may 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərarının ləğv edilməsi və ona 06 may 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 01 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində əlillik təyin edilməsindən imtina haqqında qərarın ləğv edilməsi, kəsilmiş İİ qrup əlilliyinin bərpa edilməsi, dayandırılmış müddət ərzində pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 may 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərarının ləğv edilməsi və ona 06 may 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 28 oktyabr 2024-cü il tarixli qərardadı ilə “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 07 noyabr 2024-cü il tarixli, xxxxxxx0012 saylı qərarının ləğv edilməsi və ona 07 noyabr 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 may 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərarının ləğv edilməsi və ona 06 may 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 11 yaşından sağ ayağının 3 sm qısalığı və xəstəliyinin digər əlamətlərilə üzləşmişdir. Bir neçə il müalicə almışdır ki, sağalacaqdır. Lakin, müalicələri heç bir nəticə verməmişdir. Müalicələri sağalmaqla nəticələnmədiyi üçün 1991-ci ildən xəstəliyi ilə bağlı ona əlil kimi sosial müavinət təyin edildi və kəsilən günədək sosial müavinəti almışdır. Həmçinin daimi olaraq müalicə alınmaq diaqnozu verilmişdir. Bu müavinət qanuna əsasən 16 yaşına kimi ödənilmiş və 16 yaşı tamam olduqdan sonra ona 2-ci qrup əlillik təyin edilmiş, hər il həkim komissiyasından keçməklə təyin edilmişdir. Hətta xəstəliyinə görə həqiqi-hərbi xidmətə yararsız hesab edilərək həqiqi-hərbi xidmətdən azad edilmişdir. Xəstəliyi ilə bağlı, xx.xx.2013-cü ildə AR ƏHSMN-nin 30 saylı Tibbi Sosial Ekspert Komissiyası Arayış verərək ümumi xəstəliklə İİ dərəcəli əlillik təyin edilməsi üçün bir neçə dəfə ayrı-ayrı xəstəxanalarda müayinə olsa da imkansızlıq və xəstəxanalarda olan çətin proseduralar ucbatından əlilliyini ala bilməmişdir. Əlilliyinin bərpa edilməsi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməyi tövsiyyə olunmuş və bir neçə dəfə müayinəyə getsə də yenə nəticə əldə edə bilməmişdir. X9 Məhkəməsinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “29 yanvar 2022-ci il tarixli qərarın ləğv edilməsi, 2-ci qrup dərəcəli əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair xx.xx.2024-cü il tarixli, 2-l(120)-247/2024-cü il tarixli Qərarı ilə müvafıq aktın qəbul edilməsilə bağlı öhdəlik qoyulmasına baxmayaraq qərəzli olaraq yenə əlilliyinin verilməsindən imtina etmişlər. Halbuki, ayağı 3 sm uzanmayacaq və müalicələri heç vaxt kəsilməyəcək. 15 fevral 2023-cü il tarixli qərardadla başlanan və 30 mart 2023cü il tarixdə başlayıb, 17 aprel 2023-cü il tarixində bitən ekspert rəyi № 2220/2023 saylı işdə ekspert qarşısına qoyulan suallar obyektiv şəkildə qiymətləndirilməmiş və nəticədə yenə əlilliyi təyin edilməmişdir. Həmçinin, X1 təsnifatında xəstəliyi “M86 Osteomielit və M86.5 Digər xroniki hematogen osteomielitlər” qrupuna aid olması Biləsuvar Rayon Mərkəzi Xəstəxanası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan X4 və Ortopediya İnstitutu” PHŞ-də aparılan müayinə və müalicələrdə əlilliyini yaradan səbəblər xx.xx.2024-cü il tarixli, JV**********1/8955 saylı Arayışda ətraflı göstərilmiş və təsdiqini tapmışdır. Lakin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qərəzli olaraq əlilliyinin təyin edilməsindən imtina edilir, əsas kimi Forma 88-də geri qaytarma səbəbi sənədlər yanlış və ya natamam doldurulmuşdur göstərilir və Tibb müəssisəsinə geri qaytarılır. Diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində göstərilən xəstəliklərə uyğun olduğu halda əsassız yerə əlilliyi kəsildiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlillik və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4-cü maddəsinə əsasən: 4.1. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Qeyd edir ki, 33 ildən çoxdur ki, xəstədir və bu xəstəlikdən sağalan olmayıb. Dəfələrlə müalicə olunsada sağala bilməmiş və hazırda da mütəmadi olaraq müayinə olunur, müalicə alır. Ona verilən pensiya hesabına dava-dərman və digər xərcləri qarşılayırdı. Lakin, hazırda pensiyası kəsildiyi, 2-ci qrup əlilliyi ləğv edildiyi üçün xərcləri qarşılaya bilmir və xəstəliyi daha da şiddətlənir, ağırlaşır. Belə olan halda, Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin qərəzli qərarı ilə razılaşmır və əsassız sayır. Çünki, onun 3 sm sağ bud sümüyü uzanmayacaq. Həmçinin, X1 təsnifatında xəstəliyi “M86 Osteomielit və M86.5 Digər xroniki hematogen osteomielitlər” qrupuna aiddir və məhkəmə qərar qəbul edərkən bu təsnifatı nəzərə almalı, əsas tutmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Digər xroniki hematogen osteomielitlər, Sağ bud sümüyün xroniki hematogen osteomieliti. ETT və Ol 09 sentyabr 2021-ci il № **********/8955. Azərbaycan respublikası Ə.Ə.S.M.N yanında DTSE və Reabilitasiya Xidmətinin xx.xx.2017 tarixli **********0 №-li məktubunda xəstəlik qeyd edilmişdir. Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, - Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyət Ağırlaşma M24.5 Oynaqların kontrakturası, - sağ diz oynağının kəskin kontrakturası (bükmə 70*, açma 170*) Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, - Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və hipotrafıyası Ağırlaşma M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma), Davamlı ağrı sindromu ətrafın 3 sm qısalığı Yanaşı xəstəliklər R52.2 Digər daimi ağrı, ətrafın kəskın funksiya pozğunluğu, davamlı ağrı sindromu Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Biləsvaur rayon sakini xx.xx.1980-cü il təvəllüdlü İddiaçı oglunun (FİN:xxxxxxx) müraciəti əsasında 2 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafıq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının rəsmiləşdirilmiş göndərişlərı əsasında Tibbi Sosial Ekspert Komisiyası tərəfindən qiymətləndirilərək ona, xx.xx.2008-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə “ilkin”; xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar”; xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə ikinci dərəcə “təkrar”, xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar" əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasında Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0234003AAPU8 nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilərək, göndərişin natamam doldurulması (Səbəb: Diaqnoz və agırlaşmaları təsdiq edən müayinələr tam qeyd olunmayıb) səbəbindən əlillik təyinatı aparılmamış, tibb müəssisəsinə geri qaytarılmış, xx.xx.2022-ci il tarixli, 0234003AARS1 nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında isə, İddiaçı ixtisaslaşmış tibb müəssisələrində aparılmış stasionar müayinə və müalicə müddəti yetərli olmadığından, barəsində “Əlavə müalicəyə ehtiyacın olması”na dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosiall Ekspert Komissıyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri yerişin çətinləşməsi, hərəkət məhdudluğu, oynaqlarda kəskin ağrı və şişkinlikdən olmuş, anamnestik olaraq ona ayağından cərrahi əməliyyatın icra edildiyini bildirmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu olmuş, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 76 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız qeyd edilmiş, hekimtravmatoloq müayinəsinin nəticəsi “Tibbi sənədlər hematogen osteomieliti təsdiqləyir. Aktiv fistul müşahidə edilmir. Budun (sağ) ön tışa deformasiyası qeyd edilir. Çapıq toxuması geniş həcimlidir. Şişkinlik izlənilir” kimi qiymətləndirilmişdir. Əyani müayinə zamanı, İddiaçı ətraflı müayinə edilməsi üçün həkim-ekspertlər tərəfındən X4 və Ortopediya İnstitutuna göndəriş verilmiş, xx.xx.2024-cü il tarixində tibb müəssisəsində vətəndaşa aparılmış obyektiv və instrumental müayinələr nəticəsində diaqnoz “Sağ bud sümüyünün xroniki hematogen osteomieliti tez-tez kəskinləsməsi ilə, budun ön - tışa deformasiyası capıq toxumaları, diz oynağının kəskin kontrakturası (flex 70 dərəcə. ext 170 dərəcə). davamlı ağrı, yerisin pozulması”. şəklində göstərilsə də, təqdim edilmiş rentgen görüntüdə sekvestr boşluğu və obyektiv müayinə zamanı aktiv fistul müşahidə edilmədiyindən, əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmamışdır. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirler Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları“na müvafıq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmisdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətlərdirilməsi Qaydaları”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fıziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfındən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafıə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfındən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi X7 gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini nümayəndəsi X7 iddiaya qarşı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1999-cu il tarixdə verilmiş epikrizdən görünür ki, 1980-ci ildə doğulmuş İddiaçı Fətəli (Fətiağa) oğlu xx.xx.1991-ci il tarixdən xx.xx.1991ci il tarixədək Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda müalicə olunmuş, xx.xx.1991-ci il tarixdə, yəni 11 yaşında Redon drenajı ilə bud sümüyünün medulyar kanalının trepanasiyası əməliyyatı keçirmiş, ona “sağ bud sümüyünün kəskin hematogen osteomieliti” diaqnozu təyin edilmişdir. İş materiallarına, o cümlədən işdə olan tibbi sənədlərə (TSEK müayinələrinə) əsasən xx.xx.1980-ci ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuş və Aşağı Cürəli kəndində yaşayan İddiaçı xəstəliyi ilə əlaqədar əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2008-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Əmək zəmanəti: Əmək qabiliyyətsizdir. X2: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79- Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S74-Sinirlərin bud-çanaq oynağı və bud səvi... Diaqnozun mətni: Sağ bud sümüyünün xroniki hematogen astennomieliti, sağ diz oynağının açıcı kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 bəndinə uyğundur” səbəbi ilə ona bir il müddətinə ilkin ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Əmək zəmanəti: Əmək qabiliyyətsizdir. X2: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79- Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S74-Sinirlərin bud-çanaq oynağı və bud səvi... Diaqnozun mətni: Sağ bud sümüyünün xroniki hematogen astennomieliti, sağ diz oynağının açıcı kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 bəndinə uyğundur” səbəbi ilə ona bir il müddətinə təkrar ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: Çəlik; Əmək zəmanəti: Ağır fiziki gərginlik tələb olunan işlər əks göstərişdir. X2: Xİİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94- Osteopatiyalar və xondropatiyalar => M86-M90-Digər osteopatiyalar => M86- Osteomielit => M86.5- Digər xro... Diaqnozun mətni: Sağ bud sümüyünün xroniki hematogen astennomieliti, sağ diz oynağının açıcı kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 bəndinə uyğundur” səbəbi ilə ona bir il müddətinə təkrar ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçının əlillik vəziyyətinə Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə xx.xx.2016-cı il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: Çəlik; Əmək zəmanəti: Ağır fiziki gərginlik tələb olunan işlər əks göstərişdir. X2: Xİİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94- Osteopatiyalar və xondropatiyalar => M86-M90-Digər osteopatiyalar => M86- Osteomielit => M86.5- Digər xro... Diaqnozun mətni: Sağ bud sümüyünün xroniki hematogen astennomieliti, sağ diz oynağının açıcı kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 bəndinə uyğundur” səbəbi ilə ona beş il müddətinə, yəni xx.xx.2021ci il tarixədək təkrar ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı ikinci dərəcə əlillik təyinatının aparılmasına əsas verən diaqnozu Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun (hazırda “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsi) iş materiallarında olan 13 mart 2007-ci il tarixli, 1149 nömrəli, 09 sentyabr 2021-ci il tarixli, **********/8955 nömrəli, xx.xx.2023-cü il tarixli, 1408/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, AB 4528/2024 nömrəli 17 illik dövrü əhatə edən arayışları ilə də təsdiq olunur. Göründüyü kimi, İddiaçı Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun 1991-ci ildə təyin etdiyi “sağ bud sümüyünün kəskin hematogen osteomieliti” diaqnozu üzrə xəstəliyi 30 il davam etmiş, həmin xəstəliklə əlaqədar ona yetkinlik yaşına çatdığı xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 13 il müddətində ikinci dərəcə əlillik təyinatı aparılmış və bu müddət ərzində iddiaçının xəstəliyi ilə bağlı səhhətində reabilitasiya olunma barədə hər hansı müsbət dəyişiklik baş verməmişdir. İddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və X2: Xİİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94- Osteopatiyalar və xondropatiyalar => M86- M90-Digər osteopatiyalar => M86-Osteomielit => M86.5- Digər xro... Diaqnozun mətni: Əsas diaqnoz M86.5 Digər xroniki hematogen osteomielitlər. Sağ bud sümüyünün xroniki hematogen osteomieliti. Ağırlaşma M24.5 Oynaqların kontrakturası. Tez-tez kəskinləşmə ilə sağ diz oynağının kəskin kontrakturası (bükmə 70*, açma 170*). Ağırlaşma R52.2 Digər daimi ağrı, ətrafın kəskin funksiya pozğunluğu, davamlı ağrı sindromu. Meyar: İmtina edilir. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr tam qeyd olunmayıb. Dəqiqləşdirilsin. İddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və X2: Xİİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94- Osteopatiyalar və xondropatiyalar => M86- M90-Digər osteopatiyalar => M86-Osteomielit => M86.9- Dəqiqləşd... Diaqnozun mətni: Əsas diaqnoz M86.5 Digər xroniki hematogen osteomielitlər. Sağ bud sümüyünün xroniki hematogen osteomieliti. Ağırlaşma Z98.8 Digər cərrahi müdaxilədən sonrakı vəziyyət. Ağırlaşma M24.5 Oynaqların kontrakturası. Tez-tez kəskinləşmə ilə sağ diz oynağının kəskin kontrakturası (bükmə 70*, açma 170*). Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və hipotrafiyası. Ağırlaşma M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma). Davamlı ağrı sindromu ətrafın 3 sm qısalığı. Yanaşı xəstəliklər: R52.2 Digər daimi ağrı, ətrafın kəskin funksiya pozğunluğu, davamlı ağrı sindromu. Meyar: İmtina edilir. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müayinə və müalicənin davam etdirməli. Müalicə potensialı tükənməyib. İddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və X2: Xİİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94- Osteopatiyalar və xondropatiyalar => M86- M90-Digər osteopatiyalar => M86-Osteomielit => M86.9- Dəqiqləşd... Diaqnozun mətni: Digər xroniki hematogen osteomielitlər. Sağ bud sümüyünün xroniki hematogen osteomieliti. Ağırlaşma Z98.8 Digər cərrahi müdaxilədən sonrakı vəziyyət. Ağırlaşma M24.5 Oynaqların kontrakturası. Sağ diz oynağının kəskin kontrakturası (bükmə 70*, açma 170*). Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və hipotrafiyası. Ağırlaşma M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma). Davamlı ağrı sindromu ətrafın 3 sm qısalığı. Yanaşı xəstəliklər: R52.2 Digər daimi ağrı, ətrafın kəskin funksiya pozğunluğu, davamlı ağrı sindromu. Meyar: İmtina edilir. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz öz təsdiqini tapmadı qərarı qəbul edilmişdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmənin qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinə aparılmış, əyani müayinə zamanı, İddiaçı ətraflı müayinə edilməsi üçün həkim-ekspertlər tərəfindən X4 və Ortopediya İnstitutuna göndəriş verilmiş, xx.xx.2024-cü il tarixində tibb müəssisəsində aparılmış obyektiv və instrumental müayinələr nəticəsində İddiaçı təyin edilmiş diaqnoz "Sağ bud sümüyünün xroniki hematogen osteomieliti tez-tez kəskinləsməsi ilə. Budun ön-tısa deformasiyası, çapıq toxumaları. diz oynağının kəskin kontrakturası (flex 70 dərəcə. ext 170 dərəcə), davamlı ağrı, yerisin pozulması” şəklində göstərilsə də, təqdim edilmiş rentgen görüntüdə sekvestr boşluğu və obyektiv müayinə zamanı aktiv fistul müşahidə edilmədiyindən, əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmamış, nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə, həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafıq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən ‘'Diaonozun təsdiqini tapmaması” barədə 06 may 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərar qəbul edilmisdir. İddiaçı ona əlilliyin təyinatından imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 may 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərarını mübahisələndirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-30831/2024 saylı məktubunda qeyd edilmişdir ki, məhkəmənin qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən agırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının mübahisələndirilən 06 may 2024-cü il tarixli, xxxxxxx0010 saylı iddiaçıya əlilliyin təyinatından imtinasını əsassız hesab edir. Belə ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı sağlamlığı üzrə Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu (hazırda “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsi) ilk diaqnozun təyin edildiyi 1991-ci ildən, yəni 11 yaşından etibarən əlillik təyinatından ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək 30 il artıq müddətdə davam edən xəstəliyi həmin tibb müəssisəsinin iş materiallarında olan 13 mart 2007-ci il tarixli, 1149 nömrəli, 09 sentyabr 2021-ci il tarixli, **********/8955 nömrəli, xx.xx.2023-cü il tarixli, 1408/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, AB 4528/2024 nömrəli 17 illik dövrü əhatə edən arayışları ilə bir daha təsdiq edilmişdir. Həmçinin, iş üzrə təqdim olunmuş tibbi sənədlərlə, o cümlədən TSEK müayinələri ilə İddiaçı xəstəliyi ilə bağlı yetkinlik yaşına çatdığı xx.xx.2008-ci il tarixdən ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyinatının aparıldığı 13 ildən artıq müddət ərzində onun sağlamlıq durumunun dəyişmədən eyni diaqnoza malik olması, həmin diaqnozun TSEK-nın iddiaçıya əlilliyin təyinatından imtina qərarlarında da öz əksini tapması, bu diaqnoza əsasən iddiaçının səhhətində müəyyən olunmuş xəstəliyinin 13 il ərzində əlillik təyinatının aparılması barədə TSEK-nın qərarlarında o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin ikinci dərəcə əlilliyin təyinatına əsas verən 2.2-ci bəndinə uyğunluğu məhz cavabdeh inzibati orqan tərəfindən təsdiq edilmişdir. İddiaçının ikinci dərəcə əlilliyin təyinatına əsas verən xəstəliyinin ona ilk diaqnozun təyin edildiyi 1991-ci ildən etibarən əlillik təyinatından ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək 30 il artıq müddətdə davam etməsinin yuxarıda qeyd olunan və mötəbərliliyi mübahisələndirilməyən tibbi sənədlərlə, o cümlədən cavabdeh inzibati orqanın İddiaçı əlillik təyinatının aparıldığı 13 il ərzində qəbul etdiyi qərarlarla təsdiq olunmasına baxmayaraq, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yalnız formal tələblərə (göndərişin natamam doldurulması, əlavə müalicəyə ehtiyacın olması, müalicə potensialının tükəməməsi) əsaslanaraq, eləcə də heç bir dəlil-sübutla, tibbi sənədlə təsdiq edilməyən 06 may 2024-cü il tarixli, xxxxxxx0010 saylı “diaqnoz öz təsdiqini tapmadı” qərarını qəbul edərək İddiaçı əlilliyin təyinatından imtina etmişdir. Halbuki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinə aparılmış, əyani müayinə zamanı ətraflı müayinə edilməsi üçün həkim-ekspertlər tərəfindən İddiaçı X4 və Ortopediya İnstitutuna göndəriş verilmiş, xx.xx.2024-cü il tarixdə həmin tibb müəssisəsində aparılmış obyektiv və instrumental müayinələr nəticəsində İddiaçı “Sağ bud sümüyünün xroniki hematogen osteomieliti tez-tez kəskinləsməsi ilə. Budun ön-tısa deformasiyası, çapıq toxumaları. diz oynağının kəskin kontrakturası (flex 70 dərəcə. ext 170 dərəcə), davamlı ağrı, yerisin pozulması” diaqnozu təyin olunmuş, lakin cavabdeh ətraflı müayinə üçün özünün göndəriş verdiyi, iddiaçının xəstəliyi ilə bağlı aparılmış müayinəni “obyektiv və instrumental müayinə” adlandırdığı halda həmin tibb müəssisəsinin təyin etdiyi diaqnozu qəbul etməmişdir. Bundan başqa, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının mübahisələndirilən 06 may 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərarında iddiaçının sağlamlıq durumunda əlillik təyinatına əsas verən ağırlaşmaların aşkarlanmadığı bildirilmişdir. Halbuki, TSEK-nın iş materiallarında olan İddiaçı əlillik təyinatından imtina edildiyi xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli müayinə aktlarında cavabdeh inzibati orqanın mübahisələndirilən 06 may 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərarında qeyd edilmiş iddiaçının “sağlamlıq durumunda əlillik təyinatına əsas verən ağırlaşmaların aşkarlanmadığı” barədə nəticəsi təkzib olunur. Belə ki, iddiaçının əlillik vəziyyəti ilə bağlı xx.xx.2021-ci il tarixdə aparılmış müayinə nəticəsində TSEK tərəfindən təyin edilmiş diaqnozun mətnində qeyd olunmuşdur: Əsas diaqnoz M86.5 Digər xroniki hematogen osteomielitlər. Sağ bud sümüyünün xroniki hematogen osteomieliti. Ağırlaşma M24.5 Oynaqların kontrakturası. Tez-tez kəskinləşmə ilə sağ diz oynağının kəskin kontrakturası (bükmə 70*, açma 170*). Ağırlaşma R52.2 Digər daimi ağrı, ətrafın kəskin funksiya pozğunluğu, davamlı ağrı sindromu; xx.xx.2022ci il tarixdə aparılmış müayinə nəticəsində TSEK tərəfindən təyin edilmiş diaqnozun mətnində qeyd olunmuşdur: Əsas diaqnoz M86.5 Digər xroniki hematogen osteomielitlər. Sağ bud sümüyünün xroniki hematogen osteomieliti. Ağırlaşma Z98.8 Digər cərrahi müdaxilədən sonrakı vəziyyət. Ağırlaşma M24.5 Oynaqların kontrakturası. Tez-tez kəskinləşmə ilə sağ diz oynağının kəskin kontrakturası (bükmə 70*, açma 170*). Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və hipotrafiyası. Ağırlaşma M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma). Davamlı ağrı sindromu ətrafın 3 sm qısalığı. Yanaşı xəstəliklər: R52.2 Digər daimi ağrı, ətrafın kəskin funksiya pozğunluğu, davamlı ağrı sindromu; xx.xx.2024-cü il tarixdə aparılmış müayinə nəticəsində TSEK tərəfindən təyin edilmiş diaqnozun mətnində qeyd olunmuşdur: Diaqnozun mətni: Digər xroniki hematogen osteomielitlər. Sağ bud sümüyünün xroniki hematogen osteomieliti. Ağırlaşma Z98.8 Digər cərrahi müdaxilədən sonrakı vəziyyət. Ağırlaşma M24.5 Oynaqların kontrakturası. Sağ diz oynağının kəskin kontrakturası (bükmə 70*, açma 170*). Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və hipotrafiyası. Ağırlaşma M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma). Davamlı ağrı sindromu ətrafın 3 sm qısalığı. Yanaşı xəstəliklər: R52.2 Digər daimi ağrı, ətrafın kəskin funksiya pozğunluğu, davamlı ağrı sindromu. Məhkəmə qeyd edir ki, İddiaçı ona əlilliyin təyinatından imtinanın verildiyi xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli diaqnozlarda, eləcə də X4 və Ortopediya İnstitutunda xx.xx.2024-cü il tarixdə aparılmış obyektiv və instrumental müayinələr nəticəsində İddiaçı təyin edilmiş "Sağ bud sümüyünün xroniki hematogen osteomieliti tez-tez kəskinləsməsi ilə. Budun ön-tısa deformasiyası, çapıq toxumaları. diz oynağının kəskin kontrakturası (flex 70 dərəcə. ext 170 dərəcə), davamlı ağrı, yerisin pozulması” diaqnozunda göstərilən və o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin ikinci dərəcə əlilliyin təyinatına əsas verən 2.2-ci bəndinə uyğunluğu cavabdeh tərəfindən təsdiq olunan xəstəliklərlə bağlı 13 il 2 ay ərzində İİ dərəcə əlilliyə malik olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən müddətsiz İİ dərəcə əlillik təyinatına hüququ yaranmış, lakin cavabdeh inzibati orqan ona nəinki müddətli və ya müddətsiz əlillik təyin etmiş, əksinə iddiaçıya əlilliyin təyinatından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.2.2.2-ci bəndində (budun başının nekrozu (Pecet xəstəliyi) təzahür edən hərəkət pozuntusu uzunmüddətli ağrı sindromu) orqanizmin funksiyalarının pozulma faizi 65-80, pozulma müddəti 2 il, 13.4.30-cu bəndində (bud-çanaq oynağının rekonstruktiv əməliyyatdan sonrakı vəziyyəti, mülayim pozuntularla) orqanizmin funksiyalarının pozulma faizi 40-50, pozulma müddəti 1 il, 13.4.26-cı bəndində (bud-çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması və ya ankilozu) orqanizmin funksiyalarının pozulma faizi 50-60, pozulma müddəti “müddətsiz”, 13.4.36-cı bəndində (diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu-kəskin kontrakturası) orqanizmin funksiyalarının pozulma faizi 40, pozulma müddəti “müddətsiz”, 13.7.2-ci bəndində (dayaq hərəkət aparatının bir və ya bir neçə bölməsində hərəkətin müştərək, əhəmiyyətli dərəcədə pozulması) orqanizmin funksiyalarının pozulma faizi 65-80, pozulma müddəti 2 il olaraq göstərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut, tibbi sənəd cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddiaya qarşı etirazında və əlilliyin təyinatından imtina qərarlarında iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə müalicəyə ehtiyacının olmasını qeyd etməsi də onun xəstəliyinin hazırki vaxtadək heç bir dəyişiklik olmadan davam etdiyini təsdiq edir. Göründüyü kimi, iş materiallarına əsasən İddiaçı xəstəliyi ilə bağlı 1991-ci ildən halhazıradək, habelə ona ikinci dərəcə əlilliyin təyin olunduğu xx.xx.2008-ci il tarixdən halhazıradək müəyyən olunmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixədək qüvvədə olan xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinin 2.2.8-ci yarımbəndinə (etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80- G80.9), həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin yuxarıda sadalanan bəndlərinə uyğunluğu təsdiq olunur. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı ona İİ dərəcə əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 may 2024cü il tarixli, xxxxxxx0010 saylı qərarının ləğv edilməsini və ona 06 may 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X11 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X11 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan onun iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 06 may 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərarı ləğv edilməli və İddiaçı 06 may 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 06 may 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərarı ləğv edilsin və İddiaçı 06 may 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1605/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1605/2025
01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver